Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   2   3   4   5   6   7   8   9   ...   30

surəsində yazıldığı kimi, taylar bizim özümüzdən 
yaradılmışdır.  Həvva  Adəmin  qabırğasından 
yaradılmaqla  artıq  qabaqcadan  onunla  genetik-
fizioloji  uyarlığa  malik  idi  (bir  bədənin  başqa 
bədənə, bir qanın başqa qana və s. uyarlığı).
İnsanlar  bir-birinin  hisslərinə  necə  bələd 
ola  bilərlər?   Hər  bir  insan  ancaq  öz  duyduqla-
rından  xəbərdardır.  Kim  isə  səndə  dərin  duyğu-
ların, ülvi hisslərin yaranmasına səbəb olubsa, bu 
hələ  onun  sənə  qarşı  duyğuları  barədə  heç  nə 
demir. 
Belə bir sadəlövh inam var ki, tamamlama 
qarşılıqlı  olmalı  olduğundan  məhəbbətin  də  iki 
tərəfi  var  və  mütləq  əks-əlaqə  yaranmalıdır. 
İngilislər  demişkən,     «məhəbbət  məhəbbətə 
cavabdır».  Başqa  sözlə,  ingilislər   qarşılıqlı  ol-
mayan məhəbbəti əsl məhəbbət hesab etmirlər. 
Amma reallıqda çox vaxt belə olmur. Kim 
isə  sənin  duyğuna  qarşı  nəinki  adekvat  reaksiya 
göstərmir, hətta ona tam biganə qalır. Sevmədiyi 
bəs  deyilmiş  kimi,  üstəlik  sənin  sevginə 
minnətdarlıq yox, narazılıq və bəzən hətta nifrətlə 
cavab verir. 
Amma  əslində  kim  kimə  minnətdar  ol-
malıdır;   sevilənmi  sevənə,  yoxsa  sevənmi  sev-
diyinə?   Birinci  mövqeyə  görə,  əlbəttə,  sevən, – 
onun qəlbini canlandırdığına, onda sevgi duyğusu 
yaratdığına  görə.  Qoy,  bu  sevgi  cavabsız  qalsın. 
20


Amma  sevgisiz  qalmaqdansa,  cavabsız  sevgi 
yaxşıdır.  İkinci  mövqeyə  görə,   «əgər  onu 
sevməsəydim,  bəlkə  bir  başqası  ilə  qarşılıqlı 
məhəbbət  yaşaya  bilərdim»  şübhəsi  ön  plana 
keçir  və  insanda  onu  rədd  edənə  qarşı  bir  na-
razılıq  yaranır.  Amma  kimdir  günahkar?  Qarşı 
tərəf səni sevməkmi zorundadır?  
Burada da iki hal fərqləndirilməlidir. Qarşı 
tərəf sənin məhəbbətindən xəbərdardır, amma ona 
etinasızlıq  göstərir.  İkinci  halda  sən  öz  böyük 
duyğularını  həqiqətdə  olduğu  səviyyədə  çatdıra 
bilmədiyindən  o  ancaq  sönük  bir  hissi,  nasiranə, 
bəzən  hətta  bayağı  bir  münasibəti  inkar  etdiyini 
düşünür. 
Əslində sənin həqiqi böyük eşqin varsa və 
onu qarşı tərəfə çatdırmaq mümkün olubsa, qarşı 
tərəf  buna  biganə  qala  bilməz.  Əslində  sənin 
sevgini  duymaq  sənə  sevgi  ilə  cavab  verməkdir. 
Hətta  o  bunu  qabaqcadan  hansı  isə  səbəblərə 
görə  istəməsə də.  
Çünki  sevgini  sevgidən  başqa  cür  duymaq 
mümkün  deyil.  Çünki  məhəbbətin  duyulması 
yenə  məhəbbətdir.  Bütün  qalan  hallarda  tərəf-
müqabil  sənin  həqiqi  böyük  sevgindən, 
hisslərinin  dərinliyindən  xəbərsizdir.  O  sənin 
münasibətini  ancaq  bir  fakt  kimi,  hadisə  kimi, – 
dərk  edir.  Amma  hiss  etmir.  Çünki     qəlbdən 
qəlbə hələ yol yoxdur. Yolun olması isə qarşılıqlı 
məhəbbət adlanır. 
21


«Məhəbbət  könüldən  könülə  körpüdür», – 
prinsipini rəhbər tutsaq, bir paradoks ortaya çıxır. 
Ancaq  bu  halda  hər  şey  aydın  olur;  hər  iki  tərəf 
bir-birini sevəndə hisslərin ötürülməsi üçün yollar 
açıqdır.  Deməli,  məhəbbət  var.  Yəni  qarşılıqlı 
məhəbbət,  hər  iki  tərəfin  bir-birini  sevməsi 
halında  heç  bir  sual  doğurmur.    Lakin  «biri  o 
birisini  sevir,  qarşı  tərəfin  isə  heç  xəbəri  də 
yoxdur», – variantında yuxarıda      göstərdiyimiz 
məhəbbət  prinsipi  işləmir  və  suallar  ortaya  çıxır. 
Birinci sual: Bəs o səni sevmədiyi halda sən onu 
necə  sevə  bilirsən?  Yəni  onun  könlü  sənin  üçün 
açılmayıbsa, sənin sevdiyin əslində kimdir, yaxud 
nədir?  Doğrudanmı  onun  özüdür,  yoxsa  söhbət 
sənin  sevgi  idealının  bir  təsadüfi  qığılcım 
müqabilində kimə isə transformasiyasından gedir. 
Yəni  sən  əslində  qarşı  tərəfin  könül  dünyasına, 
mənəviyyat  aləminə  zərrə  qədər  də  bələd 
deyilsən.
 Ancaq 
özün-özünü 
sevdiyinə 
inandırıbsan,  ancaq  bu  psevdohiss  sənə  hakim 
kəsilib.  Sənin  sevgi  aləmin  gözəldir,  amma  bu 
sənin  ancaq  öz  aləmindir.  Qarşı  tərəf  əslində 
sənin  üçün  tam     qaranlıqdır.  Amma  sən  ona  öz 
könül  evində  yer  verdiyindən,  onu  da  özün  kimi 
zənn 
edirsən.
 Sənin 
duyğuların,
 təbiətə 
münasibətin,  insanlara  münasibətin  müsbətə, 
aliyə 
doğru 
dəyişir,
 duyğular 
qapanır, 
elektriklənir, canlanır. Lakin bu  – əslində özündə 
qapanma,  qısa  qapanmadır.  Normal  elektrik 
22


cərəyanı  naqilin  əks  tərəflərindəki  gərginlik 
fərqindən  yaranır.  Cərəyan  bir  tərəfdən  başqa 
tərəfə  yönəlmiş  olur.  Qısa  qapanma  zamanı  isə, 
tənzimləyici müqavimət olmadığından yanğın baş 
verir. Eynən Kərəmlərin yandığı  kimi. 
Alimlər  qısa  qapanmadan  qaçır,  şairlər  isə 
onu  vəsf  edir.  Atomun  böyük  daxili  enercisini 
tədricən  işlətməklə  (atom  elektrik  stansiyası) 
faydalı  enerciyə  çevirənlər  də  var,  bu  ener  cinin 
«qısa  qapanmasından»  yaranan  gücə  (atom 
bombası)  pənah  aparanlar,  aləmləri  yandırıb-
yaxanlar  da  var.  Əlbəttə,  şairlər  atomun  güc-
qüdrətini  vəsf  etməli  olsalar,   onun  elə  yandırıb 
yaxmaq xislətindən başlayarlar. 
Bəli,   «sevənlərin»  böyük  əksəriyyətinin 
sevgi  zənn  etdikləri  əslində  həmin  o  böyük  mə-
həbbət deyil. Amma bəs nədir?   Digər tərəf-dən, 
bunlar  sonradan  məhəbbətə  çevrilirmi?  Nəyin 
bahasına?
Çevrilə  bilər;  ancaq  mümkün  olan  ən 
böyük  qurban  hesabına  –  ruhunu  fəda  etmək,  öz 
şəxsi  Mən-indən  keçərək  bütünlüklə  (və  ya  heç 
olmasa  qismən)  qarşı  tərəfin  Mən-inə  sığınmaq 
yolu ilə. 
Bizdə  sevgilərin  çoxu  məhz  bu  formada 
baş  verir.  Və  ruhunu  qurban  verən  çox  vaxt 
qadınlardır. 
Ruhunu qurban vermək… 
23


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə