Azərbaycanda elm və onun aktual problemləri
- 30 -
ratmaq sadəlövhlük olardı. Bu səbəbdən də, Azər-
baycanda elmin inkişafı ilə bağlı islahatlar aparılar-
kən ilk növbədə Elmlər Akademiyasının təcrübəsi
və potensialı nəzərə alınmalıdır. Elm və təhsilin əla-
qələndirilməsi işində də bu çox vacibdir. Təsadüfi
deyildir ki, Milli Məclisin Elm və Təhsil məsələləri
daimi komissiyasında da magistraturanın Akademi-
ya ilə birlikdə, onun bazasından və elmi potensialın-
dan istifadə etməklə yaradılması məsələsi qaldırıl-
mışdır. Bizim fikrimizcə, magistratura ali məktəblə-
rin monopoliyasında qalmamalı və Akademiya sis-
temində çalışan alimlər təhsil prosesindən kənarlaş-
dırılmamalıdırlar.
Lakin bununla yanaşı olaraq, öz elmi kadr po-
tensialına görə bir sıra sahələrdə akademiyadan geri
qalmayan universitetlərdə də elmin inkişafına şərait
yaradılmalıdır. Bu müxtəlif qurumların paralel təd-
qiqat aparması və bir-birini təkrar etməməsi üçün
akademiya sistemində olan elmi-tədqiqat institutları
ilə universitetlərin nəzdindəki elmi-tədqiqat mər-
kəzləri və kafedralar arasında sıx koordinasiya ol-
malıdır. Respublikamız o qədər böyük iqtisadi po-
tensiala malik deyil ki, müəyyən bir elm sahəsində
olan bir neçə elmi-tədqiqat müəssisələrinin hamısını
müasir laboratoriyalarla təmin edə bilsin. Ona görə
də mərkəzləşdirilmiş elmi idarəçilik prinsipi zama-
nın tələbidir. Lakin bu prinsip hansı hallarda birləş-
mə şəklində, hansı hallarda əlaqələn-dirmə və birgə
Elm və onun təşkilati formaları
- 31 -
fəaliyyət şəklində həyata keçirilməlidir – bütün bun-
lar konkret yanaşma tələb edir. Məhz buna görə də
əvvəlcə Milli Elmlər Akademiyasının nisbi müstəqil
bir qurum kimi fəaliyyətinin, eyni zamanda univer-
sitet elminin nisbi müstəqil bir proses kimi təşkil
olunmasının qanunda ayrı-ayrı təsbit edilməsindən
deyil, əlaqələndirilmiş vahid bir mexanizmin hüquqi
əsaslarının hazırlanmasından çıxış edilməlidir.
Elm və praktika
Bilmək hələ azdır, əsas məsələ
onu yaxşı tətbiq etməkdədir.
R. Dekart
Elmin nə dərəcədə səmərəli olması bəzilərinin
Azərbaycan ictimai şüuruna yeritməyə çalışdığı
beynəlxalq indeksasiya göstəriciləri ilə deyil, onun
infrastrukturundakı üç komponent arasında nisbətlə
səciyyələnir.
Söhbət fundamental elmin, tətbiqi elmin və
təcrübi-konstruktor işinin (bu sonuncu əslində elmin
bir sahəsi olmayıb, elmlə mühəndisliyin qovşağında
olan fərqli bir sahədir) nisbətindən gedir.
Azərbaycanda elmə ayrılan maliyyə vəsaiti
əsasən “fundamental elm” kateqoriyasına aid olan
sahələrə sərf olunur. Tətbiqi elmlərə ondan xeyli az
Azərbaycanda elm və onun aktual problemləri
- 32 -
vəsait ayrılır. Akademiya çərçivəsində təcrübi-kons-
truktor işləri, demək olar ki, yox dərəcəsindədir.
Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç
komponentin nisbətinə baxaq: Yaponiyada bu nisbət
14% - 26% - 60%; ABŞ-da: 12% - 22% - 66%-dir.
Yəni fundamental elmə nə qədər xərclənirsə, ondan
təqribən 2 dəfə çox tətbiqi elmlərə və 4-5 dəfə çox
təcrübi-konstruktor işlərinə sərf olunur. Sonuncu
halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələ-
batına uyğunlaşdırılmış və tətbiqi elmlərin bazasın-
da görülən mühəndis-konstruktor işlərini əhatə edir.
Buraya yeni texnika istehsalına olan məsrəflər də
daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi
istehsalı yox, təcrübi nümunənin düzəldilməsi aid-
dir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa, onda
həmin texnikanın (istehsal vasitəsinin) istehsalına
başlanır ki, bu da əsasən maşınqayırma sənayesinə
aiddir.
Ancaq yeni texnikanın kütləvi istehsalından
sonra onun nisbətən yüngül sənaye sahəsində isti-
fadə olunması başlanır və əgər bu yeniliyin tətbiqi
iqtisadi cəhətdən daha səmərəli olarsa, alınan gəlir
elmin tətbiqi sayəsində əldə olunmuş sayılır. Və
yalnız bu zaman elm həqiqətən səmərə vermiş olur.
Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələri-
nin iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac
qalmır. Çünki müvafiq sənaye sahəsinin ekspertləri
mümkün gəliri qabaqcadan hesablayaraq, elmi-tex-
Elm və onun təşkilati formaları
- 33 -
niki yeniliyi özləri üçün əlverişli qiymətə satın alır-
lar. Bu iş əsasən patentləşmə və patentlərin satılma-
sı yolu ilə həyata keçirilir.
Yaponiya örnəyinin bir aspekti də bundan iba-
rətdir ki, bizə nisbətən xeyli böyük olan bu ölkə
bütün elm sahələri üzrə orta bir səviyyəni saxlamaq-
la yanaşı, əsas gücü yalnız bir neçə sahəyə yönəldir.
Və həmin sahələrdə də dünya miqyasında ön xəttə
çıxa bilir və hətta ABŞ kimi bir elm nəhəngi ilə rə-
qabətə girir. Bizdə isə bu prioritetlər hələ də müəy-
yənləşmədiyindən sanki kortəbii xarakter daşıyır,
kim hansı mövzunu istəyirsə, onu da seçir. Deməli,
elm haqqında ümumi söhbətlər aparılmasına baxma-
yaraq, real iqtisadi səmərə verə biləcək sahələrin və
mövzuların müəyyənləşdirilməsi istiqamətində elmi
araşdırmalar hələ də aparılmır.
***
Elm öz funksiyasına görə iki qola ayrılır:
fundamental və tətbiqi. Birincidə məqsəd gerçəklik
haqqında yeni biliklər əldə etmək, həqiqətə daha
çox yaxınlaşmaqdır. İkincidə isə məqsəd – alınmış
bilikləri gerçəkliyə tətbiq etmək, yeni texnoloji sis-
temlər yaratmaqdır.
Fundamental tədqiqatlar – yeni biliklər alın-
ması artıq məlum olan elmi biliklərin və metodların
yüksək səviyyədə mənimsənilməsini tələb edir. Ye-
Dostları ilə paylaş: |