Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə13/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

42 
 
Ġçəridə  nə  olduğunda  bilməyidi.  Dəqiqələr  keçir  ancaq 
yenə  də  çıxmaq  bilməyirdilər.  Belə  olduqca  daha  da 
həyəcanlanırdı.  Görəsən  nə  olmuĢdu  axı.  ZəhərlənmiĢdi? 
– elə olsa onlarda zəhərlənməli idi. GünəĢmi təsir edib? – 
sərin yerdə olması mümkün deyil. Bəs nə olmuĢdu? Təziq 
idi? Nə? 
Aha  qapı  yenə  açılır.  Ambulans  niyə  gəlib?  Nə  olub 
axı?  –  RövĢənin  boğazı  qurumuĢdu.  Ürək  döyüntüləri 
getdikcə  artırdı.  Nəfəs  almaqda  çətinlik  çəkirdi.  Nərgiz 
qapıdan  girənin  kim  olduğun  soruĢanda  heç  yerə 
tərpənməməsini  indi  gələcəyin  deyərək  içəri  girdi.  Atası 
uzanıb  qalmıĢdı.  Gözləri  açıq  idi.  Sadəcə  hərəkət  edə 
bilməyirdi.  Anası  isə  ağlayırdı.  RövĢənin  gəldiyin  görüb 
Nərgizi  soruĢdu.  RöĢvəni  Nərgizin  yanına  yolladı. 
Onlarında 
xəstəxanaya 
gedəcəklərini 
narahat 
olmamalarını dedi. Ġçəri qonĢusu gəldi. Ambulansı görüb 
nəsə  olduğun  düĢünüblər.  RövĢən  tez  həyətə  qaçdı. 
Nərgizin divardan tuta - tuta  evə gəldiyin gördü.  
-Nə olub, hara gedirsən, Nərgiz? 
-Ġçəridə  nə  olub.  Mənə  niyə  deməyirsən?  –  divardan 
tutan Nərgizin səsində hiss olunurdu ki, ağlayacaq. 
-Sakit ol. Heçnə olmayıb. Sənə kim dediki nəsə olub. 
-Mənə düzün de. Samirə xala ambulansın gəldiyin dedi 
mənə. 
-Heç  nə  olmayıb.  Sadəcə  atamızın  halı  dəyiĢib  ona 
görə gəliblər.  
-Necə yəni heç nə olmayıb? Ambulans gəlibsə nəsə var 
deməli.  
-Nərgiz, sakit ol. Hər Ģey yaxĢıdı. Heç nə olmayıb.  
Atasının  həkimlər  tərəfindən  aparıldığın  görüb  nəsə 
demək istəsə də Nərgizə görə susdu. 
Gülnazda həkimlərlə bərabər getdi.  
Gülnaz  RövĢəni  yanına  çağırarq  sakit  oturmalarını 
birazdan nənəsinin yanına gələcəyin dedi.  


43 
 
Nərgizin ağladığın görüb onu sakitləĢdirmək üçün nəsə 
demək  isətəsədə  özünündə  danıĢa  bilməyəcəyin  hiss 
edərək susdu.  
Yarım  saat  keçmiĢdi.  Qapı  açıldı.  Nərgiz  eĢidib 
həyəcanlı Ģəkildə - kimdi? – dedi.  
Gələn nənələri – Validə idi.  
-RövĢən, olanlar niyə bizim baĢımıza gəlir? – Nərgizin 
gözündə axan yaĢ durmaq bilməyirdi. – kimə neyləmiĢik? 
Niyə bütün bəlalar bizi gəlib tapır? 
RövĢən  səbəbin  bilirdi.  Bilirdi  və  susurdu.  Nə 
deyəcəkdi  ki,  səbəbkarı  mənəm?  Ya  səni  kor,  atamıda 
öldürən mənəm deyəcəkdi.  
Bəlkə  də  deməliydi.  Yoxsa  bu  əzabla  çox  yaĢaya 
bilməyəcəkdi.  Bəlkədə  allah    onu  demədiyinə  görə 
cəzalandırırdı.  Sıradaki  kim  idi?  anasını  əllərindən 
alacaqdı? 
Yox, buna dözə bilməzdi. Bunu edə bilməzdi.  
 
 
Səkkizinci hissə 
 
“Yox,  bu  olanlar  sadəcə  bir  yuxu  olmalıdı.  Yuxuda 
deyil,  kabusdu.  Ayılacam  və  hər  Ģeyin  qaldığı  yerdən 
davam  etdiyini  görəcəm.  Nərgiz  qaçaraq  gəlib  məni 
yuxudan  ayıldacaq  ki,  atam  gəlib  sən  hələ  də  yatmısan. 
Tamda  orada  qalmıĢdıq.  Atamız  gələcəkdi.  Yoxsa,  bu 
qədər  yükü  daĢıya  bilməzdim.  Gücüm  çatmaz.  O,  qədər 
güclü  deyiləm.  Atamsız  mən  bir  heçəm.  Onsuz  nə 
edəcəm? 
Necə 
iĢləyib,  necə  dolanacağıq?  Necə 
oxuyacam?  Univesitetə  girmək  istəyirəm,  indi  necə 
girəcəm? Ya öz baĢına nə edəcəm? Bütün  ailənin rəhbəri 
o,  idi.  Onsuz  necə  olacıq?  Yox,  ata,  geridön.  Tək 
buraxmaq  üçün  tezdi.  Hələ  lazımsan,  hələ  mənə 
lazımsan...”  –  qalx  RövĢən,  gələn  adamları  qarĢıla.  – 
RövĢən  baĢını  qaldıranda  baĢına  qara  bağlayan  anasını 
gördü.  


44 
 
Atasının 
dəfnindən 
sonra 
Nərgizi 
nənəsigilə 
qoymuĢdular.  RövĢən  isə  evdə  qalıb  yas  mərasiminə 
nəzarət  edirdi.  Gülnaz  isə  ərinin  ölümündən  sonra 
solmuĢdu. 
Yemək 
belə 
yeməyi 
unutmuĢdu. 
Yuxusuzluqdan  gözləri  ĢiĢmiĢdi.  Bu  hadisə  onu  çox 
sarsıtmıĢdı. Sevərək evləndiyi ərini, özünündə dediyi kimi 
evinin  dirəyini  itirmiĢdi.  Onu  qarĢıda  çətin  bir  yol 
gözləyirdi.  Ġki  uĢaqla  yolunu  davam  etdirməli  idi.  Biri 
gözlərindən  məhrum  olmuĢ  bir  qız,  biri  isə  oxutdurmaq 
istədiyi oğlan. Oğlanı güc - bəla ilə oxutdu deyək, bəs qızı 
nə  edəcəkdi?  Ona  yardımçı  ola  biləcək  gücdə  də  deyildi, 
tam  tərsi  ona  zaman  ayırmalı  olacaqdı,  tək  baĢına  heç 
yerindən qalxa bilməzdi.  
RövĢən  yas  mərasiminə  gələn  qonaqları  qarĢılayır, 
onları  əyləĢdirirdi.  Yas  mərasiminin  xərcini  Gülnazın 
atası  üstlənmiĢdi.  Eyvazı  atası  və  anasının  məzarları 
yanında dəfn elədilər.  
RövĢən, Eyvazın öldüyünü anasının xəstəxadan nənəsi 
ilə  danıĢanda  eĢitmiĢdi.  Ġlk  əvvəl  donub  qalsa  da  birdən 
gözündən axan yaĢların qarĢısın ala bilməyərək ağlamağa 
baĢlamıĢdı. 
Nərgiz isə sonradan öyrəndi. Eyvaza ən çox bağlı olan 
Nərgiz  idi.  Qız  uĢaqlarının  atalarına  həmiĢə  bağlı  olur. 
Nərgizdə  atasını  çox  istəyirdi.  Bakıya  iĢləməyə  gedəndə 
hər gün anasından nə vaxt gələcəyin soruĢar, onunla fürsət 
tapan  kimi  əlaqə  saxlayırdı.  Atasının  ödüyün  biləndən 
sonra  heçnə  demədən  uzanmağa  getdi.  Sanki,  ambulans 
gələndə ürəyinə dammıĢdı. 
Görməsə  belə  bir  atası  var  idi.  Görməsə  belə  səsin 
eĢidirdi.  Öldü.  Ölümündən  sonra  darıxanda  hər  kəs 
Ģəklinə baxacaqdı, ya O? Xəyalında  var edəcəkdi. Onun 
üçün ölməmiĢdi. 
Səsini  eĢitməsədə,  üzünü  görməsədə,  toxuna  bilməsə 
də o sağ idi. Onun üçün həmiĢə var idi.  
Nərgiz  nənəsinin  yanında  qalırdı.  Evlərinə  dönməkdə 
istəməyirdi.  Orada  qadınların  ağlaĢmasını  eĢitmək 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə