S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan



Yüklə 313,35 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix14.10.2017
ölçüsü313,35 Kb.
#4999
1   2   3   4   5   6   7

30 sentyabr 2015-ci il

http://www.amu.edu.az

7

Ölkəmizdə  İİV/QİÇS-lə  mübarizənin 

gücləndirilməsi, 

insanların 

bu 

xəstəliklərə  dair  məlumatlandırılması, 

biliklərinin 

artırılması, 

eləcə 

də 

yoluxma hallarının erkən aşkarlanması 

və  profilaktikasının  genişləndirilməsi, 

habelə 

İİV-lə 

bağlı 

stiqma 

və 

diskriminasiya  hallarının  qarşısının 

alınması məqsədilə Bakı, Sumqayıt və 

Şəkidə təşkil olunan “İİV-ə testləşmə milli 

kampaniyası” yekunlaşıb.

Səhiyyə  Nazirliyinin  təşəbbüsü  ilə 

avqust  ayı  ərzində  keçirilən  kampa-

niya  çərçivəsində  ölkənin  iri  şirkət  və 

müəssisələrində çalışan 6489 nəfər kö-

nüllünün müayinəsi aparılıb.

Nazirliyin 

mətbuat 


xidmətindən 

AZƏRTAC-a  verilən  məlumata  görə, 

müayinələr  əsasən  iş  yerlərində,  is-

tehsal  prosesindən  ayrılmadan  15-20 

dəqiqə  ərzində  ekspress-test  üsulu  ilə 

həyata keçirilib. Ölkədə ilk dəfə icra olu-

nan  müayinələr  İİV  statusunu  müəyyən 

etməyə imkan yaradıb.

Müayinələrlə 

yanaşı, 


Respubli-

ka  QİÇS-lə  Mübarizə  Mərkəzinin 

mütəxəssisləri  tərəfindən  zavod,  fabrik 

və  digər  müəssisələrdə  çalışan  işçilərə 

testdən əvvəl və sonra İİV/QİÇS-lə bağlı 

məsləhətlər verilib, onlara maarifləndirici 

materiallar  paylanılıb.  Kampaniyada 

“Təmiz  Şəhər”  ASC-nin,  “Safe  Life” 

MMC-nin,  “Delta  Group”  şirkətlər  qru-

punun,  “Azərikimya”  İstehsalat  Birliyi-

nin,  “Bakı  Tikiş  Evi”  ASC-nin  və  digər 

müəssisələrin 

işçiləri 

müayinədən 

keçiblər.

Eyni  zamanda,  Şəki  şəhərindəki 

“Kanal-S”  telekanalının  qarşısında  da-

yanan  mobil  İİV-ə  könüllü  müayinə  və 

məsləhət məntəqəsinə sakinlər müraciət 

edərək pulsuz və anonim qaydada İİV-ə 

testdən keçmək imkanı əldə ediblər.

 

 



Azərbaycan  Respublikası  Pre-

zidentinin  18  mart  2015-ci  il 

tarixli  Fərmanı  ilə  Nazirlər 

Kabinetinə  dövlət  qeydiyyatı-

na  alınmış  dərman  vasitələrinin 

qiymətlərinin 

tənzimlənməsi 

və  həmin  qiymətlərə  nəzarətin 

həyata keçirilməsi qaydasının, Ta-

rif Şurasına isə dövlət qeydiyya-

tına alınmış dərman vasitələrinin 

qiymətlərinin  tənzimlənməsinin 

təmin 

edilməsi 

tapşırılıb. 

Fərmanın  icrasını  təmin  etmək 

məqsədilə 

Nazirlər 

Kabineti 

tərəfindən  3  iyun  2015-ci  il  ta-

rixli  qərarla  “Dövlət  qeydiyyatı-

na  alınmış  dərman  vasitələrinin 

qiymətlərinin 

tənzimlənməsi 

və  həmin  qiymətlərə  nəzarətin 

həyata 

keçirilməsi 

Qaydası” 

təsdiq edilib. Bu gün dərman ba-

zarında olan durum, qiymətlərinin 

tənzimlənməsi 

və 

keyfiyyəti 

əhalinin  çox  böyük  marağına 

səbəb olub.

AZƏRTAC  xəbər  verir  ki, 

məsələnin  aktuallığını  nəzərə 

alaraq  Azərbaycan  Respubli-

kası  Baş  nazirinin  müavini  Əli 

Əhmədov  sentyabrın  22-də  pay-

taxtda yerləşən bir sıra apteklərdə 

əhaliyə  göstərilən  xidmətlərin 

vəziyyəti ilə maraqlanıb. “Zeytun” 

aptekinə gələn Əli Əhmədov bura-

da dərman preparatlarının qiyməti 

və  keyfiyyəti  ilə  tanış  olub,  aptek 

işçilərinin  problemləri  ilə  maraq-

lanıb  və  onlara  öz  tövsiyələrini 

verib.  Söhbət  zamanı  əczaçılar 

dərman  vasitələrinin  satışının 

yeni  qayda  ilə  həyata  keçirildi-

yini,  dərmanların  qiymətlərinin 

tənzimlənməsi  ilə  bağlı  qərarı  al-

qışladıqlarını bildiriblər.

Jurnalistlərə  müsahibə  verən 

Baş  nazirin  müavini  deyib  ki, 

sentyabrın  15-dən  etibarən  Tarif 

Şurası  tərəfindən  təsdiq  edilmiş 

25  təsiredici  maddə  üzrə  1057 

adda  dərman  vasitəsinin  yeni 

qiymətləri  qüvvəyə  minib.  Artıq 

ölkənin  bütün  apteklərində  həmin 

dərman vasitələrinin eyni qiymətə 

satışı  həyata  keçirilir.  Satışına 

icazə  verilən  digər  dərmanların 

qiymətləri  isə  yaxın  vaxtlarda 

müəyyənləşəcək.  Bu  addımın 

atılması  heç  də  təsadüfi  deyil. 

Son  vaxtlaradək  Azərbaycanın 

dərman  bazarında  dərman  satı-

şında  vahid  qiymətin  olmaması 

əsas  problemlərdən  biri  idi.  Pre-

zident  İlham  Əliyevin  Nazirlər 

Kabinetinin  2015-ci  ilin  birinci 

yarısının  sosial-iqtisadi  inkişafı-

nın  yekunlarına  və  qarşıda  duran 

vəzifələrə  həsr  olunan  iclasındakı 

nitqində  dərmanların  qiymətləri 

ilə  bağlı  iradlarından  sonra  bu 

istiqamətdə  müvafiq  tədbirlər 

görülməyə  başlanılıb.  Məqsəd 

əhaliyə  göstərilən  tibbi  xidmətin 

səviyyəsinin  yüksəlməsinə  nail 

olmaq,  dərmanların  baha  qiymətə 

satılmasının  qarşısını  almaqla 

vətəndaşların  büdcəsinə  müsbət 

təsir göstərməkdir.

Əli  Əhmədov  qeyd  edib  ki, 

bu  praktika  dünyanın  əksər 

ölkələrində tətbiq olunub. Qarşıda 

duran  daha  vacib  məsələ  dərman 

vasitələrinin  keyfiyyətinə  nəzarəti 

gücləndirməkdir. 

Dərmanların 

keyfiyyətli  olması  ən  vacib 

məsələdir.  Bu  funksiyanı  Səhiyyə 

Nazirliyinin  nəzdində  yaradıl-

mış  qurum  həyata  keçirir.  Söz 

yox  ki,  bu  qurum  öz  fəaliyyətini 

daha  da  gücləndirəcək.  Burada 

yaradılan  şərait  onu  göstərir  ki, 

Azərbaycanın dərman bazarı ciddi 

şəkildə  nizam-intizama  cəlb  olu-

nur. Bu, ondan xəbər verir ki, atı-

lan addım doğrudur və vətəndaşlar 

tərəfindən yüksək qiymətləndirilir.

Dərman  qıtlığına  toxunan  Baş 

nazirin  müavini  vurğulayıb  ki, 

Azərbaycanda lazımi dərman ehti-

yatı  var  və  bu,  daim  idarə  olunan 

bir prosesdir. Səhiyyə Nazirliyi bu 

istiqamətdə  qabaqlayıcı  tədbirlər 

görür.  Ola  bilsin  ki,  dərmanların 

qiymətlərinin  tənzimlənməsi  ilə 

əlaqədar  qısa  vaxtda  problemlər 

ortaya çıxsın, amma gələcəkdə on-

lar  tamamilə  aradan  qaldırılacaq. 

Ölkədə dərman qıtlığı olmayacaq. 

Dünyada çoxlu dərman növləri var. 

Apteklərimizdə bir adda dərmanın 

tapılmaması  o  tərkibdə  dərmanın 

olmaması anlamına gəlmir.

“Ölkəyə  idxal  olunan  bütün  ba-

halı və ucuz dərmanların üzərində 

Tarif Şurasının müəyyənləşdirdiyi 

qiymətlər  olacaq.  Məqsədimiz 

Azərbaycana  bahalı  dərmanların 

idxal  olunmasının  qarşısını  al-

maq deyil. Söhbət ondan gedir ki, 

gətirilən dərmanların üzərinə daha 

yüksək  qiymətlər  qoyulmasın”,- 

deyə Əli Əhmədov bildirib. 



Baş nazirin müavini: Dərman preparatlarının keyfiyyətli olması ən vacib məsələdir

Hazırda ölkəmizdə həkimlərin sayı 32 

min  800  nəfərdir.  Orta  tibb  işçiləri  isə 

56 min 100 nəfər təşkil edir

Bu 


barədə 

Dövlət 


Statistika 

Komitəsinin  “Azərbaycanda  səhiyyə, 

sosial  təminat  və  mənzil  şəraiti”  adlı 

rəsmi statistik məcmuəsində məlumat 

verilib.

Statistik  rəqəmlər  Azərbaycanda 

həkimlərin  sayının  artdığını  göstərir. 

Belə  ki,  həkimlərin  sayı  2001-ci  ildə 

29 min nəfər, 2006-cı ildə 30 min 600 

nəfər,  2012-ci  ildə  31  min  400  nəfər, 

2013-cü ildə 32 min 300 nəfər, 2014-ci 

ildə isə 32 min 400 nəfər olub.

Hazırda  ölkəmizdə  566  xəstəxana 

fəaliyyət 

göstərir. 

Bu 


müalicə 

müəssisələrində  46  min  400  çar-

payı  var.  Rəsmi  nəşrdə  bildirilir  ki, 

2001-ci  ildə  xəstəxanaların  sayı  735, 

xəstəxana  çarpayılarının  sayı  isə  69 

min 900 olub. Xəstəxana və xəstəxana 

çarpayılarının 

sayının 


azalması 

səhiyyə  sahəsində  islahatların  və 

mərkəzləşdirmənin həyata keçirilməsi 

ilə əlaqədardır.



BMT-nin  baş  katibi  Pan  Gi  Mun 

qadınların,  uşaqların  və  yeniyetmələrin 

sağlamlığının  qorunması  üzrə  Qlobal 

Strategiyanın qəbul olunduğunu elan edib. 

Bu  təşəbbüsün  əsas  vəzifəsi  2030-cu 

ilədək  qadınlar,  uşaqlar  və  yeniyetmələr 

arasında ölüm faizini minimuma endirmək, 

habelə  onların  sağlamlığının  və  rifahının 

möhkəmləndirilməsinə kömək etməkdir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə 

istinadla  xəbər  verir  ki,  növbəti  beş  ildə 

proqrama 25 milyard ABŞ dolları qoyula-

caq.

Davamlı  İnkişaf  üzrə  Sammitdə  dünya 



liderlərinin  qəbul  etdikləri  yeni  strategi-

ya  növbəti  15  il  ərzində  davamlı  inkişaf 

sahəsində hədəf və vəzifələrə nail olma-

ğın həyata keçirilməsinin tərkib hissəsidir.

Sammitdə iştirak edən dövlət və hökumət 

başçıları, beynəlxalq təşkilatların və özəl 

sektorların  nümayəndələri,  alimlər  və 

BMT-nin digər tərəfdaşları bu təşəbbüsü 

dəstəkləyiblər.

Pan Gi Mun deyib: “Bu gün mənin qü-

rurla  elan  etdiyim  qadınların,  uşaqların 

və  yeniyetmələrin  sağlamlığının  qorun-

ması  sahəsində  qlobal  strategiya  yaşa-

mağa qabil və sağlam cəmiyyət qurmaq-

da  kömək  edə  bilər.  Biz  sübut  etdik  ki, 

tərəfdaşlıq çərçivəsində görülən iş konk-

ret  nəticələr  verir.  Mən  də,  bütün  BMT 

sistemi  də  bundan  sonra  da  aramızda 

olan  ən  zəif  insanların  həyatının  qorun-

ması və yaxşılaşdırılması üçün əlimizdən 

gələni edəcəyik”.

Səhiyyə Nazirliyinin “9103-Qaynar xətt” 

və  “Elektron  səhiyyə”  xidmətlərinin  iş 

rejimi gün ərzində vətəndaşlardan daxil 

olan  müraciətlərin  cavablandırılmasına 

və qısa müddətdə həllinə yönəlib.

Bu  barədə  AZƏRTAC-a  nazirliyin 

mətbuat xidmətindən məlumat verilib.

Məlumatda  bildirilir  ki,  ölkənin 

istənilən  bölgəsindən  vətəndaşın 

zəngi,  habelə  müraciəti  Səhiyyə  Na-

zirliyinin  bütün  şöbələri  və  struktur-

ları  ilə  sıx  əməkdaşlıq  çərçivəsində 

fəaliyyət  göstərən  həkimlərdən  ibarət 

operatorlar qrupu tərəfindən dinlənilir. 

Zəruri  hallarda  müraciətlər  nazirliyin 

rəhbər şəxsləri tərəfindən cavablandı-

rılır.  Əsasən  səhiyyə  müəssisələrinin 

fəaliyyətinə  dair  məlumat,  yeni  ya-

şayış  yeri  üzrə  poliklinikada  qey-

diyyat,  tibbi  arayışın  alınması  kimi 

müraciətlər  üstünlük  təşkil  edir. 

Vətəndaşlar  tibb  müəssisələrinin  bu 

və  ya  digər  əməkdaşının  göstərdiyi 

xidmət 


səviyyəsinin 

qənaətbəxş 

olmaması  barədə  də  məlumat 

verirlər.  Belə  olan  halda  “Qaynar 

xətt”in  əməkdaşları  dərhal  səhiyyə 

müəssisəsi  ilə  əlaqə  saxlayaraq 

vətəndaşın müraciəti barədə məlumat 

verir və məsələni araşdırırlar. Ehtiyac 

olduqda  müraciətin  dəqiqləşdirilməsi 

məqsədilə xüsusi komissiya yaradılır.

Səhiyyə Nazirliyinin “Qaynar xətt” və 

“Elektron  səhiyyə”  xidmətlərinə  daxil 

olan hər bir vətəndaş müraciəti həllini 

tapana  qədər  nəzarətdə  saxlanılır. 

Hazırda  “Qaynar  xətt”in  fəaliyyətinin 

təkmilləşdirilməsi  üzərində  işlər  ge-

dir,  təkliflər  hazırlanır.  “Qaynar  xətt” 

xidmətinə kifayət qədər müraciət daxil 

olur.  Vətəndaşların  zəng  növbəsində 

dayanmaması  üçün  xüsusi  proq-

ram  təminatının  istifadəyə  verilməsi 

nəzərdə  tutulub.  Yeniliyin  tətbiqindən 

sonra  9103  nömrəsi  ilə  əlaqə  yarada 

bilməyən  vətəndaşa  “Qaynar  xətt” 

xidmətinin əməkdaşı tərəfindən təkrar 

zəng ediləcək.



Azərbaycanda həkimlərin sayı açıqlanıb

Qadınların, uşaqların və yeniyetmələrin sağlamlığının 

qorunması proqramına 25 milyard dollar vəsait qoyulacaq

“İİV-ə testləşmə milli kampaniyası” başa 

çatıb

Azərbaycanın səhiyyə sistemində informasiya-

kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir


Yüklə 313,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə