Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə67/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   ...   59   60   61   62   63   64   65   66   67

229 
 
May  ayının  beĢi  idi.  Fariz  və  Gülnaz  Bakıya  gəldilər. 
Dənizgilin  ailəsi  ilə  görüĢəcəkdilər.  Toy  gününü 
dəqiqləĢdirəcəkdilər.  Nərgizi  gətirə  bilmədiklərindən  çox 
qala  bilməyəcəkdilər.  Ġki  gün  sonra  qayıdacaqdılar. 
Günorta  avtobusdan  düĢüb  RöĢənin  evinə  keçdilər. 
RövĢən  iĢdən  gec  gəldiyindən  açarı  qonĢuya  verdi  ki, 
anası  gələndə  ona  qapını  açarsan  deyə.  Çox  yaxın  əlaqə 
olmasa  da  güvənilir  insan  olduğların  bilirdi.  RövĢən 
təxminən  səkkiz  olardı  ki,  evə  çatmıĢdı.  Qapının 
açarından  biridə  özündə  olduğundan  qapını  açaraq  içəri 
keçdi.  Anası  yenə  özünü  mətbəxə  atmıĢ,  ortalığı 
təmizləməklə  məĢğul  idi.  Babasıda  TV  –nin  qarĢısında 
oturaraq çayından qudum alırdı. RövĢən içəri girib salam 
verib  babasının  yanına  gedib  salamlaĢıb  daha  sonra 
anasının  yanına  getdi.  SalamlaĢaraq  –  bu  nə  pintiklikdi 
yenə. Yazıq qız səndən çəkəcək deyərək gülməyə baĢladı.  
-Əsas  evlənənəcəndi.  Evlənəndən  sonra  məcbur  mənə 
dözəcək.  
-HəmiĢə eləsiz də. Evlənənəcən özünüzü quzu rolunda 
olursuz, evlənəndən sonra içinizdəki qurt çıxır.  
Gülnaz  yemək  hazırlamıĢdı.  Süfrəni  hazırlayaraq 
birlikdə  əyləĢib  yemək  yedilər.  Yemək  yeyərək  sabahki 
görüĢ  haqqında  da  danıĢıldı.  Toy  haqqında  da  Farizin 
təklifləri  var  idi.  Onlarıda  müzakirə  elədilər.  Yeməkdən 
sonra çay içdikdən sonra saat on birdə Fariz yatmaq üçün 
otağına  keçdi.  Gülnazla  RövĢən  gecə  birəcən  söhbət 
elədilər. Söhbətin bir hissəsi Nərgiz barəsində idi.  Gülnaz 
qızı  üçün  üzüldüyünü  və  əlindən  heçnə  gəlmədiyin 
deyirdi.  DanıĢarkən  gözlərinin  dolduğu  anlaĢılırdı. 
Oğlunun  yanında  özünü  saxlayaraq  ağlamadı.  Gülməyi 
belə  unutduğunu,  sadəcə  yemək  yeyir  o,  da  biraz  sonra 
yatır. Gündə iki – üç kəlmə ya alarıq ya almarıq deyərək 
köks  ötürürdü.  Anasının  hər  kəlməsi  RövĢənidə  üzürdü. 
Layiq  olmadığı  halda  bacının  onun  üzündən  bu  əzablara 
dözməsi ona günü – gündən əzab verirdi. Anasına Nərgizi 
niyə gətirmədin? Havasın dəyiĢərdi ən azından – dedi.  


230 
 
-Nə qədər dedik. Mən dedim, baban dedi. Getməyəcəm 
dedi, baĢqa heçnə demədi. Bizdə çox üstünə getmədik.  
-Məzuniyyət götürüb gələcəm.  
-Üzü sən gələndən -  gələnə gülür  elə.  
Ortalığa  səssizlik  çökür.  Səssizliyi  Gülnaz  pozur. 
Dənizlə aralarının necə olduğunu, toy həyəcanının olub – 
olmadığın  soruĢur.  RövĢən  həvəssizcəsinə  yola  vermək 
istəsə  də  Gülnaz  oğlunun  evliliyə  maraqlı  olmadığın 
görür: 
-Atanla  evlənəndə  bizimkilər  razı  deyildi.  Eyvazgil 
tərəfdən  də  istəmirdilər.  Atanda  sənin  kimi  tez  yetim 
qalmıĢdı.  Bizə  birlikdə  yaĢaya  bilməzsiz,  o  sənə  baxa 
bilməz, Eyvaza biraz çətinlik olan kimi atasının isti evinə 
qaçacaq  deyirdilər.  Amma  biz  onların  nə  dediklərin 
dinlədik  nə  də  əməl  elədik.  Biz  bir  –  birimizi  sevərək 
evləndik.  Sevmək  sadəcə  birlikdə  zaman  keçirtmək,  ya 
onun  yaraĢığı,  gözəlliyi  var  deyə  yanında  olmaq  deyil. 
Evlilik  baĢqa  Ģeydi,  oğul.  Buracan  güclədə  olsa  gəldin. 
Yarı ac, yarı tox yaĢadın. Bacardığın qədər özün çalıĢdın 
bacarmadın  biz  kömək  elədik.  Ancaq  bundan  sonrası 
fərqlidi. Sən yeni dövrə keçirsən. Bunu baĢdan sovdu edə 
bilməzsən. Evlənib beĢ il sonra bezib boĢanacaqsansa bəri 
baĢdan  geri  dön.  Nə  özünə,  nə  o  qıza  bunu  eləmə.  Onun 
gözündə  sənə  qarĢı  olan  məhəbbəti  gördüm  mən.  ÇalıĢ 
ona layiq ol. Səndə onu sev. Tamam?   
RövĢən  anasının  dediklərini  diqqətlə  dinləyirib  və 
düĢünürdü.  
Anasının  dedikərində  düzgünlüyün  olduğun  anlayırdı. 
Dənizi  sevirdi  orasına  Ģübhəsi  yox  idi.  Evliliyə  hazır 
idimi? Orasın dəqiq bilməyirdi.  
 
*** 
 
GörüĢ  Dənizgilin  evində  oldu.  Gülnaz  bura  bir  neçə 
dəfə  gəlmiĢdi.  Farizin  isə  ikinci  gəliĢi  idi.  Emin  onları 
həyətdə  qarĢılayaraq  evə  buyurdu.  Ronanında  üzündə 


231 
 
gülüĢ  var  idi.  Onlara  qarĢı  olan  pis  düĢüncəsi  keçmiĢdi. 
Evlənəcəklərin  artıq  o  da  qəbullanmıĢdı.  Emin  həyətdə 
oturmağı  təklif  elədi.  Fariz  qəbul  edərək  evin  arxasına 
keçdilər.  Eminin  üzündə  məcburi  Ģəkildə  yaradılmıĢ 
təbəssümü  aydın  görmək  olardı.  Qızıyla  evlənəcəyi,  onu 
özü  ilə  aparacaq  oğlanın  yanında  görəndə  pis  olurdu. 
Əvvəl  belə  hiss  keçirtməsə  də  toyun  yaxınlaĢması  ilə 
onunda  üzüntüsü  artırdı.  Dənizin  dünyaya  gəldiyi  günü 
xatırlayırdı. Qızı ağlayırdı deyə o da ağlamıĢdı. Ġlk bir ayı 
qucağına  ala  bilməmiĢdi  ki,  onun  canın  yandırardı  deyə. 
Ġndi  isə  onun  toyu  üçün  söhbət  edirdi.  Nə  zaman  atasını 
tərk  edərək  sevdiyi  oğlanın  evinə  köçəcək,  səhərləri  ilk 
ona  sabahın  xeyir  deyəcəkdi.  Arada  durur,  ətrafa  baxır 
gülüĢən  insanları  görürdü.  Ronanın  arada  ona  baxıb 
keçirtdiyi  hissləri  anladığın  görürdü.  BaĢı  gicəllənirdi. 
QıĢqıraraq  çıxın  evimdən,  qızımı  heç  kəsə  verməyəcəm 
demək  istəyirdi.  Qızının  xoĢbəxt  olduğun  görəndə  isə 
susaraq  onlara  qoĢularaq  o  da  yalançı  təbəssümlə  onlara 
cavab verirdi.  
 
 
Otuz birinci hissə 
 
Emin  RövĢənə  zəng  edərək  yanına  çağırdı.  Onunla 
danıĢmalı  olduğu  məsələnin  olduğun  deyərək  bu  gün 
gələrsən  deyərək  telefonu  söndürdü.  Günorta  saat  üçdə 
ofisə  keçərək  qapını  döyüb  içəri  keçdi.  Emin  ayağa 
qalxaraq  rəsmi  qarĢılayaraq  ciddi  halda  əlini  sıxıb 
əyləĢməsi üçün yer göstərdi.  
-Gəldiyin  üçün  sağol.  DanıĢmalı  olduğum  məsələ 
vacib olmasa idi tələsdirməzdim.  
-Problem deyil. Vacib iĢim yox idi. Buyurun eĢidirəm.  
-Ürəyimdə  bir  Ģey  qalarsa  onu  çıxartmalıyam.  Yoxsa 
məni  dərd  bürüyər.  –  gülümsəyərək  kreslosuna  sərilib 
durdu. – davam edərək – dediyim budur ki, sənin iĢin çox 
gəlir  gətirən deyil. Mən sənə təklif edirəm  ki, Ģirkətin bir 


232 
 
filialına  gəl  rəhbər  ol.  Həm  mən  iĢin  düzgün  getdiyinə 
əmin olaram həm də siz... 
-Bunu  qəbul  edəmmərəm.  –  qaynatasının  sözün  kəsib 
dedi. 
-Yarımçıq kəsib atma. YaxĢı fikirləĢ. 
-Qızınız  üçün  əsdiyinizi  baĢa  düĢürəm.  Əlimdən 
gəldiyi qədər istədiyi hər Ģeyi qarĢılayacam. Bəzi yerlərdə 
çətinliyimiz  olacaq  düzdü,  amma  bunun  öhtəliyindən 
özümüz gələcik.  
-BaĢa  düĢürəm.  Qürurlusan.  Öz  həyatnı  özün  qurmaq 
istəyirsən.  Amma  mən  özgəsi  deyiləm,  məndə  sənin  bir 
atanam.  Sizin  yaxĢı  həyat  yaĢamağınızı  istəyirəm. 
Böyüyünüzün sizə kömək etməsi sizi alçaltır demək deyil.  
-BaĢa düĢürəm. Amma hələ ki, belə köməyə ehtiyacım 
yoxdu. – ayağa qalxaraq Eminin qarĢısında dayandı.  
Sözünün  keçməyəcəyin  görüb  ayağa  qalxaraq  əlini 
uzaraq : 
-Qulağıma  gələki  nəsə  sıxıĢmısız  və  ilk  mənə 
gəlməmisiz o, zaman məni qırmıĢ olarsan.  
RövĢən  gülümsəyərək  –  baĢ  üstə.    –  deyərək  baĢını 
hörmət mənasında əyib sağollaĢdı.  
Toy  günü  iyuna  təyin  olunmuĢdu.  Toy  hazırlığları 
görülürdü.  Toyun  olacağı  yerlə  danıĢılmıĢ,  dəvətlilərin 
siyahısı  hazırlanmıĢdı.  Tərs  gedən  isə  tək  Ģey  Nərgizin 
halı  idi.  vəziyyəti  günü  –  gündən  pisə  gedirdi.  Həkimlər 
özünə fikir  vermədiyindən, özünə əzab verməsindən belə 
olduğun  deyirdilər.  Belə  gedərsə  axrının  yaxĢı 
olmayacağında  sərtcəsinə  demiĢdilər.  Hər  kəs  Nərgizin 
yaxĢı  olması,  bircə  dəfə  də  olsa  gülməsi  üçün  əlindən 
gələni  eləsə  də  onun  vecinə  deyildi.  Dünyaya  olan  bütün 
ümidləri  sönmüĢdü.  Sanki,  olanları  bilərəkdən  edirdi. 
Bilərəkdən özünə əzab verir, ölməsi üçün əzablarını günü 
– gündəndə artırırdı.  
Ġyun  ayı  girmiĢdi.  Hər  kəsin  gözü  Nərgizdə  idi.  Nə 
Gülnaz,  nədə  ki,  Fariz  Nərgizin  bu  halında  toyun 
olmasına  razı  deyildilər.  RövĢənlə  Dənizdə  toyun 


233 
 
uzanmasını  istəyirdi.    Məcbur  qalaraq  toyu  uzatmalı 
oldular. Hər iki tərəf Nərgizin tezliklə sağalacağın güman 
eləsədə  Nərgizin  vəziyyətində  müsbət  dəyiĢiklik  halı 
olmayırdı.  O  gözəl  üzlü  qızın  üzü  solmuĢdu.  Bədəni 
gücdən  düĢmüĢ,  arıqlamıĢdı.  Üzündə  və  bədənində 
sümüklər üzə çıxmıĢdı. Yeməyi belə güclə yeyirdi. Gündə 
iĢlətdiyi iki – üç kəlmədən xaric söz iĢlətməzdi. Sözləridə 
ya su olardı ya “istəmirəm”.  
Fariz  məcbur  qalıb  sonunda  Nərgizi  xəstəxanaya 
yerləĢdirdi.  Ġyulun  sonları  idi.  GünəĢin  istisi  hər  yeri 
yandırırdı.  Durduq  yerdə  bədəndən  su  axırdı.  Əvvəla 
rayonda  xəstəxanaya  yerləĢdirilsə  də  həkimlər  onun 
Bakıya köçməli olduğunu deyərək Bakıya yolladılar. 
Nərgiz  Bakıya  gedəcəyin  öyrənən  kimi  qıĢqıraraq 
getmək  istəmədiyini  deyirdi.  Eyvaz  onu  dinləməyərək 
xəstəxananın  özünün  yollaması  üçün  göstəriĢ  verdi. 
Bakıda  mərkəzi  klinikaların  birində  yerləĢdirildikdən 
sonra  RövĢəndə  hər  gün  yanına  gedirdi.  Gülnaz  bütün 
günü  xəstəxanada  qızının  yanında  qalırdı.  Həkimlər 
palatada  yanında  yer  eləmiĢdilər  ki,  gecələri  ona  rahat 
olsun.  Nərgizin  halında  biraz  dəyiĢiklik  olsa  da  hələ 
qaneedici  deyildi.  Həkimlər  danıĢanda  əllərindən  gələni 
edəcəklərin  amma  sağalması  üçün  Nərgizində  bunu 
istəməli  olduğun  deyirdilər.  Yazıq  qızın  üzü  qoca  qarı 
üzünə  oxĢayırdı.  Sağları  kökdən  düĢmüĢ,  üzü  isə  qırıĢ  – 
qırıĢ  idi.  Ġllər  əvvəlki  nurani  üzlü  qızdan  əsər  əlamət 
qalmamıĢdı.  Ətli  yanaqları,  parlayan  gözləri,  gilas 
dodaqlarıdan  indiyə  sadəcə  güclə  nəfəs  alan  Nərgiz 
qalmıĢdı.  SolmuĢ  Nərgiz.  Ya  da  tapdalanmıĢ  Nərgiz. 
Yazın gəlməsi ilə çiçək açan gülün yoldan keçən insanlar 
tərəfindən  tapdalanması  ilə  əzilmiĢ  bir  Nərgiz.  Bəlkədə 
istənilmədən  olmuĢdu,  amma  artıq  o  gül  əvvəlki  kimi 
qoxmayacaq, insanları məst eləməyəcəkdi.  
Avqust  ayı  gəlmiĢdi.  Nərgizlə  bərabər  Gülnazda 
haldan  düĢmdüĢdü.  Bütün  günü  xəstəxanada  yatırdı. 
Həftənin bəzi günləri RövĢən anasının əvəzinə qalır, anası 


234 
 
evə  gedib  paltarların  dəyiĢir  çimirdi.  RövĢən  qaldığı 
günlərdə  çalıĢırdı  ki,  Nərgizin  baĢını  qatsın  xoĢ  gün 
keçirsin.  RövĢənin  gəldiyi  günlərdə  üzü  gülən  Nərgiz 
biraz yemək yeyirdi.  
Yenə  RövĢənin  Nərgizin  yanında  qaldığı  günlərdən 
biri  idi.  Saat  altı  olardı.  Anasını  yola  salıb  bacısının 
yanında əyləĢdi.  
-Bu gün necəsən? 
-YaxĢıyam,  sən  necəsən?  Dəniz  necədi?  Iki  gün  əvvəl 
gəlmiĢdi o da.  
-YaxĢıdı.  ĠĢ–güc  baĢmızı  qatırıq.  Səni  gözləyirik, 
ayağa qalx toyumuzda bizimlə bərabər oynayacaqsan.  
-Mənim  üzümdən  sizdə  xoĢbəxt  ola  bilmirsiz.  Anama 
nə qədər dedim ki, toyu saxlamayın.  
-Elə Ģey olar? Sən burda yatacaqsan biz toy edəcik? 
-Niyə olmur? 
-Olmaz.  
Ortalığa sükut çökür. Səssizliyi RövĢən pozur: 
-Nərgiz.  
-...  –  RövĢənə  tərəf  baxaraq  solan  gözləri  arasında 
sönən  gözlərini  qırparaq  qardaĢının  deyəcəyi  sözləri 
gözləyirdi.  
-Sənə bir Ģey etiraf edəcəm? 
-Etiraf? Nə deyəcəksən? 
-Necə deyəcəyimi bilmirəm. Bunu sənə deməyim, hələ 
ki,  bu  vəziyyətdə  deməyim  nə  qədər  düzgündü  bilmirəm 
amma deməliyəm.  
-Nə  olub?  Açıq  de,  onsuz  öyrəĢmiĢəm  pis  xəbərlərə... 
Yoxsa  kiməsə  nəsə  olub?  Babam  bir  həftədi  gəlmir. 
Yoxsa  o?  Bir  babamda  ölüb  demə.  –  həyəcandan  bədəni 
əsməyə baĢladı. 
-Sakit  ol,  babamda  yaxĢıdı.  Heç  kəsə  də  heçnə 
olmayıb. Deyəcəyim Ģey indi olmayıb. Ġllər əvvəl.  
-Ġllər əvvəl? 
-Hə, sənin gözünün itirdiyin gün.  


235 
 
Maraqla qardaĢının dodaqlarına gözünü zilləmiĢdi. Bir 
o  daĢı  atanın  o  olduğun  deməyəydi.  O,  olmayaydı.  Onu 
kor edən qardaĢı olmayaydı.  
-Sənə o daĢı atan... 
Nərgizin  gözündən  yaĢ  damcıları  axırdı.  Hıçqırıqla 
qarıĢıq ağlayırdı.  
-Sən eləməmisən, hə? BaĢqası edib. hə? 
-BağıĢla məni bacı. Nə olar bağıĢla. Əlim quruyardı da 
atmayardım  deyirəm.  Oynamaq  idi  təkcə  məqsədim. 
Amma  daĢ  əlimdən  qaçdı.  Arxasıyca  qaçdım, 
çatammadım.  
-... – Nərgiz susurdu. Həyatında Yusifin elədiklərindən 
sonra  ona  daha  böyük  pislik  edə  biləcək  birinin 
olmayacağın  düĢünürdü.  Sən  demə  elə  ondan  əvvəl 
edilibmiĢ.  
-Bacı... – söy,təhqir elə amma susma.  
-Nə deyim. Bəs niyə demirdin? Məni orda tək buraxıb 
niyə qaçdın? 
-Qorxdum.  Atamın  məndən  üz  döndərməsindən, 
anamın birdə məni sevməyəcəyindən qorxdum.  
-Ġndi  niyə  deyirsən,  bunları?  Öləcəyimi  görürsən  və 
hər Ģeyi öyrənib gedim istəyirsən? 
-Yox.  Sadəcə  bu  əzabla  daha  yaĢaya  bilmirəm.  Sənin 
gözümün  qabağında  əriyib  getməyinə  dözə  bilmirəm. 
Dedim,  bil  ki,  baĢına  gələnlərin  səbəbkarı  sən  deyilsən. 
Özünü günahlandırma.  
-Bilməklə  nəyisə  dəyiĢmək  olsa  idi  mənimdə  deyəsi 
çox Ģeyim var.  
-Mənə  nifrət  edirsən,  hə?  BaĢqaları  qardaĢını  özünə 
dayaq görür sən isə qardaĢının baĢına açdığı... 
-Küləklə  ağac  çox  yaxın  dost  olublar.  Bir  gün  külək 
ağaca  əsəbləĢərək  ağacın  budağını  qırır.  Sonra  etdiyinə 
görə  peĢmançılıq  çəkir,  Amma  nə  fayda.  Dostunun  canı 
yanmıĢdı. Ağacın  yanına gələrək ondan üzr istəyir. Ağac 
isə  ona  bağıĢlasam  nə  dəyiĢəcək,  bağıĢlamasam  nə 


236 
 
dəyiĢəcək?  Hansında  sınan  budağım  geri  dönəcəkmi?    - 
deyir.  
RövĢən  susurdu.  Deyəcəyi  söz  yox  idi.  Bacısı  həmiĢə 
olduğu kimi düz deyirdi. sözlərində doğruluq vardı. Əlavə 
nə  desin,  üzr  istəyərək  güclə  hə,  bağıĢladım  sözünmü 
alsın? Nə dəyiĢəcəkdi.  
Nərgiz  üzüüstə  uzanmıĢdı.  Tavana  baxırdı.  Son  iki 
ayda ona dostluq edirdi. Ən yaxın dostu idi. Nə danıĢardı 
nə  çıxıb  gedərdi.  Nərgiz  nə  deyərdisə  onu  dinləyər, 
əsəbləĢəndə  onunla  bərabər  ağlayar  ara  bir  köhnə 
xatirələri xatırlayıb onunla gülərdi. Ġndi də onunla bərabər 
səssiz baxıĢırdı. Deyəsən onunda sözü yox idi. Nərgizdən 
baĢqa  bu  bəxtə  sahib  olan  kimsə  vardımı?  Yüz  faiz 
seçilmiĢdi.  Dünyaya  əzabların  yoxlanılması  üçün 
göndərilmiĢdi.  Ġnsanlar  əzaba  ən  çox  nə  qədər  dözə 
bilərdi. Nərgiz yaxĢı  gəlmiĢdi. Güclü  idi.  Amma deyəsən 
bu  son  idi.    Daha  dözəsi  gücü  yox  idi.  Hər  Ģeyi  buraxıb 
getmək  istəyirdi.  Gedib  onu  bu  hala  salan  tanrının 
yaxasından  yapıĢacaqdı.  ĠĢdə  onun  barmağının  olub  – 
olmadığın soruĢacaqdı.  
 
*** 
 
Avqustun  sonları  idi.  Ġsti  öz  gücü  ilə  hər  yeri  yenə 
odlayırdı.  Ġstidən  ölənlərdə  varmıĢ.  Qəlbləri  istiyə 
dözməyib.  Həyatdı.  Kimin  nə  zaman  öləcəyi  kimin  nə 
zaman  bu  dünyadan  köçəcəyi  məlum  deyil.  Bəlkə  də 
ölümsüzlük haradasa var. Amma biz bilməyirik. Tapacıq. 
Ġnsanların  istəyibdə  bacarmadığı  nə  varki?  Buna  da  nail 
olacıq.  Nə  zamansa.  Milyonlarla  insan  öləndən  sonra. 
Birinin  sağ  qalması  üçün  milyonların  ölməsi  kimi 
düĢünün.  Qurban  tələb  olunur.  Ölənlər  sadəcə  vasitəçidi. 
Onlar  dünyaya  hesabı  ödəmək  üçün  göndəriliblər.  Buna 
görə  seçiliblər.    Vəzifələri  oracandı.  Günahsız  ya 
günahkar, baĢ rolda deyilsə çıxmalıdı.  


237 
 
Nərgizin dəfninin artıq üçüncü günü idi. Dəfn rayonda 
baĢ tutdu. MaĢın tutaraq tabutu rayona apardılar. Nərgizin 
dediyi  kimi  Bakı  ona  uğursuzluqdan  baĢqa  heçnə 
gətirməmiĢdi.  Bundan  sonrada  gətirə  bilməyəcəkdi  də, 
ölüsüdə  əzab  çəkməsin  deyə  Bakıdan  uzaq  tutmaq  ən 
yaxĢısı  idi.  Heç  olmasa  ölü  bədəni  rahatlıqla  çürüyər, 
torpağa  qarıĢardı.  Burnuma  torpaq  qoxusu  gəlir  deyirlər 
ölən  Ģəxslər.  Öləcəkləri  onlara  otuz  saniyə  əvvəldən 
məlum olur deyirlər. Qəlbdə bir ağrı, nəfəs daralması, göz 
qaralır,  baĢ  gicəllənir.  Düzdü  bunlar  sadəcə  fərziyədi. 
Çünki,  heç  kəs  ölüb  o  anları  yazıb  yadında  saxlamayıb. 
Ya  da  qəbrdə  baĢına  gələcəkləri.  Hələ  o  biri  dünyanı 
demirəm.  
Gülnazın  dünyası  yenə  çökmüĢdü.  Əvvəlcə  qızının 
gözünü, sonra ərini, daha sonra anasını, daha – daha sonra 
isə qızının özünü itirmiĢdi. Və o onların ətrafında dönərək 
sadəcə  üzülməkdən  baĢqa  heçnə  edə  bilməyirdi.  Ölürdü. 
Hər  kəs  ölərək  çıxıb  gedirdi,  qalanları  isə  heç  kəs 
fikirləĢməyirdi.  Yoxluq  əzabı  verilən  ən  böyük  əzabdı. 
UĢağın  əlindən  alınan  oyuncağın  verdiyi  əzab  kimidi. 
Səndən hündür bir adamın əlindən oyuncaq alaraq səninlə 
məzələnməsi  kimidi.  Sən  isə  sadəcə  atlayaraq  ondan 
oyuncağını geri qaytarmağını istəyirsən. Gerisi qalır onun 
insafına.  
 
 
Otuz ikinci hissə  
 
Ġllər sonra... 
Bu  günlərdə  hər  kəs  gözünü  Dənizə  tikmiĢdi.  Səbəb 
onun hamiləliyi və bu yaxınlarda olacağı qızı idi. Doğum 
günü  yaxınlaĢdıqca  Dənizlə  bərabər  hər  kəsin  qarınağrısı 
artırdı.  Hər  iki  tərəfdə  ilk  nəvə  idi.  Ailəyə  yeni  fərq 
qoĢulacaq,  özüylə  bərabər  ruzi  –  bərəkət,  uğur 
gətirəcəkdi.  


238 
 
Həkimin  təyin  elədiyi  gündən  bir  gün  əvvəl 
xəstəxanada  yerləĢdirmiĢdilər  ki,  nəsə  hadisə  baĢ  versə 
vaxt itirməsinlər. RövĢəndə iĢdən icazə almıĢ, bütün günü  
Dənizin  yanında  qalırdı.  Arada  onu  göndərirdilər, 
Gülnazla Rona baĢında qalırdı.  
Əməliyyat  günorta  saat  üçdə  olacaqdı.  Əməliyyatın 
olacağı saatda hər kəs toplaĢmıĢ Dənizi əməliyyat otağına 
yola  saldıqdan  sonra  gözləməyə  baĢladılar.  Saniyələr 
insana  bir  ömür  kimi  gəlirdi.  Vaxt  keçmək  bilməyirdi. 
Emin dəqiqədə saatına baxaraq bu anı birdə yaĢayacağım 
ağlıma  gəlməzdi deyərək bu saat niyə  iĢləmir? Sabahdan 
bəri  hələ  iki  dəqiqə  keçib  deyərək  dodağının  altında 
deyinirdi. Rona rahat bir Ģəkildə doğumu qadınlar keçirir 
sancısın kiĢilər – dedi.  
RövĢən  kənarda  oturaraq  divarda  asılmıĢ  tabloya 
baxırdı.  Tablonun  demək  olar  ki  hər  santikvadratını 
incələyə  bilmiĢdi.  Vaxt  niyə  keçməyirdi  deyə  RövĢən 
əsəbləĢirdi. Bir əməliyyat niyə bu qədər uzun çəksin axı? 
–  deyə  qıĢqırmağa  baĢladı.  Gülnaz  yanında  əyləĢərək 
oğlunu sakitləĢdirməyə çalıĢırdı. - Sakit ol, hələ təzə girib
çıxacaq birazdan. 
 Emin  çölə  çıxaraq  siqaret  yandırıb  sakitləĢməsi  üçün 
siqaretdən 
mədət 
umdu. 
Bəlkə 
o, 
əsəblərini 
sakitləĢdirməyi  bacardı.  Siqaret  çəkmədiyindən    nəfəsi 
daralıb  öksürməyə  baĢladı.  Siqaretin  tüstüsü  boğazına 
qaçdığından  boğazı  qıçıqlandı.  Siqareti  yerə  ataraq 
əməliyyatın  olduğu  yerə  qaçdı.  Qapının  ağzında  Gülnazı 
və  Ronanı  gördü.  RövĢən  isə  əyləĢmiĢdi,  deyəsən 
dırnağlarını gəmirirdi.   
Və budur... Qapı açılır həkim çölə çıxır. RövĢənin baĢı 
gicəllənsə  də  ayağa  qalxaraq  həkimin  yanına  gedir,  baĢa 
düĢdüyü  sözlər  isə  uĢağın  sağlam  doğduğu,  ananın  yaxĢı 
olduğu birazdan görə biləcəkləri idi.  
Dənizi  palataya  aldıqdan  sonra  yanına  buraxdılar.  Hər 
kəsin  üzü  gülür,  sevinclərini  bölüĢmək  istəyirdilər.  Ġçəri 
keçər  keçməz  Dənizi  qucaqladılar.  Dənizin  üzünə  nur 


239 
 
gəlmiĢdi.  Analıq  hissi  olmalı  idi,  bu.  Yanaqları  çıxmıĢdı 
bir  günün  içərsində.  Səssizcə  ətrafı  müĢahidə  edərək 
sevincini  bölüĢmək  istəyirdi.  Həkim  çox  yormamalarını, 
ananı tək buraxmalarnı onlara xəbərdarlıq edərək otaqdan 
çıxdı.  Tibb  bacısı  uĢağı  gətirərək  anasına  təhvil  verdi. 
Dəniz uĢağı qucağına alaraq doyunca baxdı. Ağzını açıb – 
yumur,  əllərini  hərəkət  elədirdi.  Gözlərini  hələ  tam 
açmamıĢdı.  RövĢənə  baxaraq  keçirtdiyi  hissi  anlaya 
bilirdi.  
-Qucağına almayacaqsan? 
-Yox, qorxuram. - əlini əsdirərək geri çəkildi. 
-Nədən  qorxursanki?  YavaĢ  tut,  əlini  boynunun 
arxasında saxla bəsdi.  
RövĢən  əyilərək  qızını  Dənizin  qucağından  alaraq 
əlləri arasında  doğruldu.  YaĢadığı hissi  birisi soruĢardısa 
anlada  bilməzdi.  Sanki  qəlbi  əvvəl  atmayırdı,  qızını 
qucağına  alan  kimi  atmağa  baĢladı.  Ürəyinin 
döyüntüsünün artdığını hiss elədi. Necə balaca barmaqları 
vardı.  Hələ  o  qolları  deyə  dilləndi.  Çox  arıqdı  axı  bu. 
Həkim gülümsəyərək – xeyr, tam sağlamdı. – dedi.  
-Adını nə qoyaq? – Dəniz yataqda doğrulub dedi.  
-Nərgiz.  
Hər  kəs susdu. Gülnazında  ürəyindən  keçirdi  ki,  adını 
Nərgiz  qoysun.  Amma  deməyə  çəkinirdi  ki,  Rona  birdən 
etiraz edər xoĢ olmayan sözlər iĢlədər.  
-Gözəl addı, Nərgiz. – həkim dedi.  
-Bibisinin  yaĢamadığı  həyatı o yaĢayacaq. Onun  ömrü 
qızımda olacaq. – Gülnaz RövĢənə yaxınlaĢaraq Nərgizin 
barmaqlarından tutdu.  
-Nərgizim  mənim.  –RövĢən  Nərgizin  barmaqlarından 
öpərək anasına qaytardı.  
Həyat  harda  baĢlayıb  harda  bitəcəyi  məlum  olmayan 
həyat.  Kiminin  taleyi  əvvəldən  bəlli  idi,  kiminki  isə  heç 
yox  idi.  Ondan  qaçmaq,  onunla  razılaĢmamaq  mümkün 
idi?  Ya  taleyimizi  özümüz  bəlirləyirik?  Belədisə  insan 
niyə  özü  üçün  gözəl  həyat  seçməyirdə,  həyatını  qaraldır, 


240 
 
onu uçuruma aparır. Bunu istəmədən edirsə günahkar kim 
idi? Tanrımı? Ġnsanmı? Bəlkə də... 
Kitab  qurtarırda,  bəs  görəsən  “ATILAN  DAġ”  harda 
idi?  
Bəlkə  də,  o  uğursuz  daĢ  hələ  də  o  həyətdə  idi. 
Üzərindən  məsum  Nərgizin  izləri  hələ  də  getməmiĢdi. 
Bəlkə  də,  elədiyi  iĢdən  xəcalət  çəkib  ovunaraq  torpağa 
qarıĢıb. Özü – özünü yox edib. Günahın RövĢəndə deyildə 
özündə olduğu ilə barıĢıb.  
Nərgizin  həyatı  bundan  sonra  fərqli  olacaqdı.  Yeni 
həyat,  yeni  dünya  onu  gözləyirdi.  Ətrafında  onu  çox 
sevən  RöĢən,  Gülnaz,  Dəniz  olacaq  idi.  Nə  deyək,  kaĢ 
belə  bitməyəydi.  Onun  yanında  olmağa  layiq  Ģəxslər  çox 
idi.  Bu  dəfə  diqqətli  olmaq  lazımdı.  Heç  olmasa  növbəti 
“ATILAN DAġ” Nərgizə dəyməməli idi.  
 
SON... 
 

Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə