SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə21/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   17   18   19   20   21   22   23   24   ...   98

______________Milli Kitabxana_______________ 

86 


 

Bəşər bir-birinə zülm edir nədən?  

Yüz qanun uydurur hər gəlib-gedən... 

Bəlkə də insanın əslindədir bu – 

Qaranlıq gecələr.., aydın gündüzlər...  

Sərxoş qəhqəhələr... gülməyən gözlər...  

Duyub düşündükcə illər uzunu  

Qaldım iki suyun arasında mən,  

Yüz qanun uydurur hər gəlib-gedən..." 

Sonra gözlərinə göründü yenə:  

Enib xəyalmın dərinliyinə  

Əlləri qoynunda qüruba sarı,  

Dumanlı dağlardan əsən ruzgarı  

Öpüb salamlayan həsrətli bir göz; 

Sanki komandana deyir Yasəmən:  

"Yollara baxmaqdan üzülmüşəm mən,   

Ellərin ağzında dolaşır bir söz.  

Uğursuz bir xəbər kı, məni yaxır,  

Başımın üstündə şimşəklər çaxır.  

Soylə, doğrudanmı yaralısan sən?  

Bu yaxın günlərdə bacara bilsən  

Gizlənib, ordudan canını qurtar!  

Sənin bilmədiyin bir xəbər də var:  

Şəhər qarışmışdı, bir sabah erkən  

Nə qədər yalvarıb-yaxardımsa mən  

Sözümə baxmadı ixtiyar baban,  

Divardan tüfəngi göturüb haman:  

"Nökərdən şah olmaz!" – deyərək getdi,  

Qarışıb tünlüyə gözümdən itdi...  

O gün insanların qızğın səsindən  

Analar saç yolub üz cırmaladı.  

Aynalar töküldü güllə səsindən,  

Düşdü ağızlara babanın adı,  

Analar saç yolub, üz cırmaladı.  

Sonra faciənin qurtardı sonu. 

  



______________Milli Kitabxana_______________ 

87 


 

O gündən bir daha görmədim onu.  

Dedilər ixtiyar son nəfəsində  

Donuq bir xırıltı titrək səsində:  

"Nə qədər aldanıb aldadılmışam,  

Yağlı vədlərə mən satılmışam..."  

Deyərək, canına qəsd eləmişdir,  

Dilim tutmayır ki... o neyləmişdir?  

İndi mən ömrümün ixtiyar çağı  

Kimin qapısında dolanım sənsiz?  

Özünü tez yetir gözümün sağı,  

Qərib quşlar kimi yurdsuz, vətənsiz...  

Kimin qapısında dolanım sənsiz?  

Namərdlik eyləməz halal süd əmən,  

Gözləyirəm səni. 

Anan: Yasəmən". 

Düşündükcə elə dərin,  

O qarışıq fikirlərin,  

Pəncəsində komandan,  

Beyninə sıçradı qan.  

Yetim bir uşaq kimi  

O qısqanır özündən,  

Dağlar bir ordu kimi  

Gelib keçir gözündən...  

Qayalıqlar, dərələr,  

Ən qorxunc mənzərələr  

Bulandırır könlünü.  

Şaşırmışdır yolunu...  

Çapırdır öz atını  

Bir dağın arxasından,  

Ordu da arxasından  

Yelləyib qanadını  

Uçur ulğuna sarı  

Gecə olmuşdur yarı.  

Ortalıq Zil qaranlıq  

Göz-gözü görməyir, bax! 

  



______________Milli Kitabxana_______________ 

88 


 

Birdən taraqqataraq 

İki güllə partladı, 

Göyün qəlbi çatladı. 

Yuvarlanıb atından 

Yerə dəydi komandan, 

Gödəldikcə nəfəsi  

İnildəyirdi səsi.  

Sonra tutuldu dili,  

Öz canının qatili...  

At yanında duraraq,  

Yalmanını buraraq,  

Ona tərəf baxırdı,  

Gözündən yaş axırdı. 

 

Bu haldan ordu da heyrətə gəldi,  



Ortadan birisi keçib yönəldi,  

Baxdı ki, qalmamış kamandanda can.  

Bulayıb başını Sarı Şəmistan: -  

Gözləmək olmazdı sizdən bu halı,  

Bu çətin günlərin var istiqbalı..  

Ömür dedikləri dalğalı bir su,  

Vardır əziyyəti, vardır qayğısı.  

O bəzən insanı büküb əyildir,  

Çarpışıb yaşamaq asan deyildir.  

Hər kimin qüvvəsi varsa qolunda,  

Həyatda tutduğu məslək yolunda  

Bəzən gözlərinə qaranlıq çokür,  

Ölür və öldürür, qızıl qan tökür.  

Gözləmək olmazdı sizdən bu halı,  

Bu çətin günlərin var istiqbalı!..  

Hələ kəsilməmiş insan nərəsi,  

Hələ qulaqlarda topların səsi,  

Dayanıb üz-üzə bütün ölkələr,  

İndi baş qaldırır müstəmləkələr;  

Artıq, "böyüklərin" yıxılır tacı,  

Yaşamaq onlara ağıdan acı...  

Açıb gözlərini ətrafına bax, 

  



______________Milli Kitabxana_______________ 

89 


 

 

Belə bir zamanda cəbhədən qaçmaq  



Düşmənə qurtuluş, hörmət deməkdir,  

Varlığı heçlikdə boğub yeməkdir,  

Gözləmək olmazdı sizdən bn halı,  

Bu çətin günlərin var istiqbalı!. 

Sonra üz çevirir orduya tərəf  

"Komandam altında! 

Düzəlin səf-səf!"- 

Deyərək qabağa düşdü Şəmistan,  

Ordu da arxadan sallanıb haman  

Hərlənib, dolanıb, çıxdılar düzə,  

Təslim olmadaydı gecə gündüzə.., 

 

SON MÜHASİRƏ 

 

O vaxtdan həftələr, aylar dolandı,  



Sular gah duruldu, gah da bulandı;  

Dağları titrəldi atışma səsi,  

Torpağı yandırdı göyün nəfəsi.  

El gücü - sel gücü, dəstəbədəstə  

İgidlər yeridi qaçaqlar üstə.  

Kərəmin dəstəsini çəkdi irəli,  

Bağlayıb yolları, dar keçidləri,  

Aldı Gəray bəyi mühasirəyə: -  

Axırın çatmışdır! Təslim ol! - deyə  

Koroğlu nərəsi çəkir dağlara,  

Yayılır nəfəsi lap uzaqlara.  

Bəxtiyar Kərəmlə hər yerdə qoşa  

Gah qoltuğa yatır, gah çıxır qaşa.  

Bədəni istidən od tutub yanır,  

Nə durub dincəlir; nə bir dayanır;  

Hirsindən dişləri dilini kəsir,  

Arabir əlində tüfəng də əsir.  

Gözünə görünür komsomol Cəlal,  

Dil açır: "Qanımı Gəray bəydən al! 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə