SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə1/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
  1   2   3   4   5   6   7   8   9   ...   98


______________Milli Kitabxana_______________ 

 



 


______________Milli Kitabxana_______________ 

 



 

SƏMƏD VURĞUN

 

 

 



SEÇİLMİŞ   ƏSƏRLƏRİ 

 

 

BEŞ   CİLDDƏ

 

III CİLD 

 

 

 

"ŞƏRQ-QƏRB"       

 

BAKI-2005



 


______________Milli Kitabxana_______________ 

 



Bu kitab "Səməd Vurğun. Əsərləri. Yeddi cilddə. III cild"  

(Bakı, Elm, 1986 ) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 

 

Tərtib edəni:  

 

Aslan Salmansoy 

Redaktoru:  

 

Aybəniz Vurğunqızı 

 

 



894.361 - dc 21 AZE 

Səməd Vurğun. Secilmiş  əsərləri. Beş cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2005, 

424 səh. 

Xalq şairi Səməd Vurğun yalnız dili, ifadə tərzi, üslubu etibarilə deyil, düşüncəsi, 

təfəkkürü etibarilə  də  məhz Azərbaycan  şairidir. Vurğun yaradıcılığının tarixi 

əhəmiyyəti özünü bir də onda göstərir ki, XX əsrin ortalarından başlayaraq 

Azərbaycan poeziyasında böyük bir məktəb - Səməd Vurğun məktəbi formalaşıb 

inkişaf edir. 

Seçilmiş  əsərlərinin III cildinə ölməz  şairin poemaları, o cümlədən Vurğun 

istedadının, poetik təfəkkürünün  əsl miqyasını  və möhtəşəmliyini göstərən 

"Komsomol" poeması, "Bəsti", "Bakının dastanı", "Muğan", "Aygün" kimi şah 

əsərləri daxil edilmişdir. 

Təbiətin bütün ömür boyu şeir demək istedadı qismət elədiyi Səməd Vurğunun 

poetik nəfəsi o dərəcədə  nəhayətsizdir ki, hər poema qurtaranda onun bitdiyinə 

inanmaq olmur. Çünki bu əsərlərdən hər birinin qurtardığı yerdə poetik nəfəs daha 

çox açılır. Təb və genişlik hüdud bilmir, sərhəd tanımır. 

Sözün həqiqətini almaq üçün min cürdən birini yazdığındandır ki, yazanda 

yaşayan Vurğunun bitib-tükənməz ilhamdan yaranan sözləri bu qədər işıqlıdır. 

 

 

ISBN 9952-418-46-6 



© "ŞƏRQ-QƏRB", 2005 


______________Milli Kitabxana_______________ 

 



 


______________Milli Kitabxana_______________ 

 



 

POEMALAR 


______________Milli Kitabxana_______________ 

 




______________Milli Kitabxana_______________ 

 



KOMSOMOL POEMASI 

 

QIŞ GECƏSİ 

 

Ayazlı, şaxtalı bir qış axşamı  

Yeddi yoldaş olub yola düzəldik,  

Qarlarla örtülü bir düzə gəldik;  

Ayazlı, şaxtalı o qış axşamı,  

O, ay dediyimiz göylərin şamı  

O qarlı düzlərə baxıb yanırdı,  

Yolçular getdikcə yol uzanırdi... 

 

* ** 


 

Bəxtiyar qabaqda quş kimi səkir,  

Murad bir tərəfdə papiros çəkir,  

Cəlal da zil səslə deyir bayatı,  

Tutub qışqırığı bütün elatı.  

Gecənin qoynunda bir zümzümə var,  

Ən arxadan gələn xəstə Şahsuvar  

Tövşüyə-tövşüyə durub bağırır, 

- Bir 

dayanın! - deyib bizi çağırır. 



Qüvvəsi qalmamış artıq yeriyə, 

Tələsik fırlanıb döndük geriyə

Aldıq ortalığa Şahsuvarı biz, 

Zəif qollarından tutub ikimiz: 

"Aya, yorulmusan, gəl otur!" - dedi 



Ancaq o yenə də dayanmış dimdik 

sanki bir taxta, - 

İşləmiş qanına bu quduz şaxta.  

Qalın dodaqları gömgöy kəsilir,  

Canından istilik uçub əskilir.  

Taqəti yoxdur ki, bir söz söyləsin,  

Təbibsiz, davasız xəstə neyləsin?  

Buludlar oynadı, gecə qaraldı,  

Gecənin gizli bir həsrəti vardı... 

  



______________Milli Kitabxana_______________ 

 



Gəzdi qaranlığı barmaqlarımız,  

Sadə biyanlardan döşürüb dərdik;  

Qarların üstündə tonqal qalayıb,  

Xstəni tonqalın yanına sərdik.  

Canına keçdikcə odun istisi  

Qolları tərpənir, qımıldanırdı,  

Bu sadə tonqalın yaşıl tüstüsü  

Gecənin qoynunda dumanlanırdı... 

Uzaqdan birisi - ruzgar qanadlı, 

Gəlir baş götürüb işığa doğru. 

Dedik, kim olmalı bu vaxtsız atlı? 

O bəlkə quldurdu, bəlkə də oğru! 

Hər halda ehtiyat gərəkdir - deyə, 

Bəxtiyar tüfəngi doldurub qalxdi, 

Zilləyib gözünü bir az da baxdı. 

O, ilk gülləsini boşaltdı göyə, 

Hər halda ehtiyat gərəkdir - deyə. 

- Ay Allah bəndəsi, nə oldu sana! 

Bir kim olduğuınu xəbər alsana! - 

Dağıldi atlının bu qışqırığı, 

O can qorxusunun can hıçqırığı... 

Bizsə çaxnaşaraq, dedik: - Bir dayan! 

Bəlkə bizimkidir o gələn insan... 

Qoy bais olmayaq onun qanına. 

Bəxtiyar tüfəngi saldı yanına.  

Atlı çaparaq, yoldan saparaq, 

Gün batan tərəfə çapdı atını, 

Üfüqlər gizlətdi o qaraltını... 

 

ATIŞMA 

 

Açıldı bir zaman sabahın gözü,  



Göründü dağlarda günəşin üzü.  

Qışın səhərində bu qarlar düzü 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə