Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix26.09.2017
ölçüsü2,08 Kb.
#1798
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

Fərdi   fəlsəfi   düşüncələr,   insanın  dünya-
dakı  gözəllik   və  harmoniya  qarşısında   hey-
rətindən doğan suallar, insanın özü ilə və dünya 
ilə təkbətək söhbətləri – kamilliyə aparan yolun 
məqamlarıdır.   Bu  məqamlar  özünü  maddi 
dünyadan ayıran, fərqli bir mahiyyətin təmsilçisi 
olduğunu  dərk  edən   və  özündə  dünyaya   qarşı 
dura   biləcək   bir  mənəvi  güc,   ideya   qaynağı 
tapan   və  bu  qaynaqdan   müntəzəm   surətdə 
bəhrələnərək daim  kamilləşən, dünya ilə, cahan 
ilə  tən  gələn   və  nəhayətdə,   bu  «cahana 
sığmayan»   insan-filosofun   və  ya   sözün   həqiqi 
mənasında insanın, böyük hərflə  İnsanın  həyat 
məqamları,  idrakın  əzablı  və  möhtəşəm 
addımları,   mənəvi   yüksəliş 
yaşantılarıdır. 
Heyrətdən  başlanan  idrak  yolunda  əzab  və 
sevincin, eşq və kədərin vəhdət məqamları!..
Ülviyyət, heyrət və müqəddəslik duyğusu 
Şərq  fəlsəfəsi  və  poeziyası  üçün  çox  səciy-
yəvidir.  Lakin  etiraf  etməliyik  ki,  bu  gün  biz 
babalarımızın  yaratdıqlarını  özümüzə  qaytar-
mağa  nail  olmamış  və  onları  inkişaf  etdirmək 
bir  yana  dursun,  sadəcə  müasir  fəlsəfi  fikir 
kontekstində  yenidən  mənimsəyə  bilməmişik. 
Təəssüf  ki,  heyrətdən  başlanan,  məhəbbətdən 
keçən  və  fəlsəfi  idraka,  kamillik  məqamına 
yüksələn  mənəvi-əqli  inkişaf  yolunda  son  mər-
hələni  unutmuş,  neçə  əsrlər  boyu  elə  mə-
həbbətdə  ilişib  qalmışıq  və  bəzi  rəmzləri  hərfi 
37


mənada  təfsir  etdiyimizdən,  ulularımızın  böyük 
ideyalarını da təhrif etmiş, cılızlaşdırmışıq. 
Mütəfəkkir şairlərimizin idealı heç də fani 
dünyanın gözəllikləri yox, ilahi eşq və idrakdır. 
Nizami Allaha xitabən yazır:
İlhamlı nəfəsinlə qızıl güldü Nizami,
Güllərin nəğməkarı bir bülbüldü Nizami.
1
Necə ki, sonralar ilahi eşq adi sevgi ilə, əql 
evi bir gözəlin çöhrəsi ilə qarışıq salınıb, eləcə də 
gül-bülbül   mövzusu   zaman   keçdikcə   mənasını 
dəyişib.   Əbu   Turxanın   məlum   rübaisində 
deyildiyi kimi: 
İdrakı rəmz edib bir gül sandılar,
Aqil olanları bülbül sandılar,
Vaxt keçdi, rəmz itdi, sonra gələnlər
Təkcə bülbül ilə gülü andılar.
Şərqdə  məhəbbət həmişə kamillik və har-
moniya   ilə,   ilahi   başlanğıcla   əlaqələndiril-miş, 
yeri   gələndə   kosmoqonik   məna   kəsb   etmişdir. 
Nizami məhəbbəti təbiətin hərəkətveri-ci qüvvə-
lərindən   biri   hesab   etmiş,   hətta   planetlər   ara-
1
Nizami 
Gəncəvi. 
Sirlər 
xəzinəsi,
 B., 
«Çaşıoğlu»,2004, səh. 31.
38


sındakı   cazibəni   də   məhəbbətin   təzahürü   kimi 
mənalandırmışdır:  
Kainatda hər şey cəzbə bağlıdır,
Filosoflar bunu eşq adlandırır.
1
Yaxud:
İdrakı dinləsək, söyləyir o da:
-Hər şey eşq üstündə durur dünyada
Göylər yaransaydı eşqdən azad,
Düşün, olardımı yer üzü abad? 
2
Nizami  məhəbbətin  universal  konsepsi-
yasını yaradır və onu bütövlüyün, harmoniya-nın 
əsas  şərti,  dəyərlər  sistemində  ən  yüksək  dəyər 
kimi təqdim edir:       
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Eşqsiz olsaydı, xilqətin canı, 
Dirilik sarımazdı, böyük cahanı.
3
  Ən  önəmlisi  budur  ki,  Nizami  Gəncəvi 
1
Nizami Gəncəvi. Xosrov və Şirin. B., «Çaşıoğ-
lu», 2004,səh. 38.
2
 Yenə orada. 
3
 Yenə orada, səh. 37.
39


Günəşi  şölələnməyə,  planetləri  fırlanmağa, 
buludları  dolmağa  və  boşalmağa  məcbur  edən 
qüvvəni məhz eşq kimi təqdim edir. Biz bu fikrə 
A.Bakıxanov  da  rast  gəlirik: «Dünyadakı  nizam 
və  intizam  da  eşqdəndir  və  ya  eşqin  özüdür».

Əslində  klassik  fəlsəfədə  bu  qüvvə  nəfsin  və  ya 
əqlin  xislətidir.  Məsələn,  Fərabi  göy  cismlərinin 
intellektindən
2
, Ş.Sührəvərdi isə göyün nəfsindən

bəhs  edir.  Kainatda  hərəkətin  mənbəyi  də  dünya 
əqli və ya göy nəfsinin iradəsidir.
4
 Poetik düşüncə isə, belə yüksək missiyanı 
ancaq eşqə etibar edir. Nizami həm də təkcə göy 
cismlərinin  yox,  irili-xırdalı  bütün  təbiət  hadisə-
lərinin  hərəkətverici  qüvvəsini  eşqdə  görür.  Ən 
obrazlı deyimlərdən birini misal gətirək: 
Eşqin yanğısıdan gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar.
5
İbn Sina məhəbbətə maddi və mənəvi var-
lığın  iyerarxiyasında  əlaqələndirici  məqam  kimi 
1
  A.Bakıxanov.  Təhzibi-əxlaq  və  nəsihətlər. 
Bakı, 2004, səh. 37.
2
  Аль-Фараби. Естественно-научные трактаты. 
Алма-Ата. 1987, стр. 287.
3
 Ş.Sührəvərdi. İşıq heykəlləri. – Şərq fəlsəfəsi. 
B., 1999, səh. 224.
4
 Yenə orada.  
5
 Nizami Gəncəvi. Xosrov və Şirin, səh. 37.
40


baxmışdır. Aşağı mərtəbədəki varlıq daha yüksək 
mərtəbədəki  varlığın  nuru  ilə  işıqlandı-ğı  üçün 
parıltısı və gözəlliyi artır.
1
 
Sən  demə,  ilkin  materiya,  forma  və  əla-
mətlər  də  məhəbbət  qanunlarına  tabe  imiş.  İbn 
Sinaya  görə,  ilkin  materiya  fitri  məhəbbətə  ma-
likdir. «İlkin  materiya  öz  çirkinliyini  gizlətməyə 
çalışan  eybəcər  qadın  kimidir;  hər  dəfə  onun 
niqabı  açılanda  o,  öz  çatışmazlıqlarını  əli  ilə 
örtür».
2
  Burada  ilkin  materiyanın  həmişə 
«paltarda», forma ilə birlikdə təzahür etdiyi, xalis 
şəkildə  («özündə  şey»)  isə  insan  üçün 
dərkolunmaz olduğu nəzərə çarpdırılır. 
Məhəbbətin  mənəvi  kamilliyin  təməli 
olması  həm  də  şərtdir.  Yəni,  ancaq  sevərək 
gözəlləşmək  mümkündür.  Övlad,  valideyn  sev-
gisi,  millət,  vətən  sevgisi,  təbiətə,  kainata, 
bəşəriyyətə – insanlığa bağlılıq, özünü dərk etmə-
yin,  dünyanı  dərk  etməyin,  Allahı  dərk  etməyin 
mənəvi  yüksəliş  yolları  –  ilahi  eşq!  İnsan  ancaq 
dünyanın 
harmoniyasını,
 insan 
qəlbinin 
möhtəşəm  zənginliyini,  əqlin  fitrətini,  ilahi 
qüdrətin  ecazkarlığını  duymaqla  gözəlləşir.  Əql, 
bilik  insanı  daha  nəcib  edir.  İncə  strukturlar  ona 
aşkarlandıqca,  o  özü  də  incələşir,  zərifləşir.  Bu 
1
  С.Б.Серебряков. Трактат Ибн Сины (Ави-
ценны) о любви. Тбилиси, 1976, стр. 32.
2
  Ибн Сина.  Трактат о любви.//  С.Б.Серебря-
ков. Göstərilən əsər, səh. 51.
41


Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə