Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

45 
 
istəməyirdi. Uzun müddət o, evdən uzaq qalmaq istəyirdi. 
Orada  hər  yerdə  atasının  xatirəsi  var  idi.  Orada  atasının 
qoxusu qalmıĢdı hələ.  
Gülnaz isə evdə ruh idi. Kimin hara getdiyi nə etdiyini 
görməyir,  bilməyirdi.  Ġkinci  günü  idi  ki,  ağzına  çörək 
dəyməmiĢdi. Gündə təkcə bir stəkan su içirdi. Gecələri isə 
yata  bilməyirdi.  Həyətdə  oturur,  elə  heyy  göyə  baxırdı. 
Eyvazdan  qalan  isə  təkcə  maĢın  idi.  O,  belə  sükut  içində 
idi.  Ona  baxan  deyərdiki  maĢın  belə  Eyvazın  ölümündən 
təsirlənib, boynunu büküb.  
AxĢam  olur  hər  kəs  evinə  gedəndə  evdə  RövĢənlə 
Gülnaz  qalırdı.  Ev  səssizliyə  qərb  olmuĢdu.  Heç  kim 
danıĢmaz, heç kim gəzməz. Sanki, əvvəlki ev bu deyildi. 
Hansı  ev?  –  RövĢənlə  Nərgizin  ortalığda  ora  –  bura 
qaçdığı,  Gülnazın  kənddə  olan  hadisəni  Eyvaza  deyəndə 
Ģaqqanaq  çəkib  güldüyü,  Nərgizin  atasının  yanından 
ayrılmayaraq  onu  qucaqlayıb  mənim  gözəl  atam  dediyi 
ev?!  Gülnazın,  yemək  hazırdı,  gəlin  –  sözünü  dediyi  ev 
indi  kimsəyə  yemək  verməyirdi.  Verirdisə  belə  ataların 
alan  bu  evdən  yemək  istəməyirdilər.  Bəlkə  zaman 
keçəcək yenə bu evdə kimsə güləcək, yenə yemək hazırdı, 
gəlin – sədaları səslənəcək, ancaq, hər dəfə bu səs olanda 
Eyvaz yada düĢəcəkdi. Bu həyatda onun rolu nə qədər az 
olsa da onun ölümü  hər kəsi üzmüĢdü. Kənddə hər kəsin 
yardımına  qaçan,  heç  kəslə  dalaĢmayan,  hər  kəslə 
mehriban olmağa çalıĢan biri idi.  
“Görəsən  indi  harda  idi?  Cənnət  -  cəhənnəmi  görür? 
Hansında  idi?  Görəsən  o  tərəfdə  mənim  etdiyimi 
görürmü?  Mənlə  qürur  duyan  atam,  indi  məndən  nifrət 
edirmi? Güvəndiyinə peĢman olubmu? Görən üzr istəsəm 
bağıĢlayardı?  Ya  elə  ölən  kimi  yox  oldu?  Cənnət  –
cəhənnəmə 
inanmazdı. 
Deyərdiki, 
görmədiyimə 
inanmaram.  Görən  indi  görüb  nə  deyir?  Ya  mən  düz 
dedim,  deyir.  Ruhu  var,  görəsən?  Deyirlər  ki,  qırx 
gününəcən  ruhu  evdən  ayrılmayır.  Harda  oturub?  Ya 
mənim  yanımdadı?  Bəlkə,  mənə  nəsə  deyir.  Bəlkə  də 


46 
 
söyür. Bəlkə də öldürmək istəyir. Belə oğulmu buraxdım? 
-  deyə.  Bəlkə  də  anaamın  yanında  idi.  MaĢınına  son  bir 
dəfə  baxırdı.  YaĢı  elə  də  çox  olmayan  bir  maĢın.  O,da 
tənha 
qaldığına  görə  üzülürdü.  O,  da  məni 
günahlandırırdı,  görəsən?  –  yox,  o  sadəcə  bir  dəmir 
parçası idi. O, hiss edə bilməz. O, dəmir ola bilər, ancaq, 
məndə  daĢam.  Mənim  üzümdən  oldu  hər  Ģey.  Ġlk  öncə 
bacımı  kor  elədim,  sonra  isə  fikirdən  atamı  öldürdüm. 
Özmü  öldürüm?  YaĢamaq  artıq  lazımsız  bir  Ģeydi  mənə 
görə. Ancaq, anamı – bacımı bu vəziyyətdə buraxıb gedə 
bilmərəm. Atam nə deyər? Deməzki, elədiklərin bəs deyil, 
hələ  birdə  üçüncün  edirsən?  Niyə  tək  qoyub  gəldin?  Son 
ümidim  onlara  baxacağın  idi,  səndə  onları  buraxdın 
gəldin.  Yox.  YaĢamalıyam.  YaĢayıb,  səhvlərimi  düzəldə 
bilməsəmdə  onlarla  mübarizə  aparmalıyam.”-  qalx, 
RövĢən. Get yerində yat. Soyuq olar havada.  
Gözlərini  açaraq  anasının  solmuĢ  üzünə  baxdı.  Nəsə 
demək  istəsə  də  fikrindən  döndü.  Evə  doğru  irəlilədi. 
Qapını  açıb  öz  otağına  doğru  irəlilədi.  Evdən  səslər 
gəlirdi.  Hər  yerdə  sanki  atası  vardı.  Atasının  ölümünə 
üzüldüyündən  sonra  çəkdiyi  vicdan  əzabındanmı  belə 
olurdu bilməyirdi.  
Səhər  tezdən  qalxdı.  Həyətə  düĢəndə  anasının 
kreslodaca  oturub  yuxuya  getdiyin  gördü.  Evdən  üstünə 
salmaq üçün yorğan gətirdi. Sonra çayniki dolduraraq çay 
dəmlədi.  Özü  üçün  biraz  pendir,  çörək  çıxartıb  yedi. 
Anasının qalxdığın görüb onun üçündə çay süzdü. Yemək 
atıĢdırıb bacısını görmək üçün nənəsigilə getdi. Neçə gün 
idi ki, Nərgizdən xəbəri yox idi.  
Anası  maĢını  götür  tez  get  desədə,  piyada  gedəcəyini 
deyərək  evdən  çıxdı.  Yol  boyu  qarĢısına  çıxan  hər  kəs 
baĢsağlığı  verirdi.  Axırda  məcbur  olub  ara  bir  yola  girdi 
ki,  adamlarla  rastlaĢmasın.    Evə  çatdıqda  isə  nənəsinin 
həyəti  təmizlədiyini,  babasının  isə  stulda  oturub  çay 
içdiyini  gördü.  Nərgiz  hələ  yuxudan  ayılmamıĢdı.  Nənə- 
babası ilə görüĢüb Nərgizin yanına çıxdı.  


47 
 
Necə də masumca yatırdı. Dünyanın bütün yükü onun 
çiynindəymiĢ kimi büzüĢmüĢdü.  
-Ayıldın, Nərgiz? 
Nərgiz  yerində  düzələrək  gələnin  kim  olduğun  ayırd 
edirdi. – sənsən, RövĢən? 
-Hə, mənəm. Səni görməyə gəlmiĢəm.  
-Anamda gəlib? Yoxsa tək gəlmisən? 
-Tək. 
-YaxĢısan? Ana necədi?  
-YaxĢıyam.  Anamda  belədə,  normal.  YavaĢ  –  yavaĢ 
normallaĢır o da. Sən neyləyirsən? Sıxılmırsan ki, burda? 
-Düzün  deyim,  sıxılıram.  Nənə  gəlir  mənlə  danıĢır, 
edir.  Evdəndə  kitablar  gətirib,  ancaq  yenədə  sıxılıram. 
Səni,  anamı,  atamı,  evimizi  istəyirəm.  Görməsəm  belə  o 
evdə olmaq istəyirəm.  
RövĢən bir müddət susdu sonra : 
-Ortalıq sakitləĢsin gedərik evə.  
-Ġndi neyləyirsən?  
-Heç.  Birazdan  evə  gedərəm,  yəqin.  Anayı  tək 
buraxmayım. Ruh kimidi.  
-Həə  yaxĢı  edərsən.  Məni  fikirləĢmə.  ÖyrəĢirəm. 
Əvvəl gözlərim indi də atam. Yadındadı həmin gün? 
-Hansı? Atamızın öldüyü? 
-Yox. Mənim kor olduğum.  
-Həə, nə olub ki? – Nərgizin durduq yerə bu mövzunu 
açması onu təəccübləndirdi.  
-Heç.  Gör  neçə  ildi.  Dörd  ilə  yaxın.  Əvvəllər 
üzülürdüm.  Bir  daha  gülə  bilməyəcəm,  həyatım  söndü 
deyə.  Sonra  məktəbə  getdim.  Yenə  baĢladım  normal 
həyatıma.  Orada  dostlarım  oldu,  deyirdik  gülürdük. 
Oxumağı  öyrəndim,  əsasəndə.  Tam  hər  Ģey  düzəldi 
deyirdim,  normala  döndük  deyirdim  indi  də  atam. 
Görəsən  bu  günləridə  unudub  necə  birlikdə  olub  gülə 
biləcəyik?  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə