- 40 -
və üçüncü halda – nəfs. Lakin o bunların birləşdirilməsin-
dən yüksəkdə dayanır».
Cavid də Tanrını dünya ilə eyniləşdirmir, ondan uca
tutur:
Tanrının hikmətidir cümlə cihan,
Varmı təkzib edəcək bir insan!?
1
Bununla belə, islam dünyasında fəlsəfənin inkişafında
özünəməxsus yer tutan təsəvvüf xeyli dərəcədə fərqli bir
sistem olmaqla daha çox subyektiv idealizmin müddəaları
çərçivəsində təhlil oluna bilər.
Dünyanın dərk olunmasını Cavid insanın öz «gizli»
imkanlarının, könül qapısının açılması ilə mümkün hesab
edir.
Bir göz ver ki, haqq nurunu duysunlar
Bir könül ver, doğru yola uysunlar
2
.
Bir çoxları da təsəvvüf təlimini, xüsusən vəhdət əl-
vücud ideyasını panteizm kimi təfsir etməyə çalışırlar. …
Bütün bunlara baxmayaraq, təsəvvüf xeyli dərəcədə özünə-
məxsus bir təlim olmaqla ənənəvi Qərb təlimlərinin heç biri
ilə eyniləşdirilə bilməz. Cavidin əsərlərində rəhbər tutulan
ideyalar isə ənənəvi təsəvvüfün də sərhədlərindən kənara
çıxır.
Cavid sufilərdən ən çox İbn Ərəbini xatırladır. Onun
ilahi hüsnə, gözəlliyə, eşqə müraciətləri, ilahi gözəlliyi yer-
1
Йеня орада, с. 159.
2
Йеня орада, с. 151.
- 41 -
də axtarmaq və ya başqa sözlə, dünyəvi gözəlliklə ilahi gö-
zəlliyin vəhdətindən, eyniyyətindən çıxış etmək təşəbbüslə-
ri Caviddə də rast gəlinir.
Harda parlarsa haqq, şərəf, vicdan,
Eyilik, doğruluq, gözəllik, inan,
Orda var sevgi, orda var iman:
Orda var, şübhəsiz, böyük Yaradan!
1
Yaxud daha çox İbn Ərəbiyə və Mövlanaya xas olan
eşqin ancaq ilahi eşq səviyyəsində mənimsənilməsi və vəsf
edilməsi ənənələri Cavid poeziyasında da davam etdirilir.
Mən məhəbbət əsiriyəm… hər an,
Hər zaman özlərəm bir öylə cahan
Ki, bütün kainatı eşq olsun
Könül uçduqca etila„ bulsun.
2
Yaxud:
Çünki mən aşiqi-divanəsiyəm,
Mən o hüsnün dəli pərvanəsiyəm.
3
Peyğəmbər təbiətin, maddi dünyanın Allaha aid oldu-
ğunu vurğulamazdan öncə, könül dünyasının, əql-kamalın
da ünvanını Allahda axtarır:
Çünki həp mənliyim, kamalım Onun,
Hər düşüncəm, bütün xəyalım Onun.
1
Йеня орада, с. 162.
2
Йеня орада, с. 147.
3
Йеня орада, с. 162.
- 42 -
Məni həp cəzb edər o incə məal,
Ah, O, yalnız O qayeyi-amal!...
1
Mənə ilham edər ancaq Tanrı,
Onun eşqi ilə uçar duyğularım.
2
Yaxud:
Bütün məbudların fevqində parlar
Yalnız gözəgörünməz bir Tanrı var,
Odur hər varlığın əvvəli, sonu,
Bütün kainat təqdis edər onu.
3
Cavid Mənsur Həllac, Nəsimi kimi sufi filosoflarına
xas olan «Mənəm Haqq», «Haqq məndədir» tezisini eynilə
təkrar etmir. O, daha çox əlaqəni, vəhdəti göstərir və insan
da bu vəhdətin, Haqqın təzahürlərindən fərqli məkanların-
dan biri kimi anılır. Şair hər dəfə insanın ilahi başlanğıcını
yada salmağı da unutmur.
Mələk deyir:
Ayrı olsaq da iştə hər ikimiz
Bir rübabın inildəyən səsiyiz.
4
Cavid baş rəisin dili ilə peyğəmbərin təlimini belə
izah edir:
Onun ancaq yuca göylərdə yaşar,
Əl vurulmaz yeni bir Tanrısı var.
Öylə bir Tanrı ki, gözlər görməz,
Cismi yoqmuş da, nə cevhər, nə ərəz.
1
1
Йеня орада, с. 148.
2
Йеня орада, с. 161.
3
Йеня орада, с. 151.
4
Йеня орада, с. 142
- 43 -
Bu fikirlər əsasən Qurani Kərimdən – İxlas surəsin-
dən götürülmüşdür. Bircə «göylərdə yaşamaq» əlavə olun-
muşdur. Bu artıq baş rəisin təsəvvürüdür. Çünki bütpərəst
qafalı rəis Tanrını yersiz, məkansız təsəvvür edə bilmir. İlk
öncə o, Tanrını yerdən ayırır – göylərə qaldırır. Sonrakı
misrada isə «Həm də məkansız… nə qədər sərsəmlik?!», –
deyir. Hər halda bütpərəstlərdə Allah ideyasına gedən yol
həm dini təfəkkürün tarixi təkamülü baxımından, həm də
bəsit düşüncədən – sadəlövh realizmdən idealist dünyagö-
rüşünə yüksəliş baxımından əvvəlcə göylərdən keçir. Yəni
«göy» ən ali məqam və ya son məntəqə yox, təfəkkürün yo-
xuşda, yüksəliş yolunda nəfəsini dərib dincələ bilməsi üçün
aralıq məntəqədir. Lakin təəssüf ki, hələ indi də Allahın ye-
rini göylərdə axtarmaq adi şüurda çox möhkəm qərarlaş-
mışdır. Bu məqam, bu məntəqə əksəriyyətin düşüncə poten-
sialının tükəndiyi bir məqamdır. Bu məqamı keçib göylər-
dən o tərəfə boylanmaq və orada öz könül mülkünə rast gəl-
mək seçilmişlərin qismətidir.
Bu, «Allahı görmək» məqamıdır. Lakin təbii ki, adi
cismani gözlə deyil, batini, yaxud bəsirət gözü ilə. Elə hə-
min əsərdə, yenə də Cavidin «Peyğəmbər»ində baş rəisin
izahından azca sonra biz Əbu Talib oğlunun dili ilə daha
dərin və ilk baxışda paradoksal bir izahla qarşılaşırıq.
«Nerdə gördün onu, nerdə?» sorğusuna cavab olaraq
Əbu Talib oğlu deyir:
1
Йеня орада, с. 178.
Dostları ilə paylaş: |