S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan



Yüklə 313,35 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.10.2017
ölçüsü313,35 Kb.
#4999
1   2   3   4   5   6   7

30 sentyabr 2015-ci il

http://www.amu.edu.az

3

ATU-nun mətbuat xidməti

Azərbaycandakı ali təhsil müəssisələri arasında 

Tibb  Universiteti  xarici  ölkədən  ən  çox  tələbə 

qəbul  edən  universitetlərdən  biridir.  Hər  il 

olduğu kimi, bu tədris ilində də Azərbaycan Tibb 

Universitetində  oxumaq  istəyən  xeyli  əcnəbi 

gənclər universitetimizə müraciət edib.

Artıq  xarici  ölkələrdən  olan  abituriyentlərin  dil 

biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilib. İm-

tahanın təşkili və prosesə nəzarət Beynəlxalq əlaqələr 

üzrə  prorektor  Rəhimə  Qabulova  və  ATU-nun  xarici 

tələbələrlə iş üzrə dekanlığı tərəfindən aparılıb.

Xarici tələbələrlə iş üzrə dekan, tibb üzrə fəlsəfə dokto-

ru, dosent İsmayıl Əfəndiyev bildirib ki, rektorun əmri ilə 

yaradılmış xüsusi komissiya ATU-ya müraciət etmiş xa-

rici vətəndaşların təqdim etdiyi sənədləri araşdırıb. Bun-

dan  sonra  tələbə  olmaq  istəyən  əcnəbi  abituriyentlər 

üçün yazılı imtahan keçirilib. Esse sınağında 34 nəfər 

iştirak  edib.  Bunlarda  32  nəfərin  dil  biliklərinin  lazımi 

səviyyədə olduğu müəyyənləşib. Onlar universitetin ha-

zırlıq və birinci kursuna qəbul ediliblər.

Bu tədris ilində Azərbaycan Tibb Universitetinə qəbul 

olunmuş  xarici  tələbələrlə  universitetin  tədris  işləri 

üzrə  prorektoru,  professor  Sabir  Əliyev  və  beynəlxalq 

əlaqələr  üzrə  prorektor  Rəhimə  Qabulova  görüşüb. 

Prorektor onlara təhsildə uğurlar arzulayıb, hər bir kəsə 

gələcəkdə öz ölkələrində peşəkar həkim olmağı diləyib.

Sentyabrın 

18-də 

Azərbaycan 

Tibb 

Universitetinin  Tədris  Cərrahiyyə  Klinikasında 

Türkiyənin 

Turgut 

Özal 

Universiteti 

Xəstəxanasının  nümayəndələri  ilə  görüş 

keçirilib. Görüşün əsas məqsədi həm qarşılıqlı 

təhsil,  həm  də  tüp  bebek  (süni  mayalanma) 

tətbiqi  yönümündə  ATU  ilə  əməkdaşlıq 

etməkdir.

  Tədris  Cərrahiyyə  Klinikanın  baş  həkimi  Asiman 

Həsənov  qonaqlarla  görüş  zamanı  Azərbaycanda 

süni  mayalanma  ilə  bağlı  yüksək  ixtisaslı 

mütəxəssislərə  böyük  ehtiyac  olduğunu  vurğula-

yıb. Baş həkimin sözlərinə görə, bu mövzu hazırda 

ölkəmizdə aktualdır və süni mayalanma yolu ilə öv-

lad sahibi olmaq arzusunda olan ailələr çoxdur.

Görüş  zamanı  A.Həsənov  qonaqlara  Klinika 

haqqında  da  məlumat  verdi.  O,  ATU-nun  Tədris-

Cərrahiyyə  Klinikasının  2013-cü  ildə  fəaliyyətə  baş-

ladığını,  burada  cərrahi  və  diaqnostik  istiqamətlərdə 

18 kafedra, 20 şöbənin fəaliyyət göstərdiyini bildirdi. 

Baş həkim qeyd etdi ki, il ərzində burada 2 min 800 

tələbə, 400-dən çox rezident, 20-dən artıq doktoran-

tın  cərrahi  ixtisaslı  fənlər  üzrə  təhsili  ilə  40  profes-

sor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul 

olur:  “Bizim  tibbi  mərkəzdə  tələbələrin,  rezidentlərin 

və doktorantların təhsili və biliklərini artırmaları üçün 

mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laborato-

riyası vardır. Gənc mütəxəssis hazırlığını dünya stan-

dartları səviyyəsində aparmaq üçün MDB məkanında 

analoqu  olmayan  bacarıq  laboratoriyalarında  anato-

mik,  funksional  və  mulyaj  simulyantlar  quraşdırılıb. 

Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu 

cihazlara kompüterə yüklənmiş məlumatlarla yanaşı, 

xəstənin də maqnit rezonans, rentgen, kompüter to-

moqrafiyasından alınan görüntülərini yükləmək olur”.

Turgut  Özal  Universiteti  Xəstəxanasının  Baş 

həkiminin  müavini  dos.  Dr.  İsmayıl  Sərdaroğlu  da 

rəhbərlik  etdiyi  müəssisə  haqqında  geniş  məlumat 

verdi. Onun sözlərinə görə, 1996-cı ildə yaradılmış bu 

xəstəxana  universitetin  tibb  fakültəsinə  məxsusdur: 

“Xəstəxanalarımızda yüksək səviyyəli standartlara uy-

ğun xidmət göstərilir. Ən son texnologiya əsasında qu-

rulmuş modern laboratoriyalarımız, əməliyyatxanalar 

və çarpayı müalicə modulları, apteklərimiz, təcili tibbi 

yardım 24 saat xidmət verməkdədir”. Qeyd olundu ki, 

xəstəxanalarda illik 200 min klinik xəstə, 6 min yataq 

xəstəsi olur. Hər il təxminən 3 min əməliyyat aparılır.

  İ.Sərdaroğlu söylədi ki, hazırda xəstəxanada 250-

dən artıq uzman doktor və ümumilikdə 800-dən çox 

əməkdaş var. Xəstəxananın 3 ayrı məkanda filialları 

fəaliyyət  göstərir.  Bura  Türkiyənin  hər  tərəfindən  və 

xaricdən xəstələr gəlir. 

Qonaqlar xəstəxana tərəfindən göstərilən xidmətlər 

sırasında  Qadın  Xəstəlikləri  və  Doğum,Uşaq  Sağlı-

ğı  və  Xəstəlikləri  bölmələrini  vurğuladılar.  Klinikanın 

Qadın-doğum  şöbəsinin  müdiri  dos.  Dr.  Zəhra  Can-

san Duvan rəhbərlik etdiyi süni mayalanma şöbəsinin 

fəlaiyyətindən  danışdı.  Onun  sözlərinə  görə  klinika-

larına  Azərbaycandan  tüp  bebek  üçün  gedənlərin 

sayı  olduqca  çoxdur  və  aparılan  sorğular  göstərir 

ki,  xəstələrin  xidmətdən  məmnuniyyət  səviyyəsi  95 

faizdən də yüksəkdir.

  Görüşdə Tədris Cərrahiyyə Klinikasının beynəlxalq 

əlaqələr şöbəsinin müdiri Aygün Şükürova iştirak edir-

di.  Sonda  hər  iki  tibb  müəssisəsi  arasında  qarşılıqlı 

əməkdaşlıqla bağlı müzakirələr aparıldı.

ATU-nun xarici tələbələrinin 

ingilis dilinin səviyyəsini 

yoxlamaq üçün imtahan keçirildi

Qarşılıqlı əməkdaşlığa dair 

müzakirələr aparılıb

Görüşdə  ATU-nun  xa-

rici  işlər  üzrə  prorekto-

ru  Rəhimə  Qabulova 

son  illər  universitetdə 

görülən işlər, açılan yeni 

klinikaların 

fəaliyyəti 

haqqında 

ətraflı 


məlumat  verib.  Qeyd 

olunub  ki,  Universitetin 

Stomatoloji, 

Onkolo-


ji,  Tədris-terapevtik  və 

Tədris-cərrahiyyə  klini-

kalarının  hər  birində  ən 

müasir tibbi avadanlıqlar 

quraşdırılıb.  Dünyanın 

aparıcı  şirkətlərinin  is-

tehsalı  olan  bu  cihazlar 

müayinə  və  müalicə  işi-

ni  ən  yüksək  səviyyədə 

həyata 


keçirməyə 

tam  imkan  verir.  Abu-

Dabinin 

Cleveland 

Xəstəxanasının 

direk-


toru  Tariq  S.  El-Titi  isə 

öz  klinikalarının  imkan-

ları  haqqında  məlumat 

verib. 


O, 

ATU 


ilə 

gələcəkdə saziş imzala-

yıb, qarşılıqlı mütəxəssis 

mübadiləsinin 

təşkil 

olunması  istəklərini  də 



açıqladı.

Görüşdə 


ATU-nun 

beynəlxalq əlaqələr üzrə 

şöbə  müdiri  Nadir  Zey-

nalov,  Tədris  Terapev-

tik  Klinikanın  direktoru 

Surxay Musayev, Tədris 

Cərrahiyyə 

Klinika-


nın  baş  həkimi  Asiman 

Həsənov  və  Klinika-

nın  beynəlxalq  əlaqələr 

şöbəsinin  nümayəndəsi 

Aygün  Şükürova  iştirak 

edirdilər.



ATU ilə Birləşmiş Ərəb Əmirlikləri 

arasında əlaqələr genişlənir

Bu  günlərdə  Azərbaycan  Tibb  Universi-

tetinin  Tədris  Cərrahiyyə  Klinikasında 

Abu-Dabinin  Cleveland  Xəstəxanasının 

nümayəndələri ilə görüş keçirilib. 

 

Sentyabrın 

22-də 

Azər-

baycan  Tibb  Univer sitetinin 

(ATU) 

Tədris 

Cərrahiyyə 

Klinikasında 

ABŞ-ın 

“Zoll 

Medical 

Corparation» 

Şir-

kətinin təqdimatı baş tutub.

Təqdimat 

Təcili 

və 


Təxirəsalınmaz  Tibbi  Yardım 

zamanı  tətbiq  olunan  yeni  ava-

danlıqlara  həsr  olunub.  Şirkətin 

Azərbaycan  üzrə  nümayəndəsi 

Cəmil 

Həsənovun 



sözlərinə 

görə,  “Zoll  Medical  Corparation” 

əsasən təcili tibbi yardım avadan-

lıqları üzrə ixtisaslaşıb.

“Bildiyiniz  kimi,  son  illərdə 

Azərbaycanda  bir  çox  sahələrdə 

güclü 

inkişaf 


əldə 

olunub. 


Səhiyyə,  tibb  sahəsi  də  bu  sıra-

dadır.  Hər  il  insan  həyatını  xilas 

etməyə  daha  çox  yardım  edə 

biləcək  yeni  tibbi  avadanlıqlar 

yaradılır.  Məqsədimiz  belə  ci-

hazları  tanıtmaq,  Azərbaycana 

gətirməkdir”.

Təqdimat  mərasimində  kardio-

monitor  və  defibrilyatoru  özündə 

birləşdirən 

avadanlıq, 

onun 


verdiyi  imkanlardan  söz  açılıb. 

Həmçinin,  cihazın  praktikada 

istifadəsi  də  nümayiş  etdirilib. 

Həkimlər  yeni  aparatda  ürək, 

ağciyər  reanimasiyasının  hansı 

formada  yerinə  yetirildiyini  özləri 

sınayıblar. 

Mərasimdə  “Zoll  medical  cor-

poration” 

şirkətinin 

Rusiya-

dakı  nümayəndəliyinin  kliniki 



məsələlər  üzrə  təmsilçisi  Abdul-

salmanov Sergey çıxış edib.



Təhlükəli infeksiyalar 3,5 dəqiqə 

ərzində aşkar ediləcək


Yüklə 313,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə