SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   9   10   11   12   13   14   15   16   ...   98

______________Milli Kitabxana_______________ 

54 


 

Getsə bir qapıdan eşqin ayağı,  

Saralar bağçası, tökülər bağı, Qafıl!  

Bu sualın kimə gərəkdir? – 

Get ürəkdən soruş, sevən ürəkdir. 

Gətir xatirinə "Leyli-Məcnunu",  

O dastan qalacaq tarix uzunu.  

Ağladı Leylinin gözündə göllər,  

Açdı qucağını Məcnuna çöllər.  

Bəllidir Şirinin çal-çarpaz dağı,  

Fərhad məhəbbətlə uçurdu dağı.  

Məhəbbət hər zaman ötən bir quşdur,  

Demə bu dastanlar uydurulmuşdur.  

Nə olursa olsun... Bunlarda qan var.  

Yaşayan, çırpman, sevən insan var.  

Getsə bir qapıdan eşqin ayağı  

Saralar bağçası, tökülər barı.  

Budur bax, az qalmış yenə səhərə,  

Düzürəm sözləri mən sətirlərə.  

Qızarır dan yeri ürəyim kimi,  

Qəlbimlə bir vurur səhərin qəlbi.  

Yanır yaqut kimi sakit üfüqlər,  

Açır qucağını sevdalı səhər.  

Mənə ilham verən bu saf təbiət  

Deyir: bu dünyada qalacaq sənət,  

Utansın, söyləyir sevdalı səhər,  

Şeir dünyasında işsiz gəzənlər!..  

Sökülür dan yeri, göy xumar-xumar,  

Sənətin eşqilə gülsə sənətkar  

Tükənməz ilhamı, tükənməz sözü,  

Məhəbbət yaranmış sənətin gözü.  

Getsə bir qapıdan eşqin ayağı,  

Saralar bağçası, tökülər bağı.  

Qulaq as, başlanır bir yeni dastan,  

Mənimlə yanaşı bizim otaqdan  

Gəlir qulağıma qızımın səsi,  

Başlanır səhərin uşaq nəğməsi. 

  



______________Milli Kitabxana_______________ 

55 


 

Günəşin eşqilə oyanmış pəri  

Baxır, xumar-xumar körpə gözləri.  

Məsum uşaqlığın öz aləmi var:  

Oynayır xırdaca əllər, ayaqlar.  

Zərif dodaqları güldən qırmızı,  

Bu azad aləmin qayğısız qızi.  

Baxır pəncərədən günəşə sarı,  

Nəsə pıçıldayır gül dodaqları...  

Onun xəyalında dünya bir rəngdir,  

Elə bil hər şeydən süd əməcəkdir.  

Odur bax, gözləri birdən süzülür,  

Gizli bir aləmlə oynayır, gülür.  

Kəşf edə bilməmiş alimlər bunu,  

İnsan varlığının ilk duyğusunu.  

Lakin gözləri var mədəniyyətin,  

Şüur açandır bütün xilqətın;  

Açacaq dünyanı o, varaq-varaq.  

İnsan yeni-yeni ilham alacaq.  

O vaxt bilinəcək ulduzun sayı,  

Seyrə gələcəyik günəşi, ayı,  

Qardaş olacaqdır min bahar, min qış,  

Gələcək aləmə indidən alqış!  

Bəlkə də o mənim qızım olacaq,  

Eləysə şairin taleyinə bax!  

Bu qız, vicdanımın doğma səsidir,  

Bu mənim eşqimin ilk meyvəsidir.  

Getsə bir qapıdan eşqin ayağı,  

Saralar bağçası, tökülər bağı. 

Məhəbbət böyükdür əzəldən bəri,  

Həyat aşiqidir eşqi bilənlər,  

Anar həsrət ilə keçən günləri  

Sevib yaşayanlar, sevib ölənlər. 

Vaqif! Yenə də sən yadıma düşdün,  

Titrədi qəlbimin incə telləri.  

Sənin salamını çatdırır hər gün  

Bəxtiyar yurdumun səhər yelləri. 



______________Milli Kitabxana_______________ 

56 


 

Böyük bir eşq ilə yaşadın sən də,  

Şerin sığal vurdu al yanaqlara;  

Gəlinlər kişilik duyduqca səndə,  

Bir istilik keçdi gül dodaqlara. 

 

Ümid bağlamadın göydə mələyə...  



Dedin ki, yer qızı ondan gözəldir.  

Dedin ki, hurilər çatmaz köməyə,  

Meyvəsiz xəyallar ömrü gödəldir. 

 

Bilirəm, doğrudan ər oğlu ərsən,  



Ömür keçirmədin nisyə dalınca...  

Əlindən şikarı buraxmadın sən  

Ölüm kölgəsini yerə salınca; 

 

Elin kəlağaylı gözəl gəlini  



Sındırıb süzəndə əlində dəsmal,  

Uzatdın ona sən şair əlini,  

Dedin: - loğmanı da bir yadına sal! 

 

Dalınca söyləndi bir şair dünən:  



"Vaqif zövq alırmış qız buxağından".  

Sən də öz vaxtında bu şairlərdən  

Bir bölük qovmusan öz otağından. 

 

Yaşamaz eşqsiz, ruhsuz sənətkar,  



Onun varlığı da quru sümükdür;  

Onun nə kölgəsi, nə meyvəsi var,  

Həyatın boynunda bir artıq yükdür... 

 

- Bəxtiyar, məni də komsomola yaz! – 



Deyib sükut edir alagöz Gülzar.  

Qızı dinlədikcə bizim Bəxtiyar  

Titrəyir qətbində sədəfli bir saz. 

 

Yoxdur gözəllikdə Gülzara əvəz,  



Almış ilk baxışla o, Bəxtiyarı. 

  



______________Milli Kitabxana_______________ 

57 


 

Sevgisiz, ilhamsız yaşaya bilməz  

Sevən bir şairin qəhrəmanları.  

Getsə bir qapıdan eşqin ayağı  

Saralar bağçası, tökülər bağı. 

 

NOVRUZ BAYRAMINDA 

 

Şaxta qılıncını qoymuşdur qına,  



Yazın qüdrətinə təslim olur qış.  

Yer tumar versə də öz sağrısına  

Ağaclar dirçəlib çiçək açmamış.  

Qara yel gah əsir, gah da dayanır,  

Hələ də evlərdə buxarı yanır. 

Yağışlar çoxalır, göllənir sular,  

Qamış da göyərir canı var kimi.  

Dağların döşündə qar zolaq-zolaq  

Ağarır gecələr çadirlar kimi. 

Göydə ağ buludlar, qara buludlar  

Cıdırda qızışan köhlənlər kimi  

Gah qaralar keçir, gah da ağ atlar.  

Bəzən də döş-döşə gəldikcə onlar  

Kişnəşib aləmə qışqırıq salır,  

Elə bil döyüşdür... düşmən atlılar  

Üz-üzə gəldikcə göy təbil çalır. 

Hələ toxtamamış beyni qan bahar  

Kamala dolmamış bir cavan kimi:  

O tez acıqlanır, tez də yumşalır,  

Ürəyi tutmayır bir yerdə qərar,  

Hələ toxtamamış beyni qan bahar... 

Gah qara geyinir əyninə göylər  

Oğluna yas tutan bir ana kimi;  

Gözünü yummayır, onun dərdi var,  

Ağlayır lap günəş doğana kimi. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə