Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   2   3   4   5   6   7   8   9   ...   67

19 
 
RövĢəni özləri ilə aparıb – gətirmələrinin çətin olacağını, 
birdə  onunla  məĢğul  olmasının  zaman  itkisi  olacağını, 
həmdə  məktəbi  var  deyə  qalmasının  ən  yaxĢısı  olduğunu 
Eyvaza  inandırdı.  Belə  qərara  gəldilər  ki,  RövĢən  onlar 
gələnəcən  Gülnazın  ata  evində  qalacaq.  Onların  evləri 
məktəbə biraz uzaq olsa da bir – iki gündən heçnə olmaz.  
RövĢəni yola salandan sonra anası Nərgiz üçün yeməki 
yanına  apardı.  Özüdə  yanında  duraraq  yeməyinə  kömək 
elədi.  Nə  qədər  eləsədə  Nərgiz  yeməyi  tək  yeyəcəyini 
dedi. Gülnaz isə sadəcə əlində dəsmal tutaraq onun ağzını 
silirdi.  Yeməyini  qurtarandan  sonra  isə  Eyvazı  çağıraraq 
onun  yanında  durub  baĢını  qatmasını  istədi.  Eyvaz  isə 
sakitcə  yanında  oturaraq  dinməz  –  söyləməz  qızına 
baxırdı.  Biraz  keçmiĢdi  ki,  əlinə  darağı  alıb  onun  saçını 
daramağa baĢladı. O saçın daradıqca Nərgiz, sanki, harasa 
dalmıĢdı.  Kim  bilir  nə  xəyal  edirdi?  Ġki  gün  əvvələcən 
atasının  yolunu  gözləyən,  gələn  kimi  qaçaraq  qucaq-
layacağın deyən bu qız, indi atasının yanında olmasından 
xəbərsiz kimi idi. 
Nərgizin  qulağına  tanıĢ  səslər  gəlirdi.  Bu  sinifdən 
qızlar  idi. Gülnaz onları  içəri dəvət elədi. Gəlib Nərgizin 
yanında  oturaraq  onunla  salamlaĢdılar.  Gözlərinin 
görmədiyindən  isə  xəbərləri  yox  idi.  Onları  müəllimin 
yolladığını,  məktəbə  niyə  gəlmədiyini  öyrənmək  üçün 
gəldiklərin dedilər. 
Nərgizi bu halda görüb nə deyəcəklərin bilmədən bir – 
birlərinə  baxdılar.  Bir  –  birlərinə  baxaraq  nə  etməli 
olduğların  düĢünürdülər.  Nərgiz  isə  özünü  pərtetməmək 
üçün onlara gülüsəyir, onlarla söhbət edirdi. Sanki  heçnə 
olmamıĢ kimi. Sonda isə daha məktəbə gəlməyəcəyini ya 
da  gələ  bilməyəcəyini  müəllimə  çatdırmalarını  onlardan 
xahiĢ  elədi.  Qızlar  sağollaĢaraq  Ģəfa  diləyib  getdilər. 
Qızlar  gedəndən  RövĢən  gələnəcən  Nərgiz  bir  kəlmədə 
olsa danıĢmadı. Sanki gedən gözləri deyildə dili idi.  
RövĢəndə  məktəbdən  gələndən  sonra  yola  çıxmaq 
üçün  hazırlığların  görməyə  baĢladılar.  Yolda  RövĢəni 


20 
 
nənəsinin yanına qoyaraq Bakıya yola düĢdülər. Dostu ilə 
danıĢmıĢdı.  Onlar  iki  günlük  olarda  qonaq  olacaqdı. 
AxĢama  artıq  onlarda  idilər.  Gələcəyin  bilib  onlar  üçün 
yeməkdə  hazırlamıĢdılar.  Biraz  danıĢdıqdan  sonra  isə 
onların  göstərdiyi otaqlarda  Eyvaz  ayrı  Gülnazla,  Nərgiz 
bir yatdılar.  
Səhər  həkimin  dediyi    vaxtda  xəstəxanaya  getdilər. 
Həm  Eyvaz  həm  də  Gülnaz  həkimin  nə  deyəcəyi  barədə 
düĢünsələrdə  Nərgizin  sanki  bu  vecinə  deyildi.  Ümidini 
üzmüĢdü.  
Birlikdə həkimin  yanına qalxdılar. Eyvaz özün təqdim 
edərək  olanları  həkimə  danıĢmağa  baĢladı.  Həkim  hər 
hadisənin  necə  olduğunu  və  həkimin  ilkin  qoyduğu 
diaqnozu  dinlədi  və  həkimin  verdiyi  kağızları  nəzərdən 
keçirdikdən  sonra  sizin  dediyinizlə  belə  anlamaq  olar  ki, 
beynindən  gözə  gedən  damarlar  zədə  alıb  və  görməsin 
itirib.  Zədənin  nə  qədər  güclü  olduğunu  yoxlamaq,daha 
sonra  isə  onun  üçün  nəyinsə  edilib  –  edilə  bilməyəcəyin 
demək olar, deyib ayağa qalxdı. 
Həkimin  otağı  səliqəli,  təmiz  idi.  Özünündə  gözəl 
qaməti  vardı.  DanıĢığında  ki,  ciddiyət  onla  söhbət  edən 
insanı  tez  bir  zamanda  özünə  bağlayır  onun  sözlərindən 
Ģübhə oyandırmayırdı. 
Divardan  asılan  və  stolunda  yerləĢdirdiyi  diplomlar 
həm  rus  dilində  həmdə  azərbaycan  dilində  idi.  Onların 
otaqda  gözləməsini  deyərək  tibb  bacısını  çağırıb  Nərgizi 
gətirməsini  tapĢıraraq  çölə  çıxdı.  On  beĢ  dəqiqə 
keçməmiĢdiki geri döndü. Gedə bilərsiniz, bir –  iki günə 
sizlə  əlaqə  saxlayıb  nəticələr  üçün  çağıracağıq  deyərək 
onlardan əlaqə nömrəsini aldı.  
Xəstəxanadan  çıxıb  dostunun  evinə  yollandılar.  Yolda 
zəng  edərək  həkimin  sözlərini  dostuna  xəbər  elədi.  O  da 
yaxĢı  çıxacaq  görərsən,  deyərək  təsəlli  verməyə  çalıĢdı. 
Hər kəsdə yenidən  ümid doğmuĢdu. Hətta Nərgizdə belə. 
Olanların  onun  baĢına  gəlməsi  inandırıcı  gəlməyirdi. 
Hərdən  özünü  dürtərək  yuxudan  ayılmaq  istəyirdi. 


21 
 
Yuxuda  olmadığını  görüb  təəssüflənirdi.  Niyə  olanlar 
onun  baĢına  gəlmiĢdi?  Nərgizin  hələ  istəkləri  var  idi. 
Oxuyacaqdı. 
QardaĢı  ilə  bərabər  gələcək  Bakıda  universitetə 
girəcəklərdi. Nə zamansa evlənəcəkdi. Bunlar olmasa belə 
uĢaqlarla  hər  gün  oynaya  biləcəkdi.  Bütün  gün  evdə 
oturmayacaqdı. Gecə ilə gündüzün əhəmiyyətsizliyin hiss 
etməyəcəkdi.  XoĢladığı  filmi  hissedəcəkdi,  ancaq  onları 
görməyəcəkdi.  QardaĢının  üzünü,  anasını,  atasının  uzun 
saçını bir daha görə bilməyəcək idi.  
Həkim  onlar  üçün  bir  ümid  idi.  Uzaqda  olsa  bir  iĢıq 
idi.  Bu  olanların  acı  xatirə  kimi  yaddaĢlarda  qalacağını, 
arada  bir  yada  düĢəcək,  bizdən  uzaq  olsun,  bir  daha 
baĢmıza gəlməsin deyib Ģükr edəcəklərini düĢünürdü.  
Həkimə  getdiklərindən  artıq  iki  gün  keçmiĢdi.  Eyvaz 
telefonu  əlindən  ayırmayırdı  ki,  zəng  edərdə  görməz. 
Ġkinci  günü  axĢamı  gözlənilən  zəng  gəldi.  Həkim, 
Cavabların  sabah  çıxacağın  günorta  üçün  gəlmələrini 
dedi.  Telefonu  bağlayan  kimi  hamının  onu  dövrəyə  alıb 
nə dediyin soruĢmaq sıraya durduğun gördü. – sakit olun, 
sabah gedəcəyik. Çağırdı ki, gəlin cavabı deyim.  
Hər  kəs  sevincək  Nərgizi  qucaqladı  ki,  bitir,  az  qaldı, 
bu bəlada baĢından çıxıb gedəcək.  
Biraz keçmiĢdi ki, təzədən zəng gəldi. Kənddən idi bu 
zəng.Zəng  edən  Gülnazın  anası  idi.  Heç  kəs  maraqdan 
yata  bilmir.  Nə  dedi,  həkim?  –  deyə  sualları  ard  –  arda 
verdi.  Anası  ilə  danıĢdıqdan  sonra  telefonu  RövĢən 
götürdü.  RövĢənədə  hər  Ģeyin  yaxĢı  olduğunu,  sabah 
təzdən  gedəcəklərini  dedi.  Nənənin  sözünə  bax,  narahat 
eləmə  dedi.  RövĢən  telefonu  babası  Farizə  uzatdı.  Fariz 
polislərin  onların  evlərinə  yenə  gəldiyini,  hadisənin  necə 
olduğunu araĢdırmaq üçün evə gələndə xəbər vermələrini 
deyərək  getdiklərin  dedi.  Eyvaz,  indi  onlarla  məĢğul 
olacaq  zamanım  yoxdu.  Gələndə  baxarlar  deyib 
keçiĢdirdi.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə