SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə12/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   8   9   10   11   12   13   14   15   ...   98

______________Milli Kitabxana_______________ 

50 


 

Göylərin aynası ləkəsiz durur,  

Xilqətin ən dərin mənası budur.  

Humay pəncərədən baxır dışarı,  

Ağarır süd kimi dağların qarı... 

 

İLK GÖRÜŞ 

 

Bəxtiyar, məni də komsomola yaz! – 



Deyib sükut edir alagöz Gülzar.  

Qızı dinlədikcə bizim Bəxtiyar  

Titrəyir qəlbində sədəfli bir saz... 

 

Başını köksünə dayamış Gülzar,  



Mənalı gözləri göl kimi laldır.  

O məsum baxışlar bəlkə xəyaldır...  

Gözlə görünməyən bir aləmi var. 

 

Qəhrəman Bəxtiyar nədənsə donmuş,  



Eşqin şərbətini dadmışdı o da.  

Tutulmuş varlığı yanar bir oda,  

Qəlbinin başında çırpınır bir quş... 

 

Məhəbbət böyükdür əzəldən bəri,  



Həyat aşıqidir eşqi bilənlər.  

Anar həsrət ilə keçən günləri  

Sevib yaşayanlar, sevib ölənlər. 

 

Məhəbbət dediyin təbiətdədir,  



Təbiət özü də məhəbbətdədir. 

 

Ey könül beşiyi - böyük məhəbbət!  



Sənin də qədrini bilməyənlər var.  

Varlığa daş kimi, kəsək kimi sərt.  

Bir insan eşqilə gülməyənlər var. 

 

Nə çoxdur gördüyüm qoca dünyada  



Söz verib, söz alıb, söz unudanlar

  

 




______________Milli Kitabxana_______________ 

51 


 

Görəsən vicdanı salırmı yada  

Eşqin mənasını ucuz tutanlar?! 

 

Varmı sevməyənin bir istiqbalı,  



Həyat da sərsəmin üstünə gülər.  

Gün keçər, ağarar saçı-saqqalı,  

Çöldə qurd-quş kimi yuvasız ölər. 

 

Böyük yaranmışdır əzəldən insan,  



Məhəbbət adlanır şirin neməti.  

Eşqin meyvəsidir hər yeni dastan,  

Duyanlar yaradır şeri, sənəti. 

 

Canan sığal vurub çıxır otaqdan,  



Nə gözəl yaraşır bu gediş ona.  

Könül arxasınca uçur budaqdan,  

Yollar da fəxr edir yarandığına. 

 

Gəl, gəl kəklik kimi qıqqıldaşaraq,  



Dəysin bir-birinə qaymaq dodaqlar.  

Getmə gözdən uzaq, könüldon iraq,  

Sənin də qəribə qəmzələrin var... 

 

Yaxşı, özün söylə, bunda nə varmış,  



Ömürlük bir eşqin yolçusuyuq biz.  

Müqəddəs qoynunda çiçək açır qış...  

Ayrılmaz birləşən dost əllərimiz,  

Ömürlük bir eşqin yolçusuyuq biz... 

 

* * * 


Bir yaz sabahıdır, gəl çıxaq yola  

Ceyran sürüsüylə düzə qaçanda.  

Nə xoşdur tutuşub gəzsək qol-qola  

Reyhanlar ətrini yola saçanda.  

Unutma, sevgilim, indi bahardır,  

Baharla gəncliyin bir qəlbi vardır. 

  

 



______________Milli Kitabxana_______________ 

52 


 

Odur, kölgəsi var iydəliklərin,  

Ərinmə, sevgilim, dur gedək vaxtdır.  

Açaq sinəmizi biz sərin-sərin,  

Yarpaqlar dil açıb danışacaqdır. 

 

Ah, mən aşiqiyəm gözəl baharın,  



Baharda çağırır çiçək çiçəyi.  

Çəmən döşəyidir sevdalı yarım,  

Ona layla deyir səhər küləyi. 

 

Bahardır beşiyi şerin, sənətin,  



Gözüm hər bulaqdan su içməmişdir.  

Sənət söylədiyi ilk məhəbbətin  

Üstündən hələ də qış keçməmişdir. 

 

Eşqsiz yaşayan donuq bir insan  



İçini qurd yemiş boş bir ağacdır.  

Əsrlər dolanır, dəyişir zaman,  

Məhəbbət əbədi bir ehtiyacdır. 

 

Qafil! Dolanma gəl eşqdən kənar,  



Ən böyük musiqi canan səsidir.  

Eşqin şirin-şirin şərbətləri var.  

Ömür məhəbbətin ilk meyvəsidir. 

 

Eşqin rüşeymi var canlı varlıqda,  



Ondan mayalanır çocuğun qanı.  

Məhəbbət olmayan bir məzarlıqda  

Qurd kimi parçalar insan insanı. 

 

Misalmı göstərim, Hitleri düşün,  



Onda nə məhəbbət, nə vicdan vardır.  

Gözəl duyğulardan uzaq o düşkün  

İnsan paltarında bir canavardır. 

 

O, sevə bilsəydi öz övladını,  



Körpə balaları yetim qoymazdı.  

Bilsəydi həyatın şirin dadını,  

Həyat deyənləri diri soymazdı. 



______________Milli Kitabxana_______________ 

53 


 

  

Qulaq as, sevgilim, qulaq as, bu dəm  



Açıldı fikrimdə bir yeni aləm:  

Asılmış Leninin əksi divardan,  

Baxır gözlərimə böyük bir insan.  

Günəş də qızınır bu ilk baharda,  

Gör nələr duyuram o baxışlarda:  

Onun gözlərində gülür min bahar,  

Murada çatmışdır bütün arzular,  

Onun dühasilə yaşayır Vətən.  

Min illik gələcək bir məsafədən  

Böyük bir aləmə çağırır bizi...  

Leninə bənzədək iradəmizi!  

Gör bizim dünyamız nə bəxtiyardır!  

Leninə bənzəsin hər duyan ürək.  

Onun gözlərində bir çeşmə vardır,  

İnsanlıq eşqini biz ondan içək. 

 

Dünən bir duyğusuz soruşdu məndən: " –  



Nə çox məhəbbətdən dəm vurursan sən  

Hər şey ki, dünyada dəyişir, dönür,  

Məhəbbət, sədaqət gülünc görünür..."  

Dedim ki, vəz etmə fəlsəfələrdən,  

Alim paltarında gülməlisən sən!  

Yaxşı bilirəm ki, təbiət dönür,  

Varlıq hər baxışda yeni görünür.  

Lakin təbiətin öz qanunu var,  

Meyvəni vaxtında tökür ağaclar.  

Aldada bilməmiş dünyanın varı  

Bir məslək eşqilə yaşayanları.  

Gətir xatirinə Babəki bir dəm,  

Yarandı dağların dərdinə həmdəm,  

O, ellər eşqilə gündə boy atdı,  

Ellər zümzüməylə onu oyatdı.  

Qılınclar, nizələr keçdi döşündən,  

Cəllada can verən dilində Vətən.  

Lakin unutmadı Babəki dağlar,  

Tarix sevənləri gözündə saxlar. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə