SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə27/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   23   24   25   26   27   28   29   30   ...   98

______________Milli Kitabxana_______________ 

112 


 

Xan qızıdır Mahniyar  

Odur ki, şöhrəti var.  

Daha dilbər, daha xoş,  

Yemişlər kimi meyxoş  

Qızlarımız da varmış  

"Böyüklər" almayarmış.  

"Gəlin gərək xan olsun,  

Böyük ocaqdan olsun.  

Quşu tutun yuvadan" – 

Bir məsəlmiş o zaman.  

Örkən, çatı toxuyan,  

Üstü qərinə qoxuyan  

Qışın ayazlarında,  

Boranında, qarında,  

Çiynində yük daşıyan,  

Daxmalarda yaşayan,  

Gün altında ot bıçən,  

Gölmələrdən su içən.  

Qızlarımız da varmış – 

Qocalıb qarıyarmış.  

Xan sarayı... Qocalmış,  

Xanda nə qüvvə qalmış,  

Nə canında ixtiyar;  

O, qızına  can   deyə 

Başlamışdır hiyləyə: -  

Qızım! Gülüm, Mahniyar!  

Göz dikdiyim bircəsən,  

Qocalmışam, görürsən;  

Yoxdur əvvəlki halım – 

Ağarmişdır saqqalım.  

Nə qolumda qüvvə var,  

Nə canımda ixtiyar.  

Bax, bu cəlal, bu saray,  

Yerdə büsat, göydə ay – 

Nəyim varsa sənindir,  

Bakı öz vətənindir.  

Sənə vəsiyyətim var:  

Yurdumuzda knyazlar 

  



______________Milli Kitabxana_______________ 

113 


 

At oynatmaq... Aman...  

Ah! Göstərməsin qoy Allah!  

Suların zümzüməsi,  

Quranın Tanrı səsi  

Keçməsin yad ellərə.  

Qızını! Bizim ellərə,  

Dünya kəsilmiş yağı.  

Cəlladların ayağı  

Kəsilməmiş bu yerdən;  

Oğul kimi döyüş sən,  

Atıl incik gecəyə,  

Vuruş pəncə-pəncəyə!  

Ananın doğma yurdu,  

Bax, bu saray, bu ordu,  

Tüfəng tutan bu ərlər,  

Bəslədiyim pələnglər – 

Nəyim varsa sənindir,  

Bakı öz vətənindir...  

Sənə yenə sözüm var:  

Şöhrətli, şanlı xanlar  

Elçi göndərir sana,  

Rəhmin gəlsin atana.  

Seç onlardan birini,  

Həm də cahangirini,  

Qoy qüvvəmiz çoxalsın,  

Adım tarixdə qalsın.  

Deməsinlər "bizim xan  

Düşmənin qabağından  

Qaçdı qoyunlar kimi". 

- Düz deyirsən, atacan,  

Bilirəm ki, atadan  

Böyük dünyada nə var? – 

Deyə gözəl Mahniyar  

Düşünərək arabir  

Atasına söyləyir: 

- Mən, dəniz qizıyam, adım Mahniyar,  

Ellər arasında şan-şöhrətim var. 

 



______________Milli Kitabxana_______________ 

114 


 

 

Bu torpaq, bu hava, bu zəngin Vətən – 



Bunları duyduqca, düşündükcə mən  

Həyata, varlığa məftun oluram,  

Çöllər padşahı Məcnun oluram.  

Bilirəm sənin də taxtın, tacın var,  

Gözünü dikmişdir ona yağılar...  

Fəqət şöhrət üçün, xaniman üçün,  

Qanlarla yoğrulan bir zaman üçün  

Qoparıb qəlbimi ata bilmərəm,  

Çul kimi döşənib yata bilmərəm...  

Çox da güvənməsin gücünə xanlar,  

Mənim də qəlbim var, arzularım var:  

Əlimlə tikdiyim bax bu ağ çuxa  

Hansı bir igidin əyninə olsa,  

Bir də ağ atımı kim minə bilsə,  

O şah da deyilsə, xan da deyilsə,  

Olsa da adi bir qapı nökəri  

Onundur qəlbimin gizli telləri... 

Ay dolanıb, il döndü,  

Çox igidlər öyündü,  

Güvəndi şöhrətinə,  

Malına, dövlətinə,  

Göz dikdi Mahniyara.  

Yayıldı hər diyara  

Bir gün yeni bir xəbər;  

Dedilər ki, bir səhər  

Başlanacaq imtahan,  

Hansı igid bir oğlan  

Ağ atın üstə minsə,  

Ağ çuxanı geyinsə  

Onunkudur Mahniyar. 

Bu xəbəri alanlar  

Şamaxıdan, Şəkidən,  

Lənkərandan, Ləkidən,  

Qarabağdan, Şirvandan,  

Şahlar yurdu İrandan 

  



______________Milli Kitabxana_______________ 

115 


 

 

Bığıburma cavanlar,  



İgidlər, pəhləvanlar  

Bakıya üz tutdular.  

Hey atdılar, tutdular – 

Tüfəng tutan, ox atan,  

Atın qarnına yatan,  

Başı üstə mil duran,  

Quşu dimdikdən vuran  

Suyu balıq kimi tən  

Yarıb içindən keçən  

Yığışıb dəstə-dəstə  

Gəldi Bakının üstə.  

Sədd çəkildi dörd yana,  

Ağ at gəldi meydana.  

Əvvəlcə buğa bir xan  

Ağ atın cilovundan  

Tutub, bir şillə vurdu – 

O, atı qorxuduran.  

Ətraf baxırdı mat-mat,  

Cilovu dartaraq al  

Qulağını şəklədi,  

Əlilə təpiklədi  

Xanın qanını birdən,  

Qışqırdılar dörd yerdən – 

Yıxıldı torpağa xan,  

O gəlmişdi İrandan.  

Sonra bir dəliqanlı  

Gözləri həyəcanlı, 

Ürəyində fırtına,  

Atın yastı sırtına  

Sıçradı birdən-birə.  

Ağ at yataraq yerə,  

Ağnadı, basdı bunu,  

Qan apardı burnunu...  

Dağıstanlı pəhləvan  

Yaxın gəldiyi zaman  

Hamını heyrət aldı, 

 



______________Milli Kitabxana_______________ 

116 


 

 

Mahniyar da saraldı.  



Tutub atın boynunu,  

Burmaq istərkən onu  

Ağ at öz vərdişini,  

Kəmərindən dişilə  

Yapışdı birdən-birə.  

Onu da vurdu yerə.  

Gəl, ey qaçaq Aslanım!  

Gəl, ey qoçaq Aslanım!  

Gəl ki, meydan sənindir,  

Tülək tərlan sənindir!  

Baş əymədin xanlara,  

Sığındın ormanlara.  

Yurdun oldu yaylaqlar,  

Durna gözlü bulaqlar.  

Adın düşdü dillərə,  

Bayraq oldun ellərə.  

Cütçülərin ağzında,  

Aşıqların sazında  

Dinlədik dastanım.  

Ellər qahrəmanmı  

Oxşar, sevər ürəkdən.  

Sənə uğur deməkdən  

Qüvvət aldı analar,  

Elin böyük qəlbi var.  

Aslan gəlir çaparaq,  

Ağ at qulaq çırparaq,  

Tanıyır qəhrəmanı.  

Deyir o günlər hanı?  

Aşıb dağdan, dərədən,  

Uçardın üstümdə sən.  

Bir gün tora saldılar  

Məni səndən aldılar  

Gəl, ey qaçaq Aslanım!  

Gəl, ey qoçaq Aslanım!  

Gəl ki, meydan sənindir,  

Tülək tərlan sənindir. 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə