Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə58/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

200 
 
-Qızın həkimdə gözlərini açdığı yer.  
-Və mən bu səhnəni necə oynayacam. Orası maraqlıdı. 
-Niyə ki? 
-Yalandan da olsa gözüm açılacaq.  
-Həkimə  yoxlatmaq  lazımdı.  Sən  gör  neçə  il  əvvəl 
getmisən. Ġndə hər Ģey inkiĢaf edir. Elə Ģey ola bilməz ki, 
müalicəsi  mümkün  olmasın.  Həm  səndə  doğuĢdan  deyil 
ki, qəza nəticəsində olub.  
-Bilmirəm. O, zamandan heç düĢünməmiĢəm. Yenidən 
o  həyəcanı  yaĢamaq,  yenidən  xəyallarımın  qırılmasını 
istəmirəm.  Bilməmək  xoĢbəxtlik  verir  deyə  bir  söz 
eĢitmiĢdim bir dəfə ya da oxumuĢam. Yadıma gəlmir.  
-Yenə də fikirləĢ. Kim bilir, bəlkə də, mümkün oldu.  
ÇəkiliĢ çox uzun çəkməyir. Film daha canlı olsun deyə 
atasının  vasitəsi  ilə  bir  xəstəxana  ilə  danıĢır.  ÇəkiliĢ 
xəstəxanada  çəkilir.    Görüləsi  iĢin  qalmadığın  görüb 
ortalığda  boĢ  gəzinməyin  mənasız  olduğun  anlayıb  bu 
günlük  bu  qədər  bəs  edərək  deyib  dağılıĢdılar.  Yusif 
Nəgizi maĢına mindirərək biraz gəzmək təklifi edir.  
Gəzmək  istəmədiyin  deyərək  evə  aparmasını  xahiĢ 
eləyir.  Yusif  israr  edərək  ən  azından  biraz  söhbət  edə 
bilmələri  üçün  evdə  oturmaların  xahiĢ  edir.  Pizza  sifariĢ 
edərək, söhbət edərlər. Normalda  getdiyi vaxtda da evinə 
aparardı.  RazılaĢmaq  istəməsə  də  həm  onunda  kiminləsə 
dərdləĢməyə  ehtiyacı  olduğundan,  həm  Yusifi  qırmamaq 
üçün razılaĢır. Yolda maĢından düĢərək pizza və içmələri 
üçün meyvə Ģirəsi götürür.  
Nərgiz  Yusifin  onu  ailəsi  ilə  yaĢadığı  evə  apardığın 
düĢünüb – evdəkiləri narahat etmərik? – deyir.  
-Mənim  ayrı  evimdi.  Yəni  evdəkilər  olmayacaq.  – 
deyir.  
Nərgizin  bu  xoĢuna  gəlməsə  də  yox,  getmək 
istəmirəm.  Evə  apar  deməsi  Yusifin  gözündə  olan 
güvənini  zədələyə  biləcəyin  düĢünüb  susdu.  MaĢın 
dayandı.  Yusif  maĢının  qapısın  açaraq  aĢağı  enib 
fırlanaraq  Nərgiz  üçün  qapını  açdı.  MaĢın  hündür  idi 


201 
 
biraz.  DüĢərkən  əlindən  tuturdu  ki,  birdən  yerə  yıxılar. 
Nərgizi  maĢından  endirib  maĢındaki  paketləridə  götürüb 
onun  qoluna  girərək  binaya  qalxdılar.  Yusifin  evi 
dördüncü  mərtəbədə  idi.  Liftə  minərək  dördüncü 
mərtəbədə  düĢdülər.  Qapını  açaraq  içəri  keçib  Nərgizin 
əyləĢməsi  üçün  kresloya  əyləĢdirib  indi  gəlirəm  deyə 
mətbəxə  keçdi.  Aldığı  pizzaları  dilimlərin  ayırıb  sini 
qabda  Nərgizin  oturduğu  kresloya  yaxın  masaya  qoydu. 
Yanında əyləĢərək pizzanı boĢqaba qoyub ona uzatdı.  
-Hə danıĢ, görüm. – deyə baĢladı. 
-Məni sən dəvət eləmisən. Sən baĢla. – deyə pizzadan 
diĢləyib qopartmağa çalıĢdı.  
-Mənim  dərdimin  nə  olduğun  özümdə  bilməyirəm. 
Birdə  görürsən  oturub  harasa  dalıram.  Uzun  uzadı 
baxıram.  Sonra  nəyə  baxıram  deyə  düĢünürəm.  Nəyi 
düĢündüyümü xatırlaya bilməyirəm. 
-Məndə də olur o. Uzun – uzadı düĢünürəm.  Fərqimiz 
isə mənim üçün hara baxdığımın elədə önəmi yoxdu.  
-Gözünün  görməməsi  pisdi.  Necə  gözəlliyə  sahib 
olduğunu görə bilməyirsən.  
-Görməməyim bəlkə də yaxĢıdı.  
-Niyə? 
-Görə  bilmədən  insanlara  dəyər  verirsən.  Onların 
görünüĢünə aldanmayırsan. 
-Bəs nə üçün, qəlbini heç kəsə açmırsan? 
-Bu  mövzunu  mən  çoxdan  bağlamıĢam.  Çətin  nə 
zamansa birdə açım.  
-Anlamıram  səni.  –  Yusif  əsəbləĢdiyinin  fərqinə 
varırdı.  Gözləri  ilə  görməsədə  Nərgizdə  bunun  fərqində 
idi.  
-Filmə marağın uĢaqlıqdan var? 
Nərgizin  mövzunu  dəyiĢmək  istədiyini  görüb  oyunu 
pozmamağa davam elədi:  
-UĢaqlıqdan  atam  məni  kinoteatra  aparardı.  Filmə 
baxıb  heyrətlənərdim  ki,  bunu  necə  çəkiblər?  Bu  film 
necədə  möhtəĢəm  alınıb.    Özüm  –  özümə  söz  verdim  ki, 


202 
 
məndə  nə  zamansa  film  çəkəcəm.  Atam  baĢqa  bir 
ixtisasda  oxumağımı,  diplomat  ya  iqtisadçı  olmağımı 
istəyirdi.   Biraz çətin oldu amma sonunda razı sala bildim 
və oxudum.  
-Xəyallarını gerçəkləĢdirirsən.  
-Bir xəyalım qalıb.  
-Hansıdı o? 
Dərin  nəfəs  alaraq  özünü  toplayıb  –  artıq  dözə 
bilməyirəm. Niyə anlamırsan axı? 
Nərgiz duruxaraq dedi: 
-Nəyi? 
-Səni necə sevdiyimi? 
-Yusif...   
Sözün yarımçıq kəsərək davam elədi: 
-Niyə  axı?  Mən  səni  hər  halınla  sevirəm.  Sırf  səninlə 
yaxın  olum  deyə  hər  Ģeyə  göz  yumdum.  Səndən  ötrü  hər 
Ģeyi qarĢıma almağa da razıyam.  
-Yusif... 
-Yox,  mənə  yox  deyə  bilməzsən.  -  əsəbi  pozulmuĢdu. 
Özünü  itirmiĢdi.  Əlindən  qaçan  ovunun  dalıyca  taqətsiz 
amma inadla qaçan Ģir kimi savaĢırdı. 
-Məsələ sənin sevməyinlə bitməyir. – sakit halda dedi. 
Gəlməklə səhv etdiyinin fərqinə varmıĢdı. 
Ətrafda  vargəl  edirdi.  Əsəbini  çıxmağa,  çığırıb 
rahatlayanacan  bağırmaq  istəyirdi.  –  mən  buna  layiq 
deyiləm. Mənimdə sevmək, sevilmək haqqımdı.  
-Bunu  güclə  edə  bilməzsən.  Həm  niyə  mən?  Sənin 
qarĢına  məndən  də  gözəlləri  çıxacaq.  Sevmək  üçün 
görmək, bəyənmək bəs eləmir.  
-Mən baĢqasın istəmirəm. Səni istəyirəm. 
-Mən  evə  getmək  istəyirəm.  –  ayağa  qalxaraq 
qarĢısında öküzün əsəbi halında nəfəs alıb – verməsi kimi 
bir səs eĢidilirdi. – xahiĢ edirəm məni evə apar.  
-Heç  yerə  getməyəcəksən.  –  Nərgizin  qolundan  tutub 
sıxdı.  
-Burax məni. Canım ağrıyır.  


203 
 
-Ya mənim canım? 
-Məni evə apar... Birdə səni görmək istəmirəm.  
Yusif  özünü  itirmiĢdi.  Nərgizə  yaxınlaĢaraq  saçlarını 
əli ilə iyləməyə baĢladı.  
-Nə  edirsən?  –  özünü  geri  çəkdi.  qorxmağa  baĢladığı 
anlaĢılırdı. Səsi titrəyirdi. 
-Mənim olacaqsan. Bunu xoĢluqla istəmədin. – Nərgizi 
özünə çəkərək niyyətini pozduğunu göstərirdi.  
-Yusif, burax məni. Evə getmək istəyirəm.  
Nə fayda. Harda görülüb ki, gücsüz qalib gəlsin. Harda 
görülüb  ki,  vəhĢilik  istədiyinə  nail  olmadan  sakit  olsun. 
Yox, bu dünyada ədalət dünya yaranandan yaddan çıxıb. 
Tanrı  dünyanı  yaradarkən,  onun  tərkibinə  ədalət 
qatmayıb. Ġnsanları  yaradarkən, ədviyyatları qarıĢdırıb və 
vicdan, yaxĢılıq hissi əvəzinə kin, nifrət, hĢilik qatıb. Hər 
gücsüz  olanda  bunların  altında  əzilir.  Kimisinin  hissləri 
ilə oynalılır, kiminin gələcəyi, kiminin dünyası.  
Dünya  oyun  –  oynamağı  sevir.  Necə  ki,  uĢaqlara 
dünyanı oyun oynaraq baĢa salırıq dünyada bizə elə baĢa 
salır. Taa uĢaqlıqdan, ölənə qədər.  
Nərgiz.  Qısa  olan  xoĢbəxtliyi  bura  qədər  imiĢ.  Və 
bitdi.  Güvənib,  birazda  sevib  gəldiyi  Ģəxsin  yanında 
özünün  nə  qədər  gücsüz  və  aciz  olduğunu  sübut  elədi. 
Bəli, onun aqibəti heç gözəl olmadı.  
Ġtirilən Ģeyləri həyatı, bağlı olduğu ailəvi dəyərləri idi. 
Bəs, bunlarla bir qadının həyatı bitirmi? Ya onun güvəni? 
Ya  sevgisinə  xəyanət?  Gücsüzlüyündən  istifadə  olunaraq 
onun alçaldılan Ģəxsiyyəti? 
Güclülərin  aqibəti  necə  olur?  Istəklərinə  nail  olandan 
sonra  qələbə  zəfəri  ilə  qürur  duyarlar  bəziləri  isə 
peĢmançılıq  hissi  duyaraq  zamanı  geri  almağa  çalıĢarlar. 
Təbii  ki,  tanrı  insana  belə  gücü  verməyib  deyə  bunu 
bacara bilməzlər. 
Nərgiz ağlayaraq əynini geyinib gözü yaĢlı halda - indi 
məni evə apar –dedi. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə