Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   2   3   4   5   6   7   8   9   ...   67

13 
 
gərəkən  qardaĢ,  indi  bacısının  baĢı  üstündə  ona  seyr 
edirdi. Görməyən gözləri ilə ona baxır, üzülməməsi üçün 
gülümsəyirdi. QardaĢ isə onu bu  vəziyyətə salmıĢdı. Ġndi 
isə  öz  nailiyyəti  ilə  qarĢı  –  qarĢıya  durub  seyr  eləyirdi. 
Bunu  mən  eləmiĢəm.  Bəli,  mən.  Öz  bacısını  kor  edən 
mən.  Onunla  oyuncaq  oynamaq  əvəzinə  həyatı  ilə 
oynayan mən.   
 
 
Üçüncü hissə 
 
Həkim  apardığı  bəzi  müayinələrdən  sonra,  Nərgizin 
sağalmasının  mümkünsüz  olduğu  qərarına  gəldi.  Aldığı 
zərbə  gözlərinə  gedən  damarları  zədələmiĢdi.  Bəlkə  də 
xarici  ölkədə  ya  Bakıda  nəsə  edə  bilərdilər  deyə  söz 
iĢlətdi.  Lakin,  Həkim  çoxda  ümidli  olmamağa  çağırdı. 
UĢağada  hər  Ģeyi  baĢa  salmağın  vaxtı  olduğun,  buna 
öyrəĢməli  olduğunu  dedi.  Ġlk  baĢlarda  ona  fikir 
verilməsini  yoxsa  özünədə  nəsə  edər  deyə  nəzarətdə 
saxlanmasını,  ən  azından  bu  halı  ilə  razılaĢanadək  fikir 
verilməli olduğunu dönə - dönə dedi.  
Xəstəxanadan  buraxılandan  sonra  Eyvaz  öz  maĢını  ilə 
Nərgizi  evlərinə  gətirdi.  RövĢən  bir  qolundan  anası  isə  o 
biri  qolundan  tutaraq  evə  apardılar.  Evlərinə  çatdıqda 
yavaĢ – yavaĢ vəziyyətini ona baĢa salmağa çalıĢdılar. Bir 
daha  görə  bilməyəcəyini,  qaçıb  oynaya  bilməyəcəyini 
güclədə  olsa  ona  danıĢdılar.  Nərgiz  isə  sadəcə  susur, 
deyilənləri  dinləyərək  bunun  bir  yuxu  olduğun,  birazdan 
ayılacağın 
ümid 
edirdi. 
Ailəsinində 
üzülməsin 
istəmədiyindən yanlarında ağlamaq istəməyirdi.  
Hər  gün  qaça  –  qaça  girdiyi  bu  evə  indi  anasının 
köməyi  ilə  girmiĢdi.  Özünü  tanımadığı  bir  evə  girərmiĢ 
kimi hiss edirdi. Özünü yad evdə yad insan kimi aparırdı. 
Heç  kimi,  heç  nəyi  görməyirdi.  Hamını  təsəvvür  edirdi, 
hər yeri tanıyırdı. Oturduğu kreslonun forması, səsi gələn 
balaca TV – ləri, yeməkin biĢirildiyi mətbəx, qapı. Ancaq 


14 
 
görə bilməyirdi. Bir ilə yaxın görmədiyi atasını görəcəyini 
sanarkən  artıq  onu  heç  görə  bilməyəcəkdi.  Nə  olsun 
ki,yanında  oturub.  Onun  gülən  üzünü,  üzündəki  nazik 
saqqalını,  uzun  saçına  toxunmaq  nə  qədər  qalınlaĢdığını 
öz gözü ilə Ģahid olmaq istəyirdi.  Nərgiz atasının saçları 
ilə  oynamağı  sevirdi.  Yatarkən  gedib  atasının  saçlarını 
darayar, əlləri ilə sığallayardı.  
Gözünü  açıb  qaçmaq  istəyəndə  birdən  gözünün  açıq 
olduğunu,  lakin,  onun  görmədiyini  xatırlayaraq  məyus 
olurdu.  Gülnazla  Eyvaz  onun  baĢını  qatmaq  üçün 
çalıĢsalarda  Nərgizin  fikri  elə  baĢqa  yerdə  idi.  Onları 
dinləməyirdi.  Arada,  hə,  deyərək  onları  dinləyirmiĢ  kimi 
sözlərini  təsdiqləyirdi.  QardaĢı  da  heç  danıĢmayırdı. 
Səssizcə,  bacısının  qarĢısında  əyləĢərək  onun  üzünü  seyr 
edirdi. Nə edəcəyini, etiraf edib – etməməsini fikirləĢirdi.  
RövĢənin beynində sualların ardı – arası kəsilməyirdi. 
Beyni,  sanki,  ikiyə  bölünmüĢdü.  Bir  tərəfi  etiraf  elə,  bu 
əzabla  yaĢaya  bilməzsən  deyirdi.  O,  biri  tərəfi  isə  demə, 
deyəcəyin  halda  nə  dəyiĢəcək ki,  Nərgizin  gözləri  gerimi 
qayıdacaq? Hələ atası ilə də üzləĢməli olacaqın, deyirdi. 
Bəlkə də, onu döyəcəkdi. Atanın əlində döyülməyin nə 
olduğun  hələ  bilməmiĢdi.  Ancaq  görmüĢdü.  Məhəllədən 
dostu  olan  Muradı,  bir  dəfəsində  topu  atasının  maĢınına 
vurduğu üçün yanlarında onu döyə - döyə evə aparmıĢdı. 
Yazıq  Murad,  necədə  ağlayırdı  –  bağıĢla  ata,  deyə. 
RövĢən  əmin  idi  ki,  desə  atasından  elədə  asan 
qurtulmayacaqdı.  Atasının  Nərgizə  necə  bağlı  olduğunu 
bilirdi. Nərgizi ondan çox istədiyini bilirdi. Bunu nə qədər 
gizlətməyə  çalıĢsada  bunu  bacarmayırdı.  DaĢı  onun 
atdığını  desə  anasıda  ondan  uzaqlaĢacaqdı.  Cinayətkar 
gözü  ilə  baxacaqdı  hamı  ona.  Hələ  bacısı.  Necə  məyus 
olacaqdı.  Özünü  bu  vəziyyətə  salanın  öz  doğma  qardaĢı 
olduğun biləndə nələr hiss edərdi. Onun gələcəyin əlindən 
alanın qardaĢı olduğun bilsə yəqin onu daha istəməz, ona 
bir daha qaqaĢım deməzdi.  


15 
 
-Yox  deməyəcəm.  Nə  olur  olsun.  Heç  kimi  itirə 
bilmərəm.  PeĢmanam.  Həmdə  çox.  Bacımın  dünyasın 
qaraltdım.  Bilmədim.  Ġstəmədən  oldu.  Ancaq  desəm  nə 
olacaq? Bunu anlayacaqlardımı? – ürəyində sözləri deyə - 
deyə  gözləri  dolurdu.  Gözündən  axan  damcıların  fərqinə 
varıb əli ilə silməyə baĢladı. 
Atasının çayını içib qurtarandan sonra yəqin hadisənin 
necə  olduğunu  öyrənməsi  üçün  hər  kəsi  danıĢdıracaqdı. 
Belədə  olur.  Ġlk  öncə  elə  Nərgizdən  baĢlayır?  –  danıĢ 
qızım, sənə daĢı atanın üzünü gördünmü? 
-Xeyr atacan, mən  üzü arxa tərəfə oturmuĢdum. Onun 
daĢ atdığnı görmədim. Mən ayılanda da xəstəxanada idim. 
Yadımda deyil. 
-YaxĢı,  özünü  yorma.  Ağlına  nəsə  gəlsə  deyərsən.  – 
qızı  ilə  söhbəti  yekunlaĢdırıb  üzünü  RövĢənə  çevirdi. 
RövĢənin qorxduğu an yenidən balĢlamıĢdı.  
-Hə,  oğlum.  DanıĢ  görüm  sən  nə  görmüsən?  Necə 
oldu? – bacıya daĢı kim atdı? 
-ġeyy,  mən...  mən  görmədim.  Mən  içəri  girdim, 
anadan  Nərgizi  soruĢdum  o  da  bağda  oynayır  dedi.  Ora 
gedəndə  isə  yerdə  uzanmıĢdı...  –  deyib,  əlini  üzünə 
tutaraq ağlamağa baĢladı. 
-YaxĢı.  Qurtar, ağlama.  Söz  danıĢırıq  axı.  -  Bəs  orada 
heç  kimi  görmədin?  Bəlkədə  orada  kimsə  olub  fərqinə 
varmamısan. YaxĢı – yaxĢı fikirləĢ. 
-Yox... görmədim, heç kim yox idi.  
-Off.  Necə  ee  yəni.  Kimsə  bizim  evə  girib,  daĢ  atıb 
çıxıb gedib və heç kim onu görməyib? - əsəbi halda ayağa 
duraraq  cibindən  siqaretini  çıxardaraq  alıĢqanla  yandırıb 
çəkməyə baĢladı.  
-Hara  baxırdız  siz?  Bu  kimdi  axı?  Kim  edər  bunu? 
Kiminlə  düĢmənçiliym  var,  mənim?  Kimə  nə  pislik 
eləmiĢəmdə gəlib mənim qızımdan çıxıb? Ayy onu tutum. 
Onun anasın... – davam edəcəkdiki uĢaqları görüb susdu. 
Siqaretiağzında çölə çıxdı.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə