SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə18/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   14   15   16   17   18   19   20   21   ...   98

______________Milli Kitabxana_______________ 

74 


 

 

Yenə günəş də var, ay da var, göy də,  



Bunların altında gediş-gəliş də.  

Quyruqlu ulduzlar uçuşur göydə,  

Həyat yolundadır, insanlar işdə. 

 

Yenə də canlılar həyat yolunda  



Qatlanır ağrıya, hər fəlakətə.  

Bu qoca dünyanın sirri var bunda,  

Aparır insanı ilk səadətə. 

 

Yenə çiçəkləndi, quşların dəmi  



Duyan ürəklərin ilham ocağı  

Hər arzu, hər dilək ömrün həmdəmi  

Gəncliyin bəzəkli və dolğun çağı  

Bizə ümid verir, bizə can verir,  

Soyuq ürəklərə həyəcan verir. 

 

Humay ümidini kəsməmiş hələ.  



Həyata bağlıdır onun varlığı.  

Bəlkə bir quş kimi keçəcək ələ  

Alınmış taleyi, Bəxtiyarlığı. 

 

Bəlkə qayıdacaq onun Cəlalı,  



Cehizlər qurulub, toy başlanacaq?  

Bəzən bu niyyətlə gülür xəyalı,  

Ümid təsəllidir xəyala, ancaq. 

 

Bu gün nəşəlidir söylədiyim qız,  



Bir qızartı çöküb yanaqlarına.  

Sevinclə sahilə yüyürür yalnız,  

Daş-kəsək dolaşır ayaqlarına. 

 

O, yenə boylanıb sulara sarı,  



Ördək sürüsünü seyrə dalacaq.  

Dindikcə ormanın ağaclıqları,  

Quşların səsindən ilham alacaq. 



______________Milli Kitabxana_______________ 

75 


 

 

Baxıb gəmilərə gözilə bəzən,  



Keçən yolçuları ötürəcəkdir.  

Bəlkə, təsadüfən, bir gəlib-gedən  

Cəlaldan bir xəbər gətirəcəkdir. 

 

Suyu balıq kimi atla yararaq,  



Qızın qarşısına çıxır Bəxtiyar.  

Onun rəngindəki boğuqluğa bax!  

Yoxsa başında bir fəlakətmi var?! 

 

Humay həyatında birinci dəfə,  



Həyadan, ismətdən, namusdan kənar,  

Yüyürür Bəxtiyar gələn tərəfə  

Və sorur: - Cəlaldan bir xabərmi var? 

 

ACI XƏBƏR 



 

Bəxtiyar saxlayır atın başını,  

Zilləyir gözünü Humaya doğru.  

Hirsindən bozarır, çatır qaşını: -  

Sözümə baxmadı o zalım oğlu,  

Ona dəfələrlə söylədim ki, sən,  

Qurdu quzu bilib etibar etsən,  

Bir gün ara yerdə itəcək qanın  

Gözləri tutulur bəzən insanın...  

İnandı babana, inandı sana,  

Necəsin babandan xəbər alsana!.. 

İtil gözlərimdən qoçunun qızı  

Tovlayıb azdırdın sən o baxtsızı.  

Başımı bir vulkan dumanlandırır,  

Cəlalın ölümü məni yandınr... 

Ölüm! 


Bir ildırım sürətilə bax,  

Humayın başında şaraq-başaraq  

Bir gurultu qopur... Dizləri əsir

  



______________Milli Kitabxana_______________ 

76 


 

 

Canını bir qara üşütmə kəsir.  



Dolanır başına ağaclar, otlar,  

Yürüyür üstünə qara buludlar. 

- Bəxtiyar! Babamın qanı halaldır... 

Mənim ağladığım yalnız Cəlaldır, - 

Deyərək titrəyir, ürəyi gedir, 

Ömrü bir an üçün yazıq tərk edir. 

Bəxtiyar heyrətdə,.. 

Sıçrayır atdan. 

Sevgidən, nəşədən, sadə həyatdan  

Ayrılan talesiz bu dağlar qızı,  

Sakit səhərlərin bu dan ulduzu  

Onun gözlərində böyüyür birdən...  

Utanır Bəxtiyar dediklərindən.  

Darayıb ahımdan saçını bir-bir,  

Qızın sinəsinə soyuq su səpir.  

Gözündən süzülür damla-damla yaş,  

Sanasan acıyır bacıya qardaş.  

Bunu təsadüfən görən Mirpaşa  

Əllndə papağı qaçır birbaşa,  

Qaçır birnəfəsə kəndə çatmağa,  

Qaçır Bəxtiyara böhtan atmağa.  

Humay bir ah çəkir, gəlir özünə,  

Bir məzar görünür dünya gözünə

- Humay, 

özünə gəl! Bağışla məni, 

Artıq-əskik deyib incitdim səni. 

Bilmədim Cəlala vurulduğunu 

Sevdalı bir könül əfv edər bunu. 

- Bilirəm, Bəxtiyar, səni incidən 

Onun, o yazığın fəlakətidir. 

Cəlladlıq babamın bir adətidir. 

Bəlkə təqsırkaram doğrudan da mən... 

- Utanma, 

gəl bacım, gəl, gedək sizə, 

Gəl ötürüm səni öz evinizə 

"Gecə uzün, ay batmaz,  

Dərdlilər dərddən yatmaz". 

 



______________Milli Kitabxana_______________ 

77 


 

O vaxtdan bəridir Humayım mənim  

Təpədən dırnağa geyinmiş qara.  

Heyranam qızdakı bu duyğulara!..  

Gecələr anası yuxuya getcək  

Yazıq qorxa-qorxa çıxır dışarı. 

 

Yurdsuz və yuvasız yolçu kimi tək  



Dolaşır avara qaranlıqları.  

Yoxsa gecələrə sorğusumu var  

Bu sakit, bu geniş çöllər qızının? 

 

Neçin sualına dinməyir dağlar  



Ellər gözəlinin, ellər qızının?  

Şairim, qəlbini burax kənara,  

Böyük bir dünyadır, sən ondan danış. 

 

Yaxşı bax o sönən zəif fanara.  



Əsnəyir üstündə boranlı bir qış.  

Gecədir... Doqqazın yanında  

Humay Dayamış alnını soyuq şalbana.  

 

Soxulmuş buluda, görünməyir ay,  



Küləklər atını çapır dörd yana, 

Bu şaxta, bu külək, bu soyuq ona,  

İnanın, zərrəcə əsər etməyir.  

İndi peşimandır doğulduğuna,  

Qızın gözlərinə yuxu getməyir. 

Nədir istədiyi dilsiz gecədən?  

Baxın gözlərindən süzülən yaşa!  

Burda saatlarca dayanır nədən?  

Gecənin ürəyi döndümü daşa? 

Xayır! Təmərınası yoxdur həyatdan,  

Xilqətin küləyi, boranı, qarı  

Yağsa da duyğusuz bir kainatdan.  

Əyilməz Humayın şahin vüqarı... 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə