SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə16/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   12   13   14   15   16   17   18   19   ...   98

______________Milli Kitabxana_______________ 

66 


 

Məqsədin bəllidir... 

Mən artıq cansız 

Bir daş parçasıyam, duyğusuz qansız...  

Keçdi o günlər ki, silahımla mən  

Atılıb qanlardan və cəbhələrdən  

Əyərdim qarşımda yüz min düşmənı,  

İndi dayanmışdır qəlbimin qanı.  

İndi döyüşlərdən doyub yoruldum, 

Özgə bir cəbhənin sakini oldum...  

Bu dərdlə vicdanım, ruhum didilir,  

İçimdə bir yazıq səs eşidilir.  

Duyan ürəkləri ağladacaq bu,  

Mən nəyəm?... Sonsuzluq, boşluq yolçusu!, 

Cəlal sözlərini bitirib qalxır,  

Dərin bir ah çəkib göylərə baxır.  

Açılır fikrində sonsuz üfuqlər,  

Orda ki, zərrəcə görülməz əsər  

Həyatdan, nəşədən, mübarizədən.  

Yalnız cilvələnib gülümsər bəzən  

Nazəninpərilər... varlığı şübhə,  

Gülümsər pərilər: uç, yüksəl deyə...  

O, artıq bir şüursuz,  

Onu boğur uğursuz 

Xəyalatın pəncəsi 

Təngimışdir nəfəsi.  

Anır "Şeyx Sənanı",  

Gəzir gözü dörd yanı, 

Odur, odur, bircə bax! 

Onlar uçub qalxaraq,  

Göyə doğru getdilər,  

Yerə nifrət etdilər...  

- Cəlal, Cəlal! 

Səni xəyal 

Odurki!.. 

Bu səsdəki bir qorxu  

Diksindirdi Cəlalı  

Bir az dəyişdi halı... 

  



______________Milli Kitabxana_______________ 

67 


 

Gecə yapıncısını geyib dayandı həmən,  

Buludları döşündən əmzik tutub süd əmən  

Bütün dağlar islanır, ormanlara səs düşür,  

Qayalıqlar dil açıb qumru kimi ötüşür.  

Göydə nə ay, nə ulduz...  

Üfüq qara, goy qara,  

İldırımlar şığıyır tərpənməyən dağlara,  

İşıq düşür arabir uzaqdakı yol üstə,  

Çadırlara toplaşır qaçaqlar dəstə-dəstə.  

Gecə sakit, gecə lal,  

Gecənin alnında xal.  

Çadırlardan aralı bir qayanın dalında  

Keşik çəkir birisi, yorğunluq var halında.  

Gözlərindən tokülür üç axşamlıq yuxusu,  

Onun da qəlbində var mübarizə qorxusu.  

Onun da fikri pozğun, ürəyi səksəkəli,  

Ömründə dincəlməmiş bu yollara gələli.  

Otuz ildir bu yolda saçlarını ağartmış,  

Bu tükənməz dərd ilə nə yaz bilir, nə də qış  

O gənc ikən axıdıb bir igidin qanını,  

Düşmənindən tez aldı atasının qanını...  

Anası da sevinib, "südüm halaldır", - deyə  

Aynalı saxlancını ona verdi hədiyyə.  

O gündon şücaəti ağıza, dilə düşdü,  

O zamandan bəridir, onunku belə düşdü...  

Arabir kəndə dönüb, qarışır insanlara,  

Nə yazıq ki, iş hara, qanun hara, o hara?..  

Ürəyinin başında çırpınır vəhşi bır quş,  

Qayalardan atılmaq ona bir adət olmuş.  

Yəhərləyib atını yenə qalxır yuxarı,  

Yoxuşlarda bərkimiş qüvvətinin vüqarı...  

Bəzən də qart fikirlər salınca gücdən onu,  

Özü də anlayır ki, bu yolun yoxdur sonu...  

Odur ki, şiş dağlara indi baxıb, "ah!" deyir,  

Fikri dolaşdığı vaxt "ya böyük Allah" deyir.  

O, indi bir keşikçi, sabah nişan alacaq  

Bəlkə də düşməninın gülləsi ondan qabaq  

Partlayıb bomba kimi dağılacaq başında. 

 



______________Milli Kitabxana_______________ 

68 


 

O neyləsin ömrünün bu ixtiyar yaşında?  

Bu dolaşıq fikirlər, bu qayğılar, sitəralər  

İçində od tutur o, açılmayır ki, səhər!..  

Ürəyində bu gecə soyuq bir iztirab var,  

Gözündə hər qaraltı gen qazılmış bir məzar...  

Gecə sakit, gecə lal,  

Gecənin alnında xal... 

Göydə nə ay, nə ulduz...  

Bütün dünya qapqara:  

İldırımlar şığıyır tərpənməyən dağlara.  

Çadırlar uyğudadır, yatanlar orda sayaq,  

Gəray bəyin yanında yalnız Cəlaldır oyaq;  

Dolaşıq qayğıların, fikirlərin dustağı,  

Azad qəlbə çətindir ömrün əsarət çağı.  

O yatmayır, quş kimi ayağından asılmış,  

Elə bil ki, üstünə tökülür qarlı bir qış.  

Yapışıb əllərilə başının saçlarından  

Didişdirir yun kimi, beyninə sıçrayır qan.  

İnsan ki ot parçası, insan ki bir bədəndir,  

Bu fəlakət, bu ağrı, bu göz yaşı nədəndir?!  

Onda nə sirr var ki, sonsuzdur duyğuları.  

Uzun müddət sönməyir ürəyinin ilqarı... 

 

Səhərdir, günəşlə rəngi qırmızı, 



Xilqətin o gözəl, o dilbər qızı 

Açıb camalını dağlara sarı. 

Otların üstündə şeh damarları 

Ağ almazlar kimi parlayıb durur. 

Tərlan yuvasından qopub qıy vurur.  

Dumanlar dağılır ətrafa qat-qat,  

Arabir kişnəyir hörükdəki at  

Gəray bəy yuxudan oyanıb vaxtsız.  

Çadırdan aralı gəzinir yalqız.  

Tökülmüş yenə də qaşı, qabağı,  

Söylənir: "Sinəmə çəkilən dağı  

Dağlara yukləsəm, altında qalar..."  

Bu son şikayəti dinləyən dağlar  

Döndərir dalını Gəraya tərəf. 

  



______________Milli Kitabxana_______________ 

69 


 

Onun gözlərində qayalar səf-səf  

Düzülmüş ordudan daha canlıdır;  

Orada hər bir şey əliqanlıdır...  

Dünəndən sifariş alan bir aşıq.  

Gözləri yuxusuz, fikri qarışıq,  

Dolama yollardan keçərək həmən,  

Çadırın yanına yetişdi birdən.  

Qaçaqlar toplaşıb onun başına,  

Bir ona baxdılar, bır yoldaşına.  

Aşığın yoldaşı sazdır əzəldən;  

O saz ki söz alır min bir gözəldən.  

Onda nə əyrilik, nə də ki, qan var,  

Hər zaman yaşayan bir həyəcan var.  

Ocaqlar çatıldı, kabablar bişdi.  

Məclisin ahəngi yenə dəyişdi.  

Oturdu diz-dizə qaçaqlar bütün,  

Çadırı doldurdu şərabla tütün...  

Gözlər qızardıqca qızdı məclis də,  

Cəlal sıxılırdı o yad məclisdə.  

Aldı sinəsinə sazını Vəli  

Simlərin üstündə gəzdikcə əli,  

Görək nə dedi: 

 

Ay ağalar, ay paşalar,  



Dərd başımdan aşdı yenə,  

Açıldı Tanrının gözü,  

Sellər, sular daşdı yenə... 

 

Dəyişdi şahların adı,  



Dünya rahat oturmadı,  

İnsan oğlu dinc durmadı,  

Düz yolunu çaşdı yenə... 

 

Sinəmə töksələr, barı,  



Quzeydə saxlanan qarı;  

Talan oldu elin varı,  

Aralıq çaxnaşdı yenə. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə