Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə62/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   59   60   61   62   63   64   65   66   67

214 
 
Gülnaz  heçnə  istəmədiyin,  sadəcə  çayın  bəs  eləyəcəyin 
dedi. Çay dəzgahını sifariĢ verərək ofisiantı yola saldı.  
-Sonunda sizinlədə tanıĢ olmağa nail oldum.  
-Əslində  Bakıya  gələndən  bəri  görüĢmək  istəyirdim. 
Sadəcə bəzi iĢlərimiz çıxdı deyə alınmadı.  
-UĢaqları özüm çağırmadım ki, ikimiz rahat tanıĢ olub, 
danıĢa  bilək.  Güman  edirəm  sizin  üçündə  narahatçılıq 
deyil.  
-Yox,  tam  tərsi  mənə  də  xoĢ  oldu.    –  Gülnaz 
gülümsəyərək  haqqında  yalnıĢ  düĢündüyü  qadına 
qızıĢmağa baĢlamıĢdı.  
-Qızınız  necədi?  Nərgiz  idi  adı?  Dəniz  nəsə  ağrıyır 
demiĢdi.  
-Bu  aralar  biraz  tərsliklər  üst  –  üstə  gəldi.  Biraz  ona 
görə kefsizdi.  
-YaxĢı  olar.  Hər  insanın  müəyyən  dövründə  müəyyən 
problemləri olur.  
-Dəniz  sağolsun,  həmiĢə  yanında  oldu.  Qısa  zamanda 
tanımağına baxmayaraq doğma bacısı kimi görürdü.  
-Elədi.  Kiməsə  qarĢı  kin  saxlamağı  bacarmaz.  Açığı 
deyim  bu  xasiyətində  mənə  oxĢamayıb.  Atasına  oxĢayır 
daha çox.  
Gülnaz gülümsəyir.  
-Gözəl  və  tərbiyəli  qızınız  var.  Qızınızla  nə  qədər 
qürur  duysaz  azdı...  –  gülərək  davam  elədi  –  RövĢənədə 
deyirəm  bəzən  ki,  sənin  öz  baĢına  gördüyün  iĢdən 
yarıtmazsan  deyə.  Amma  seçimini  ilk  dəfə  idi  ki, 
bəyəndim.  
-RövĢən. YaxĢı uĢaqdı. Bəlkə mənim haqqımda sizə də 
deyib.  Mən  dəqiq  bilmədiyim  Ģeyə  razılıq  vermərəm. 
RövĢənlə  həm  özüm,  həm  ərim  Eminlə  söhbət  eləmiĢik. 
Bizim  imtahanımızdan  keçib.  Halbuki  keçməsə  idi, 
mənim  burda  sizinlə  oturmağım  mümkün  olmazdı.  Mən 
biraz açıq danıĢanam. Əvvəldə bu münasibətə qarĢı idim. 
Çünki  sizdə  qəbul  edərsiz  ki,  onlar  ayrı  dünyaların 
insanlarıdı.  Sizin  belə  belə  bir  restoranda  ilk  dəfə 


215 
 
olduğunuzdan  əminəm...  Sözüm  ondan  deyil,  demək 
istədiyim  isə  sadəcə  onlarda  tutacağın  inanmayırdım. 
Ancaq  RövĢən  məni  təəccübləndirdi.  Demək  istədiyimi 
səhv  anlamağınızı  istəmirəm.  Sadəcə  bir  –  birimizi 
anlamaq,  uĢaqlarımızın  gələcəyi  haqqında  qərar 
verəcəyiksə  bir  –  birimizi  tam  anlamalıyıq.  Təbii  ki, 
qərarı onlar verir. Biz isə vasitəçiyik. 
-Xeyr,  anlayıram  sizi.  –  köks  ötürərək  çayından  bir 
qurtum alıb davam elədi. – dediklərinizə qatılıram. Açığı 
deməyə  qalarsa,  əvvəllərdə  məndə  tərəddüd  edirdim. 
Sizin  kimi  düĢünmüĢdüm.    RövĢənə  imkansız  olduğun, 
özünə  çoxda  ümid  verməməsin  desəmdə  onda  sevgini, 
inamı görüb qarĢı çıxmağa yox tərəfdar olmağa baĢladım.  
-Mənim  bir  uĢağım  var.  Gözümün  ağı  –  qarasıdı,  o. 
Sizdə anasınız övladınızın xoĢbəxtliyi sizidə xoĢbəxt edər, 
onu  üzən  sizi  də  üzər.  Məsələ,  hal  –  hazırda  ağlınızın 
qızınızın yanında olduğundan adım kimi əminəm. Məndə 
həmçinin.  Qızımı  xoĢbəxt  edən  hər  Ģey  məni  də  xoĢbəxt 
edir. Oğlunuzun imkanı olmaya bilər, amma qızım onunla 
xoĢbəxtdi. Və buna görə mən qarĢı çıxmadım.  
-Qızımın  ailə  qurması  mümkünsüzdü.  Ömrümün 
sonunadək  mənim  yanımda  olacaq.  RövĢən  isə  istəyirəm 
istədiyi  həyatı  yaĢasın.  Cavan  yaĢında  atasın  itirdi. 
Üzərinə  böyük  yük  düĢdü.  Amma  biz  yenə  bu  yükü  ona 
yükləmədik.  Onun  oxumasını,  savadlı  olmasını  istəyirik. 
Mən, babası, nənəsi onun üçün çalıĢır.  
-Anlayıram  sizi.  UĢaq  saxlamağın,  böyütməyin  təkcə 
onu imkan barəsində deyil, hər tərəfli problemlidi.  
SevmiĢdilər  bir  –  birlərini.  Rona  belə  biri  ilə  qısa 
müddətdə  deyib  –  gülürdüsə  iĢ  yolunda  idi  deməli.  Ġki 
saatdan  çox  idi  ki,  söhbətləri  davam  edirdi.  Gülnaz 
keçmiĢlərindən,  Eyvazdan  danıĢdı.  Rona  isə  qarĢılıq 
olaraq ona Emindən danıĢdı. 
Sonda  hesabı  istədilər.  Rona  ödəniĢi  elədi.  Gülnaz 
telefonun  çıxartdı  ki,  RövĢənə  zəng  eləsin  ki,  onu  gəlib 
götürsün.  Rona  razı  olmadı.  Telefonu  söndürdərək,  onu 


216 
 
özü  aparacağın  deyib  özü  ilə  birlikdə  qaraja  düĢürdü. 
MaĢına  minərək  qaldığları  evin  qabağınacan  Gülnazı 
gətirib,  sağollaĢaraq  yoluna  davam  elədi.  Gülnaz  Ronanı 
evə dəvət eləsə də Rona sonra gələrəm deyərək sağollaĢıb 
oradan uzaqlaĢdı.  
 Qapını  açıb  evə  girib,  -  Nərgiz...  qızım...  –  deyə 
səsləndi.  
Səs  gəlməyirdi.  Ġçərdə  isə  qəribə  qoxu  var  idi.  Aman 
allah,  deyərək  mətbəxə  qaçdı.  Qaz  açıb  qalmıĢdı  bütün 
qaz  içəri  dolmuĢdu.  Yerə  baxdıqda  isə  Nərgizin 
huĢsuzcsına  yatdığını  gördü.  QıĢqıraraq  qızını  qucağına 
alıb,  ayıltmağa  çalıĢdı.  Ayağa  qalxıb  qazı  bağlayıb 
havalandırmanı  qoĢdu.  Telefonu  çıxararaq  RövĢənə  zəng 
elədi.  RövĢən  ambulansa  zəng  eləyərək  tez  bir  zamanda 
özünü  evə  çatdırdı.  RövĢənlə  bərabər  ambulansda 
gəlmiĢdi.  Nərgizi  tibbi  yardım  maĢınına  qoyaraq 
xəstəxanaya çatdırdılar.  
RövĢən  Gülnazla  bərabər  taksiyə  minərək  özlərini 
ambulansın arxasıyca xəstəxanaya çatdırdılar. Yarım saat 
gözlədikdən  sonra  həkim  gələrək  vəziyyətinin  ağırlığının 
hələ  də  qaldığın,  amma  ümiddən  düĢməmələrin  dedi.  Bu 
arada Dənizlə Rona gəlmiĢdilər. Üzlərində doğma acı var 
idi.  Dəniz  RövĢənin  yanına  gələrək  hər  Ģeyin  yaxĢı 
olacağın deyərək ona təsəlli olmağa çalıĢırdı. Gülnazında 
üzgün  olduğun  görüb  yanına  gedərək,  narahat  olmayın. 
Nərgiz güclü qızdı. Qurtulacaq, deyirdi.  
Gülnaz  huĢsuzcasına  bu  sözləri  təkrar  edirdi  : 
CANINA  NĠYƏ  QƏSD  ETDĠN?  SƏNĠ  BU  HALA 
SALANLAR, ALLAHINDAN BULSUN. 
Həkim  gələrək  Nərgizin  ayıldığın,  yanına  gedə 
biləcəklərin  amma  çox  yormamalarını  təmbehləyərək 
uzaqlaĢdı.  Hər  kəs  palataya  daxil  olub  Nərgizin  yanına 
doluĢdular.  Gülnaz  özünü  qızının  üstünə  ataraq  onu 
qucaqladı.  RövĢəndə  yanına  gəldi.  RövĢənin  gözləri 
dolmuĢdu. Hər an ağlamağa hazır idi. Ġpi çəkilmiĢ bomba 
kimi toxunsan ağlayacaqdı.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə