SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə25/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   21   22   23   24   25   26   27   28   ...   98

______________Milli Kitabxana_______________ 

103 


 

  

Meylimi salmışdım o quşcuğaza,  



O da ayrılmazdı mənim yanımdan,  

Tutardım arabir söhbətə, saza,  

Əziz saxlayardım onu canımdan. 

 

Ağzımda çörəyi çeynəyib bəzən  



Xırdaca-xırdaca yemlərdim onu.  

O aciz heyvanı bəslədikcə mən,  

Bilməzdim axrının heç olduğunu. 

 

Bir sabah nə gördüm? Yazıq quşcuğaz  



Yoxa çəkilmişdir damın üstündən.  

Mahir və sinanmış bir ovçu kimi  

Düşdüm sorağına onun o gündən. 

 

Üç gecə yatmadım, üç gün ağladım,  



Gəzib dəymədiyim qapı qalmadı.  

Dolaşdım bir kəndi mən addım-addım;  

Neyləyim? Mən deyən yenə olmadı. 

 

Ümidim kəsildi, əlim üzüldü,  



Məni tək buraxdı o əziz sirdaş,  

Nə könlüm açıldı, nə üzüm güldü...  

Bir axşam yenə də gözlərimdə yaş 

 

Gəzirdim qapıda dodaq büzərək;  



Bir paya başından uçdu quşcuğaz,  

Hava dalğasında qanad süzərək,  

Gəlib sol çiynimə düşdü quşcuğaz... 

 

Gözlərim yaşardı sevindiyimdən,  



Elə bil üstümdən dağ götürüldü.  

Anam bir muştuluq istədi məndən,  

Deyəsən atam da qımışıb güldü. 

 

Bunun arxasınca keçmədi bir az  



Gəldi qonşumuzun uşağı Niyaz; 

  



______________Milli Kitabxana_______________ 

104 


 

Yanında üç nökər, bir qara tazı,  

Qorxudan sığındı mənə quşcuğaz. 

 

"Dolaşa bizimdir, qaytarın geri!"  



Gözümdən od çıxdı, başımdan tüstü.  

Yapışdım çomağa: "Çəkilin geri,  

Yoxsa qan elərəm bu axşam üstü!" 

 

Qızışdi, get-gedə qarışdı ara.  



Artıq itirmişdi döyən-döyəni,  

Burnumun üstündən aldığım yara  

Çul kimi torpağa sərmişdi məni. 

 

Birdən bir vığıltı eşitdim, ah, mən,  



Gördüm çapalayır yazıq quşcuğaz...  

Ara qarışanda yönəlib birdən  

Quşcuğun başını qoparmış Niyaz. 

 

Ah, insafsız adam, vicdanın hanı?  



Günahı varmıdır dilsiz heyvanın?  

Xəyalım dolandı bütün dünyanı...  

Nəyə qıymamışdır əli insanın? 

 

Quşun ayaqları eşir torpağı,  



Başı bir tərəfdə... dimdiyində qan...  

Quşun qanadları xəzan yarpağı,  

Sərilmiş torpağa qırıldığından... 

 

Uşaq xəyalımda bulanır sular,  



Gözlərim qaralır həyəcanımdan:  

Ah, sınan könüllər, sönən arzular!  

Dumanlar, tüstülər çıxır canımdan... 

 

Dolandı həftələr, dolandı aylar,  



Kükrədi, sönmədi qəlbimin kini.  

Uşaqda bir tərslik, bir inad da var,  

Açıb söyləmədim qəlbimdəkini. 

  

 




______________Milli Kitabxana_______________ 

105 


 

 

Keçdi fürsətimə günün birində  



Mənim gözlədiyim o lovğa "düşmən";  

Ceyranlar düzündə, oylaq yerində  

Sürüşmək istərkən mənim yanımdan,  

Belinə, başına çaldım çomaqla,  

Dedim: qüdrətimi yadında saxla! 

 

Sonra qalib gəlmiş ordular kimi,  



Çomağım çiynimdə yola düzəldim;  

Əsdim çovğun kimi, yağdım qar kimi,  

Anamın yanına ağ üzlə gəldim. 

 

Fəqət əskilməyir yenə inadım,  



Qorxulu xəyallar keçir başımdan...  

Elə bil sınmışdır qolum, qanadım,  

Mən ayrı düşmüşəm öz sirdaşımdan. 

 

Quşcuğaz məni tərk edəndən bəri  



Könül həsrətilə çox ağlamışdır.  

Quşcuğaz dünyadan gedəndən bəri  

Qəlbim zənginlərə kin bağlamışdır. 

 

Arabir yadıma salsam da onu,  



Bambaşqa tarixlər keçir başımdan...  

Dəyişdi dünyanın əvvəlki donu,  

 

Ayrıldım get-gedə uşaq yaşımdan. 



Ölkələr dolandım, şəhərlər gördüm,  

Dənizdən dənizə çapdım gəmimi.  

Mən ağlı-qaralı dövranlar sürdüm,  

Sizə xəbər verim son həmdəmimi. 

 

Vuruldum o gün ki, şerə, sənətə,  



Unutdum sevdiyim əyləncələri.  

Aşiqəm insana və təbiətə  

Əlim qələm tutub yazandan bəri. 

  

 




______________Milli Kitabxana_______________ 

106 


 

 

Bəzən xəyalımda gəzir buludlar,  



Bir damcı böyüyüb bir dəniz olur...  

Dünyanın ölməyən bir qanunu var:  

Bir yandan boşalır, bir yandan dolur. 

 

Mənsə bu varlığın içində qaynar  



Bir vulkan kimiyəm, gözlərimə bax,  

Könül tərlan kimi baş alıb oynar,  

Buluddan buluda qanad çalaraq. 

 

İnsanlar dost kimi oxuyur məni,  



Sözüm ağızlarda əzbər çəkilir;  

Əlimlə qurduğum sənət bağında  

Ətirli lalələr, güllər əkilir. 

 

Öylə səfərbərəm, öylə hazıram – 



Qarşımda diz çöküb, göylər alçalır.  

Bir yanda kağıza mən söz yazıram,  

Bir yanda sevgilim piano çalır. 

 

Ömrümün bu əziz günlərində mən  



Düz otuz yaşıma girirəm bu yaz...  

Fəqət, xəyalımın önünə bəzən  

Gəlir yazıq anam, bir də quşcuğaz. 

1935 


  


______________Milli Kitabxana_______________ 

107 


 

QIZ QAYASI 

 

Düşündürür məni bu sirli diyar,  



Burda həqiqətlər, əfsanələr var.  

Ürəklərdə axın, qollarda qüvvət,  

Burda öz-özünə gülür təbiət,  

Burda çiçəklərin, quşların dəmi,  

Burda könüllərin əski həmdəmi...  

Dumanlar içində duran hər qaya  

Göz vurur Günəşə, söz verir Aya.  

Dağların döşündən gedən cığırlar  

Qalmış babalardan bizə yadigar...  

Başını göylərə vurur Şahdağı,  

Alınır aləmdə onun sorağı.  

Döşündə qaynayan soyuq bulaqlar  

Dilsiz əsrlərə xatirə saxlar...  

Şair, bu yerləri ayağınla gəz!  

Göygölün üstündə haçadil Kəpəz  

Deyilmi dünyanın bir ilk gözəli?!  

Onu bəzəmişdir xilqətin əli.  

Dağların döşündə durur Qarabağ,  

Xəyalı gəzdirir hər dərə, hər dağ.  

Züy tutur gecələr suların səsi.  

Burda çobanların zil şikəstəsi  

Hər keçən yolçunu saxlayır yoldan,  

Çatır qaşlarını heyrətlə insan.  

Ormanlar içində İsa bulağı,  

Ondan əskilməyir insan ayağı.  

Suyu almaz kimi, göz kimi parlaq,  

Qoynunda bəstəmiş onu bu torpaq.  

Mən də həyatımın gənclik yaşında,  

Sizə söylədiyim bulaq başında  

Süfrəmi açmışam, kabab yemişəm,  

Baxıb gözəllərə şeir demişəm.  

O vaxt əsərlərim ağlamış fəqət,  

Könlümə sığmamış qoca təbiət.  

Alıb sorağını ötüb-keçəndən, 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə