Elm ideologiya və dövlətçilik şüuru
- 79 -
sialla problemimiz yoxdur. Necə ki, şahmatda, gü-
ləşdə uğur qazana bildiyimiz halda, kollektiv oyun-
larda buna nail ola bilmirik, eləcə də elmi məktəblər
yaradılması, bütöv institutların kollektiv elmi fəaliy-
yətinin təşkili çətin olur.
Bununla belə, indi ölkəmiz elə bir inkişaf sə-
viyyəsinə çatmışdır ki, humanitar və ictimai elmlə-
rin, ümumiyyətlə elm sisteminin hərəkətə gəlməsi,
ideya cəbhəsində önə keçməsi və öz öncül yerini
tutması ciddi bir ictimai zərurətə çevrilmişdir. İcti-
mai inkişaf özü bunu bizdən tələb edir.
Bəs ictimai gerçəklikdə baş verən mühüm ye-
niliklər nədən ibarətdir? Təkcə Azərbaycan miqya-
sında deyil, bütün dünyada gedən bir sıra yeni ma-
hiyyətli ictimai-siyasi və iqtisadi-texnoloji məsələ-
lərə, habelə məhz Azərbaycanın bu qlobal proses-
lərdə spesifik mövqeyinə dair fikirlərimi mən “Yeni
dövrün yeni lideri” adlı məqaləmdə (“Xalq qəzeti”,
24 dekabr, 2009-cu il) ifadə etmişəm. İndi isə diq-
qəti ictimai-siyasi gerçəklikdə yaranmış vəziyyətin
başqa bir cəhətinə yönəltmək istərdim. Müstəqil-
liyin ilk illərindən başlayaraq müəyyən səbəblərdən
cəmiyyətin həddən artıq siyasiləşməsi, iqtidar və
müxalifət arasında kəskin qarşıdurmalar, müxalifə-
tin rasional tənqidi mövqedən deyil, total inkarçılıq
mövqeyindən çıxış etməsi və iqtidaryönlü qüvvə-
lərin də özünütənqiddən daha çox, özünümüdafiə
mövqeyində durmaq məcburiyyəti analitik təhlil və
Azərbaycanda elm və onun aktual problemləri
- 80 -
hərtərəfli yanaşma üçün bir o qədər də əlverişli ol-
mayan mühit yaratmışdı. İndi isə dövlətin neçə
illərdir apardığı məqsədyönlü siyasət artıq öz bəhrə-
lərini verdiyinə görə və müxalifətin ictimai fikri əks
istiqamətə yönəltmək təşəbbüsləri iflasa uğradığına
görə, cəmiyyətdəki siyasi qarşıdurma əhval-ruhiy-
yəsi tamamilə aradan götürülmüşdür ki, bu da iqti-
dara öz mövqelərini tənqidi-təhlil süzgəcindən keçi-
rərək daha rahat surətdə analitik təhlillər aparmaq
və ictimai şüuru tədricən siyasi fikir müstəvisindən
elmi fikir müstəvisinə keçirmək imkanı vermişdir.
Yeri gəlmişkən, bu cəhət akademik Ramiz Mehdi-
yevin son məqalələrindəki tənqidi ruhdan da aydın
görünür. Belə ki, ictimai şüurun strukturunda siyasi
nihilizmlə siyasi təbliğatçılıq arasındakı antaqoniz-
min öz yerini tədricən obyektiv elmi təhlil və özü-
nütənqidə verməsi prosesinin artıq başlandığı sezi-
lir. Bu isə ictimai elmlərə sosial sifarişin formalaş-
masından xəbər verir. Akademik Ramiz Mehdiyev
özü də yaranmış ictimai-siyasi situasiyanı məhz bu
baxımdan dəyərləndirir: “Əgər dövlət müstəqilliyi-
mizin bərpasının ilk illərində ictimai elmlərin nüma-
yəndələri arasında müəyyən qütbləşmə mövcud idi-
sə, bu gün cəmiyyətimiz öz inkişafının elə bir mər-
hələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi dəyişik-
likləri bütünlüklə və geniş miqyasda dərk etmək
Elm ideologiya və dövlətçilik şüuru
- 81 -
üçün hər cür imkan vardır. Əslində, bu yaşadığımız
tarixi anın mahiyyətini və məzmununu təşkil edir”.
1
Baxmayaraq ki, bu sahədə ilk addım yüksək
dövlət rəsmisi tərəfindən atılmışdır, biz bu hadisəni
dövlət sifarişi kimi yox, məhz sosial sifariş kimi
dəyərləndirməyin tərəfdarıyıq. Əslində Ramiz Meh-
diyev özü də bu yazılarında bir dövlət rəsmisi ol-
maqla yanaşı, həm də və bəlkə daha çox dərəcədə
bir filosof, tədqiqatçı alim kimi çıxış edir.
Fəlsəfə və ictimai elmlər
Marksist-leninçi fəlsəfədən imtina etdikdən və
müstəqilliyimizin açdığı imkandan istifadə edərək
milli fəlsəfi fikrimizi bərpa etmək, yaşatmaq imkanı
qazandıqdan sonra bu sahədə bir axtarış dövrü baş-
lansa da, aşkar bir nəticə hələ də ortada yoxdur. Bə-
ziləri orta əsrlər dövrünün fəlsəfi mənbələrinə qayıt-
mağı, islam fəlsəfəsinə istinad etməyi, bəziləri də,
əksinə, müasir Qərb fəlsəfi cərəyanları bazasında
yeni fəlsəfi sistemlərin transfer olunmasını təklif
edirlər. Yəni yeni fəlsəfi təlim olaraq ya klassik
Şərq (İslam), ya da müasir Qərb modelləri örnək ki-
mi götürülür. Lakin əslində bunların heç biri milli-
1
Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontek-
stində baxış. Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. Bakı,
2009, № 4. s.20.
Azərbaycanda elm və onun aktual problemləri
- 82 -
fəlsəfi fikrin formalaşması üçün əsas kimi götürülə
bilməz. Əlbəttə, bu təlimlər də öyrənilməli, onlar-
dan istifadə olunmalıdır. Lakin bizim tədris və
təbliğ etməli olduğumuz fəlsəfə ilk növbədə milli
ruh və düşüncə üzərində qurulmalıdır. Milli ruh bu
gün və ya dünən yaranmayaraq, qədim köklərə ma-
likdir. Onun ən böyük daşıyıcısı dildir. Adət-ənənə-
lərimiz, əxlaqi dəyərlərimiz, bədii-estetik meyarla-
rımız da milli ruhun əsas ifadəçiləridir. Bu mənada
milli fəlsəfi fikrimizin qaynaqları ilk növbədə folk-
lor, ədəbiyyat, musiqi və digər sənət növlərində, ha-
belə həyat tərzində, dildə yatan hikmətdə axtarılma-
lıdır.
Rəsmi fəlsəfə professorlarının artıq vərdiş qa-
zandıqları qəliblərdən çıxaraq milli ruhun ifadəsi
olan yeni fəlsəfi sistem yaratmaq imkanları çox
məhduddur. Ona görə də, milli fəlsəfi fikrin təmə-
lində daha çox dərəcədə rəsmi fəlsəfənin stereotip-
lərini mənimsəməmiş olan insanların içdən gələn və
buna görə də milli ruhla daha yaxşı səsləşən düşün-
cələri və mənəvi-ruhani etirafları durmalıdır.
İş burasındadır ki, uzun müddət ictimai
şüurun formaları kimi və insanın ruhi-intellektual
fəaliyyət sahələri kimi mövcud olan din, fəlsəfə və
ədəbiyyat zaman keçdikcə həm üfüqi, həm vertikal
istiqamətdə diferensiallaşmış, yeni alt sistemlər ya-
ranmışdır.
Dostları ilə paylaş: |