SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə15/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   11   12   13   14   15   16   17   18   ...   98

______________Milli Kitabxana_______________ 

62 


 

Elə bil dünyaya gələndən bəri 

O, nə dərd görmüşdür, nə də ki, bir qəm, 

Elə bil günəşdir o gözəl pəri - 

Onun gülüşündən yaranmış aləm... 

 

QANLI ÇADIR 

 

Qalın meşələrin arasında şən,  



Üstündə şahinlər dolaşıb gəzən  

Bir dağın üstündə çadır qurulmuş,  

Üstündə daima qanad çalır quş...  

Onun bıçaq kimi iti daşları  

Bir qaya şəklində göylərə sarı  

Qaldırıb başını səcdəyə dalmış,  

Orda boranlıdır ağ geyimli qış...  

O dağın dumanlı, çiskinli başı  

Açmamış gözünü günəşə qarşı...  

Onun yarandığı bir qara gündə  

Buludlar gözünü sıxmış üstündə...  

Odur, döşündəki qaynar bulaqlar  

O keçən günlərə xatirə saxlar.  

Nə təyyarə gücü, nə tiren səsi,  

Nə də ki, insanın mübarizəsi  

Keçməmiş o dağın yanından belə,  

İnsan ayağını basmamış hələ,  

Qarlı zirvəsinin vüqar yerinə,  

O çovğun yerinə, o qar yerinə...  

Adam boyundakı yaşıl otları,  

Seyrək dumanları, boz buludları  

İnsanın fikrini götürüb yerdən  

Göyün boşluğuna qaldırır birdən.  

Dağın bir dumanlı keçmişi vardır,  

Babalar yurdundan bir yadigardır.  

Mən onu sevsəm də, sevməsəm də, bil,  

Tarix o dövranı qaytaran deyil.., 



______________Milli Kitabxana_______________ 

63 


 

Deyirlər bu dağın ətəklərindən  

Korək dəstəsilə yerıyib hərdən  

Bulaqlar başında qurban kəsərmiş,  

Bəylər, mülkədarlar tir-tir əsərmiş  

Elin böyütdüyü o qəhrəmandan - 

Bu bir xatirədir, keçən zamandan.  

Mən onu sevsəm də, sevməsəm də, bil,  

Tarix o dövranı qaytaran deyil...  

"Qaçaqlar dağıdır bu dağın adı,  

Ozündən ayrılır qolu, qanadı.  

Bu dağ düşündürür arabır mənı,  

İndi Gəray bəyin olmuş məskəni.  

Toplayıb başına öz dəstəsini,  

Dinləyir suların hirsli səsini.  

O səsdən ürəyi qüvvətə gəlir;  

Hər gün dəstəsini yoxlayır bir-bir.  

Hər kimdə əyrilik, yalan taparsa,  

Hər kimə azca bir şübhəsi varsa,  

Bir güllə çaxaraq onun başına,  

Göstərir gücünü yar-yoldaşına... 

Budur, Gəray bəyi axtarıb bulan, 

Qəlbinin, nəfsinin dustağı olan, 

Sevdalar düşkünü, komsomol Cəlal - 

Dünyanın qeydindən küsən bir xəyal 

"Mərhəmət!" - deyərək yenə inləyir, 

Cəlal danışdıqca Gəray dinləyir. 

- Gəray bəy, yazığam, zavallıyam mən... 

Sizin yanınıza məni gətirən 

Böyük bir qüvvətdir, adı – məhəbbət; 

Yaradıb, yaşadan insandır, əlbət! 

Bu işdə vicdanı əsirgəmə sən, 

Atalıq haqqını əsirgəməsən, 

Humay xoşbəxt olar. 

Nə zamandı biz  

Sevişdik and içib, birdir qəlbimiz. 




______________Milli Kitabxana_______________ 

64 


 

- O 


halda 

mən kiməm?.. 

- Atasınız siz! 

Humay tapşırdı ki, sizdən izinsiz  

Yaxşı söyləməzlər onun adına... 

Gəray bəy qızını salır yadına,  

Gözündə rəqs edir onun heykəli.  

Yanında samavar, çay tökür əli,  

Keçir xatirindən cahü-cəlalı:  

Sürüsü, ilxısı, naxırı, malı...  

Getdi süfrəsinin başında duran,  

Yoxsulun varını yeyib quduran,  

"İgidlər məclisi", o toy, o mağar...  

İndi Gəray bəyin özgə halı var.  

O dövran, o büsat çıxmış əlindən,  

"Taleyin, qismətin gəlha-gəlindən"  

O indi uzaq... Hər şeydən qabaq  

Onu yandıran 

Budur ki, bu dəm 

Çalpapaq Kərəm  

Minib Gəray bəyin Ərəb atına,  

Sürəndə səs salır yerin altına... 

Oxucu, bəlkə sən 

Özün bilirsən 

Ki, bizim yerlərdə bir papaq, bir at,  

Bir də hər kişinin aldığı arvad  

Namusdan sayılır... 

O qansız ürək  

Gizli bir eyhamla gülümssyərək: 

- Cəlal! İki qılınc bir qına sığmaz, 

Bütün vəziyyəti ölçüb biç bir az... 

- Doğrudur, döyüşdə səninlə bəzən 

Qoç kimi üz-üzə vuruşmuşam mən, 

Gəl, üzə vurma heç o zamanları, 

Tarix yaradırkən qəhrəmanları 

Cəbhələr ayrılır,bil ki, əvvəldən, 

Xatalar baş verir hər vuran əldən... 

  



______________Milli Kitabxana_______________ 

65 


 

Cəlal dəyişmişdir, Cəlai tutqundur,  

Xəyalı dağınıq, fikri uçqundur.  

Ac insanlar kimi qəlbi qırılır,  

Gözündə çarpaşıq yollar ayrılır.  

Nədir düşündürən bu qədər onı?  

Həyatın, sevginin, taleyin sonu!  

Cəlalın ağzında dolaşır sözü,  

Çünki, düşməninə əyilir özü.  

Əyilir yel qırmış ağaclar kimi,  

Əriyib tökülür dağda qar kimi.  

Düşünür:"Şübhəsiz bir zaman gələr,  

Tarixdən silinər mübarizələr.  

Bu qanlı cəbhələr, qanlı silahlar,  

Boğuq hıçqırıqlar, dumanlı ahlar  

Bütün varlığıyla bir heçə dönər,  

Dünya başdan-başa təzə görünər,  

Uçar buludlarda insan duyğusu...  

Bəlkə də bir şirin əfsanədir bu?!"  

O, artıq itirib düşüncəsini,  

Dinləyir suların sakit səsini.  

Ah! Onun nə dərdli nəzərləri var,  

Dərdinə xilqətdə təsəlli arar!.. 

Gəray bəy şirnikib bu düşkün hala,  

Yağlı dillər tökür vurğun Cəlala; 

- Oğul, mən bilirəm, sevdaya düşən 

İnsanlar ömrünü çürüdür bəzən; 

O dərdlə bir zaman mən də inlədim,  

Mən də aşıqlara baxıb dinlədim  

"Əsli və Kərəm"i, "Fərhad-Şirin"i,  

Böyük nağılların gündə birini...  

İnsanın ömrünü gödəldir onlar,  

Eşqdə acizlik və dəlilik var! 

- Gəray bəy, bunları söyləmək boşdur, 

Məncə həyat kimi sevgi də xoşdur... 

Yoxsa, unudulmuş faciələrdən 

Ehtiyatla deyib danışmaqda sən, 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə