Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

54 
 
Sən gedib od püskürən birin tapacaqsan, o da səni hər 
gün  baĢında  turp  əkəcək  –  deyərək  onu  məsxərəyə 
qoyardı. RövĢənə layiq gördüyü incə, gülərüz, ağıllı birisi 
idi. Boyu balaca olmayacaq, danıĢığı səlis olacaq,  böyüyə 
cavab  qaytarmayacaqdı.  Nərgizlə  dost  olmağı  bacarmalı 
idi, əsasəndə.  
RövĢənin  uĢaqları  onun  yanına  gələcəkdimi?  Gözü 
görmürdü  deyə  ondan  qaçmayacaqdılar?  yox  RövĢən  elə 
tərviyə  verməz,  qoymaz  ki,  bacısı  ilə  elə  davransınlar  – 
deyə düĢünürdü.  
Nərgizi  düĢündürən  isə  ya  indidən  ya  da  RövĢən 
evlənəndən sonra onu kimsəsizlər evinə qoymaq istəyi idi. 
RövĢən  evlənəcək,  ayrı  bir  ailəsi  olacaqdı.  Anası  isə 
qocalacaq ona baxmaqda çətinlik çəkəcəkdi. Nə RövĢənə 
nə  də  anasına  yük  olmaq  istəməyirdi.  Anası  ilə  qaldı 
deyək,  axır  əvvəl  qocalıq  bu  dünyadan  köçəcəkdi. 
Öləndən  sonra  nə  olacaqdı?  Yox.  Köçməli  idi.  Ən  
yaxĢısı.  Ġnciməzdi  də.  Arada  bir  gəlib  ziyarət  edərdilər 
bəsi idi.  
Məktəbə  gedəndə  də  əvvəl  orada  sıxılacağın 
düĢünürdü  sonra  isə  eyni  dünyasından  olduğu  uĢaqlarla 
danıĢandan sonra zamanı maraqlı keçirdi. Özünə yaxın bir 
dostda  tapmıĢdı.  Kənd  yerində  böyüdüyündən  oğlanlarla 
biraz məsafə saxlamıĢdı həmiĢə. Ancaq bu oğlan isə fərqli 
idi. Bəlkə də görmədiyindən onunla rahat danıĢa bilmiĢdi. 
Adı  Cavid  olan  bu  oğlan  anadangəlmə  kor  idi.  Söhbət 
etməyi sevən birisi idi. Maraqlıda söhbət edərdi. Dünyaya 
baxıĢ açısı bəlkədə görə bilmədiyindən  fərqli idi. Onunla 
elədikləri  bir  dialoqda  onun  gözü  görərdisə  bəlkə  də 
tanınmıĢ  bir  jurnalist  olacağının,  ya  da  güclü  idarəedici 
biri olacağın düĢünmüĢdü. 
Görməsə  də  onun  danıĢığından,  səsindən  yaraĢığlı 
olduğun düĢünürdü.  
Cavid.  Gələcəkdə  düĢündüyü  bir  oğlan  idi.  Evlənmək 
üçün düĢündüyü əsl oğlan.  


55 
 
“Salam,  deyəsən  təzə  gəlmisən  aramıza.  –  müəllimin 
Cavidi  Nərgizin  yanında  oturdub,  bax  Cavid,  yanında 
aramıza təzə qoĢulan Nərgiz deyib aralanandan sonra sözə 
baĢladı.  
-Bəli. Bu gün gəlmiĢəm.  
-Sən nə üstə düĢmüsən bura? Günahın nə idi?  
-Bəxtsizlik üstündə.  
Cavid  gülümsədi.  –  bəxtin  əvvəldən  yox  idi,  ya 
sonradan gətirdi? 
-Sonradan. 
-O zaman bəxtlisən. 
-Niyə?  -    Cavidin  cavabı  onu  təccübləndirdi.  Səsin 
gəldiyi tərəfə çevrilərək dedi.  
-Çünki insanları, dünyanı görmüsən. Necə gəzdiklərin, 
güləndə necə göründüyün, atanın, anaın üzünü görmüsən. 
Məsələ  təccüblənəndə  ona  tərəf  baxmaq  adətin  hələ  də 
qalıb. Məndə isə belə bir Ģey heç olmayıb.  
-Bəlkə  də  sən  bəxtlisən.  Olan  dünyanı  əlindən 
almayıblar. Əvvəldən olmaması yaxĢıdı.  
Cavid dedi: 
-Kim bilir, bəlkədə.  
-Qaranlıqda yaĢamaq yaxĢıdı?  
-Öz  dünyan  olur.  Dünyanı  gördüyün  kimi  deyildə 
görmək istədiyin kimi görürsən. Bəlkə də gözümü açsalar 
peĢman  olardım,  dünyada  heçnəyin  əslində  düĢündüyüm 
kimi olmadığın görəcəyimdən qorxuram.  
-Görmək  Ģansın  olsa  ilk  nəyi  görərdin?  –  Nərgiz 
Cavidə sual verdi. 
-Ulduzları. Sən görmüsən?  
-Həə.  Çox  görmüĢəm.  Qaranlıq  dünyada  parlayan  bir 
iĢıqdılar. 
-Mənsə atamı görmək üçün istəyirəm.  
-Atan nə əlaqə? Ulduzla nə əlaqə? 
-Atamın ulduzlarda olduğun deyir anam... 
Durdu, sonra davam elədi -  səsini belə xatırlamadığım 
atam. Mən uĢaq olanda ölüb.  


56 
 
-Üzüldüm. Mən deyəsən o baxımdan Ģanslıyam. 
ġanslıydım  ya  da.  Atam  ölməyənə  qədər.  Ən  azından 
saçı  ilə  oynaya  bilirdim.  Saçını  hiss  edirdim.  Qoxusunu 
ala bilirdim.  – xəyaldan ayılan Nərgizin gözləri dolur.  
Atasına 
qovuĢacaqdı. 
BĠR 
GÖZ 
QIRPIMINDA,ZAMAN  GƏLĠB,  KEÇƏCƏKDĠ.  BĠR 
GÖZ QIRPIMINDA... 
Zaman  keçəcəkdi  də.  Bir  göz  qırpımında  idi,  orası 
məlum  deyil.  Ancaq  zaman  keçəcəkdi.  Nərgizdə  atasına 
qovuĢacaqdı. Bu ayrılıq bitəcəkdi.  
Atasının  olduğu  o  ulduzlara  o  da  gedəcəkdi.  KaĢ 
gözləri  görəydi  də  ulduzlarda  atasın  görəydi.  Cavidin 
dediyinin  doğruluğun  yoxlayardı.  Bəlkə  də  atası 
ulduzlarda durub onları seyr edir.  
Ulduzlar. Müəllim necə demiĢdi?- onlar bizdən milyon 
km – lərlə uzaqlıqdadı. Yox, onlar çox yaxınımızdadı. O, 
qədər  yaxındı  ki,  əlimizi  uzatsaq  ona  çatacaq.  BaĢımızı 
qaldırsaq  gözümüz  qamaĢacaq,  qəlbimizi  qaldırsaq  orda 
yatan sevgimiz canlanacaq.  
Nərgiz  məktəbdə  müəllimin  dediyi  yaĢam  yanız  Yer 
kürəsində  mövcuddu  sözünə  inanmayırdı,  o  qədər  planet 
ola və yalnız onun yaĢadığı bu balaca diyarda yaĢam ola.  
“Bəlkə də, iki dənəsində yaĢam  var idi. Yox, bunu üç 
edək. Yəni Yerdən əlavə üç planetdə. Birində tanrı var idi. 
Hansı  ki,  dünyanı  ordan  idarə  edir,  digərləri  isə  bizim 
cənnət və cəhənnəmimiz. Görəsən, atam hansında idi? ” 
 
 
Onuncu hissə 
 
 
-Özünüzdən danıĢın ee, necəsiz, neyləyirsiz? – Samirə 
ġükriyyədən soruĢdu.  
Samirə 
ġükriyyənin 
Bakıda 
yaĢayan 
bacıdı. 
Evlənəndən  sonra  əri  ilə  bərabər  Bakıya  köçmüĢdülər. 
Ərinin  yaxĢı  imkanı  var  idi.  Arada  bir  bacısı  ġükriyyəni 


57 
 
görməyə gələr, bir – iki gün qalardılar. Samirənin tək bir 
övladı var idi. ġükriyyə isə kənd məktəbinin müəllimi idi. 
Samirədən  neçə  il  sonra  evlənsədə  hələ  uĢaqları 
olmamıĢdı.  
Yusif 
universitetdə 
oxuyurdu.  Ġmkanları  yaxĢı 
olmasına baxmayaraq heç vaxt bundan istifadə etməmiĢdi. 
Ġxtisası  rejisorluq  idi.  Gələcəkdə  filmlər  çəkərək  məĢhur 
olmaq istəyirdi.  
Lazım  gələrdisə  filmin  xərcində  özü  qarĢılayacaqdı.  
Rayonu çox sevməzdi. Anasının təziqi ilə iki ildə falan bir 
dəfə gələrdi.  
-YaxĢı nə olacaq. Kənd yerində nə olmalıdı ki? Köhnə 
hamam, köhnə tas. – ġükriyyə bacısına cavab verdi.  
-Həə. YaxĢı olasız. Ġmkan yaxĢıdı? Çətinlik olmur ki?  
-Arada olur. O da elə belə. Həll edirik.  
-Bizim  kiĢidə  gəlmək  istəyirdi.  Dedi  gedim  bir 
bacanaqmıda görüm. ĠĢləri bilmirsənki? Gələcək ancaq.  
-Nə  olacaq.  ĠĢin  görsün.  Bacanağı  qaçmayır  ki.  Yusif 
hara getdi?  
-Yəqin  çöldədi.  Gəzir.  Oda  getdi  rejisorluğa  girdi  də. 
Deyir  film  çəkəcəm  məndə.  Yəqin  çəkməyə  bir  Ģey 
axtarır. – Samirə gülə - gülə dedi.  
-Çəksində.  Nəyi  pisdiki.  Elə  gəlib  bizi  çəksin.  əsl 
kinoluq adamlarıq, haha.  
 
Yusif  kənddə  gəzməyə  baĢladı.  Bu  həyat  ondan  uzaq 
bir  dünya  idi.  ġəhərdə  gününü  məĢhur  restoranlarda, 
kafelərdə,  əyləncə  mərkəzlərində  keçirən  biri  indi  yolda 
asfaltı  belə  keçən  əsrdən  qalmıĢ  bu  kənddə  irəliləməyə 
çalıĢırdı. Marketə girib istədiyi heçnəyi tapa bilməməkdə 
hələ  onu  özündən  çıxartmıĢdı.  Özünü  bir  ara  keçmiĢ 
zamanda  hiss  elədi.  Taa  ki,  o  qapıdan  keçənə  qədər. 
Qapının ağzında oturan qızı görənə qədər. Çox gözəl idi. 
Üzündə sanki nur var idi. 
-Salam  xanım.  –  Yusif  Nərgizə  yaxınlaĢaraq  salam 
verdi.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə