Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə6/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   2   3   4   5   6   7   8   9   ...   30

Qarşı  tərəfin  münasibəti  sənin  duyğula-
rından,  bu  duyğuların  böyüklüyündən,  saf-
lığından,  ülviyyətindən  yox,  onları  necə  təqdim 
etdiyindən  asılıdır.  Bu  təqdimat,  zahirilik,  görü-
nən tərəf duyğulara adekvatlıq tələb etmir. 
Bədii  əsərlərin  sevgi  qəhrəmanlarından 
götürülmüş  təmtəraqlı  sözlər  və  maneralar  şəxsi 
hiss  kimi  təqdim  oluna  bilər.  Qəlbi  boş  bir 
adamın  dilindən  dürr  tökülə  bilər.  Məhəbbət 
oduna  yanan  isə  görüntü  barədə  düşünmür.  Öz 
həqiqi  hisslərini  bəlkə  də  ifadə  etmək  istəyir; 
lakin  burada  o  min  illər  ərzində  məhəbbət  şa-
irlərinin  formalaşdırdığı  gözəl  ifadələr,  yüksək 
pafos  və  ya  hansı  isə  şablon  komplimentlərdən 
istifadə  etmədiyinə  görə  onun  məhəbbəti  açıla 
bilmir, sönük görünür. Böyük hissin sönük ifadəsi 
və  olmayan  hissin  parlaq  təqdimatı!  İkinci  halda 
təqdim olunan əslində başqa bir ruhun yaşantıları, 
daha  doğrusu,  onların  mənimsənilməsi,  öz  adına 
çıxılmasıdır.
 Ruhların 
transformasiyası! 
Psevdoməhəbbət, ruh oğurluğu!
Cəmiyyətdə 
başqasının 
var-dövlətini 
mənimsəmək,  başqasına  dissertasiya  işi  yaz-
dırmaq və yalançı alim olmaq və s. bu kimi hallar 
heç  olmasa  ictimai  rəylə  məzəmmət  olunur. 
Yalançı  aşiqlik,  hansı  isə  aşiq  obrazının 
imitasiyası  isə  bəzən  diqqətdən  qaçır.  Daha 
doğrusu,  bu  məsələ  fərdi  münasibətlə  bağlı  ol-
duğundan, onu aşkar etmək, həqiqi hisslə saxtanı 
24


fərqləndirə  bilmək  ancaq  qarşı  tərəfin  həssaslıq 
dərəcəsindən asılıdır. 
Məhəbbətə  bir  proses  kimi  baxsaq,  o,  üç 
mərhələdən  keçir.  Birincisi,  ilk  təəssürat,  hey-
ranlıq,  vurğunluq.  Bu  məhəbbətin  romantik 
çağıdır. Əgər məhəbbət vüsalla nəticələnmirsə, bu 
hal yeni mərhələyə keçmir və  axıra qədər davam 
edir.
 Evləndikdən 
sonrakı 
mərhələdə, 
birgəyaşayış  dövründə  romantika  xeyli  dərəcədə 
reallıqla  əvəz  olunur.  Bu  mərhələdə  dostluq 
münasibətləri  məhəbbətin  yeni  forması  kimi  və 
ya  ilk romantik hissləri tamamlayan əlavə duyğu 
kimi  zəruri  şərtə  çevrilir.  Əgər  dostluq 
yaranmasa,  ailə  münasibətləri  tək  bir  romantik 
hiss  üzərində  qərar  tuta  bilməz.  Bu  zərif  hiss  nə 
qədər  atəşin  olsa  da,  birgəyaşayışın  bütün  ağır 
yükünü  daşımaq  üçün  yetərli  deyil.  Əksinə, 
həyati  gerçəkliyin  hər  bir  konkret     problemi  bu 
hissin  sarsılmasına,  sevənlərin  yerə  enmələrinə 
yönəlmiş  olur.  Dostluq  isə  ilk  növbədə  ümumi 
maraqlardan,  məqsəd  birliyindən  qaynaqlanır. 
Əlbəttə,  xarakterlər  arasında  fərq  dostlaşma 
prosesini  ləngidir,  ona  məne  olur.  Məhz  bu 
məqamda  məhəbbətlə  dostluq  arasındakı  fərq 
özünü  göstərmiş  olur.  Görünür,  C.Labryuyer 
deyəndə  ki,   «məhəbbət  və  dostluq  bir-birini 
25


istisna edir»
1
, – məhz bunu nəzərdə tutur. Lakin, 
bizcə,  bu  fərqi  belə  qabartmağa  ehtiyac  yoxdur. 
Çünki  əslində  bu  ziddiyət  məhəbbətin  ilk 
mərhələsinə,  romantik  dövrə  aiddir.  Ailə 
qurulduqdan  sonra  isə  dostluq  qaçılmaz  olur. 
Daha  doğrusu,  evlilik  mərhələsində  əksliklər 
üzərində  qurulmuş  tamamlama  məhəbbətindən 
fərqli  olan  yeni  bir  duyğuya  –   ümumi  cəhətlər 
üzərində  qurulmuş  eyniyyət  məhəbbətinə  ehtiyac 
yaranır.  Sonra  isə  bu  iki  məhəbbət  növünün 
sintezindən  ailə  məhəbbəti  formalaşır  ki, 
övladlara  olan  məhəbbətin  ortaqlığı  onu  daha  da 
gücləndirmiş  olur.   «Zaman  dosluğu  gücləndirir, 
məhəbbəti  isə  zəiflədir»
2
  fikri,  görünür,  bu 
müşahidələr 
əsasında 
deyilmişdir.
 Amma 
C.Labryuyer ailə dostluğunun əslində məhəbbətin 
növbəti  mərhələsi  olduğunu  nəzərə  almır. 
Məhəbbətlə  dostluğu  qarşı-qarşıya  qoymaq 
cəhdləri də buradan yaranır. 
Eyniyyət  məhəbbətinin    formalaşmasında 
isinişmə prosesinin mühüm rolu vardır. Bu proses 
tərəf-müqabilin ailə həyatında   iştirakını mənəvi-
estetik  auranın  ayrılmaz  tərkib  hissəsi-nə  çevirir. 
Hər bir tərəfin «mən»-i yenidən formalaşır. Sanki 
qarşı  tərəfin  arzu  və  istəkləri-nə  uyğunluq 
istiqamətində  mənəvi  transforma-siya  başlanır. 
1
  Ж.Лабрюйер.   Характеры   или   Нравы 
нынешнего века. – Мир и эрос. М, 1991, стр. 92.
2
 Yenə orada.
26


Əsl  yetkin  məhəbbətdən  də  məhz  bu  mərhələdə 
söz  açmaq  mümkündür.  İlkin  mərhələ  olan 
romantik  məhəbbət  isə  əslində  məhəbbətin  özü 
yox, onun axtarışıdır. 
Məhəbbət və kamal
27


Onu idrak üçün  kamal istər,
Əhli-zövq istər, əhli-hal istər
H.Cavid
Fəlsəfədə  insanın  dünyaya  münasibəti  üç 
istiqamətdə  nəzərdən  keçirilir;  onu  dərk  etmək, 
dəyərləndirmək  və  əməli  surətdə  dəyişdirmək. 
Əgər biz məhəbbətin bu münasibətlər sistemində 
yerini  müəyyənləşdirmək  istəsək,  ilk  növbədə 
onun  bu   üç  istiqamətdən  –  idraki,  aksioloji  və 
praktik  aspektlərdən  hansına  aid  olduğunu 
aydınlaşdırmağa çalışmalıyıq.
Əvvəlcə  idrakla  əlaqəyə  baxaq.  Bəlkə 
məhəbbət insanın  nəyi  isə  dərk  etmək cəhdindən 
irəli  gəlir?  Bəlkə  insan  daha  çox  dərk  etdiyini 
sevir?  Amma  hamı  bilir  ki,    bu  belə  deyil. 
Məhəbbət  məntiqi  idrakın  nəticəsi  ola  bilməz, 
olsa-olsa  məhəbbətin  özünü  artıq  bir  hissi  fakt 
kimi dərk etmək cəhdləri göstərilə bilər.
İdrak geniş mənada götürüldükdə isə, yəni 
məntiqi  idrakdan  başqa,  dünyanı  duymaq, 
sezmək,  fəhm  etmək  də  bura  daxil  edildikdə  isə, 
məhəbbətlə  idrakın  mürəkkəb  bir  münasibəti 
ortaya  çıxır.  Təsadüfi  deyil  ki,  bəzi  şairlər  və 
filosoflar  həqiqi  böyük  məhəbbəti  məhz  idrakla 
əlaqələndirirlər.  Məsələn,  Platon  yazır:   «Doğru 
məhəbbətə sadə və gözəl olanı, həm də düşüncəli 
28


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə