S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan



Yüklə 313,35 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.10.2017
ölçüsü313,35 Kb.
#4999
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 sentyabr 2015-ci il

6

Mütəxəssis sözü

 

                          

A

zan  səsini,  tibet  monaxlarının  ruha-

ni  musiqisini  və    qriqoryan  nəğməsini  

dinlədikdə  səsin,  süzülərək    döyünən  

bir    ton    əmələ    gətirdiyini    duyuruq. 

Fərqli musiqi alətlərinin səsləri  və  bir 

tonda  xor  oxuyan  insanların səsi də  

döyüntü  (ritmik  dalğa)  əmələ  gətirir,   

səslərin  və  alətlərin səsi  eyni ahəngli  

olursa  döyünmə  yavaşıyır,  fərqlənərək  

aralandıqda    isə    sürətlənir.    Bu,    ən  

maraqlı effektlərdən biridir 

      

  

  Tədqiqatçı  Pover  Monro  olmasaydı,  bu  ef-

fekt yəqin ki, təkcə  musiqiçilər  üçün  maraqlı 

olardı.    Elm  aləmində  bunun  geniş  yayılması-

na  baxmayaraq  səsin  hər  iki  qulaq  vasitəsi  ilə 

(sterofonik)  eşitdikdə    insanın  ovqatına  təsiri 

öyrənilməmişdir.  P.Monro  insanın  müxtəlif 

istiqamətlərdən  (sağ    və  sol  kanalla)  tezlikləri 

yaxın  səslərin  eşidilməsini  binaural  adlanan 

döyünmə və ya  binaural  ritm kimi  duyulduğu-

nu  kəşf  etdi. Bir qulaq tezliyi 330  dal/san  təmiz 

ton  eşidirsə, digəri  isə  335 dal/san tezlikdə eşi-

dir. Beyin yarım kürələri bu an bir yerdə işləyir 

və nəticədə  o döyünmənin tezliyi  335 – 330 = 

5 dal/san tezlikdə  eşidilir, bu  həqiqi  zahiri səs 

deyil,  əksinə  kabusdur.  Bu,  insan  beynində  iki 

eyniahəngli  işləyən  beyin  yarım  kürələrindən 

gələn  elektromaqnit  dalğalarının  sintezi 

nəticəsində  yaranır.  İnsan    bu  “səsləri”    eşidən  

zaman,  beyində  nə  baş  verir?.

İnsan  beyni  təbiətin  ən  böyük  sirridir.  Mil-

yardlarla  sinir  hüceyrələrinin  giqant  populya-

siyaları  və  sinir  əlaqələrinin   daha  çox  astra-

nomik  ədədlə sayı   təbii  inkişaf  edən  effektli 

neyronlararası      kombinassiyalar,    özü  -  özünü  

təsdiq    edən    formada    məxsusi  quruluşa  ma-

likdir.  İnsanın  motivasiyaların    proqramlaşdı-

rılmasında    və    davranışlarında,      mismar    ça-

lınması kimi sadə aktlardan elmi   hipotezlərin  

düşünülməsinədək,  mürəkkəb  şəxsiyyətlərarası   

əlaqələrin    və    ekzistensional      düşünmələrə  

qədər,  bu   proseslərin yaranmasının subyektiv  

obrazı,  real ilkin  təqdim  olunma  şəklində  da-

vam  edir. Bütöv  hər şey və  təbiətin  özü də, 

beynin  hakim  araşdırması nəzarətindədir. Psi-

xofizioloqlar  sinir  hüceyrələrinin  menbranın 

da  70-  80  mkv  elektrik    potensiallarını  aşkar 

etdi.  Menbran  potensialının    və    sinir    impuls-

larının    akson    boyunca    yayılması,      kaskat-

la  gücləndirilmiş      elektrik    siqnalı    vasitəsilə  

təchiz    olunmur,    bunu  adi    voltimetrlə  qeyd  

etmək  olur.  Neyronların    dinamiki    vəziyyəti 

yüngül  gecikmələrlə  elektrik qeydedicilərinin  

əqrəblərinə  ötürülür.  Beyin  qabığının elektrik 

fəaliyyəti  yuz  dəfələrlə  zəifdir. Bunu  ilk dəfə 

alman  psixiatrı  Hans Berqer öyrənmişdir.

Son  illərdə  elektroensefaloqrafiya  (EEQ) 

müayinə  üsulunun  kəşfi  beynin  bioelektrik  

fəaliyyətinin öyrənilməsinə imkan yaratdı. Baş 

beynin  ritmlərinin  tezliyi,    müəyyən  şəraitdə,  

məsələn: zəif  elektrik  cərəyanı impulsları,  işıq  

parıltısı  və  səs  şıqqıltısı,  işıq dalğalarının  tez-

liyi,  beyin  ritmlərinin təbii  tezliklərinə    uy-

ğundursa    eyni    ahəngli    olur.  Baş  beyində  qı-

cıqlara müvafik  8,0-25 hs  intervalda  tezliklər  

asanlıqla izlənir,  məşq  nəticəsində  bu   tezlik  

fasilələri   beynin  təbii   tezlik  diapazonuna-

can  genişləndiriir. Hal-hazırda beyində 5  əsas  

ritm ayırd edilir;  fikrin və düşüncənin  müxtəlif  

hallarında,  onların    özünə    məxsus    diapazonu 

və  tezliyi  üstün olur.  Bu dalğalardan  sürəklisi 

beta - ritmlərdir.   Ayıq  vəziyyətdə,  gözü  acıq  

ətrafı  seyr etdikdə  və  ya  cari  problemlərin  

həlli    üçün    fikrimizi      cəmləşdirdikdə,      dərk  

etdikdə    və    narahatçılıq,    qorxu,    təşviş  za-

manı  da  beynimizdə  14  -  40  hs,  (müasir    fikrə 

görə 100  hs  qədər) tezlikli beta   dalğalar üs-

tünlük   təşkil  edir. Depressiya, seçici diqqətin 

pis olması və informasiyanın yadda  saxlanması  

zamanı  beta  dalğalar  itir. İnsanların müəyyən 

qisminin beynində  böyük  həcmdə yüksək  tez-

likli    beta    və    çox    kiçik  həcmdə      alfa,    teta  

diapazonu  relaksasiya  dalğaların    üstünlüyü  

olmaqla    gərgin  vəziyyətdədirlər.  Onlar  siqaret  

çəkmək,  çox    yemək,    şirnikləşdirici    oyunlar,  

narkotikdən    və    alkoqollu      içkilərdən  asılı-

lıq  kimi tez -tez  səciyyəvi  davranışlar edirlər.  

Bunlar    belə  şeylərə  müvəffəq  olan    insanlar-

dır,  onlar    zahiri  qıcıqlara  qarşı  çox həssas 

və digərlərdən   fərqli olaraq,  daha tez  cavab  

verirlər.  Adi    hadisələr    onlara  həddən    çox  

stressli  görünür,  gərginlik  və  təşvişi   azalt-

maq  üçün  spirtli  içki  və  narkotikdən istifadə 

etməyə  məcbur  olurlar.  Gərginliyin  artması-or-

qanizmin  neyrotənziminin    pozulması  ilədir. 

Bu  insanların  beyninə  müxtəlif  təsirlər  beta 

fəallığın  həddini  aşağı  salır  və  uyğun  olaraq  

relaksasiyaedici   alfa  və  teta  ritmlərin faizlə 

miqdarını  artırır.

Amerikada    “Milli  Mental  sağlamlıq  institu-

tu” nun banisi Ph. Henri Adams və  Vaşinqton 

müqəddəs  Elizabet    qospitalının  «alkoqolizmin 

tədqiqat    proqramı»  üzrə      mütəxəssisləri,  qısa 

alkaqol inandırıcı təlqin   müşayiətləri  zamanı  

alfa – teta  relaksasiyasının  bir  mövsümündən  

sonra  ən  ağır  spirtli  içki  əyyaşları,  son iki  

həftə  ərzində alkoqola  tələbatın  səviyyəsini  55 

%  azaltdığını müəyyən etdilər. Doktor Adams 

bu  üsulla  bağlı  jurnalistlərə    belə  deyir,“  bu 

təsir  üsulu  çox  sadə,  hazırlanması,  istifadəsi 

əhəmiyyətli    və    effektlidir”,  hər    hansı    tibbi  

təhlükədən  və  əlavə riskdən  azaddır.  Təsdiqini  

tapmış bu  üsul  asılılıq  vəziyyəti  sindromunu  

kəskin  azaldır, dərin  relaksasiya  yaradır,  bu-

nunla da  kefləndirici  maddələrin  ( narkotik və 

alkoqol )  qəbulu  həvəsini  söndürür.

Gözümüzü  yumduqda,    fikirləşməyəndə  

zəifləyərək fəaliyyətsizləşdikdə  beyində  8 -13  

hs tezlikli alfa  dalğalar  aşkar edilir. Bu hal belə 

davam edərsə,  beyində  alfa  dalğalar   üstünlük   

təşkil  edir, bu xoş bir sakitlik halı alfa vəziyyəti  

adlanır.  Digər  tədqiqatçılar    göstərmişdir 

ki,  beyinə  təsir    zamanı  bəzi    məlumatların  

mənimsənilməsi  üçün  mükəmməl   nümunə,  bi-

zim  yaddaşımızda,  dəlillərin,  faktların,   yazılı  

məlumatların,  hansı ki, alfa  diapazonu fonunda 

həmin  an hazır  olmasıdır.  Şərqdə  təkbətək  vu-

ruşan  döyüşçülərdə  “usta  vəziyyəti”  deyilən 

bir  düşüncə  var   və  EEQ   müayinə   göstərdi 

ki,  bu an  insan  beynində  alfa  dalğalar daha 

üstündür.  Beyinin  alfa  fəallıq  fonunda  əzələ  

reaksiyasının  sürəti  adi  vəziyyətdən  on  dəfə  

yüksək  olur. Stressiz  sağlam  insanın   EEQ-

də  alfa  dalğalar  üstün olur.  Onların  azlığı, 

stressin, mükəmməl  olmayan  istirahətin  baca-

rılmaması  və  nəzərə  çarpan  öyrənilmə, beynin  

fəaliyyətinin  pozulmasını  və  xəstəliyi  təsdiq  

edir. “Alfa vəziyyətdə”  beynində   beta – endor-

fin  və  enkefalinlər  çox sintez olunur,  xüsusən 

bu  (narkotiklər)  sevincə,    istirahətə    və    ağrı-

nın  azalmasına  şərait yaradır.  Həmçinin   alfa  

ritmlər  özünə məxsus  şüurla, şüuraltı (instinq-

tiv)  əlaqəni  təmin  edir.  EEQ -fik   tədqiqatlarla  

müəyyən  edilmişdir  ki,  uşaq  yaşlarında  güclü  

ruhi sarsıntı  almış,  həmin  hadisələrin iztira-

bını  çəkən  insanların  beynində  alfa    dalğalar  

zəifləmiş olur. Analoji  səhnə, hərbi müdaxilələr 

və  ekoloji  fəlakətlər  nəticəsində  sarsıntılardan 

əziyyət  çəkən  insanların  beynin  bioelektrik 

fəaliyyətində müşahidə  edilir. Nə qədər ki, sen-

soer – hərəki ritmlər  alfa  diapazolu dalğaların 

öhdəsinə düşür, belə  aydın  olur ki, postravmatik  

sindromlu  insanlarda  nəyə görəsə  hissi   surət 

tamaşalarına  iradi yanaşma  çətinləşir (bunun,  

əsasında  ənənəvi,  dərmansız  psixoterapiya)  və  

ya  ekstrasensor  bacarıqlar  yaradılır.  Adi  hal-

da  insanlarda   alkoqola  və narkotikə  aludəcilik  

onunla  izah  edilir  ki, onlarda kifayət  miqdarda  

alfa  dalğalar  generalizə  olunmur.  Həmçinin 

narkotik    və    alkaqol    keflənmələri  zamanı 

beynində alfa ritmlərin  aktivliyi  kəskin  artır.  

Oyaq  halın yuxuya  keçən  anında  beyində  

dalğaların  tezliyi yavaşıyır  4 - 8 hs diapazonda  

teta  dalğalar aşkara  çıxır  və bu vəziyyət  mür-

gü  halı  adlanır.  Uşaqlarda bu gözlənilməz  və  

aydın  yadda  qalan  yuxu görmələrlə  müşahidə  

olunur.  Teta  vəziyyəti  ağlın  şüursuz    tutum   

hissəsinə  daxil  olmaqla sərbəst şüurda ayrı-ayrı 

təsəvürlərin qavranılması zamanı yaradıcılq ide-

yalarının qəfildən  şölələnməsidir. 

XIX  əsrdə    Frencmen    Mauri    belə    psixofi-

zioloji    vəziyyəti    hipnaqoqika    adlandırmışdır 

(yunanca hipnoz – yuxu,  aqnoqeous – isə  nəql  

edəndir). Hər Şərq fəlsəfi ezotrik şkalaya  görə  

(hipnoqoqiya)  əsrlərlə    yaradılaraq,    xüsusilə  

təkmilləşdirilərək   bu  vəziyyətə  çatmaq  üçün  

hazırlanmış    psixotexnika  və    rituallardan  

istifadə  olunmuşdur.  Şərq dininə görə  hipno-

qoqiyanın    istifadəsi    məhdudlaşdırılmır.  Belə  

məşhur  şəxsiyyətlər  Aristotel, Brams,  Pucci-

ni,  Vaqner,  Fransisk    Qoya,    Edqar    Alan    Po, 

Carlz    Dikkens,  Salvador  Dalli,    Henri    Ford, 

Tomas  Edisson  və  Albert  Eynişteyn  kimiləri   

hipnoqoqiyanı      öz    yaradıcılıqlarında    texni-

ka  kimi istifadə  etmişlər  və  bu barədə  hələ  

Aristotel  də  əsərlərində  yazmışdır.    Məsələn, 

Edisson  oz  kəşflərində  gərgin  iş  rejimdə  çalış-

mış və fikirlərində   çətinliklərə  qarşılaşdıqda  

mürgülədiyi anda əlində oynatdığı  xüsusi  metal  

şarin  qəfildən əlindən düşdüyü zaman gurultulu  

səsi  onu   yuxudan  oyadır  və  hansıki o, oyanan  

an çox  tez-tez  nisbi  proyektlərin  yeni  ideyaları  

üzərində  işləyirmiş.   

Yuxuda  və    huşsuz    vəziyyətdə    olduqda  

beyində  tezliyi 4 imp/s – dən  aşağı  olan  delta  

dalğalar  qeyd edilir. Müəyyən  insanlar  delta  

vəziyyətdə    olaraq      hissiyatlarını    itirmirlər, 

qanuni  olaraq    bu    dərin    trans    və      ya  “qey-

ri  -  fiziki    “vəziyyətlə    assosiasiya    olunur,  bu 

zaman    beynimiz    somatotrop    hormonu    if-

raz  edir,  intensiv  olaraq  bu özünü bərpa   və   

özünümüalicə   ilə  müşahidə  olunur. İnsan   bir  

şeylə  maraqlandığını  biruzə  verdikdə,  beyində 

- beta  fəallıqla yanaşı,  delta  dalğalar  da  artır.  

Beyin ritmlərinin  kompyuterlə analizləri,  ayıq  

vəziyyətdə  beyində  bütün  tezlikli diapazonla-

rın iştirakının olduğuna  imkan  yaratdı,  bey-

nin  iş  qabiliyyətinin  effektliyindən  asılı  ola-

raq  bu  an  beyin  yarımkürələrinin  simmetrik  

zonalarda  bütün  diapazoda dalğalar  daha  çox  

koqerentliklə  (sinxronluq) müşahidə  olunaraq 

qeyd    edilir.  EEQ  müayinə    üsulu    ilə    müasir    

dövrdə   uyğun  profildə  yerləşən  xəstəxanalar  

nevraloji  şöbə    və    tibbi  müəssisələr,  poliklini-

kalar,  bu    işlə  əlaqədar    elmi  tədqiqat  idarələri 

də elektroensefaloqrafik   laboratoriyasız  keçinə  

bilmir.  EEQ müayinəsi  baş  beynin  çox  saylı, 

üzvü,  ocaqlı  və  digər  zədələnmələri,  boğulma, 

zəhərlənmə,  şiş  prosesləri, epileptik, damar  tipli 

və  bir  neçə  ayrı  neyrogen, psixiki  xəstəliklərin  

diaqnostikası   üçün  çox vacibdir.   

Professor A. Kaplan psixiki  aktları  «səslərlə»  

araşdırmış    və    beyin    ritmləri  öyrənilmiş, 

həmçinin  Moskvada  RTEA  P.Anoxin  adı-

na  normal  fiziologiya  institutunda  akademik 

K.Sudakov    rəhbərliyi  ilə    daha  maraqlı  elekt-

rofizioloji    tədqiqatlar  aparılmışdır.  Son    za-

malar  alimlər      unikal    və    praktiki    çıxılmaz  

vəziyyətlə  qarşılaşmış, eksperimental  prosedur  

şəbəkələrdə  real   müşahidə edilən prosesi, tez  

uçan  və  gözəgörünməyən  psixi  fenomenləri: 

emosional vəziyyəti,  təfəkkür  proseduraları  və  

əqli simanı qeyd  etməklə  rastlaşmışlar və insan  

psixikasının  elementar  aktlarını  qeyd  edən ci-

haz  və alətlərdən  istifadə  etmişlər.    Neyronların  

istilik əmələgətirməsini də ölçmək mümkündür. 

Hal hazırda məsələn: pazitron - emision tomoq-

raf (PET), nüvə - maqnit rezonansı,  istilikgörmə  

və  s. belə  müayinə  metodlarından geniş istifadə 

olunur. Alimləri  düşündürən odur ki,  müxtəlif  

psixi  proseslər,  yaddaş,  diqqət,  xüsusən  koqne-

tiv  və  tanıma  əməliyyatları  EEQ səviyyəsində 

aşkar  ifadə  edilirsə  və  bunun  güclü  statis-

tik hədd səviyyəsində  əhəmiyyəti  daha  aydın 

qeyd  edilir. EEQ-da  təxmini  olan  dəyişiklər  

yəqin ki, əsl  həqiqətdə  psixiki  proseslərin  öz  

təbiətinə    müvafiq      yüksək    dinamikliyi    he-

sablana  əks    olunmasıdır.  EEQ    səviyyəsində 

oxşar  əməliyyatlar  əsas  qısamüddətli        siqnal-

ların  statistik  parametrinin  tənzimlənməsi  ilə    

müşahidə  olunur.

Professor B. Darxovski  EEQ ritmlərinin nisbi 

eyni   adlı seqmentlər şəklində həqiqi oxşarlığını 

və saniyənin  onda  biri  qədər  davam  etdiyini, 

EEQ-nin seqmentlərlə (ritm arası dalğa) oxşarlı-

ğını həqiqi   fizialoji  və  psixaloji  proseslərin  

funksional  strukturlarına  çox uyğun  gəlidiyini 

müəyyən  etdi.  Akademik    İ.Aşmarinin   

rəhbərliyi ilə  yeni  nootrop  preparatının  effek-

tinin  EEQ-nin alfa ritmin  seqmentlərinə kifayət  

amplitudada    özünəməxsus      pozitiv    təsiri 

(yaddaşın yaxşılaşması) və  həmin  seqmetdəki   

yüksək    amplitudlu    aktivliyə    bir    neçə    əks  

təsirləri  aşkar  edilmiş və Almanyadakı  Quber-

nator    universitetinin    klinikasında  insanlarda 

gecə  yuxusunun  funksional  blokunu  öyrənmək  

üçün  EEQ seqmentləri birgə tədqiq edilib. Yuxu 

fazaları   təcürbəli   ekspermentlərlə “əllə” təyin  

olunur  və  subyektiv  kriterilər  əsasında,  prak-

tiki  avtomatlaşma  şəklinə  gətirmək  olur.  Gecə 

qeyd olunan  EEQ-nin seqmentləri  qabaqcadan  

məlum  olmayan  obyektiv   həqiqətlərə  baxma-

ğa  imkan verir,  klassik  yuxu  fazaları   EEQ-nin  

sayına  uyğun  gəlir  və  yuxunun  digər  stadiya-

ları  üçün səciyyəvidir.  Bu  ondan  xəbər  verir 

ki,  yuxunun  dərin  fazalarında  ayıq  vəziyyətin  

qısa  zamanları  aşkar  edilir, hansı  ki,  insan  

tərəfindən  subyektiv  olaraq  müddətin qısa ol-

masına görə  əhəmiyyət  kəsb  etmir. 

  Hindistanda    Kampur    şəhərində  Texnaloji  

İnstitutun    tədqiqatçıları,  nəsililərlə    yoqa    ilə  

məşğul olanların   meditasiya  dövründə  EEQ-

də    seqmentlərin    strukturasında      hər    şeydən  

əvvəl ayıqlıq  vəziyyətində  yüksək   diapazonlu   

növbələşmələrlə,  qısa  seqmentli  alfa  (8-12 hs) 

və  teta  ritmlərin (3-6 hs) tezlikləri ilə  fərqini 

göstərmişlər.  İndi,    EEQ-nin    fenomenlərinə   

oxşar  görsənməsi  şüurun  vəziyyətinin  dövrü  

dəyişikliyindən  xəbər  verir  və bunların sis-

temli  öyrənilməsinə  gətirib  çıxarır.    

EEQ-də seqmentdən seqmentə keçmə anları, 

vaxta uyğun, bu sahələrdə cari işlərin razılaş-

dırılmasının təsdiq edilməsi ideyasını meyda-

na  çıxarır.  Belə    kombinasiyalarda  EEQ-nin  

qeydi:  alın,  mərkəz,  təpə,  gicgah,  ənsə  və    s. 

nahiyyələrdən daha  çox, məsələn 16 elektrodla  

120 kombinasiya  yaratmaq  olur.   Fərqli  funk-

sional  vəziyyət  üçün  müddətə və əməliyyata  

uyğun  EEQ  aparmalarında  vertikal  boyunca  

bu    kombinasiyaların  sinxron    portretini    ya-

ratmaq, seqmentlərin  sərhədlərilə  uyğun  gəlir. 

Araşdırılan  tədqiqatın  proyekti  çərçivəsində 

alimlər müxtəlif  psixi  gərginliklərə uyğun  ay-

dın  ifadə  olunan  maraqlı portretlər  almışlar. 

Beynin  stukturlarının  öyrənilməsi,  müxtəlif  

tapşırıqları  yerinə  yetirən insanlar da generalizə  

olunmuş  psixi  vəziyyətin  yüksək    həyəcan  

vəziyyətinə    uyğun    xüsusiyəti  barədə  maraqlı 

məlumatlar  aşkar  etdi.  Bunlar  nevrotik  və  psi-

xosomatik patologiyaların əmələ gəlməsində va-

cib rol oynayır və  bu tədqiqat işi təbabət ücün 

çox vacib nəticələrə gətirəcək. Psixi funksiyalar 

EEQ-nin spesifik     patterilərində   əks  olunur. 

Bunları    həmişə    fikirləşmək    olmur,  hansı  ki,  

öz  gücü ilə  tədqiqatçılara insan  psixikasının  

növbəti  sirrini cəm  şəkildə  açmağa imkan verir. 

Bu sahədəki  yüksək  nailliyyətlərə  baxmayaraq,  

ən  maraqlı  ekspermentlər, qalmaqallı  məsələlər  

hələ    öndədir.  Professor    Ə.Allahverdiyevin 

rəhbərliyi ilə bubertat  dövrdə baş beynin yaşa 

müvafik  inkişaf  tempi,  cinsiyyətə  uyğun  fərqi, 

həmçinin normal fiziologiya kafedrasının müdi-

ri  prof.A.Məmmədov  və  əməkdaşlarla  birlikdə 

tərəfimizdən  müxtəlif  funksional  vəziyyətlərdə 

və  davamlı  stresslə  yaranan  funksional  və  so-

matik  xəstəliklər zamanı öyrənilməsi və onların 

qeyri  ənənəvi  (musiqi  ilə)  dərmansız  korreksi-

yasında  seqmetlər  arası  vəziyyətlər,  teta-alfa 

relaksasiya  kimi  probləmlər  geniş  araşdırılaraq 

və çox maraqlı nəticələr əldə olunmuş, yerli və 

xarici  mətbuatda  dərc  olunub.  Müasir  dövrdə, 

tərəfimizdən  insanın  psixi  proseslərinin  ya-

radıcı    tənzimi    mexanizmlərinin    öyrənilməsi  

ekspermentləri    planlaşdırılıb.    Müasir  texniki  

vasitələrin    köməyi    ilə    hazırlanmış    və  proq-

ramlaşdırılmış    sistemlərlə    müayinə    olunan  

şəxslərin  funksional  münasibətləri  beyin  struk-

turları  ilə  qarşılıqlı  əlaqələrini sərbəst  surətdə  

modifikasiya  etməyin yolları öyrəniləcək.  Har-

dasa  bu  yolda   “iradə  azadlığı” nın  sirlərinin  

üstündən    pərdə    götürüləcəkdir:maraqlıdır, 

bu    metafizik    alleqoriyadırmı,    yoxsa    zərərli  

təmsildirmi,  yoxsa  real  psixofizioloji  proses-

dirmi?


Əhməd KAZIMOV,

Normal fiziologiya kafedresının 

professoru, t.ü.e.d

Fikrin və  düşüncənin  dalğaları. Beynin  alfa ritmləri


Yüklə 313,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə