SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə26/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   22   23   24   25   26   27   28   29   ...   98

______________Milli Kitabxana_______________ 

108 


 

 

Gizli bir ilhamın xəyalilə mən  



Ahımı salmışam boş dərələrə,  

Küsmüşəm o gözəl mənzərələrə, 

Sən ey gəncliyimin o ilk çağları!  

Sən ey karvanımı qüruba sarı  

Aparmaq istəyən cilovsuz külək!  

Ey dağılan xəyal, yıxılan ürək!  

Unutdum əbədi sizi dünyada.  

Bəzən o günləri gətirib yada,  

Keçdiyim yollara baxıb gülürəm,  

Nələr çəkdiyimi indi bilirəm... 

Mən Cıdır düzünü gordüyüm zaman  

Keçmişəm gecələr Çanaqqaladan;  

Orda dinməmişəm bir qız səsini,  

Bülbülün Qarabağ şikəstəsini.  

Bir yanda tar səsi, bir yanda qaval...  

Boynunu bükmüşdür dağlarda maral.  

Çıxmışam dağların göy yaxasına,  

Doyunca baxmışam Qız qayasına;  

Orda saqqalına yaş dama-dama  

Əfsanə söyləmiş bir qoca mana. 

"Oğlum, bu dünyanın qocadır yaşı,  

Görürsən, dağların ağarmış başı!  

Uşaqsan, körpəsən doğrudan da sən,  

Böyükdür dünyanın başından keçən...  

Bu şəhər adlanır Şuşa qalası!  

Torpağın qarğışı, göyün bəlası  

Hər zaman bu yerin üstünə yağmış,  

Qışında bahar var, baharında qış.  

Mənim görmədiyim köhnə bir zaman  

Burda sarayların ağası bir xan  

Sarı yağ içində üzüb yaşarmış.  

Onun əsirləri, qulları varmış.  

Oylağı, məclisi hərəmxanalar,  

Ardınca qarğarmış onun analar. 

 



______________Milli Kitabxana_______________ 

109 


 

Günlərin birində xan çıxmış ova,  

Bu ceyran düzündə ov qova-qova  

Atını saxlamış bulaq başında.  

Kim bilir, o zaman neçə yaşında  

Növrəstə bir qızı bəyənmiş o xan,  

Ayırmış tərlanı öz yuvasından!..  

Saxlamış sarayda o qızı bir qış,  

Qız yolub saçını təslim olmamış.  

Qızın taleyinin sonuna bir bax:  

Bir axşam gecədən oğurlanaraq,  

Şəhər kənarına qaçır o pünhan.  

Lakin arxasınca adam salır xan...  

Həyata son dəfə yumub gözünü,  

Qızcığaz qayadan atır özünü.  

Lakin deyirlər ki, altdan yuxarı  

Qabartmış donunu dağlar ruzgarı.  

Qızcığaz ölməyib, sağ düşmüş yerə,  

Yayılmış bu xəbər bütün ellərə...  

Budur "Qız qayası" adlanmış qaya,  

Sirrini verməmiş ulduza, Aya..." 

İxtiyar sözünü bitirən zaman  

Buludlar töküldü qaş-qabağından.  

Ey ana torpağı! Ey əziz Vətən!  

Bilirəm dünyada gözlərinlə sən  

Nə odlar gormüsən! Bu bir həqiqət,  

Lakin küsənməmiş sənə təbiət! 

Burda qurutmuşdur böyük saraylar,  

Onlara sirr açıb ulduzlar, aylar.  

Burda qatar-qatar şose yolları  

Atmış qollarını dağlara sarı.  

Yolun kənarında çiçəklər, güllər,  

Gecəli-gündüzlü ötən bülbüllər  

Burda oxuduqca hər qəlbə vüsal  

Min toy məslisinə baş çəkir xəyal... 

1935 


  


______________Milli Kitabxana_______________ 

110 


 

ASLAN QAYASI

1

  

 

PROLOQ 

 

Bizim Xəzər sahilində bir qocaman qaya var,  



Sinəsində parçalanır ağ köpüklü dalğalar.  

Ellər onu əzizləyir, deyir "Aslan qayası",  

Məhəbbətdən qurulmuşdur torpağının mayası.  

Səhər günəş, nazlı günəş saçlarını yayanda,  

Qağayılar sahil boyu əl-üzünü yuyanda,  

Ruha gülür bu qayanın mənzərəsi uzaqdan,  

O dinləyir şərqisini min günahsız dodaqdan.  

Balıqçılar kölgəsində süfrə açır yay günü,  

O bəlkə də yaşamışdır min insanın ömrünü...  

Yaşamışdır bizim qaya neçə bahar, neçə qış,  

Ağızlardan ağızlara dastan olub dolaşmış.  

Bu bir şirin əfsanədir babalardan yadigar,  

Bunda əziz bir ölkənin vicdanı var, qəlbi var.  

Bəşər bütün xəyalında öz ruhunu oxşamış,  

Ruzgarlara baş əydikcə su yolunda hər qamış  

Bir insanın xəyalilə dastan olur dillərə;  

Alqış bizim dastanı bol, söhbəti bol ellərə!  

Mən həyatın öz oğluyam – həyat üçün hazıram,  

Bizim "Aslan qayası"nın dastanını yazıram: 

 

* * * 



Saray qızı Mahniyar  

Tanınmış diyar-diyar,  

Ağ kəlağay başında,  

Qız gəlinlik yaşında  

Nə çovğun görmüş, nə qar;  

Onu öpüb salamlar  

                                                            

1

 Poema əlyazması əsasında ilk variantda olduğu kimi verilmişdir. 



  

 



______________Milli Kitabxana_______________ 

111 


 

Günəşin ilk işığı;  

"Bir elin yaraşığı" – 

Söyləyirlərmiş ona. 

Gündə ipək bir dona  

Bəzənərmiş Mahniyar.  

Yanında qulluqçular  

Bağçaları, bağları.  

Bu düzləri, dağları  

At belində gəzərmiş;  

Yəhərini bəzərmiş  

Düzlərin laləsilə;  

Eşqin piyaləsilə  

Tanış deyilmiş o qız.  

Bəzən də sadə, yalqız  

Sığınıb bir bucağa,  

Tüstülənən ocağa  

Həzin-həzin baxarmış;  

Onun mənası varmış...  

Qarabağdan, Şirvandan,  

Şahlar yurdu irandan  

Çox gələrmiş elçilər,  

Nə sevgidən bir əsər,  

Nə insaf varmış onda;  

Canlar ölmüş yolunda...  

Ağ kəlağay başında.  

Qız gəlinlik yaşında  

Hər gün çıxıb eyvana  

Baxarmış dörd bir yana,  

Süd kimi ağ bənizi.  

Onu Xəzər dənizi  

Böyütmüşdür qoynunda.  

Gözmuncuğu boynunda,  

Döşündə zərli Quran,  

Qaydadır babalardan – 

Gözələ göz dəyməsin;  

Əsən yellər oyməsin  

Boy atan bir çinarı...  

Dağın soyuq nızgarı  

Soldurmasın o gülü,  

Qara geyər bülbülü. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə