Elm ideologiya və dövlətçilik şüuru
- 71 -
sı olmalıdır. Dövlət rəhbərliyi tərəfindən göstərilən
bu diqqət və istək elm adamlarının özü tərəfindən
dəstəklənməli və bu yöndə alternativ optimal mo-
dellər işlənib hazırlanmalıdır. Xüsusilə dəqiq elm-
lərlə humanitar və ictimai elmlərin qarşılıqlı müna-
sibəti və nisbəti məsələləri dövlət maraqlarına uy-
ğun surətdə həll edilməlidir.
İndiki dövrdə – ölkəmizin elmdə və humanitar
sahədə dönüş yaratmaq əzmi ortaya qoyulduğu bir
vaxtda bu sahədə həyata keçirilməli olan vəzifələrin
həlli üçün yüksək riyazi və ya fiziki təfəkkür bəs
eləmir. Bizdə elmin təşkilati strukturunu və elmi
islahatları texnarlar özləri hazırlamağa çalışırlar.
Halbuki bir sistemin içərisinə girmiş olan adam, nə
qədər dahi olursa-olsun, o sistemi bütöv halda görə
bilməz, heç düzgün təsəvvür edə də bilməz; bunun
üçün həmin sistemdən kənara çıxmaq və ona kənar-
dan, bütöv bir hadisə kimi baxmaq tələb olunur.
Elm onun infrastrukturu ilə birlikdə, həm də ictimai
həyatın, dövlət siyasətinin tərkib hissəsi kimi nə-
zərdən keçirilməli, bu sahədə hər hansı bir addım
fəlsəfi təfəkkür və ümumi cəmiyyətşünaslıq mövqe-
yindən atılmalıdır.
Bir sözlə, elmdə islahatın özü də elmi metod-
larla həyata keçirilməlidir və bu elmin adı – elm-
ş
ünaslıqdır. Bu nisbətən yeni elm sahəsi isə elmin
sosiologiyası və elmin menecmenti ilə birlikdə fəl-
səfənin bətnində formalaşmış və ondan hələ tama-
Azərbaycanda elm və onun aktual problemləri
- 72 -
milə ayrılmamışdır. Elmdə aparılmalı olan böyük
yenidənqurma işləri üçün tələb olunan ikinci və
əslində bəlkə də birinci şərt isə dövlətçilik şüurudur
ki, o da yenə fəlsəfi təfəkkür çərçivəsində formala-
şır. Yəni müasir şəraitdə fəlsəfəyə olan ehtiyac hər
mənada artmış, onun ictimai həyatla sıx surətdə
bağlı olan bəzi sahələri isə xüsusi aktuallıq kəsb
etmişdir.
Elmə sosial sifariş
Təbii sərvətlər tükənən dəyərdir, an-
caq təhsil, bilik, elm əbədi olmaqla, hər
bir ölkənin gücləndirilməsinə töhfə verən
amillərdir
.
İ
lham Əliyev
Azərbaycanda yeni iqtisadi münasibətlərə ke-
çid prosesinin başa çatması bütövlükdə ictimai hə-
yatın elmi meyarlar baxımından yenidən dəyərləndi-
rilməsini tələb edir. Cəmiyyətşünas alimlərimiz qar-
şısında nə vaxtsa Avropada yaradılmış və Qərb ic-
timai gerçəkliyini əks etdirən təlimlərin cazibə sa-
həsindən çıxaraq ən müasir gerçəkliyi ehtiva edən
yeni konsepsiyalar yaratmaq vəzifəsi durur. Və
Azərbaycanın ictimai fəzasında artıq bir canlanma
müşahidə olunmaqdadır. Noyabr müşavirəsindən və
akademik Ramiz Mehdiyevin “İctimai və humanitar
Elm ideologiya və dövlətçilik şüuru
- 73 -
elmlər: zaman kontekstində baxış” mövzusunda
analitik məqaləsindən sonra bu sahədə çeşidli mü-
zakirələr gedir, problemin bu və ya digər aspektinə
dair KİV-də tanınmış alimlərin çıxışlarına geniş yer
verilir.
Amma maraqlıdır ki, hətta bu müzakirələrdə
də biz öz “ənənələrimizə” sadiq qalaraq bu və ya
digər ictimai bir problemə münasibət məsələsində
cari siyasət və konyuktur çərçivəsindən kənara çıxa
bilmir, qoyulmuş konkret bir problemə analitik təh-
lildən daha çox, aksioloji aspektdə yanaşır, onun
dərin genetik, qnoseoloji və ictimai köklərini araş-
dırmaq əvəzinə, sadəcə deyilənləri “təsdiq etmək”,
– tərifləmək, onlara “dəstək verməklə” kifayətləni-
rik. Halbuki, noyabr müşavirəsi ictimai və huma-
nitar elmlərə sadəcə münasibət məsələsi olmayıb,
onların qarşısında konkret vəzifələr qoymuşdur. Cə-
miyyətin hər hansı bir sahəsindəki nailiyyətlərə və
problemlərə artıq yeni metodoloji əsasda yanaşıl-
ması tələb olunur. Yəni biz bir, tərəfdən akademik
R.Mehdiyevin qaldırdığı məsələlərin aktuallığını
qeyd ediriksə, onlara dəstək veririksə, digər tərəf-
dən, öz tədqiqatlarımızı yeni paradiqmanın tələb-
lərinə uyğunlaşdıraraq ictimai proseslərin arxasında
yox, ön cəbhəsində getdiyimizi, qabaqlayıcı araş-
dırmalar apardığımızı sübuta yetirməliyik. Düzdür,
belə fundamental tədqiqatların mətbuatda tezliklə
üzə çıxmasını gözləmək sadəlövhlük olardı, amma
Azərbaycanda elm və onun aktual problemləri
- 74 -
ən azı bu istiqamətdə işlərin getdiyinə əmin olmaq
istərdik. Təəssüflə qeyd etməliyəm ki, AMEA-nın
ictimai elmlər sahəsində elmi-tədqiqat institutlarının
illik hesabatlarını və gələcək “planlarını” dinlədik-
dən sonra bu məsələdə olub-qalan nikbin gözlən-
tilərim də itib-getdi.
Lakin diqqəti məsələnin başqa tərəfinə də
yönəltmək olar. İndi müzakirələr Ramiz müəllimin
yalnız adı çəkilən məqaləsi ətrafında gedir. Bundan
bir qədər əvvəl isə R.Mehdiyev mətbuatda milli mə-
nəviyyatımızla bağlı olan və aktuallığına görə on-
dan geri qalmayan başqa məsələlər qaldırmışdı.
Ondan da əvvəl fəlsəfi fikrin müasir düşüncədə ro-
lundan bəhs edən fundamental bir məqalə ilə çıxış
etmişdi ki, bunlar hamısı bir-biri ilə sıx surətdə bağ-
lıdır. Biz isə bəzən akademikin hər təzə əsəri çap
olunanda, sanki əvvəlkiləri unudur və bütün prob-
lemlərimizə ancaq son məqalənin işığında nəzər
salmağa çalışırıq. Belə münasibət də əslində bizim
fəlsəfi düşüncədən daha çox, operativ publisistik
düşüncəyə meylli olduğumuzu, uzunmüddətli, stra-
teji araşdırmalardan daha çox, impulsiv reaksiyalara
üstünlük verdiyimizi göstərir.
İctimai və humanitar elmlərin qarşısında du-
ran vəzifələr həddindən artıq çoxdur. Müstəqillik
elan olunduqdan üzü bəri, ictimai proseslər davam
etsə də, sosial elmlər hələ də axtarışdadır. Əlbəttə,
axtarış yaxşı şeydir, elmin əsas şərtlərindən biridir.
Dostları ilə paylaş: |