Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.

səhifə10/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

33 
 
Oxumağı  planlaĢdırdığı  hələ  çox  kitab  var  idi. 
Universitetə  girəndə  kolleksiya  belə  yığmağı  fikirləĢirdi. 
Bəlkə də, gələcəkdə öz kitabını çıxartacaqdı. Görəsən indi 
də mümkün olardımı?  
Belə  necə  yaza  bilərdi.  Görəsən  onun  üçün  xüsusi  
qələm  və  dəftər  var  idimi?  Yoxsa  belə  də  yaza  bilərdi. 
Ancaq,    belə  yazanda  itirərdi,  ya  üstündən  gedərdi.  Hələ 
bir  məktəb  baĢlasın.  Müəllimi  ilə  danıĢar,  o,  ona  kömək 
edərdi. Görəsən, müəllimi  necə insan olacaqdı? –  məktəb 
müəllimlərindən sadəcə Yeganə müəlliməsin çox sevirdi. 
O,  uĢaqlarla  söhbət  edər,  məsləhətlər  verərdi.  UĢaqlarla 
əsl  dost  idi.  Yuxarı  siniflər  belə  baĢqa  dərslərdən 
qaçsalarda onun dərsinə zəng vurulan kimi girər, zəngdən 
sonra da çıxardılar.  
Yeni  həyat,  yeni  dünya  onu  gözləyirdi.  Görəsən  yenə 
nəsə  tərs  getməyəcəkdi  ki?  Alınmasa  nə  edəcəkdi? 
Ömrünü  həyətdə  oturaraq    keçirəcəkdi  elə?  Axı  o 
gəzməyi,  danıĢıb  gülməyi  sevirdi.  Bütün  günü  evdə  nə 
edəcəkdi?  QardaĢı  da  sıxılacaqdı  bir  müddət  sonra. Yenə 
öz həyatına qayıdacaqdı. Onu da qınamayır, ömrünü ona 
hədər 
etməyəcəkdi 
ki. 
Məktəbdən 
dostları  belə 
unutmuĢdu. 
Gözlərini 
itirdikdən 
sonra 
heç 
axtarmamıĢdılar. Nələrinə gərək. Ha bir artıq bir əksiy.  
Gülnaz  süfrəni  toplamaqla  məĢğul  olur,  Eyvaz 
maĢınını təmir edir, RövĢən isə dərsləri ilə məĢğul olurdu.  
-Ata.  
-Həə. Nə olub? – maĢının təmiri ilə məĢğul olan Eyvaz 
oğluna baxdı.  
-Nərgiz həqiqətən məktəbəgedəcək? 
-Niyə dedin? Istəməyirsən? 
-Yox, istəyirəm. Bu onun üçün çox yaxĢı olacaq.  
Əlini  dəsmalla  təmizləyib  oğlunun  üzünə  gülür,  get 
anana de, mənə çay gətirsin – dedi. 
-RövĢən  qapıya  bax.  –  Eyvazın  səsini  eĢidən  RövĢən 
qaçaraq  qapını  açdı.  Gələn  Gülnazın  xalası  idi.  Rayonun 
mərkəzində  yaĢayırdı.  Ailənin  böyüyü  olduğundan 


34 
 
məsləhət 
verməyi 
sevən, 
hamının  onun  sözünü 
dinləməyini 
istəyən 
biri  idi.  Gülnaz,  onu  çox 
istədiyindənmi,  yoxsa  onun  ailəsini  idarə  etməsini  
sevdiyindənmi  tez  –  tez  gəldiyini  anlamazdı.  Gələrdi, 
Gülnazı danıĢdırar, olanlarla bağlı öz  məsləhətlərin verər 
sonra gedərdi. Eyvaz ona futbol məĢqçisi deyərdi. Heç bir 
iĢə  yaramayıb  sadəcə  ortalığda  qaçan  məĢqçilərə 
oxĢadırdı.  
Yəqin  Nərgizin  baĢına  gələnləri  eĢidib  onun  üçün 
gəlmiĢdi.  RövĢəndə  azdan  –  çoxdan  artıq  onu  tanıyırdı. 
Ağır  –  ağır  gəzir,  baĢını  dik  tutmağı  onun  necə  də  lovğa 
olduğunun  bariz  nümunəsi  idi.  Ġki  dənə  də  uĢağı  var  idi. 
Ġkisidə tənbəlin öndə gedəni idi. Analarının hesabına güc 
bəla  ilə  məktəbi  bitirmiĢdilər.  Atalarınında  imkanları  pis 
deyildi.  Hərəsi  üçün  rayonun  mərkəzində  bir  dənə  dükan 
açmıĢdı.  Özləri  üçün  yaĢayırdılar.  Ancaq  tam  belə  də 
demək olmaz. 
Anaları  heç  izn  verərdimi?  Kimlə  evlənəcəyi,  onlara 
necə davranacağın hamısın anası deməli idi.  
Eyvaz dedi: 
-XoĢ gəlmisiniz, keçin əyləĢin. Gülnazda evdədi. 
-XoĢ  gününüz  olsun.  Olanları  eĢitdim,  gəlim  ziyarət 
edim, qızımı görüm, dedim.  
-YaxĢı eləmisiniz. Sağolun.  
Ġçəridən  səsi  eĢidib  Gülnazda  gəldi.  SalamlaĢıb  evə 
buyur  elədi.  RövĢəndə  ardıyca  getdi.  Sevməsə  də  bu 
qadının  yenə  eləyəcəyi  söhbəti  eĢitmək  istəyirdi.  Hər 
gələndə  kiminsə  ailəsinin  dağıtmasından,  kimin  arvadını 
necə döyməsindən, ərini atıb qaçan arvadlardan boy - boy 
danıĢardı. Yazıq anasıda oturub elə hey dinləyər arada, nç 
nç,  olanlara  bax  bir,  deyərdi.  Bu  günün  mövzusu  isə 
əsasən Nərgiz olacaqdı.  
RövĢənin yadına gəlir, bir gün sevinə - sevinə gəlmiĢdi 
ki,  muĢtuluğumu  ver  qızına  elçi  tapmıĢam.  Gülnazın  bu 
sözdən sonra gözləri bərəlmiĢdi. Bu yaĢda da qız verərlər 
heç deyə. KiĢinin zəngin olduğun, həm də dindar olduğun 


35 
 
desə  də  Gülnaz  yox  demiĢdi.  RövĢən  isə  yanlarında  
oturub gülməyə baĢlamıĢdı. RövĢən din məsələsində biraz 
fərqli  idi.  Bu  fərqliliyi  ona  atasından  qalmıĢdı.  Hamı 
orada  ki,  dini  ziyarətgahlara  gedib  nəsə  istəyəndə 
RövĢənlə  Eyvaz  onlara  gülür,  ölü  bu  dəqiqə  durub  sizin 
iĢinizə  qaçacaq  deyirdi.  Elə  bil  onun  iĢi  gücü  yoxdu  da 
hazır ölmüĢəm birdə kəndlilərimin iĢini həll edim deyirdi. 
Anası nə qədər oğlunu bu düĢüncədən çəkindirmək istəsə 
də  dediyi  sözlərlə  sonda  atasına  oxĢamıĢ  deyib  söhbəti 
bağlayayardı.  
Evə  girib  Nərgizin  kresloda  oturduğunu  görüb,  salam 
qızım, deyib  yanına keçdi. Nərgizdə səsindən tam olaraq 
kim  olduğun  bilməsədə  salam  verdi.  Bu  o  dəfə  gələn 
qonaqlar  kimi  deyildi.  Vah,  vah,  gözün  heçmi  görmür?  
deyib  qızı  üzməyirdi.  Sadəcə  bunun  iĢi  anası  ilə  idi. 
Nərgizlə  biraz  söhbət  edib  Gülnazıda  alıb  mətbəxə 
keçdilər.  
-Yazıq  qız.  Çətin  olacaq  ee.  Dünyasın  əlindən  almıĢ 
kimidi. 
-Nə  eləmək  olar.  Alın  yazısı  belə  imiĢ  onunda.  – 
Gülnaz dedi.  
-Həə.    Nə  fikirləĢirsiz  bəs.  Elə  bütün  günü  evdə 
oturacaq?  
-Yox. Eyvaz məktəb tapıb, korlar üçün orada oxuyacaq 
ən azından hərfləri öyrənər, dostları olar baĢın qatar.  
-Pulunu  nə edəcəksiz? – Gülnazın süzdüyü çaydan bir 
qurtum alıb dedi.  
-Eyvaz həll edəcəyini dedi. – düzələr.  
-Təki elə olsun. Bəs sonra nə edəcəksiz?  
-Necə  yəni  sonra?  –  üzündə  yaranmıĢ  sual  iĢarəsi  ilə 
Gülnaz xalasına baxdı.  
-Yəni  böyüyüb  evlənmək  yaĢına  çatanda.  Kimlə 
evlənəcək?  
-Bu halda kimə verəcəm ki? 
-Özünüz baxacaqsız elə?  
-Kim baxsın, ay xala? 




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə