Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

36 
 
-Siz öldüz getdiz. Sonra? 
-Nə  deyirsən  durub  çölə  ataq?  –  Gülnaz  yerindən 
duraraq xalasına tərs- tərs baxdı.  
-Mən  demirəm  ki,  çölə  atın.  Verin  uĢaq  evinə.  Dövlət 
baxsın, arada gedib ziyareət edin.  
-Sən nə deyirsən, xala? 
-Bəlkə səhv deyirəm. Onsuz gördüyünüz gün - güzaran 
yoxdu, birdə bu uĢaqla ölüb edəcəksən bu evdə.  
-Mən  bu  evə  gələndə  bunların  hamısın  qarĢıma  alıb 
gəmiĢəm.  Həm  də  o  mənim  qızımdı.  Kimsəsiz  deyil  ki, 
aparıb verim onu yetimlər evinə.  
-Səndə  ağıl  olsa  idi,  vaxtında  o  qədər  Bakıdan  falan 
istəyən oldu ki, çıxıb gedərdin. 
Pulunda  vardı,  gözəldə  həyatın.  –  Gülnaza  oturduğu 
stuldan boylanıb baxdı.  
-Mən  xoĢbəxtəm,  söhbəti  dəyiĢ  sən.  BaĢqa  Ģeydən 
danıĢaq. Onsuz bu söhbəti etməkdən yuxularımda qarıĢır.  
-Ġnanmıram  xəbərin  olsun  ancaq  qonĢuluğundaki 
Rasimgildə olanları eĢitmisən? 
-Yox.  Nə  olub?  –  Gülnaz  təəccüblü  halda  xalasına 
baxdı.  
-Dedimdə.  Ayaqüstə  yatırsan  ee.  Onun  arvadı  vardı 
haa, çıxıb gedib. Həmdə uĢaqlarında qoyub gedib. 
-Niyə ki? 
-Bilmirsən?  Əri  alkaĢ,  qumarbaz  idi.  Qızın  nə  qədər 
cehizi  var  hamsın  satıb.  Qızı  da  hər  axĢam  döyürdü. 
Yazıqda nə eləsin. Bezdi axırda çıxıb gedib. 
-UĢaqların niyə götürməyib ki? – Gülnaz stolu çəkərək 
əyləĢdi.  
-Eee.  Hamı  sən  deyil  ee.  Millət  canın  istəyir.  Ancaq 
qaynanası  götürüb  uĢaqlarıda  aparıb  atıb  qapıya  ki, 
gedirsən elə bir dəfəlik get.  
-Millətə bax bir. Biri uĢaqından bezib, biridə gəl ailəni 
dağıtma demək əvəzinə öz nəvələrində baĢından edir.. 
-KiĢinində  vecinə  deyil.  Bayaq  gələndə  gördüm. 
Qapıları açıq idi. Həyətdə içirdi yenə.  


37 
 
-Kim dözər ona. Hələ bu vaxtacan qalması möcüzədi.   
Bu  vəziyyətin  əyləncəsin  isə  yalnız  RövĢən  çıxartırdı. 
Öz – özünə sizə nə kim evləndi, kim boĢandı, kim necədi 
–  deyir  və  gülürdü.  Axır  birazda  söhbət  edəndən  sonra 
sağollaĢıb  getdi.  Gülnaz  isə  o  gedəndən  sonra  mətbəxdə 
yemək  biĢirməklə  baĢın  qatır,  arada  oturub  xalasının 
dediklərini düĢünürdü. Qızının böyüyəndə həqiqətəndə nə 
edəcəyin fikirləĢirdi. 
Kim evlənərdi onunla? Evləndi deyək. Kim baxacaqd? 
Onun  qolundan  tutan  olmasa  heç  yerindən  dura  bilməz. 
Kim  qulluq  edəcək,  kim  baxacaqdı.  Bununla  evlənən 
bunamı qulluq edəcəkdi ya buna qulluqçumu tutacaqdı? 
RövĢən  bacısına  onlar  olmayanda  baxardı?  -  deyə 
düĢünürdü.  Bacısıdı,  nədə  olsa.  Həm  ona  elə  tərbiyə 
verməmiĢdilər  ki,  bacısını  atsın.  Ya  da  onlar  ata  – 
atalarına belə Ģey etməmiĢdi. 
RövĢənin  belə  namərd  çıxması  mümkün  deyildi. 
Böyüyəndə  məsuliyyətin  anlacaq,    bacısına  dayaq 
olacaqdı.  Yoxsa,  götürüb  kimsəsizlər  evinə  qoyarsa  nə 
olacaqdı?  -  Gülnaz fikirdən ayılıb ayağa duraraq görəsi 
nə iĢi var deyə otaqları gəzməyə baĢladı. Nərgizin otağına 
keçib,  döĢəkləri  düzdü,  RövĢənin  otağında  dağınıq 
düĢmüĢ kitabları yerbəyer etməyə baĢladı. 
 
 
Yeddinci hissə 
 
 
Uzun  zaman  keçmiĢdi  artıq.  Neçə  dəfə  qar  yağmıĢ, 
neçə  dəfə  fəsillər  dəyiĢmiĢdi.  Getdiyi  məktəb  onu  biraz 
normallaĢdırsa da dəyiĢən heç bir Ģey yox idi.   
Yay  fəsli  idi.  RövĢən  özü  düzəltdiyi  çərpələngi 
uçururdu.  Nərgiz  isə  stulda  oturaraq  RövĢənin  səsindən 
olanları  anlamağa  çalıĢırdı.  QardaĢının  böyüyəndə  necə 
olduğu  onu  maraqlandırırdı.  Ən  çoxda  özünü.  Əvvəllər 
aynaya  baxanda  özünün  gözəlliyi  ilə  qürur  duyardı. 


38 
 
Atasının  ona  dünya  gözəlisən  deyəndə  hələ  özünü  naza 
çəkərdi.  
Ġndi  isə  üzünün  necə  göründüyün  görə  bilməyirdi. 
Görəsən çirkinləĢmiĢdimi?  Ya gözəlləĢmiĢdimi? 
-Tutmaq  istəyirsən?  –  RövĢən  əlindəki  çərpələngi 
gətirərk bacısının əlindən tutdu.  
-Görə bilmirəm axı. Ağaca iriĢər.  
-Gəl  sənə  kömək  edim.-  Nərgizin  əlindən  tutaraq 
çərpələngi sağa – sola doğru çevrməyə baĢaldılar. 
-Dünyaya çərpələng deyə gəlmək vardı. Ġstədiyin  yerə 
uça  bilərdin.  KaĢ  bir  çərpələng  ola  bilərdim.  Göylərə 
qalxardım. – Nərgiz dedi.  
-Təhlükəlidi. Çərpələng olma. Ağaca iriĢərsən.  
-Qorxmuram.  Sən  varsan.  Gəlib  məni  qurtararsan 
ağacdan.  
Nərgizin ona güvəndiyi halda, onu qoruduğunu sandığı 
anda  gerçəklərdən  uzaq olduğun  bilməyirdi.  Əslində  onu 
qoruyan deyildə düĢməni olduğunu bilməyirdi.  
“Gözəl  bacım.  Dur,  vur  məni.  Niyə  elədin  de.  Mənə 
bunu niyə elədin de. Məndə heçnə demədən susum. Səsim 
belə  çıxmasın.  Vur  üzümə.  Qorxduğumu  vur,  üzümə. 
Necə  zəif  olduğumu.  Necə  aciz  olduğumu.  Necə  alçaq 
olduğumu.  Bacısını  qoruya  bilməyən  bir  qardaĢ.  Kim 
istəyər,  onu  kim  sevər?  Ancaq,  ancaq  sən  sevirsən.  Hələ 
bir  güvənirsəndə.  Kimdi  indi  günahkar?  Canının 
qorxusuna  düĢüb  bacısını  kor  edib  sonra  da  qorxaq  kimi 
gizlənən MƏNMĠ? Yoxsa qatilinə güvənən, SƏNMĠ?” 
“Bəs  görəsən  sonu  nə  olacaqdı?  Bildiyinə  görə  onu 
axirətdə  cəhənnəm  gözləyirdi.  Yanacaq,  yox  olacaqdı. 
Görəsən həqiqətən olacaqdımı bu? RövĢən elə Ģeylərə çox 
inanmasada görmədiyi üçün əmində deyildi. Və qorxurdu 
da.  Allah  onu  bağıĢlayardımı?  BağıĢlayar.  Hə.  Niyə  də 
bağıĢlamasın.  Bilmədən  oldu  deyəcəm.  Həm  o  görürdü 
olanları.  Niyə  demədiyimi  də  bilir.  Bəs  niyə  hər  Ģeyi 
bilirdisə  mənim  o  daĢı  atmağıma  izn  verdi?  Imtahan  idi? 
Imtahan  idisə  də  nə  ilə  çəkilirəm.  Etiraf  edib  – 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə