1
Səlahəddin Xəlilov
AZƏRBAYCANDA ELM
VƏ ONUN TƏŞKİLATİ
FORMALARI
Bakı – 2010
Azərbaycanda elm və onun aktual problemləri
- 2 -
Xəlilov S.S.
Azərbaycanda elm və onun aktual problemləri. –
Bakı, “Oskar”, 2010 – 184 səh.
Kitabda müasir mərhələdə Azərbaycanda vahid
elm və təhsil siyasətinin həyata keçirilməsi, fundamental
və tətbiqi elmlərin spesifik təşkilati strukturu və bu sa-
hədə aparılmalı olan optimal islahatın mümkün variant-
ları nəzərdən keçirilir.
Elm adamları və elmin təşkilati məsələləri ilə
maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
© Xəlilov S, 2010
Ön söz
- 3 -
İ
ndi dünya mədəniyyət dün-
yasıdır, intellektual dünyadır, elmi-
texniki tərəqqi dünyasıdır.
Heydər ƏLİYEV
Ön söz
Ölkəmizdə ictimai-siyasi həyatın, iqtisadiyya-
tın, maddi və mənəvi mədəniyyətin bütün sahələrin-
də böyük quruculuq işləri gedir. Bir tərəfdən, yeni
ictimai-iqtisadi münasibətlərə keçid, digər tərəfdən,
milli özünüdərk və özünütəsdiq istiqamətində gedən
bu böyük proses elm və təhsil sahələrindən də yan
keçməmişdir. Lakin bu proseslər fərəhli olmaqla
bərabər, həm də çox ağır proseslərdir. Çünki neçə
onilliklər ərzində formalaşmış sistemlərin dağıdılıb
yenidən qurulması bəzən böyük maddi itkilər və
mənəvi-psixoloji sarsıntılarla müşayiət olunur. Bə-
zən də bu proseslər qeyri-peşəkar səviyyədə aparıl-
dığından, əlavə çətinliklər və itkilər yaradır. Xüsusi-
lə müstəqilliyin ilk illərində, dövlətin sükanı naşı əl-
lərdə olduğu vaxtlarda, yeniləşmə, yenidənqurma
prosesləri “hələ dağıdaq, sonra qurarıq” mövqeyin-
dən həyata keçirilmiş, neçə onilliklər ərzində böyük
zəhmət və səylər nəticəsində qazanılmış qabaqcıl
mövqelər əldən verilmiş, yenidən – sıfırdan başla-
Azərbaycanda elm və onun aktual problemləri
- 4 -
maq xətti əsas götürülmüşdür. Lakin elm quruculu-
ğu sahəsində dünya praktikasını nəzərə almadan nə
isə tamamilə yeni bir şey yaratmaq ağlabatan deyil.
Biz öz ölkəmizin real imkanlarından çıxış etməliyik.
Şübhəsiz ki, kiçik ölkələrdə böyük elm sistemi
qurmaq real deyil. Ona görə də, bu ölkələrdə aparı-
lan lokal elmi tədqiqatlar beynəlxalq miqyaslı bö-
yük elmi tədqiqat zəncirinin bir parçası olur. Başqa
sözlə desək, kiçik ölkələrdə fundamental elmlə məş-
ğul olmağın yeganə yolu böyük elm mərkəzləri ilə
rabitə qurmaq, bir növ onların əlavəsinə çevrilmək-
dir.
Əslində heç böyük ölkələrdə də tam müstəqil
elm sistemləri mümkün deyil. Ona görə də, böyük
ölkələrdə ancaq nisbi müstəqil elmi fəaliyyət sis-
temləri mövcuddur ki, onlar da öz aralarında birlə-
şərək planetar miqyaslı böyük elm sistemini yara-
dırlar.
Bu gün Azərbaycanda elmin inkişafı ilə bağlı
qarşımızda duran ən mühüm vəzifələr optimal təş-
kilati formaların tapılması, prioritet elmi-texniki is-
tiqamətlərin müəyyənləşdirilməsi və məqsədyönlü
islahat işlərinin aparılması, yerli elmi tədqiqatların
dünya elminə inteqrasiyası, elmin rentabelliyi, habe-
lə elmin maliyyələşdirilməsinin daha səmərəli for-
malarından istifadə olunmasıdır. Əlbəttə, əgər hər
hansı bir ölkənin o dərəcədə böyük iqtisadi imkan-
ları olsaydı ki, “elm üçün elm” prinsipi ilə işləyən
Ön söz
- 5 -
elmi-tədqiqat mərkəzləri yaratsın və onları ən
müasir avadanlıqlarla təchiz etsin, bu, dünya elmi-
nin inkişafına böyük töhfə olardı. Amma bizə elə
gəlir ki, ilk növbədə ölkəmizin real imkanları və
ehtiyacları nəzərə alınmalıdır.
Bunun üçün isə ilk növbədə elmin təşkilati
strukturuna yenidən baxılmalı, bu sahədə optimal is-
lahatlar həyata keçirilməlidir. Lakin islahata müna-
sibətlər də fərqlidir. Bəziləri öz daxilindəki konser-
vativ ruhdan və Şərq ətalətindən yaxa qurtara bilmə-
yərək, Akademiyada hər hansı ciddi islahatın aparıl-
masına qarşı çıxmaq, onu elə indiki formatda da sax-
lamaq uğrunda “mübarizəyə” qalxışır; bu “mübari-
zənin” metodları isə məlum şablonlardan, şantaj psi-
xologiyasından başqa bir şey deyil: “Ay aman, kimsə
Akademiyanı dağıtmaq istəyirmiş...” Bəziləri bir
addım da irəli gedərək hər cür ciddi islahat təşəb-
büslərini təkcə “Akademiyanı dağıtmaq” kimi deyil,
bütövlükdə Azərbaycan elminə, hətta ümumiyyətlə
elmə qarşı çıxış kimi dəyərləndirirlər. Əlbəttə, dü-
şünmək olardı ki, elmlə onun sadəcə təşkilati quruluş
formalarından biri olan Akademiyanı qarışıq salan
belə şəxslərin elmi səviyyələri yəqin çox aşağıdır.
Yox-yox, onlar elmlər doktoru, bəlkə hansı isə bir
institutun direktoru, bəlkə hətta akademiklərdir. La-
kin biz titulları və ya dar ixtisas biliklərini nəzərdə
tutmuruq. Bu şəxslər heç şübhəsiz, öz dar ixtisas sa-
hələrində çox böyük alimlərdir. Lakin hansı isə bir
Dostları ilə paylaş: |