Səlahiyyətli şəxsin nəzərinə! «Subaru» avtomobillərinin istehsalçısı olan «Fuji Heavy Industries»



Yüklə 42,5 Kb.
tarix17.09.2018
ölçüsü42,5 Kb.
#69232


Səlahiyyətli şəxsin nəzərinə!

«Subaru» avtomobillərinin istehsalçısı olan «Fuji Heavy Industries» şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «Subaru Azərbaycan» şirkəti, «Subaru» avtomobillərini böyük mənmuniyyətlə Sizə təqdim edir. «Subaru» Avtomobil Mərkəzi A.Salamzadə 26 ünvanında yerləşir və özündə avtomobil sərgi salonu, ehtiyat hissələrinin satışı, o cümlədən texniki servis mərkəzini birləşdirərək, 3S sisteminə uyğun fəaliyyət göstərir.

Azərbaycanda analoqu olmayan, 2700 kv.m sahəsi olan Avtomobil Mərkəzində avtomobillərin satışı üçün nəzərdə tutulan satış salonu, texniki servis mərkəzi, 2 ədəd rahat DVD-bar və uşaqlar üçün nəzərdə tutulmuş xüsusi güşə vardır.

Bütün dünyanı fəth etmiş avtomobillərimizin model sırası təchizatdan, texniki xüsusiyyətlərdən asılı olaraq, müxtəlif çeşidlidir. Hazırda şirkətimiz «Subaru» markasının 6 növ modelinin satışını həyata keçirir – Impreza, Legacy, Outback, Forester və Tribeca. Avtomobil salonunun təcrübəli menecerləri Sizə avtomobil seçimində, kreditli şərtlərlə alış zamanı, DYP-də avtomobilin qeydiyyatdan keçməsində və münasib şərtlərlə avtomobili sığortalamaqda köməklik göstərəcəklər. Alınan hər avtomobilə 3 il və ya 100 000 kilometrlik zəmanət verilir. Bundan başqa Avtomobil Mərkəzində bank filialı da fəaliyyət göstərir. Siz bu filialda yenicə aldığınız Subaru modelini həm kreditə saldıra, həm də aylıq ödənişlər də daxil olmaqla digər bank əməliyyatlarını həyata keçirə bilərsiniz.

«Subaru» Avtomobil Mərkəzi Sizə müxtəlif satış şərtləri təklif edir: 3 illik lizinq (illik 9%-dən başlayaraq) və ya 5 illik krediti (illik 19%-dən başlayaraq) nəğd və ya köçürmə yolu ilə ödəyə bilərsiniz.

Avtomobil salonunun texniki servis mərkəzinin əməkdaşları «Subaru» modellərinin təmir və xidmətləri baxımından böyük təcrübə və peşəkarlığa malikdirlər. Müasir avadanlıqlarla təchiz olunan «Subaru» servis mərkəzində çətinlik dərəcəsindən asılı olmayaraq, istənilən xidmət göstərilir. Ehtiyat hissələri anbarında hər zaman lazım olan ehtiyat hissəsini tapmaq mümkündür. Biz, Azərbaycanın avtomobil bazarında mövcudluğumuzun ilk ilində yüksək satış göstəriciləri nümayiş etdirərək, layiqli yerimizi tuta bildik.

Şirkətimizin əsas məqsədi - Müştəri məmnunluğunun hər şeydən üstün tutmasıdır.

Məktuba, «Subaru Azərbaycan MMC» nin «Subaru» avtomobillərinin istehsalçısı olan «FHI» şirkətinin Azərbaycandakı rəsmi distribütoru olması barədə sənəd, bütün «Subaru» modellərinin qiyməti və «Subaru» texnologiyasından bəhs edən DVD-disk əlavə olunur.
Dərin hörmətlə,

Fəxri Ağayev

Baş direktor

«Subaru Azərbaycan»

___________________
SUBARU AZƏRBAYCAN
SUBARU Azərbaycan MMC aşağıdakı satış şərtlərini təklif edir. Əlavə olaraq biz korporativ müştərilərimizə əlavə endirimlər təklif edirik.


LİZİNQ

LİZİNQLƏ SATIŞ ŞƏRTLƏRİ (yalnız Forester və Outback modelləri üçün)

40 % ilkin ödəniş zamanı - 3 il, illik 12 %

50 % ilkin ödəniş zamanı - 3 il, illik 9




KREDİT

Minimal ilkin ödəniş: 0 %

Kredit müddəti: maksimal 60 ay (5 il)

İllik faiz dərəcəsi: İlkin ödəniş məbləğindən asılı olmadan 18 %




İlkin ödəniş

İllik faiz

0-100%

18%





















KORPORATİV SATIŞ TƏKLİFLƏRİ

SUBARU Azərbaycan MMC istehsalçının müəyyən etdiyi pərakəndə qiymətlərdə xüsusi endirimlər təklif edir. Endirimin məbləğı aşağıdakı cədvəl üzrə əldə edilmiş avtomobillərin sayından asılıdır.



Əldə edilmiş avtomobillərin sayı Endirim
3-dən 10-dək SUBARU avtomobili 2%

11-dan 20-dək SUBARU avtomobili 3%

21-dən artıq SUBARU avtomobili 4%
Əgər şirkətiniz öz avtomobil parkını SUBARU avtomobilləri ilə yeniləmək istəyirsə, biz Sizin üçün eksklüziv olaraq, xüsusi təkliflər işləməyə hazırıq. SUBARU Azərbaycan təmin edir:
- Bütün SUBARU modellərinə 3 il və ya 100 000 km zəmanət;

- Orijinal SUBARU aksessuarları və ehtiyat hissələrinin satışı;



- Rəsmi servis mərkəzi;

- Görülən təmir işləri və tətbiq olunan ehtiyyat hissələrinə zəmanət.
Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə