______________Milli Kitabxana_______________
94
MACƏRA
Yaxşı yadımdadır on beş il əzəl,
Özgə qundağına layla çaldığın.
Uzun saçlarını yolduqca hər əl,
Qul kimi qolları bağlı qaldığın.
Yaxşı yadımdadır hər səhər erkən,
Nehrə çalxadığın, qaymaq tutduğun...
Nələr çəkməmisən bu dünyada sən!
Bəlkə də onlardan var unutduğun.
Bəzən də xanımın süzüb gözünü,
Danlayardı səni, söyərdi səni.
Dönüb qaytarsaydın onun sözünü,
Ağan çəkməsilə döyərdi səni.
Özün deyirsən ki, baxıb halına,
Körpə yaşlarımda çox ağlamışam.
Bir şey yazmamışam ıstiqbalına,
Çünki az duymuşam, az anlamışam.
Gəlir xatirimə ellər köçəndə,
Aranda qaldığın, yoxsulluq dərdi..,
Qotazlı karvanlar gəlib keçəndə,
Hər gələn ömründən bir çiçək dərdi.
Bir axşam varlığa yumub gözünü,
Bir qırıq çatıdan asdın özünü.
Lakin sən ölmədin, ölüm uzaqdı,
Gələcək bir günə inananlardan,
Parlaq baxışların qəndillər yaxdı,
Yarandın haqqa üçün axan qanlardan.
Söylə, yadındamı on üç yaşında,
Sən gülüb oynarkən sular başında,
Yanından yel olub, bir atlı keçdi,
______________Milli Kitabxana_______________
95
Atlının gözləri tək səni seçdi.
O səni top kimi alıb tərkinə,
Üstəlik apardı evindəkinə?..
İkinci axşam da əlində Quran,
Kəsdi nikahım bir uzun qazı.
Çəkdiyin ahları duyduğu zaman,
İnlədi dağlarda aşığın sazı.
Papaqla vurdular, sən yıxılmadın,
Deməli, mümkündür... Yazıldı adın.
Sonra incilərin və almazların,
Rənginə uyduqca yumşaldın həmən.
Əlvan ipəklərin, ağ atlazların,
Qoynunda bir zaman xumarlanıb sən,
Saxta bəzəklərə şirnikib qaldın,
Sən də gəlin olub, sən də ad aldın.
Yazıq! Çox sürmədi bu "səadətin",
Ağardı saçlar tezcə ərinin;
Ürpəşdi tüklərin, çimçəşdi ətin,
Söküldü varağı can dəftərinin.
Keçən bulud kimi, gündüzün qara,
Bildin aldanmısan sən bu kaftara.
O köhnə hərifdə anladı ki, sən,
Doğrudan da ona tay deyilmişsən.
İnsafı tərk edib, haqqı unutdu,
O səni yumruğa, qapaza tutdu.
Ömrün lampa kimi sönüb qaraldı,
Ölüb qalmağına şübhə də vardı...
Bir axşam bəxtinə özün yol açdın,
Bir cavan çobana qoşulub qaçdın.
Dərələr keçərək, dağlar aşaraq,
O kinli gözlərdən uzaqlaşaraq,
Getdikcə getdiniz... yenə getdiniz...
Uzaqda bir kəndi məskən etdiniz.
______________Milli Kitabxana_______________
96
Həftələr dolandı, aylar dolandı,
Sənin taleyində bir günəş yandı;
Körpənin adını Qərib qoydunuz,
Yediyi arpalı, yavanlığı duz...
Bir sabah günəşin canlı rənginə,
Şəhla gözlərini dikmişdin yenə
Uşaq da qoynunda bir balıq kimi,
Atılıb oynardı günəşə sarı.
Sənin də qəlbinin şahin vüqarı
O sadə varlıqdan ilham alardı.
Ömrünün belə bir səhnəsi vardı...
Günlərin birində bir acı ruzgar ötdü...
Hər vüsalda ayrılıq da var.
Çobanı vurdular dağlar başında,
O səndən ayrıldı ən gənc yaşında.
O gündən gəlmədi çobanın səsi,
Bir yadigar qaldı onun körpəsi.
Ömür dedikləri sorsalar nədir? –
Xətləri qarışıq bir xəritədir,
İnsanın gözünü şaşırdır bəzən...
Sürünüb körpənlə qapılarda sən
Alnının təriylə böyütdün onu,
Çəkdin ağrısını illər uzunu.
Uşaq zəkalıydı, alnı ay kimi,
Sevgidən gəlmişdi onun tərkibi.
Hər şeyi dinləyər, danışmaq istər,
Yanında bir söhbət açılsa əgər,
O da böyükləri andıran halla
Qarışar söhbətə min bir sualla.
Sən də o səhnədən ilham alardın,
Qəlbini saz kimi tutub çalardın.
Sən oldun şahidi axan qanların,
Azadlıq uğrunda qəhrəmanların
______________Milli Kitabxana_______________
97
Ordusu dağlara yol açan zaman
Sənin böyütdüyün o Qərib oğlan
Qarışıb onlara bolşevik oldu,
Sən dözə bilmədin, gözlərin doldu:
- Oğlum, getmə! - dedin, sözə baxmadı,
Düşdü tarixlərə Qəribin adı.
Buludlar açılıb, sular duruldu,
Tarixdə başqa bir dövran quruldu:
Bəylərin, xanların - qan soranların
Taxtı tarac oldu tamam onların.
Bir sabah, çaxnaşan bir böyük kütlə,
Eyni həyəcanla və hərəkətlə
Xalqın ciyərindən dalğalanaraq,
Əllərdə titrədi bir qızıl bayraq!
O böyük dəstədə Qərib də vardı,
O bizim ölkədə ilk komissardı.
Onun hünərindən, onun adından
Açıldın gül kimi və şadlığından
Göylərə uçmağa qanad aradın...
Dəyişdi şöhrətin, dəyişdi adın,
Dəyişdi ömrünün əski səhnəsi,
Dəyişdi dünyanın əvvəlki səsi...
İndi at üstündə gəzib bəndləri
Kolxozun yerinə su paylayırsan,
Çağırıb yarışa qonşu kəndləri
Dalda qalanları haraylayırsan.
Artıq ağlamırsan, ana, yaslarda.
Hərdən özəklərdə və iclaslarda
Sədrdən söz alıb danışdıqca sən
Xəyalım nə qədər yüksəlir bilsən!..
Şahid oldun, keçən yaz
Keçdi soyuq və ayaz.
Bahar gəldi gülərək,
Dostları ilə paylaş: |