SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə24/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   20   21   22   23   24   25   26   27   ...   98

______________Milli Kitabxana_______________ 

98 


 

Güldü hər gül, hər çiçək,  

Sular daşıb səsləndi,  

Dağların da kəməndi  

Qollarını gərərək,  

Xoş sifət göstərərək,  

İnsana "gəl" deyirdi,  

O canlı bir şeirdi.  

Səkkizi mart günündə  

Gözlərinin önündə  

Dəyişmişdi təbiət,  

İnsan, həyat və sənət – 

Hər şey səni qarşılar!  

Alnındakı o vüqar  

İlham verdi xəyala,  

Heyran oldum o hala.  

Sən dəstəni çəkirdin,  

Onlara baş çəkirdin.  

Sevinirdi bu həyat!  

O təntənə, o büsat  

Tarixlərdə qalacaq,  

Aşıqlar da çalacaq.  

Öz sazında adını:  

Şərqin azad qadını!  

Qabaqda ney, balaban  

Coşub dindiyi zaman  

Oğlan qıza qarışdı,  

Duyğular da yarışdı,  

Sən də baxıb onlara – 

Qızlara, oğlanlara  

Bu günü alqışladın,  

Birdən nitqə başladın: 

 

"Bu gün mart ayının səkkizindəyiz,  



Qışın boranları gedib, gəlməsin!  

Bir yeni dünyanın yolçusuyuq biz,  

Qarşıya çıxmasın nə tanrı, nə din!  

Qışın boranları gedib, gəlməsin!" 

  

 



______________Milli Kitabxana_______________ 

99 


 

 

Uşaqlıq dövrünü artıq tərk edun,  



Gələcək bir günə yol alıb gedən  

Qəlbimi quş kimi yemlədikcə mən  

Bilsəniz nə qədər ilham alıram!  

Aşıqlardan qabaq özüm çalıram  

Şeirim telində o nəğmələri,  

Məqsədim yüksəliş, yolum irəli!.. 

1932 

  



______________Milli Kitabxana_______________ 

100 


 

 

ACI XATİRƏLƏR 

 

Ey əziz oxucum, ey əziz insan!  



Uşaqlıq nə qədər gülünc olsa da,  

Könül ayrılmayır duyğularından,  

Onları arabir gətirir yada  

Uşaqlıq nə qədər gülünc olsa da. 

 

Yaxşı yadımdadır, doqquz yaşımda  



Ağacdan qotazlı bir at mindiyim,  

Aranda, yaylaqda, sular başında  

Ağır danışdığım, ağır dindiyim,  

Ağacdan qotazlı bir at mindiyim. 

 

Bu dünya sonsuzdur, insanlar da çox,  



Hər elin, hər günün öz adəti var.  

Bunları yazmağa canda qüdrət yox,  

Səsimə səs versin məni duyanlar!  

Hər elin, hər günün öz adəti var. 

 

Bir dəstə uşaqdıq qonşuluqda biz,  



Bir gəzib, bir durub, bir oturardıq.  

Bizə toxunmazdı böyüklərimiz;  

Gündə bir qapıda məclis qurardıq,  

Bir gəzib, bir durub, bir oturardıq. 

 

Dəmir qarmaqlara soxulcan taxıb,  



Kürün sahilində balıq tutardıq.  

Bəzən  də yuxudan yarımçıq qalxıb,  

Aylı gecələrdə sümük atardıq! 

Gələndə hər bahar Novruz bayramı,  

 

Hərənin başında bir keçə papaq,  



Düşüb qapılara gəzərdi hamı,  

Hər çıxan tüstüdən bir pay umaraq. 

Yığıb çantamıza yerdən-yemişdən,  

Yolda gah yüyürüb, gah ötüşərdik. 




______________Milli Kitabxana_______________ 

101 


 

  

Sonra yuvamıza dönüncə birdən  



Çul kimi döşənib, yorğun düşərdik... 

Bəzən təbiəti biz sevə-sevə  

Yemlik döşürərdik qara torpaqdan;  

Camışlar belində dönərdik evə  

Axşam qaranlığı düşdüyü zaman. 

 

Sizə xoş gəlirmi bu əyləncələr?  



-

 

Könül duyduğunu xəyal seyr edər.  



Gəlir xatirimə qərib bir axşam  

Durnalar başımın üstdən keçəndə.  

Yanıb əriyirdi evimizdə şam;  

Onlara quş kimi qoşulub mən də  

Ən uzaq ellərə uçmaq istərdim,  

Evdən baş götürüb qaçmaq istərdim. 

 

İnsan qanadsızdır... Çatıb qaşımı,  



İlk dəfə arzusu gözündə qaldım...  

Anamın dizinə qoyub başımı  

Xəyallar içində yuxuya daldım... 

 

Qurban bayramıydı, gülürdü dağlar,  



Qonşumuz xınalı bir erkək kəsdi.  

O bayram günündə anamı ağlar  

Görəndə, üstümdən bir çovğun əsdi. 

 

Atam oturmuşdu qapımızda tək,  



Ömrünün ixtiyar və düşkün çağı,  

Zoğal müştüyünü tüstülədərək;  

Yenə tökülmüşdü qaşı-qabağı. 

 

Nəydi düşündürən o yazıqları?  



Evdə nə ocaq var, nə isti qazan...  

Hamıya "gülməzdi" ömrün razgarı.  

Deyin yanılmasın tarixi yazan! 



______________Milli Kitabxana_______________ 

102 


 

 

Bir tərəfdə bayram, bir tərəfdə yas!..  



Böylə keçinmişdir dilsiz əsrlər,  

Şairim, könülün duyduğunu yaz!  

Odur bu dünyada ən böyük əsər. 

 

O gün qonşumuzun oğlu başına  



Qoymuşdu bir qara, buxara papaq;  

Qüruru sığmazdı uşaq yaşına.  

Yanımdan keçirdi tərs-tərs baxaraq. 

 

Mənsə sallamışdım yerə burnumu  



Baxıb köynəyimin yamaqlığını,  

Deyirdim: "Dünyanın vəfası bumu?  

Hamını almayır öz qılığına". 

 

"Uşaq əziz gündə sınmasın", - deyə  



Anam cehizliyi yorğan üzündən  

Mənə üst köynəyi tikdi hədiyyə.  

Mən də iki dəfə öpdüm üzündən.  

Ah, mehriban ana! Ah, əziz ana!  

O gündən bəridir həsrətəm sana!.. 

 

* * * 



 

Günlər boy atdıqca, mən də boy atdım,  

Gəlib yetişmişdim on üç yaşıma;  

On üç qış keçirib, bahara çatdım.  

Bir qara faciə gəldi başıma;  

 

Bir dolaşam vardı, tükləri yumşaq,  



Tumarlardım onun qanadlarını;  

O körpə quşcuğaz qanad çalaraq,  

Gəzərdi göylərin üst qatlarını. 

 

Bəzən öz əlimlə uçurub onu,  



Baxardım ardınca dərin göylərə,  

Seyr edib havanın göy boşluğunu  

Birdən şığıyardı uçduğu yerə. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə