Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə56/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

194 
 
düĢündüyün baĢa salmaq üçün nə qədər çalıĢsa da Nərgiz 
həmiĢə ona söz taparaq əksinin sübut eləyirdi.  
ÇəkiliĢlər  bəzən  gecə  olduğundan  Nərgiz  gecə 
saatlarında  evə  gəlirdi.  RövĢən  belə  olanda  əsəbləĢir, 
bacısının  heç  sevmədiyi  adamla  birlikdə  olduğundan 
tədirgin  idi.    Heç  sevməmiĢdi  Yusifi.  Ona qarĢı  nə  qədər 
mülayim davranmaq istəsədə bacarmayırdı. Nəsə qəlbində 
kin  yaranmıĢdı. Ġnsanı  ilk  necə görsən elə  də yaddaĢında 
qalar deyirlər. Bəlkə də, buna görə idi.  
Gülnaz  gecə  saatlaracan  pəncərənin  qarĢısında  oturub 
yolu  seyr  eləyirdi.  Qızının  gələcəyi  saatı  bilirdi.  Buna 
baxmayaraq  pəncərədən  onun  yolunu  gözləmək  xoĢuna 
gəlirdi. 
Illərlən  idi  ki,  kiminsə  yolunu  gözləmirdi.  Gecələri 
ərinin  yolunu gözləməkdən ötrü çox darıxmıĢdı. Eyvazın 
gələcəyi  saatı  bildiyi  halda  qızını  gözlər  kimi  gözləyərdi. 
Gözünü yoldan belə ayırmazdı. Gələcəyin bilirdi.  
Nərgiz  evə  gəldiyi  zamanlarda  elə  coĢqu,  elə  sevinc 
içərsində  olardı  ki,  görən  onun  bütün  günü  iĢlədiyin 
düĢünməzdi.  Evə  girərək  anasının  yemək  yeyirsən?  – 
təklifinə acmıĢam deyərək verdiyi yeməyi iĢdahla yeyirdi. 
SoruĢanda ki, orda yeməyə heçnə verməyiblər? – veriblər 
amma yenədə acmıĢam deyirdi.  
BaĢına gələcəkləri bilmədən ömrünün ən Ģən günlərini 
keçirirdi.  Filminin  çıxacağı  günü  gözləyir  filmdən  sonra 
kitabınıda çıxartmağın istəyirdi. Filmdən qazandığı pulun 
bir hissəsini bunun üçün ayırmıĢdı. Gözləri görməyən qız 
möcüzə  yaratdı  dedirtəcəkdi,  hər  kəsə.  Uğur  qazanmaq 
üçün gözlərə ehtiyacın olmadığın hər kəsə sübut edəcəkdi. 
Bəlkə  də,  neçə  gözü  görməyən  insana  örnək  olacaqdı. 
Ona  baxıb  bizdə  bacara  bilərik  deyəcəkdilər.  Nərgiz 
həmdə  istəyirdi  ki,  kitabları  Brayl  əlifbası  ilə  nəĢr 
olunsun.  Onu  yalnız  görərək  oxumasınlar.  Gözdən 
əngəllilərdə onun kitabından xəbər tutsun istəyirdi. Bəlkə 
gələcəkdə  görməyən  insanlar  üçündə  nəsə  edə  bilərdi. 
Özünün  alın  yazısın  daĢıdığı  adamları  toplayıb  bir  arada 


195 
 
günlər  keçirdə  bir  –  birlərinə  dəstək  olardılar.  Bunların 
hələ  ki,  xəyal  olduğun  bilirdi.  Amma  gerçəkləĢməsi 
mümkün  ola  biləcək.  Necə  ki,  bir  zamanlar  bu  günləri 
mümkünsüz  olduğun  xəyal  edərək  sadəcə  istədiyi  kimi. 
Bir  zamanlar  bu  günlərdə  əl  çatmazdı.  Onlara  sadəcə 
xəyalında  gedə  bilirdi.  Ġndi  isə  xəyalında  deyildi. 
Gerçəyin tam içində idi. Nərgiz artıq həyata inanırdı. Bəli. 
Ġnanırdı. 
Hələ ki. 
Rayondan gələni Gülnaz anası iki dəfə danıĢa bilmiĢdi. 
Xəstələndiyindən danıĢmağa çox taqəti yox idi. Tez – tez 
atasına  zəng  edir,  anasının  vəziyyətin  öyrənirdi. 
Soyuqdəymə  demiĢdi  həkimlər.    Dediklərinə  görə  tez  bir 
zamanda qalxacaqdı. Üstündən neçə vaxt keçsədə dəyiĢən 
heçnə yox idi. Vəziyyəti hər gün daha ciddiləĢirdi. Gülnaz 
isə arada qalmıĢdı. Bir tərəfdə anası, digər tərəfdə isə qızı. 
Anasının yanına gedərsə qızına burda kim baxacaqdı? Ya 
burda qalsa anasına kim baxacaqdı?  
Nərgizin  bu  bazar  çəkiliĢi  yox  idi  deyə  RövĢəni 
yanında  qoyub  iki  günlüyünə  gedəcəkdi.  Birinci  gün 
günorta  avtobusla  ya  da  gecə  qatarla  geri  dönəcəkdi. 
Nərgizə  iki  günlüyünə  baxmağa  RövĢəndə  razı  olmuĢdu. 
Həm  iĢ  günü  olmadığından  rahat  idi.  Birinci  gün  isə 
dərsdən  sonra  axĢamacan  yanında  qala  biləcəkdi.  Gecə 
məcbur iĢə getməli idi.  
Gülnaz  səhər  tezdən  avtobusla  getdi.  Onu 
avtovağzalacan  RövĢən  apardı.  Evdə  Nərgizlə  Dəniz 
qaldı.  Gülnaz  yolda  RövĢənə  Dənizin  elədiyi  fədakarlığa 
görə  onu  daha  çox  sevdiyin  dedi.  Dənizin  bu  hərəkəti 
Gülnazın  gözündə  onu  qaldırmıĢdı.  RövĢən  anasını 
avtobusa  mindirib  evə  qayıtdı.  Yolda  yeməkləri  üçün 
atıĢdırmalıqlar aldı ki, söhbət edərək yeyə bilsinlər.  
Evə  çatıb  qapını  döymədən  açarı  ilə  açıb  içəri  girir. 
Ġçərdə gülüĢ səsləri otağı bürüĢümdü. 
-Nə  gülürsüz  belə?  -  əlindəki  paketləri  masaya  qoyub 
dedi. 


196 
 
-Söhbət  edirdik.  Sən  neylədin?  Gülnaz  xalanı  yola 
saldın? 
-Hə. Avtobusa mindirib gəldim. Ġki saata çatar.  
-Təki  hər  Ģey  yaxĢı  olsun.  Nənəndə  sağalsın  tez  bir 
zamanda.  
-Səni  görməyi  necə  çox  istəyirdi.  Anamdan  çox  bəlkə 
o istəyirdi. - Nərgiz dedi.  
-Rayonda olanda mənə də deyirdi. Niyə gətirmirsən? – 
deyə.  
-Sağalacaq. Onda gedib görüĢərik.  
Otağa  ölüm  sükutu  çökmüĢdü.  Hər  kəs  sönmüĢdü. 
Ürəklərində də heçnə fikirləĢmirdilər.  
Dəniz  ayağa  qalxıb  RövĢənin  aldığlarını  yoxlayaraq  - 
hmm,  bax  bu  baĢqa  məsələ.  Ġstəyirdim  mesaj  yazım  ki, 
gələndə  yeməyə  bir  Ģeylər  al.  Sonra  dedim  yolundan 
olarsan.  
-Sən  deməsəndə  mən  anlayaram.  –  RövĢənin  elədiyi 
tərif  Dənizin  üzünü  qızartdı.  Utanğaclığı  Nərgizdən  idi. 
RövĢəndən  kiminsə  yanında  belə  sözlər  eĢitməsi 
utandırırdı.  
-Aparıb  boĢqaba  boĢaldıb  gətirim.  –  deyərək  paketləri 
götürüb mətbəxə getdi.  
RövĢən  birinci  gün  dərs  çıxıĢı  Dənizdən  saat  yeddiyə 
qədər Nərgizlə oturmasın  xahiĢ elədi. ĠĢə gedəcəkdi deyə 
Nərgiz  evdə  tək  qalacaqdı.  Anası  gələnə  qədər  Nərgizlə 
oturmasını xahiĢ elədi. Dəniz düĢünmədən razılaĢdı. Dərs 
çıxıĢı  evə  getməli  olduğun  bir  saata  qayıdıb  gələcəyin 
deyərək  sağollaĢdı.  RövĢən  evə  gələndə  Nərgizin  tək 
baĢına  gəlib  qonaq  otağında  oturduğun  gördü.  Çünki,  o 
gedəndə yerində uzanıb yatırdı. -  bura necə gəldin? 
-Tualetə  getməli  idim.  Divardan  tutaraq  getdim 
sonrada bura gəlmək istədim.  
-Yıxılmadın ki? – gələrək bacısının əlindən tutdu. 
-Yox, narahat olma. Sən niyə iĢə getmədin? 
-Birazdan gedəcəm. Dəniz gəlsin sonra.  
-Mənimlə oturmağa?  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə