Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 46 -
Bizcə,  onların  çeşidinə  və  funksiyalarına  yenidən 
baxılmalı,  “Elm-İstehsalat”  və  “Təhsil-Elm-İstehsa-
lat” birlikləri ilə inteqrasiya variantları nəzərdən ke-
çirilməlidir.  Belə  bir  islahatdan  sonra  AMEA  əsas-
naməsində  nəzərdə  tutulan  koordinasiya  rolunu, 
mərkəzləşdirici  funksiyasını  yerinə  yetirə  biləcək-
mi?  
Nə  qədər  paradoksal  görünsə  də,  AMEA  öz 
üzərinə götürdüyü əlaqələndici missiyasını ancaq bu 
zaman, dublyor qurumlardan xilas olmaqla, öz işini 
ancaq  aparıcı,  prioritet  sahələr  üzərində,  elm  təş-
kilatçılığı  istiqamətində  qurmaqla  yerinə  yetirə  bi-
lər.  Çünki  bu  halda  özümünkü  və  başqasınınkı  ol-
mayacaq və akademiklər birliyi bütün sahələrə eyni 
ucalıqdan baxa biləcəkdir.  
AMEA-nın – akademiklər birliyinin indiki şə-
raitdə  arxa  plana  keçmiş,  lakin  əslində  ən  mühüm 
funksiyaları  da  ancaq  bu  zaman  hərəkətlənə  bilər. 
Bu funksiyalar, məsələn, aşağıdakılardır:  
1.  Azərbaycanda  aparıcı  elm  sahələrinin 
müəyyənləşdirilməsi  və  təsnifatı,  elmi  standartların 
və  tələblərin  müəyyənləşdirilməsi  –  bu  məqsədlə 
AMEA-nın nəzdində elmşünaslıq institutunun yara-
dılması. 
2.  Universitet  elmi  və  sahə  elmlərinin,  ixti-
saslaşmış  akademiyaların,  “Elm-Təhsil-İstehsalat” 
birliklərinin  elmi  fəaliyyət  istiqamətlərinin  ümumi 


Elm  və onun təşkilati formaları 
 
 
- 47 -
mənzərəsinin  yaradılması  və  elmi  işlərin  koordina-
siyası.  
3. Ali Attestasiya Komissiyası və Dissertasiya 
Şuralarının,  ekspert  komissiyalarının  da  işinin  bu 
nüfuzlu  qurumla  sıx  əlaqədə  həyata  keçirilməsi. 
Ekspertiza işinin yüksək ödənişli əsaslarla qurulma-
sı.  Dissertasiyaların  hazırlandığı  elmi-tədqiqat  mər-
kəzləri  ilə  sıx  əlaqə  yaradılması,  lakin  həlledici  sö-
zün AMEA-ya verilməsi. 
4.  Ölkəmizdə  nüfuzlu  elmi  jurnalların  fəaliy-
yətinin və nəşrinin təşkil edilməsi.  
5.  Ancaq  adı  qalmış  və  bir  dilçilik  qurumuna 
çevrilmiş  Terminologiya  komitəsinin  fəaliyyətinin 
canlandırılması,  bütün  ixtisas  sahələri  üzrə  ən  gör-
kəmli mütəxəssislərin bu işə cəlb olunması.  
6. Koordinasiya şuralarının formal şəkildə de-
yil, gerçək fəaliyyətinin  təşkil olunması və  “ictimai 
əsaslarla”  fəaliyyət  praktikasından  uzaqlaşaraq,  bu 
iş üçün yetərli dərəcədə pul ayrılması.  
7. Elmi tədqiqat layihələrinin dəyərləndirilmə-
si  və  bu  işin  təşkilində  Elmin  İnkişaf  Fondu  ilə  sıx 
əlaqə yaradılması.  
İş prosesində, şübhəsiz ki, neçə-neçə yeni isti-
qamətlər ortaya çıxa bilər. Əsas məsələ isə  mərkəz-
ləşdirmə  və  koordinasiya  funksiyalarının  sözdə  de-
yil,  işdə  həyata  keçirilməsi  və  bu  sahələrin  institut-
laşmasıdır.  
 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 48 -
 
Elmlər Akademiyası  və  Yazıçılar Birliyi  
 
Bu  yaxınlarda  “525-ci  qəzet”in  səhifələrində
1
 
xalq  yazıçısı  Elçinin  Azərbaycan  ədəbiyyatı  və 
onun təşkilatlanması problemləri haqqında düşüncə-
ləri  ilə  tanış  oldum.  Bir  elm  adamı  olaraq,  burada 
qaldırılan  məsələlər  fikrimi  istər-istəməz  elmin  və 
fəlsəfi  tədqiqatların  təşkilatlanması  ilə  əlaqədar  və-
ziyyətin  təhlilinə  yönəltdi.  Belə  ki,  ədəbiyyatla  ya-
naşı,  elm  və  fəlsəfə  də  öz  sovet  dövrünü  başa  vur-
duqdan  sonra,  müstəqillik  şəraitində  qarşısında  du-
ran missiyanın yenidən dəyərləndirilməsinə, o vaxt-
dan  qalmış  təşkilati  formaların  bir  daha  nəzərdən 
keçirilməsinə ehtiyac hiss edir.  
Əlbəttə,  iqtisadiyyat  sahəsində  biz  öz  seçimi-
mizi artıq etmişik. Mərkəzləşmiş təsərrüfat və vahid 
dövlət  idarəçiliyi  sistemindən  bazar  iqtisadiyyatına 
keçilməsi  prosesi  artıq  başa  çatmışdır.  Kommunist 
ideologiyasından  və  sosialist  təsərrüfat  sistemindən 
imtina edildikdən sonra belə bir keçid labüd idi. La-
kin  bu  keçidin  özü  də  ilk  illərdə  yaxşı  ölçülüb-bi-
çilmədiyindən  iqtisadiyyatımız  böyük  itkilər  verdi. 
Sənaye  də,  kənd  təsərrüfatı  da  az  qala  iflic  vəziy-
yətinə  düşmüşdü.  Nə  yaxşı  ki,  1993-cü  ildən  sonra 
hələ yeni strukturlar formalaşmadan əvvəlkiləri kor-
                                                 
1
 “525-ci qəzet”, 18 fevral, 2010-cu il. 


Elm  və onun təşkilati formaları 
 
 
- 49 -
koranə  dağıtmaq  praktikasına  son  qoyuldu.  Bu 
tendensiyanın  neobolşevik  mahiyyətini  çox  düzgün 
qeyd  edən  Elçin  Əfəndiyev  onun  ədəbiyyatımıza 
vura biləcəyi ziyanların da qarşısını almağa çağırır.  
Yeniliyi,  müstəqilliyi,  azadlığı  “sovetdən  nə 
qalıbsa dağıtmaq” kimi başa düşənlər təbii ki, təkcə 
iqtisadiyyatda  yox, başqa sahələrdə də var idi. Mən 
Yazıçılar  İttifaqını  ləğv  etmək  tərəfdarlarının  arqu-
mentləri ilə yaxşı tanış deyiləm. Amma Elmlər Aka-
demiyasının da keçmişin qalığı kimi qiymətləndiril-
məsi  və  ləğvi  haqqında  düşüncələr  mənə  yaxşı  bəl-
lidir.  
İqtisadiyyatla  yanaşı,  elmi,  ədəbiyyatı,  təhsili 
və  ümumiyyətlə  istənilən  ictimai  həyat  sahəsini 
əhatə edən mərkəzləşmiş idarəetmə sistemi, əlbəttə, 
məhz  sosializm  üçün  spesifik  bir  cəhət  idi.  Amma 
onun  çatışmazlıqları  ilə  yanaşı,  üstünlükləri  də  var 
idi. Xüsusilə elm sahəsində dövlət tərəfindən maliy-
yələşdirmə  və  mərkəzləşdirilmiş  fəaliyyət  prinsipi 
elmin  inkişafı  üçün  böyük  hərəkətverici  qüvvə  idi. 
Kapitalizm cəmiyyətindəki alimlər də məhz belə bir 
şərait  arzu  edirdilər.  A.  Eynşteyn  deyirdi  ki,  elm 
adamı  gərək  qazanc  barədə  düşünməli  olmasın, 
onun bütün maddi ehtiyacları və qayğıları üzərindən 
götürülməlidir.  Buna  uyğun  model  isə  məhz  sosia-
lizm  cəmiyyətində  formalaşdırılmışdı.  Və  sosializ-
min  bu  üstünlüklərindən  bəhrələnmiş,  dövlət  tərə-
findən  maliyyələşməyə  vərdiş  etmiş  alimlər  üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə