Səlahəddin Xəlilov


Azərbaycanda elm və onun aktual problemləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/43
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37837
1   2   3   4   5   6   7   8   9   ...   43

Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 18 -
məsələn,  elementar  zərrəciklər  nəzəriyyəsinin, 
kvant  elektrodinamikasının,  ifrat  keçiriciliyin  və  s. 
tədqiqi  ilə  bağlı  Azərbaycanda  heç  kim  fəaliyyət 
göstərməsə, bu sahələr inkişaf etmiş xarici ölkələrdə 
onsuz da tədqiq olunacaqdır. Bu sahələrdə əldə olu-
nan yeni elmi biliklərin tətbiqi Azərbaycanın texniki 
imkanları  şəraitində  onsuz  da  mümkün  deyildir. 
Fundamental elmlərin ön cəbhəsində əldə edilən ye-
niliklər  ancaq  çox  yüksək  texnika  və  texnologiya 
bazasında  istifadə  olunmaqla  praktik  səmərə  verə 
bilər.  Azərbaycanda  bu  sahələrin  ancaq  nəzəriyyəsi 
ilə,  əslində  nəzəriyyə  də  çox  vaxt  operativ  eksperi-
mental  dəstək  tələb  etdiyindən,  riyaziyyatı  ilə  məş-
ğul olurlar. Bəli, riyaziyyat yeganə sahədir ki, bura-
da  eksperimental  baza  və  müvafiq  texnoloji  inkişaf 
səviyyəsi  olmadan  da,  elmin  ön  cəbhəsinə  girmək 
mümkündür. Təki intellekt olsun, istedad olsun.  İn-
tellektual imkanlarına görə isə bizim millət heç kim-
dən  geri  qalmadığından,  alimlərimiz  məhz  nəzə-
riyyə  və  riyaziyyatla  bağlı  sahələrdə  böyük  uğurlar 
əldə  edərək  dünya  elminə  layiqli  töhfələr  verirlər. 
Lakin bizim dünya elminə verdiyimizlə ondan aldı-
ğımız arasında optimal balans yaranırmı? Böyük is-
tedad sahibi olan alimlərimizin dünyada gedən elmi 
proseslərdəki iştirakı pərakəndə xarakter daşımırmı? 
Elmi  tədqiqatın,  elmi  informasiyanın  əslində  çox 
qiymətli  olduğu  bir  zamanda  biz  tədqiqatlarımızın 
nəticələrini  dünya  elminə  havayı  bağışlamırıqmı? 


Elm  və onun təşkilati formaları 
 
 
- 19 -
Əlbəttə, bütün sahələrdə olduğu kimi burada da biz 
öz  milli  mentalitetimizə  uyğun  olaraq  geniş-qəlb-
lilik  nümayiş  etdirə  bilərik.  Lakin  hər  şeyin  bir  hü-
dudu  vardır.  Biz  özümüzün  ən  yüksək  sərvətimiz 
olan intellektual potensialımızdan praqmatik düşün-
cə  ilə  istifadə  etməyi  bacarmalıyıq.  Bunun  üçün 
dünya elm praktikasında məlum modellər vardır ki, 
müstəqil  dövlət  olduqdan  sonra  bu  barədə  də  dü-
şünməliyik.  Biz  istedadlı  gənclərimizə  qrantlar  ve-
rərək onların elmi fəaliyyət layihələrini maliyyələş-
dirən beynəlxalq fondların “səxavətinə” də, nəhayət, 
səmimiyyət və sadəlövhlük müstəvisindən fərqli bir 
müstəvidə  qiymət  verməliyik.  Biz  intellektual  mül-
kiyyət  haqqında,  patent  haqqında  sadəcə  qanunlar 
qəbul  etməklə  kifayətlənməyərək,  onların  Azərbay-
can  gerçəkliyində  həqiqətən  işləməsinə  nail  olmalı-
yıq.  Bütün  bu  deyilənlər  ilk  növbədə  fundamental 
elmlər sahəsindəki tədqiqatlarımıza aiddir.   
Elə elmlər də vardır ki, onlar iqtisadiyyatın bu 
və  ya  digər  sahəsində  tətbiq  olunaraq  gəlir  vermə-
sələr də, bizim milli maraqlarımızla bilavasitə bağlı-
dırlar  və  onların  inkişaf  etdirilməsi  müstəqil  Azər-
baycan Respublikasının ən böyük vəzifələrindən bi-
ridir.  Bu  elmlər  dünya  elmi  prosesinə,  ümumbəşəri 
dəyərlər  kompleksinə  dolayısı  ilə  daxil  olsalar  da, 
bilavasitə  Azərbaycanla,  xalqımızın,  millətimizin 
tarixi  və  bu  günü  ilə,  milli  dünyagörüşümüzlə,  fəl-
səfi  fikrimizlə,  milli  iqtisadiyyatımızın  təşkilati 


Azərbaycanda elm və onun aktual problemləri 
 
 
- 20 -
problemləri  ilə  və  nəhayət,  dinimiz,  dilimiz,  mədə-
niyyətimiz, ədəbiyyatımızla bağlı olan elmlərdir. Bu 
sahələr  insanla,  cəmiyyətlə  bağlı  olduğuna  görə 
elmlərin  təsnifatında  ya  humanitar  elmlər,  ya  da 
ictimai elmlər adı altında qruplaşdırılır.  
Fundamental  elmlərdən  fərqli  olaraq  ictimai 
elmlər  ümumbəşəri  miqyas  daşımaqla  bərabər,  hər 
bir  millət  miqyasında  həmin  millətin  maraq  dairə-
sinə  uyğun  ikinci,  regional  mövcudluğa  malikdir. 
Yəni,  ümumdünya  tarixi  ilə  yanaşı  Azərbaycan  ta-
rixi  də  vardır.  Ümumi  iqtisadi  nəzəriyyə  ilə  yanaşı, 
Azərbaycan  iqtisadiyyatı  da  nisbi  müstəqil  şəkildə 
tədqiq olunur və s. İctimai elmlər sahəsində də dün-
ya  miqyasında  gedən  prosesləri  öyrənənlər  çoxdur. 
Biz məşğul olmasaq da, tarixi, fəlsəfəni, iqtisadi nə-
zəriyyəni öyrənib inkişaf etdirənlər olacaqdır. Lakin 
məhz  Azərbaycanın  tarixini,  fəlsəfi  fikrini,  iqtisa-
diyyatını,  ictimai-siyasi  problemlərini,  dilini,  ədə-
biyyatını  və  s.  başqaları  bizim  qədər  təfərrüatlı  öy-
rənməyəcəklər və ya əgər öyrənsələr də obyektivliyi 
gözləməklə,  yaxud  bizim  milli  maraqlar  prizmasın-
dan öyrənməyəcəklər.  
Ona görə də, ictimai elmlər sahəsindəki tədqi-
qatlar, bizim fikrimizcə, elmin prioritet istiqamətlə-
rinə daxil edilməlidir. Təsadüfi deyildi ki, Azərbay-
canda  Elmlər  Akademiyası  yaradılarkən  onun  rəh-
bərlərindən  biri  görkəmli  filosof  akademik  Heydər 
Hüseynov olmuşdur və onun sağlığında ictimai elm-


Elm  və onun təşkilati formaları 
 
 
- 21 -
lərin inkişafına xüsusi diqqət yetirilmişdir.  
Bu gün Milli Elmlər Akademiyasında və uni-
versitetlərdə bu sahələrdəki tədqiqatların daha yaxşı 
təşkilinə və inkişaf etdirilməsinə böyük ehtiyac var-
dır. Son vaxtlarda Dağlıq Qarabağ problemi ilə bağ-
lı  müzakirələrdə  üzə  çıxan  həqiqətlərdən  biri  də  bu 
sahədə  elmi  tədqiqatların  mütəşəkkil  surətdə  təşkil 
olunmaması  faktı  idi.  Lakin  humanitar  və  ictimai-
iqtisadi  sahələrdəki  problemlərimiz  təkcə  bundan 
ibarət  deyil.  Azərbaycan  keçid  dövründədir,  müstə-
qil dövlət qurur və bununla bağlı onlarca fəlsəfi, ic-
timai-siyasi,  iqtisadi  və  s.  xarakterli  problemlər  or-
taya  çıxır  ki,  onların  da  vaxtında  tədqiqi  və  proq-
nozu üzrə məsuliyyət həm də elmin üzərinə düşür. 
Beləliklə,  fundamental,  tətbiqi  və  ictimai  elm 
sahələrinin  hər  birinin  öz  xüsusiyyətləri  vardır.  Və 
Azərbaycanda  elmin  inkişaf  konsepsiyası  hazırla-
narkən və bu konsepsiyaya uyğun təşkilati formalar 
müəyyənləşdirilərkən  bu  xüsusiyyətlər  mütləq  nə-
zərə alınmalıdır. Nəzərə alınmalıdır ki, inkişaf etmiş 
ölkələrdə  ictimai-siyasi  quruluş  və  iqtisadi  münasi-
bətlər  sistemi  artıq  qərarlaşdığından,  onların  bu  sa-
hədə  ciddi  problemləri  yoxdur.  Bu  ölkələr  elm  de-
dikdə,  əsasən  təbiət  elmlərini  nəzərdə  tuturlar.  Bu-
rada  prioritetlik  də  ola  bilsin  ki,  məhz  təbiət  elm-
lərinə verilir.  Lakin biz, yeni iqtisadi münasibətlərə 
keçən,  yeni  cəmiyyət  və  yeni  dövlət  quran,  milli 
özünüdərk  prosesinə  yeni  qədəm  qoymuş  olan  bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə