Elm ideologiya və dövlətçilik şüuru
- 55 -
İ
ctimai elmlərə iki fərqli münasibət
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda
dövlət quruculuğu sahəsində qazanılmış böyük
nailiyyətlər, ölkədə ictimai-siyasi sabitliyin təmin
edilməsi, sonrakı illərdə iqtisadiyyatın hərtərəfli in-
kişafı və bu sahədə keçid mərhələsinin başa çatdırıl-
ması indi qarşımızda açılan yeni inkişaf mərhələ-
sindən xəbər verir. Bu yeni mərhələdə uğurlu strate-
giya hazırlaya bilmək üçün ölkənin bütün intellek-
tual potensialının səfərbər olunması və vahid məq-
səd ətrafında birləşdirilməsinə böyük ehtiyac yaran-
mışdır. Yeni dövr bütün dünyada olduğu kimi,
Azərbaycanda da qabaqcıl ideyaların, intellektin
prioritetliyi dövrüdür. Artıq yüksək iqtisadi bazis
yaratdıqdan sonra Azərbaycan dövləti bu yeni təməl
üzərində inkişaf etmiş ölkələrə xas olan ictimai tə-
rəqqi modelinə keçmək əzmində olduğunu sübuta
yetirməlidir. “Biliklərə əsaslanan cəmiyyət” modeli
ABŞ, Yaponiya və bir sıra Avropa ölkələrində artıq
özünü doğrultmuş və yeni inkişaf perspektivləri
açmışdır. Əlbəttə, bu modelin əsasında ilk növbədə
dəqiq elmlərin, təbiətşünaslığın uğurlu tətbiqi sayə-
sində texniki elmlərin və yeni texnologiyaların in-
kişaf etdirilməsi, elmi-texniki inqilabın nailiyyətlə-
rinə əsaslanan elm tutumlu sənayenin xüsusi çəki-
sinin artırılması, təsərrüfatın bütün sahələrində yeni
Azərbaycanda elm və onun aktual problemləri
- 56 -
informasiya texnologiyalarından istifadə edilməsi
dayanır. Yəni burada söhbət humanitar və ictimai
elmlərdən deyil, fundamental və tətbiqi elmlərdən,
habelə texniki innovasiyalardan, yeni texnologiya-
lardan, nou-haulardan gedir.
Onda sual oluna bilər ki, biz bu yeni mərhələ-
yə qədəm qoymaq istəyərkən nəyə görə elə birbaşa
təbiət elmlərindən deyil, humanitar və ictimai elm-
lərin vəziyyətinə münasibətdən başlamalıyıq?
Bax, ən əsas məsələ də elə budur ki, cəmiyyə-
tin ümumi inkişaf tendensiyalarını araşdırmadan,
yaşadığımız dövrün ümumi səciyyəsini vermədən,
hər bir intensiv iqtisadi və texnogen inkişaf mərhə-
ləsindən sonra cəmiyyətin daxili ahəngini təmin et-
mək üçün xüsusi tədbirlər görmədən, yeni keyfiy-
yətli elmi-texniki və iqtisadi islahatlara başlanması
arzu olunan nəticələrə gətirməyə də bilər. Biz tex-
niki inkişafdan daha dəyərli olan mədəni-mənəvi
sərvətlərimizi risk altına ata bilmərik.
Ona görə də, böyük iqtisadi reformaları bütün
nailiyyətlərin əsasında dayanan insan amilini nəzər-
dən qaçırmadan, texnogen sivilizasiyanın birtərəfli
qaydada inkişafından dolayı mənəvi dəyərlərin sı-
xışdırılmasına yol vermədən həyata keçirmək tələb
olunur. Amma yaranan vəziyyətin təhlili nə göstə-
rir? Böyük iqtisadi nailiyyətlər müqabilində huma-
nitar və ictimai elmlər sahəsində inkişaf tempi çox
aşağıdır və cəmiyyətimizin ahəngdar tərəqqisinə
Elm ideologiya və dövlətçilik şüuru
- 57 -
nail olmaq üçün humanitar düşüncənin rolunun artı-
rılmasına böyük ehtiyac hiss olunur. Bax, noyabrın
21-də keçirilən müşavirədə akademik Ramiz Meh-
diyevin irəli sürdüyü məsələlər də bu ehtiyacın tə-
min olunmasına yönəlmişdir.
Lakin ictimai elmlərin rolu və əhəmiyyəti mə-
sələsi nəinki adi şüur səviyyəsində, hətta qabaqcıl
elm adamlarımızın baxışlarında da öz əksini çox
vaxt düzgün tapmır. Qloballaşmanın bayraqdarları
olan Qərb dairələri tərəfindən yeridilən ideologiya
şüurların daha çox rasionallaşdırılmasına, “elm” adı
altında da əsasən təbiətşünaslığın və texniki elmlə-
rin nəzərdə tutulmasına çalışır. Elmin ümumbəşəri
xarakteri, yəni bütün planet miqyasında yeganə bir
elm olması, bu qlobal elmin məhz ən güclü dövlət-
lərin maraqlarına xidmət etməsi üçün şərait yaradır.
Kiçik dövlətlər böyük dövlətlər tərəfindən idarə olu-
nan elmi proseslərə ancaq köməkçi qismində qatıla
bilir. Bəşəriyyətin bütün intellektual potensialının
vahid mərkəzdən idarə olunması bir neçə vasitələri
ilə həyata keçirilir. Bunlardan biri “beyinlərin axını”
prosesidir. Yəni mühitsizlik ucbatından bütün xalq-
ların istedadlı alimləri gözəl elmi mühit yaradılmış
ölkələrə axışır. Digər bir üsul isə istedadlı alimləri
elə öz ölkələrində işlətmək, böyük layihələrin qol-
budağını “milli elm” illüziyası yaratmaq iddiasında
olan dövlətlərin öz maddi vəsaiti və intellektual po-
tensialı hesabına həyata keçirməkdir. Onsuz da bu
Azərbaycanda elm və onun aktual problemləri
- 58 -
“qol-budaq” müstəqil surətdə tətbiq olunmaq imka-
nına malik deyil. Böyük elmin faydasını ancaq bö-
yük dövlətlər görə bilirlər.
Bəs “öz elmi” olmaq iddiasında olan və olma-
yan xalqların ümumbəşəri elmin nailiyyətlərindən
faydalanmaq imkanları nə dərəcədə fərqlidir? Bu,
xüsusi bir sualdır. Biz belə incəliklərə və təfərrüata
getmədən, sadəcə bu fikri vurğulamaq istəyirik ki,
istənilən sahədə olduğu kimi, ümumbəşəri elmdən
faydalanmaq məsələsində də milli maraqların müəy-
yənləşdirilməsi ancaq fəlsəfənin və ictimai elmlərin
köməyi ilə mümkündür. Bu baxımdan, ölkəmizdə
müxtəlif elm sahələri arasında, xüsusən fəlsəfə, tə-
biət elmləri və cəmiyyətşünaslıq arasında optimal
münasibətlərin müəyyənləşdirilməsinə böyük ehti-
yac vardır. “Azərbaycan” qəzetinin bu məsələlərə
diqqət göstərməsi də, bizcə, təqdirəlayiq bir haldır
və zamanın tələbi kimi dəyərləndirilməlidir. Aka-
demik Fikrət Əliyevin Dr. Şahin Ağayevlə birlikdə
yazdığı “Elmi kadr hazırlığının problemləri”
1
adlı
məqaləsində həqiqətən bir sıra ciddi problemlərə to-
xunulmuş, ən azı statistik göstəricilər haqqında mə-
lumat verilmiş, ölkəmizdə təbiət və ictimai elm sa-
hələrində mövcud duruma ümumi nəzər salınmış və
bu sahələr arasında konkret rəqəmlər əsasında mü-
qayisələr aparılmışdır. Məqalədə aparılan təhlillərin,
1
“Azərbaycan” qəzeti, 26 noyabr, 2010.
Dostları ilə paylaş: |