Səməd Şıxı atilan bir daş



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix14.06.2018
ölçüsü2,65 Kb.
#48843
1   2   3   4   5   6   7   8   9   10   ...   67

22 
 
Səhərisi  tezdən  hazırlaĢdılar.  Günorta  olanda  artıq 
xəstəxananın  qabağında  idilər.  Həkimin  qapısını  döyərək 
sıra  ilə  içəri  girdilər.  Həkimdə  elə  Nərgizin  analizlərini 
əlində  saxlayıb  nəzər  yetirirdi.  Eyvazgili  görüb 
salamlayaraq  oturmalarını  xahiĢ  elədi.  Biraz  daha 
baxandan sonra anası ilə Nərgizin çölə çıxmasını istədi.  
Nə  olduğun  anlamayan  Gülnaz  əmrə  tabe  olub 
Nərgizə,  gəl  çölə  çıxaq  biraz  hava  alarıq  deyərək  çölə 
çıxartdı.  
Eyvazın isə həyəycandan boğazı qurumuĢdu. Görəsən, 
həkim nə deyəcəkdi? Nərgizi niyə çölə çıxartdı? Nəticədə 
nə yazılmıĢdı?  
Həkimin  cavab  deməsi  sanki  bir  ömür  idi.  Hər 
saniyədə bir ilini itirirmiĢ kimi hiss edirdi.  
Həkim  Eyvazı  bu  vəziyyətdə  görüb  ona  bir  stəkan  su 
süzüb, yaxĢısız, rənginiz qaçıb? – həkim çağırım? – dedi. 
-Yox siz cavabı deyin, mənə heçnə lazım deyil.  
-Düzün  demək  lazımdırsa,  xəbərlər  heçdə  yaxĢı  deyil. 
Nərgizin  baĢından  aldığı  zərbə  nəticəsində  beyndən 
gözünə  gedən  damarlarla  yanaĢı  mərkəzidə  zədə  görüb. 
Hələ  yaĢaması  möcüzədi  desəm  yalan  olmaz.  Ancaq  bir 
daha  görə  bilməyəcək.  Sizə  ümid  vermək  istərdim  və  ya 
sizin pulunuzu alıb bəlkə düzələrdə deyə bilərdim. Ancaq 
sizə  bunu  edə  bilmərəm.  UĢağınızın  üstündə  necə 
əsdiyinizi  görürəm.  Ona  necədə  bağlı  olduğunuzu.  Sizə 
son sözüm isə baĢqa həkimə gedibdə hədər yerə pulunuzu 
verməyin. Qərar yenə sizindi təbbiiki. Özünüz bilərsiz. 
Ümid belə olsa idi sizi daha yaxĢılarına yönlədirərdim.  
Araya  çökmüĢ  dərin  sükutu  Eyvaz  yerindən  durub 
özünü düzəldərək sağollaĢaraq pozdu.  
Qapını açıb çölə çıxanda Gülnazla Nərgizin oturub onu 
gözlədiklərini gördü. BaĢı ilə gedək iĢarə elədi. Gülnaz nə 
dedi? sualı  ilə ona baxırdı. Eyvaz danıĢarıq deyərək yola 
verdi.  


23 
 
MaĢını  iĢə  salıb  dostunun  evinə  gedərək  çantalarını 
götürmələrini  dedi.  Artıq  hər  kəs  həkimin  qərarını 
anlamıĢdı. Eyvazın nəsə deməsinə ehtiyac yox idi.  
Sabahı  gözləmədən  hazırlaĢıb  maĢına  minərək  yola 
düĢdülər.  Qalıb  ev  sahiblərinə  narahatçılıq  vermək 
istəməyirdi. Həm də RövĢəni tək buraxıb gəlmiĢdilər.  
Eyvaz  dostu  ilə  dərdləĢərkən  özünü  tuta  bilməyib 
ağlamıĢdı. Gözlərindən  yaĢ axa –axa burnunu çəkir, mən 
çox pis atayam deyirdi.  
Dostu nə qədər onun günahının olmadığını, həkimlərin 
belə aciz qaldığını, edəcəkləri heç bir Ģey olmadığın desə 
də,  Eyvaz  onu  eĢitmək  istəməyirdi,  elə  hey  eyni  sözləri 
təkrar edirdi.  
YaxĢı  ata  olsa  idi,  ailəsini  atıb  iĢləmək  üçün  getməz, 
onların  yanlarında  olardı.  Qızına  da  heç  kəsin 
toxunmasına izn verməzdi – deyə, düĢünürdü.  
Həkimin  gözlərinin  düzəlməsi  üçün  sağlam  göz 
lazımdı deməsi ilə öz gözlərini çıxartıb sevə - sevə qızına 
verəcəyini  ağlayaraq  deyirdi.  Gözündən  axan  göz  yaĢları 
üzündə quruyurdu.  
DüĢünürdü.  
OLANLARDA  BĠR  XEYĠR  OLA  BĠLƏRDĠMĠ? 
BƏLKƏ, DƏ ALLAH BELƏ ĠSTƏYĠB?!  
Kim bilir, bəlkədə... 
 
 
Beşinci hissə 
 
Atasının Nərgizi aparmasından sonra nənəsi və babası 
ilə  yaĢayan  RövĢən  bütün  günü  bacısını  fikirləĢir 
sağalması  üçün  dualar  edirdi.  Öz  -  özünə  söz  verirdi  ki, 
bacısının  gözləri  görsün  bir  daha  onla  dalaĢmayacaqdı, 
həmiĢə onun dediyini edəcəkdi, onu üzməyəcəkdi. 
Fikirdən  yeməkdə  yemir,  dərsləri  ilə  də  məĢğul  ola 
bilməyirdi.  Nənəsi  güclə  gündə  bir  dəfə  yemək  yedizdirə 
bilirdi.  Polislərin  gəldiyi  gündən  sonra  isə  onu  həyəcan 


24 
 
bürümüĢdü.  Bilirdi  ki,  gəlib  tapacaqlar.  Onun  etdiyi 
məlum olacaq.  
Görəsən onu türmədə necə həyat gözləyirdi? Kinolarda 
orada adamlara iĢgənclər verdiyin görmüĢdü. Hər Ģeylərin 
özləri  edirdilər.  Görən  məni  də  elə  edəcəklər?  –  deyə 
həyəcandan  nə  edəcəyin  bilməyirdi.  Evindən,  atasından, 
anasından  uzaq  olacaqdı.  Artıq  ona  istədikləri  yeməyi 
biĢirən olmayacaq, səhər tezdən döyərək oyadılacaqdı. 
Fikirlər  o  qədər  beyninə  yerimiĢdi  ki,gecələr  kabuslar 
görməyə  baĢlamıĢdı.  Polislərin    gəlib  onu  qandallıyıb 
apardığını, anasının ağlayaraq nə etdin, sən oğul, dediyini, 
atasının  kinli  baxıĢı,  bacısının  mənim  həyatımı  sən 
əlimdən aldın, niyə elədin, qardaĢ? – səsləri ilə hər səhər 
qorxaraq oyanırdı.  
Nərgizin  sağalması  onu  həm  vicdan  əzabından 
qurtaracaqdı,  həm  də  onun  türməyə  düĢməsinin  qarĢısın 
alacaqdı.  Nənəsi  sabah  gələcəklərini  deyəndə  RövĢən 
Nərgizi soruĢdu. 
Həkimin  nə  dediyin  soruĢsa  da  cavab  ala  bilmədi. 
Çünki, nənəsi də nə dediyin bilməyirdi. Sabah dərs günü 
olmadığından  bütün  günü  evdə  oturub  onları  gözlədi. 
MaĢını  görən  kimi  isə  tez  özünü  çölə  atdı.  Anasının  və 
atasının üzgün görən RövĢən yaxĢı xəbərlə gəlmədiklərin 
anlamıĢdı. 
Gülnazın,  bacına  kömək  elə  içəri  keçsin,  deyərək 
onunla elə - belə salamlaĢması onu əmin etmiĢdi.  
-Necəsən? Sıxılmadın ki burada? – RövĢənin qolundan 
tutaraq irəliləyən Nərgiz dedi.  
-Biraz.  
-Məndə    səndən  ötrü  darıxmıĢdım.  Gedərik  birazdan 
evimizə.  
-YaxĢı.  –  deyərək  bacısının  qolundan  tutub  kresloda 
oturtdu. – nə istəyirsən gətirim?  
-Çay gətir.  
-Bir dəqiqə. – deyib qaçaraq ota 
qdan  çıxdı.  Heç  bir 
dəqiqə  belə  keçməmiĢdiki,  əlində  bir  fincan  çayla  içəri 


25 
 
girdi.  –  Ģəkər  atıb  qarıĢdırmıĢam  deyib  içməyinə  kömək 
elədi.  
Bu  an  nənəsigildə  gəldilər.  –  bacısından  ötrü  necə 
darıxmıĢdı  bir  görsəniz.  Yemək  belə  yedirə  bilməyirdim. 
Gözü qalmıĢdı elə heyy yolda.  
Gülnaz  gəlib  RövĢəni  qucaqlayıb  öpdü.  –  nənənin 
sözündən çıxırdın hə? 
-Yox, yox. Heç nadinclik eləmədi.  
-Get paltarlarını hazırla, birazdan evimizə gedəcəyik. 
-Hara  tələsirsiz?  Hələ  bir  oturun  yemək  yeyin  sonra 
gedərsiz. Ev qaçmır ki. – Validə dedi. 
RövĢən  qalxaraq  paltarlarını  yığması  üçün  otağına 
getdi.  
-Validə  xala,  telefonda  polis  demiĢdiniz,  nə  məsələdi. 
BaĢım  qarıĢıq  idi  deyə  düz  əməlli  baĢada  düĢmədim.  – 
Eyvaz üzünü qaynanasına tutaraq dedi.  
-Aa bala, siz gedəndən sonra polis gəlib ki, hadisə necə 
olub  araĢdırsın.  Yəqin  xəstəxadan  göndəriblər.  Dedikki, 
Bakıya  getmisiniz.  Çıxıb  getdilər,  dedilər  ki,  gələn  kimi 
gəlsinlər polis Ģöbəsinə.  
-Həə.  YaxĢı  sabah  gedərəm.  Tapsınlar  o  ...  –  susdu.  – 
özüm tapsam bilirəm ona nə edəcəyimi də.  
-BaĢa  düĢmürəmdə.  Kim  nə  istəyər  bizdən?  Kimlə 
düĢmənçiliyimiz olub ki? 
-Bir  bilsəm.  Kimin  ayağına  daĢ  atmıĢamda    hesabın 
gəlib  məndən  deyildə  qızımdan  çıxar.  Nə  qazandı  bunu 
eləməklə? 
-Deyəcəm  ki,  qonĢulardan  kimsə  edər...  günahların 
almaq istəməyiəm. Niyə eləsinlər ki?  
Ortalığa  çökən  sükutu  Validə  xanım  pozdu.  Ayağa 
durub  yeməyin  hazır  olduğun  indi  süfrənin  quracağın 
dedi.  Gülnazda  anasına  kömək  etmək  üçün  onun  ardıyca 
getdi.  
Yeməklərini  yeyib  evə  getmək  üçün  maĢına  mindilər. 
Evləri yaxın olduğundan yol boyu heç kəs danıĢmadı.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə