Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
  1   2   3   4   5   6   7   8   9   ...   67



 
 
alatoran 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
Səməd Şıxı 
 
ATILAN BİR DAŞ... 
 
 
 
 



 
Səməd ġıxı 
ATILAN BĠR DAġ 
roman 
 
 
 
Redaktor: Yasəmən Məmmədova 
 
Qapaq dizaynı: Turqut Q.  
 
240 səh. Qiyməti 7 manat  
 
Çap tarixi: 30.04.17 
 
İSBN:978-9953-8067-5-7 
 
© Alatoran 2017 
 
 



 
 
 
Təşəkkür edirəm... 
 
 
 
 
 
Əsərin  yazılmasında  yanımda  olduğu  üçün  və  elədiyi 
köməkliklərə  görə  Yasəmən  Məmmədovaya  təşəkkür 
edirəm... 
 
 



 
Birinci hissə 
 
-Ana,  ata  nə  zaman  Bakıdan  dönəcək?  –  Nərgiz  ana-
sına söykənərək dedi. 
-ĠĢi qurtarar - qurtarmaz gələcək, qızım. Narahat olma. 
– Gülnaz Nərgizin baĢını sığallayaraq dedi.  
Nərgizin gözləri göyə baxaraq xəyala dalmıĢdı. Bir ilə 
yaxın idi ki, atası Bakıya iĢləməyə getmiĢdi. Bir ildə atası 
ilə  yalnız  telefonla  danıĢa  bilmiĢdilər.  O  da  həftədə  bir 
dəfə.  ĠĢlərinin  çox  olması  səbəbindən  həmiĢə  qısa  kəsir, 
salam  -  sağolla  vidalaĢırdı.  Kənd  yerində  iĢin  olmaması 
üzündən məcbur hamı ya Bakıya, ya da Rusiyaya gedirdi.  
-Qızım,  dur  yerində  yat.  Gecdi  daha.  –  anası  Nərgizi 
qaldıraraq  yatmağa  göndərdi.  Özü  isə  hələ  də  həyətdə 
oturaraq boĢluğa dalmıĢdı. Gülnaz ərinin məcburiyyətdən 
getdiyini anlayırdı. Kənd  yerində  yaĢayıĢın necə də çətin 
olduğunu  dərk  edirdi.  O  da  istəyərdi  ki,  yaxĢı  Ģəraitləri 
olsun.  Ġstəyirdi  ki,  yoxsulluq  içərsində,  sabaha  ac 
qalarıqmı,  yoxsa  yeməyə  nəsə  tapacıq  deyə  düĢünmək 
deyildə  gözəl  evdə  istədiklərini  yeyərək,  istədiklərini 
geyinərək heç bir dərdi çəkməsinlər. 
Bu  Ģəraitə  sahib  ola  bilərdi  də.  Eyvazla  evlənməzdən 
əvvəl  onun  üçün  baĢqa  Ģəhərlərdən  də  elçilər  gəlmiĢdi. 
Hansı  ki,  Gülnazın  xəyalında  olan  hər  Ģeyi  asanlıqla 
reallaĢdıra  bilərdilər.  Ancaq,  Gülnaz  seçimindən  peĢman 
deyildi.  Eyvaz  kənddə  mərd,  ağıllı,  qocaq  biri  olaraq 
göstərilirdi.  Təhsili  olmadığı  halda  biliyi,  dünya 
görüĢülüyü  ilə  həmiĢə  fərqlənib.  Kəndin  bütün  prob-
lemlərində  canla  –  baĢla  iĢtirak  edir,  əlindən  gəldiyini 
əsirgəmirdi.  
Eyvaz  uca  boy,  qarabuğdayı  biridi.  Saçlarını  çox 
sevdiyindən  uzadıb,  əliylə  də  tez  -  tez  düzəldir. 
UĢaqlığından  nadincliyi  və  sözü  üzə  deməsi  hər  zaman 
onu  diqqət  mərkəzində  saxlamıĢdı.Məktəbdə  təkcə 
müəllimləri ilə deyil, uĢaqlarla da yola getməzdi. Kənarda 
uĢaqların  toplaĢıb  bir  uĢaqı  döydüyünü  görən  kimi 



 
aralarına  girər  onu  qoruyardı.  Gülnaz  onunla  paralel 
sinifdə oxuyurdu. Buna baxmayaq Eyvaz ona heç yaxınlıq 
eləməzdi.  Kəndin  necə  ağır  olduğunu,  adi  bir  SALAMI 
belə söz edəcəklərini bilirdi. Doqquzuncu sinifi bitirəndən 
sonra  isə  iĢləmək  üçün  məktəbdən  ayrılaraq  fəhləlik 
etməyə  baĢladı.  Atasının  yataq  xəstəliyinə  tutulmasından 
sonra  onlara  baxacaq  heç  kəsin  olmaması  və  oxumağa 
həvəsin olmaması onu məktəbdən rahatlıqla ayırdı.  
Gülnazla  yaxınlaĢması  xalasının  əlaqəsi  ilə  oldu. 
Xalası  Gülnazı  ona  məsləhət  görəndən  sonra  bir  dəfə  də 
görüĢüb  danıĢdılar.  Sonra  məlum  oldu  ki,  Gülnazda 
Eyvaza  qarĢı  hisslər  keçirirmiĢ  yarım  ildən  sonra  toyları 
oldu. Toylarından bir il sonra da Nərgiz, sonra isə RövĢən 
dünyaya gəldi.  
RövĢəndən  sonra  da  uĢaq  istəsələrdə  həkim  ananın 
müalicə  olunmalı  olduğunu  dedi.  Maddi  vəziyyətləri 
imkan  vermədiyindən  bu  istəkləri  ürəklərində  qaldı. 
Əvvəl rayona gedib evlərdə fəhləlik edərək çörək pulunu 
çıxartırdı. Son zamanlar isə iĢlər getdikcə azalır hətta yox 
həddinə çatmıĢdı. Bağlarında yetiĢdirdikləri məhsulları ya 
sataraq  ya  da  özləri  istifadə  edərək  xərclərini  azaltmağa 
çalıĢsalarda  yenə  xərcləri  qarĢılaya  bilməyirdilər. 
Məktəbin  açılması  ilə  uĢaqlara  lazım  olan  ləvazımatlar, 
paltarlar,  qıĢda  ayaqqabılar  Eyvazı  Bakıya  göndərməyə 
məcbur  etdi.  TanıĢı  sayəsində  tapdığı  iĢiylə  evə  tez-  tez 
pul  göndərirdi.  Özünə  biraz  köhnədə  olsa maĢın  almıĢdı. 
Biraz  daha  iĢləyib  kənddə  qayıdıb  taksi  sürərək  ailəsini 
elə dolandırmağı düĢünürdü.  
Gülnaz səhər tezdən qalxmağı  vərdiĢ eləmiĢdi. Həyəti 
təmizləyər,  uĢaqlar  üçün  yemək  hazırlayıb  onları  oyadar, 
uĢaqları  məktəbə  yola  saldıqdan  sonra  isə  günorta  üçün 
yemək  biĢirməyə  baĢlayardı.    Bağda  əkin  –  biçin 
iĢlərindən  nə  isə  iĢ  gördükdən  sonra  evə  dönərək  baĢını 
qatacaq  iĢ  tapardı.  Ev  iĢlərində  Nərgiz  anasına  yardım 
edər, bəzi iĢləri isə özü görərdi. RövĢən isə anasına bağla 
bağlı  iĢlərdə  köməklik  edirdi.  Anasıda,  atasıda  uĢaqların 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə