SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə20/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   16   17   18   19   20   21   22   23   ...   98

______________Milli Kitabxana_______________ 

82 


 

Sönür sevgilisiz, sönür sevgisiz,  

Asiman dolanır, asiman donür,  

Göylərin altında bir həyat sönür... 

 

Qaydadır, dünyadan yaxşı gedəndə  



Dost dəsmal götürər, düşmən açılar...  

Bəzən taleyimi düşünüb mən də,  

Deyirəm mənim də başımda bu var:  

Dost dəsmal götürər, düşmən açılar... 

 

O artıq cahanda bir quru addır,  



Susuram ruzgarın suallarına.  

Bu axşam, şairim, şerin azaddır,  

Təftiş komisyonu qalsın yarına,  

Susuram ruzgarın suallarına. 

 

Başının üstündə titrək əliylə  



Ağlayır ixtiyar, ağbirçək ana;  

Danışır ömrünün bu son gülüylə;  

"Mən ölüm... can bala... qıymaram sana..  

Ağlayır ixtiyar, ağbirçək ana. 

 

Humay anasının son beşiyidir,  



Sonbeşik üstündə əsir analar;  

Onun var-yoxudnr, ev-eşiyidir,  

Ananın yuxusuz gecələri var,  

Sonbeşik üstündə əsir analar. 

 

O görür qızının yazıq halını,  



Qəfəsdo quş kimi özünü yeyir.  

Bütün dövlətini, bölün malını  

Humayın başına sadağa deyir.  

Qəfəsdə quş kimi özünü yeyir. 

 

Yolur birçəyini, ağlayır asta,  



Humay matəmini bilməsin deyə.  

"Dünyanı xəlq edən, ey böyük usta!” 

  



______________Milli Kitabxana_______________ 

83 


 

Deyərək yalvarır, yaxarır göyə,  

Humay matəmini bilməsin deyə. 

 

Yazıq! Üfüqlər də, buludlar da lal,  



Külək qamçılayır qaranlıqları;  

Aparır xəstəni qara bir xəyal.  

Aparır gizli bir diyara sarı,  

Külək qamçılayır qaranlıqları. 

 

Aha! Xilas üçün yüyürür Cəlal,  



Fəqət, faciədir xəyalın sonu  

Gəray bəy arxadan, əlində xançal  

Soxulub Cəlala, öldürur onu...  

Fəqət, faciədir xəyalın sonu. 

 

Sonra da yaxlaşır əlləri qanlı,  



Humayın heyrətdən böyüyur gözü.  

O qızmış mis kimi, başı dumanlı...  

Burda tükənmişdir şairin sözü – 

Humayın heyrətdən böyüyür gözü. 

 

Xəstə son gücünü toplayaraqdan  



Qışqırır, yayılır bu səs otağa;  

Gəray bəy doymamış qandan, yaraqdan,  

Atına qalxaraq dırmanır dağa,  

Həzin bir vəlvələ düşür otaea... 

 

Səhərdir... Üfüqün geydiyi sarı,  



Solur şəfəqlərdə xəstə üzlü ay;  

Ağarır süd kimi dağların qarı,  

Fəqət gözlərini yummuşdur Humay,  

Solur şəfəqlərdə xəstə üzlü ay... 

 

Üstünə çəkilən kəlağay qara,  



Donmuş yanağında iki damla yaş.  

Bənzəyir tutulan ağ buludlara,  

O artıq olmuşdur heçliyə voldaş;  

Donmuş yanağında iki damla yaş. 

  



______________Milli Kitabxana_______________ 

84 


 

Səhərin qoynunda ağlaşma səsi  

İnsanı yandınr odsuz-ocaqsız.  

Nədir kainatın bu mənzorəsi,  

Yaşayanmı haqsız, ölənmi haqsız?  

İnsanı yandırır odsuz-ocaqsız... 

Ulduzlar havanın bağrını dəlir,  

Qayalı dağlardan duınan ytiksəlir,  

Xəyalım gecəni salama gəlir,  

Çapdırır atun birbaşa dünya, 

Yerlərə baxıram - bağçalı, bağlı,  

Göylərə baxıraın - qapısı bağlı,  

Kainat ixtiyar, sirli, soraqlı,  

Əzəldən yaranıb tamasa dünya. 

Əzəldən belədir çünki kainat,  

Cahan daimidir, ömür amanat  

Əldən ələ keçir vəfasız həyat;  

Biz gəldi-gedərik, sən yaşa, dünya! 

Bir də düşünməyə varmı vaxtımız  

Sirri məchul olan bu mənaları?  

Şairim, belədir, bizim baxtımız  

Bəşər tapmamışdır əzəldən bəri  

Sirri məchul olan bu mənaları. 

Heçliklə çarpışan bu canlı varlıq 

Məncə düşünməyə, duymağa dəyməz. 

Sadə həyatdadır hər bəxtiyarlıq; 

Ömür dedikləri ötərgi bir səs.  

Məncə düşümnəyə, duymağa dəyməz!  

Fəqət, mən istərəm qıymasın həyat,  

Şeirin ağladığı bir gözəlliyə.  

Hər zaman dəyişən, dönən kainat  

Qıymasın, şairlor yazıqdır deyə,  

Şeirin ağladığı bir gozəlliyə... 

  



______________Milli Kitabxana_______________ 

85 


 

Buludlar dağılır uzaqda lay-lay,  

Yenə öz yerində yuvarlanır ay;  

Fəqət nə Cəlal var, nə də ki, Humay,  

Nə ömrə acıyır, nə yaşa dünya. 

 

SARI ŞƏMİSTAN 

 

Qaş qaralan zaman atlı bir ordu  



Gəlib bir təpənin yanında durdu.  

"Burada dincəlin!" - dedi komandan,  

Özü də bir daşa söykənib haman,  

Hərləyib durbini gözünə taxdı,  

Dağların qoynuna diqqətlə baxdı.  

Sonra xəritəni qoynundan alıb,  

Rəngü cizgilərə heyrətlə dalıb  

"Körpüyə çox qalır" - deyə komandan  

Dolama yollara baxdığı zaman  

Yorğun gözlərinə bir yuxu gəldi,  

Azca mürgüləyib o da dincəldi...  

Komandan yuxuda quş kimi sayıq,  

Bir saat keçmədən yenə qalxaraq:  

- Atlanın! 

İrəli! 

Əmrini verdi. 



Ordu hazırlaşıb bir də yeridi.  

Komandan qabaqda gedir çaparaq,  

Az qalır ki, düşə başından papaq.  

Onun baxışları qılıncdan kəskin,  

Onun gözlərində oynayan bir kin  

Yaxır varlığını alovlar kimi,  

Qəlbində həsrəti, dərdi var kimi,  

Yollar uzaq gəlir indi gözünə.  

Bəzən  də hirsiənib sorur özünə:  

"Qanlı döyüşlərin" yoxmudur sonu?  

Yüz qanun uydurur hər gəlib-gedən...  

Anlayan varmıdır tarixdə bunu - 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə