Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

72 
 
-Niyə ağlayırsan? Getməyimi istəməyirsən? 
-Yox.  Sevincimdən  ağlayıram  –  deyə,  göz  yaĢın 
silməyə baĢladı. 
Anasını  qucaqlayaraq  -    kaĢ  atamda  görərdi,  mənim 
qəbul olmağımı ən çox o istəyirdi.  
-Hə.  Atanın  ən  böyük  arzusu  idi  ki,  sənin  universitetə 
girdiyini görmək. Oxuyub, böyük adam olmağını hamıdan 
çox o  istəyirdi.  
-KaĢ görəydi.  
-YaxĢı,  ağlatma.  Bu  gün  xoĢbəxt  günümüzdü. 
Ağlamaq olmaz.  
RövĢən  cibindən  bir  xıĢma  pul  çıxartaraq  anasına 
uzatdı.  
-Bu nədi? – RövĢənin uzatdığı pula baxaraq dedi.  
-Mən nə edəcəm. Səndə qalsın. 
-Paltar alarsan özünə.  
-Lazım  deyil,  bir  –  iki  dəst  varımdı.  Birində  alaram 
bəsdi.  
-ġəhərə gedəcəksən. Köhnə paltarla gəzəcəksən? 
-Haradan  biləcəklər  ki,  köhnədi.  Kimdi  məni  orda 
tanıyan?  
-Olsun, deyəcəklər ki, bir köhnə paltardadı.  
-Paltarma  baxacaqlar  ki?  lazım  deyil.  –  RövĢən  pulu 
anasına uzadaraq götürməsi üçün israr elədi.  
-Bakıda  babanın  bir  tanıĢı  var.  DanıĢıb,  deyir  gəlsin 
özü  ev  tapacaq.  Universitetinə  yaxın  tapar  həmdə  ucuz. 
Əlaqələridə var.  
-Nə vaxt gedim?  
-Dərsdən  bir  –  iki  həftə  əvvəl  gedərsən,  yerləĢib 
edərsən.  Bəlkə  elə  baĢqa  uĢaqlarda  taparsan  onlarla 
birlikdə qalarsan. 
-Dərsdən  sonra  iĢ  tapacam.  Xərcliyimi  özüm 
qarĢılamaq istəyirəm.  
-Özünü çox yorma. Sonra taparsan. Hələ ki, get dərsini 
oxu. Universitetinə öyrəĢ. Qrup yoldaĢlarınla zaman keçir.  
-Mən tək qalanda Nərgiz nə edəcək? 


73 
 
Nərgiz oğlunun baĢın sığallayaraq dedi: 
-Nə  etməlidi  ki?  oturacaq  burda.  Ya  nənəsinin  yanına 
gedər.  
-MaĢını nə olacaq?  
-Sataq  deyirəm.  Onsuz  bir  iĢə  yaramır.  Satılsın 
xərclərni ödəyər. 
-Atamdan qalan son yadigar odu. 
-Atandan qalan son yadigar sizsiz, o dəmir parçası yox.  
-Bəs kim satacaq? 
-Baban həll edər. Puldan birazda sənə yollayaram.  
-Necə  istəyirsənsə.  –  RövĢən  ayağa  duraraq  həyətdə 
gəziĢməyə baĢladı. 
-Bakıya  getməzdən  əvvəl  atamı  ziyarət  etmək 
istəyirəm.  –  RövĢən  davam  elədi.  –  qucaqlayıb  qəbul 
oldum  deyə  bilməsəmdə  qəbul  olduğum  xəbərini  ona 
deyim.  
-UĢaqlıqdan  atandan  çəkinərdin,  sonra  –  sonra 
düzəldin. Əvvəl heç atana yaxında gedə bilməzdin.  
RövĢən o anları beynində canlandıraraq xəyala daldı.  
Yola düĢməzdən bir – iki gün əvvəl tək baĢına atasının 
məzarına  gedir.  Gəlib  qəbrin  baĢında  oturaraq  atasının 
məzarında  asılmıĢ  rəsminə  baxır.  Ciddi  Ģəkildə,  düz 
baxırdı.  
BaxıĢında  RövĢəni  iĢarə  edirdi,  sanki.  Hansı  üz  ilə 
gəldin 
deyirdi. 
Universitetə 
girdin 
deyə 
səni 
bağıĢlayacağımı hesab edirsən? – deyir. 
RövĢən  atasından  çox  qorxardı.  QıĢqırmasına  belə 
dözə  bilməzdi.  ġəkli  belə  onda  qorxu  yaratmıĢdı.  Sanki 
deyirdi, hansı  üzlə yaĢayırsan? Hansı  üzlə buragəlmisən? 
Bacının  üzünə  necə  baxırsan?  Mənim  ölümümdən  sonra 
bura necə gələ bildin deyə sanki içəridən bağırırdı.  
Eyvazın ölümündən sonra ildə bir – iki dəfə gələr onda 
da aralı durardı. Nərgizlə Gülnaz qəbrin yanına gələr, dua 
edərdilər.  RövĢən  isə  aralıda  atasının  rəsminə  baxaraq 
qorxardı.  


74 
 
Bu  gün  isə  qorxusuna  qalib  gəldi.  Çıxıb  gedirdi. 
Atasına  onun  istədiyi  kimi  oğul  ola  bilməsəmdə,  sənin 
istədiyinin  birinidə  olsa  həyata  keçirdiyin  deməyə 
gəlmiĢdi.  
“Biliriəm, məni söyürsən, orada. Getməyimi istəyirsən. 
Qalxa  bilsən  bəlkədə  məni  qovardın.  Döyərdin  bəlkədə. 
Bacım  bəlkə  sağala  bilərdi.  Ancaq  qorxdum.  Sənin  məni 
döyəcəyini  bildiyim  üçün  qorxdum.    Mən  gedirəm,  ata. 
Universitetə qəbul oldum. Bir – iki günə ev tapmaq üçün 
gedəcəm.  Anamla,  Nərgiz  tək  qalacaq  burada.  Babam 
dediki  özüm  baxacam  tez  –  tez.  Həə,  bu  arada  anam 
dediki  maĢını sataq. Mən yox desəmdə, razı olmadı. BoĢ 
oturmuĢdu  həyətdə,arada  mən  sürürdüm...  Gedim  artıq, 
sənə  baxacaq  üzümdə  yoxdu.  .ÇalıĢacam  bundan  sonra 
yaxĢı olsun hər Ģey. Sağol.” 
RövĢən  qısa  və  mənasızca  danıĢdığı  sözlərdən  sonra 
maĢına minərək yola düĢdü. Yolda maĢınına biri əl edərək 
saxlatdı.  QonĢu  kənddə  getmək  istədiyini  deyib,  pul 
söhbəti  etmədən  maĢına  mindi.  Yolda  ondan  oxuyub  – 
oxumadığını,  harada  qaldığın  soruĢdu.  RövĢəndə 
universitetə  qəbul  olduğun,  həmin  kənddə  biraz  aralıda 
qaldığın  dedi.  Həmən  kiĢi  özünündə  buradan  olduğun 
uzun zaman idi ki, iĢləmək üçün Rusiyaya getdiyin dedi. 
Orada özü üçün yaxĢı iĢ qurduğunu, bacarıqlı olan adamın 
asanlıqla  tez  bir  zamanda  özünə  Ģərait  qura  biləcəyin 
deyib  dururdu.  Getdiki  gündən  bəri  kəndlərinin 
dəyiĢdiyinin, artıq buralarıda tanımadığın dedi, Rusiyanın 
gözəl  yerlərinin  olduğunu,  qəĢəng  qızları  olduğunu 
deyərək RövĢənə göz vururdu. 
Adını belə öyrənmədiyi bu kiĢi ilə gülərüzlüklə getdiyi 
yerə çatdırdıqdan sonra evə döndü. Anası plov biĢirmiĢdi. 
Nərgiz onu yanına çağıraraq vərəq uzatdı. Səliqəsizcəsinə 
yazılmıĢdı.  
Nərgiz  bunu  sənin  üçün  yazmıĢam,  hərdən  boĢ 
oturanda  özüm  üçün  yazıram,  bunu  da  sənə  yazdım  – 
dedi.  


75 
 
RövĢən Nərgizin  yazmıĢ olduğu Ģeiri oxudu. Nərgizin 
yazdığı Ģeir onun xoĢuna gəlmiĢdi.  
-Görürsən? Birdə deyirsən  mən olmayanda nə edəcək. 
Oturar kitab yazar, göndərərik səndə orada çap eləyərsən. 
– Gülnaz süftəni düzəldərək dedi.  
-Kitab  yazmağı  bacarmaram.  Hekayə  falan  yazaram, 
ancaq kitab bacarmaram.  
RövĢən ciddiləĢib dedi: 
-Niyə, bacarmayasan?  
-Gözlərim görmədən necə yazacam? 
-Gözü  görməyən  kitab  yaza  bilmir  ki?  o  qədər  adam 
var, elə. 
-Var. Müəllimim bizə bir kitab vermiĢdi, onu sonradan 
kor olan bir qadın yazmıĢdı... 
-Görürsən, istəsən səndə yaza bilərsən? 
-Bilmirəm. Mən o qədər güclüyəm? – Nərgiz dedi. 
-Sən baĢla. Görəcəksən. – RövĢən dedi. 
-Bəs  nədən  yazacaqsan?  Heç  düĢünmüsən  nə  isə?  – 
Gülnaz boĢqablara yemək qoyaraq dedi.  
-Kitab üçün hələ heçnə fikirləĢməmiĢəm. Ancaq yəqin 
özümdən  yazaram.  Özümü  canlandıraram.  Kor  olan  bir 
qızın həyatı.  
-Ağlamalı  niyə yazırsan ee. Həm özünü pis edəcəksən 
yazanda, həm də oxuyanda bizi. Hehehe – Gülnaz dedi. 
-Əyləncəli nə yazım? 
-Əyləncəli  deyən  oldu  ki  yaz?  Maraqlı  bir  Ģey  olsun, 
ancaq daha ağlamalıda yoxda, xoĢbəxtlik olsun, yazdığın 
kitabda heç kim üzülməsin.  
-ÇalıĢarm.  
-YaxĢı,  ilk  öncə  yemək  yeyək  sonra  birlikdə 
fikirləĢərik.  BoĢ  olanda  məndə  sənə  kömək  edərəm.  Bir 
Ģərtim var ancaq. – Gülnaz əlində tutduğu qaĢığı Nərgizə 
uzadaraq dedi. 
-Nə Ģərti?  
-Kitabın  sonunda  məni  də  yazarsan.  Heç  olmasa 
təĢəkkür edərsən.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə