Elm ideologiya və dövlətçilik şüuru
- 75 -
Amma bizdə axtarış hələ ki, özünü axtarmaq səviy-
yəsindədir. Sovet dövründə özünüdərkə xidmət
edən metodologiyadan total surətdə imtina olunduq-
dan sonra ictimai elmlər özünü hələ də tapa bil-
məmiş, stabil bir məcraya düşməmişdir; o hələ də
öz predmetini və funksiyalarını “təzələməklə” məş-
ğuldur.
Metodologiya məsələsi, əlbəttə, böyük məsə-
lədir, strateji sahədir. Amma əvvəlcə nədən başla-
maq lazım olduğunu müəyyənləşdirməliyik.
Məncə, hazırda ictimai elm nümayəndələrinin
qarşısında duran yaxın və uzaq vəzifələr fərqləndi-
rilməlidir.
Cari vəzifələr üç istiqamətdə qruplaşdırıla bilər:
Birincisi, akademik Ramiz Mehdiyevin ancaq
axırıncı məqaləsindən deyil, son illərdə çap etdirdiyi
və yeni ictimai gerçəkliyin elmi-nəzəri tədqiqi üçün
metodoloji baza rolunu oynaya biləcək əsərlərini bir
sistem halında nəzərdən keçirmək, bu əsərlərdə
onun rəhbər tutduğu vahid ideya xəttini müxtəlif
sahələrə ekstrapolyasiya etmək və həmin metodoloji
əsasda yeni məsələlər ortaya qoymaq.
İ
kincisi, akademik Ramiz Mehdiyevin əsərləri
bütün sonrakı tədqiqatlar üçün təkcə metodoloji
baza yox, həm də bir stimul, ilk qığılcım olmalıdır.
Yəni onun müzakirələri, indi olduğu kimi, artıq qo-
yulmuş problemlərin sadəcə təsdiqi və genişləndi-
rilməsi ilə məhdudlaşmamalıdır; biz bu sahədə
Azərbaycanda elm və onun aktual problemləri
- 76 -
yazarkən işimizi yalnız R.Mehdiyevə istinad etmək
formasında qurmayaraq, başqa ölkələrdə bu səpkidə
aparılan tədqiqatlara da nəzər salmalı, öz aramızda
da polemikaya girməli, bir-birimizin qaldırdığı mə-
sələlərə də münasibət bildirməli, sözün həqiqi mə-
nasında geniş və hərtərəfli fikir mübadiləsi apar-
maqla, akademikin irəli sürdüyü ideyaları böyük bir
zəncirvarı reaksiyanın təməl daşına çevirməliyik.
Üçüncüsü, artıq yeni paradiqmaya və yeni
metodoloji əsaslara söykənən ilk fundamental təd-
qiqat işləri ortaya çıxmalıdır ki, onları nümunə kimi
göstərmək mümkün olsun. Yəni gənc tədqiqatçılar
üçün müəyyən bir cığır açılmalıdır.
Nisbətən uzunmüddətli tədqiqat tələb edən
məsələlər isə aşağıdakılardan ibarətdir:
Birincisi, müasir dövrdə ölkəmizdə formalaş-
mış olan ictimai gerçəkliyi, Azərbaycan iqtisadi mo-
delinin özünəməxsus xüsusiyyətlərini öyrənmək və
onun sosioloji təhlilini vermək.
İ
kincisi, keçid dövrü başa çatdırıldıqdan sonra
qarşıda duran perspektiv vəzifələri müəyyənləşdir-
mək və strateji inkişaf proqramlarının hazırlanması
üçün elmi tövsiyələr irəli sürmək.
Üçüncüsü, yeni ideoloji kursun müəyyən edil-
məsi, ictimai şüurun yenidən formalaşan sosial ide-
alın tələblərinə uyğun surətdə yönəldilməsi, təhsil
sisteminin, habelə KİV-in fəaliyyət proqramlarının
Elm ideologiya və dövlətçilik şüuru
- 77 -
strateji hədəflərə uyğunlaşdırılması, bütün bu sa-
hələrdə geniş miqyaslı maarifçilik işinə başlanması.
Dördüncüsü, siyasi və hüquqi mədəniyyətin
formalaşdırılması, milli-fəlsəfi fikir ənənələri ilə
müasir Qərb fəlsəfəsinin sintezindən çıxış etməklə
ictimai və humanitar fəaliyyət sahələri üçün meto-
doloji baza yaratmaq.
Bütün bu şərtlərin ödənməsi üçün isə öncə
fəlsəfi dünyagörüşü ilə ictimai elmlərin konkret mə-
sələləri arasında əks-əlaqə sistemi yaradılmalıdır.
Digər tərəfdən də, cəmiyyətşünas alimlərin müvəq-
qəti yox, müntəzəm tribunası olmalıdır. Televiziya
kanallarının bu məsələyə ayda-ildə bir dəfə yer ver-
məsi ilə ictimai rəyin formalaşdırılması mümkün
deyil. Nəzərə alınmalıdır ki, təbiət elmlərindən fərq-
li olaraq sosial elmlər ictimai şüurla sıx surətdə bağ-
lıdır. Yəni elmi tədqiqatlarla elmi-publisistik fəaliy-
yət paralel getməlidir.
Təəssüfləndirici haldır ki, elm adamlarının öz
analitik yazılarını operativ şəkildə çap etdirməyə
qəzet və jurnalları yoxdur. O boyda AMEA-nın or-
qanı heç həftədə bir dəfə də çıxmır. İldə bir-iki dəfə
çıxan və ya çıxmayan jurnallar da təbii ki, belə
aktual problemlərin işıqlandırılmasına imkan ver-
mir; məqalə işıq üzü görənə qədər aktuallığı itir. Di-
gər tərəfdən bu sahədə yazılan işlər sadəcə disser-
tasiya müdafiəsi üçün olmayıb, ictimai praktikada
Azərbaycanda elm və onun aktual problemləri
- 78 -
tətbiq üçün nəzərdə tutulursa, deməli yenə də ope-
rativliyə böyük ehtiyac var.
Bəs onda necə olsun? Biz elə “Azərbaycan”
qəzetinəmi ümid bəsləməliyik? Axı, bu qəzet Aka-
demiyanın yox, Milli Məclisin orqanıdır və sırf elmi
yazılar çap edə bilməz. Akademikin məqaləsinə ilk
reaksiyanın da məhz Milli Məclis üzvləri tərəfindən
verilməsi təsadüfi deyil. Çünki onların ictimai-si-
yasi hadisələrə və ictimai şüura operativ müdaxilə
etmək vərdişləri var. Bəs AMEA-da, Dövlət İdarə-
çilik Akademiyasında, BDU-nun müvafiq fakültə-
lərində və digər elm-təhsil müəssisələrində məskun-
laşmış və əsas vəzifəsi ictimai elmlərin inkişaf etdi-
rilməsindən ibarət olan alimlər ordusu necə, – bu
çağırışa operativ cavab verə bilirlərmi? Heç olmaz-
sa, hər hansı bir hərəkət hiss olunurmu?
Axı, yeni paradiqmanı əvvəlkindən fərqləndi-
rən əsas xüsusiyyətlərdən biri də siyasi tərəfkeşliyin
operativ surətdə nümayiş etdirilməsindən tədricən
ciddi elmi araşdırmalara, bu araşdırmaların müntə-
zəm və dayanıqlı bir prosesə çevrilməsinə, müvafiq
elmi-tədqiqat institutlarının və qurumlarının bütün
potensialının səfərbər olunaraq real ictimai proses-
lərin elmi proqnozuna yönəldilməsindən ibarətdir.
Bizdə tək-tək şəxslər hər hansı bir sahədə xü-
susi fəhm və istedad nümayiş etdirə bildiyi kimi,
elmdə də tədqiqatçı fərdlər bəzən çox yüksək nətic-
ələr göstərə bilirlər. Yəni bizim fərdi-genetik poten-
Dostları ilə paylaş: |