SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə28/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   24   25   26   27   28   29   30   31   ...   98

______________Milli Kitabxana_______________ 

117 


 

 

Aslan süzür o xanı...  



Geyinir ağ çuxanı,  

Qalxır atın belinə.  

At dönür dağ yelinə  

Uçur düzdə quş kimi,  

Dardan qurtulmuş kimi.  

Sonra dönür geriyə,  

Dik yeriyə-yeriyə  

Duranlara baş əyir,  

Xanın kefinə dəyir ki,  

Üstün gəldi Aslan;  

Səs çıxmadı xanlardan... 

Sevinərək Mahniyar  

Boylanır xumar-xumar.  

Taleyindən küsür xan.  

Onun qaş-qabağından  

Bulud yağır eləbil!  

Çünki qaytaran deyil  

Verdiyi vədəsini:  

"Çölün bir gədəsini"  

Çağıracaq "kürəkən!"  

Demək, bir səhər erkən  

Qovuşdu sevgililər,  

Doğan ətirli səhər  

Öpdü, öpdü onları:  

Dağların da ağ qarı  

Hey əridi mum kimi.  

Həyat bir zəqqum kimi  

Görünürdü o xana,  

İçindən yana-yana  

Dedi: - Qızım! Mahniyar!  

İndi nə muradın var?  

Qaçaq Aslan sənindir,  

Saray da vətənindir. 

 

O gündon, oxucum, keçdi sənələr,  



Keçdi bu dünyanın başından nələr!.. 


______________Milli Kitabxana_______________ 

118 


 

 

Toplar guruldadı, saraylar yatdı,  



Bunları insanın əli yaratdı. 

 

Gəlinlər, qocalar, qızlar, qarılar,  



Beşikdə çağalar, ömrü yarılar  

Cidalar ucunda parçalandı hey,  

Ölkə dağıdıldı, el talandı hey...  

İnsanlar bezikib, cana dayandı;  

Qurunun oduna höyüş də yandı.  

Taladı elləri yırtıcı xanlar,  

Günəşin altında göl kimi qanlar  

Qaynaya-qaynaya buxara döndü.  

Qapılar bağlandı, ocaqlar söndü,  

Ay da buludlarda gizlənib yatdı,  

Bunları insanın əli yaratdı!.. 

Günlərin birində əsən küləklər  

Gətirdi Bakıya acı bir xəbər:  

"Bakının hakimi Hüseynqulu xan  

Səhər yuxusundan ayılan zaman  

Bütün dövlətini, bütün varını,  

Şəhər qalasının öz açarını  

Knyaz Sisyanova təslim verməli!  

Yoxsa, ordumuzun dağıdan əli  

Sizin də ölkəni yandıracaqdır,  

Yerdə padşahların dediyi haqdır". 

Şəhər kənarında durmuş ordugah  

İsti bir dumana bürünmüş sabah.  

Sabahın qoynunda min sızıltı var,  

Yorğun piyadalar, atlı ordular  

Azacıq dincəlir... 

Fəqət kənarda,  

Düşünən gözləri bir intizarda  

Bir saldat əyləşmiş, seyr edir onu,  

Bağrına basaraq dilli qarmonu,  

Dərdini söyləyir ötən dillərə: 

  



______________Milli Kitabxana_______________ 

119 


 

 

"Mən niyə gəlmişəm bu yad ellərə?  



Görəsən neyləyir bizim tək qarı.  

Yenə gözləyirmi uzaq yolları?  

Mən evdən çıxanda boş qaldı anbar – 

Bu ilki vergiyə getdi taxıllar...  

Lap soyub taladı bizi mülkədar,  

Böyük Rusiyada səadətmi var?  

Nədir çəkdiyimiz bu ölüm, bu qan?  

Qırıb tökdüyümüz deyilmi insan?  

Neçin göz yaşına batsın analar,  

Deyin, bu qanunda ədalətmi var?  

Yox... düz atmayacaq əlim gülləri... 

Qarı son nəfəsdə gözləyir məni.  

Mən evdən çıxanda boş qaldı anbar – 

Bu ilki vergiyə getdi taxıllar..."  

Yayılır ətrafa qarmonun səsi,  

Təmiz bir vicdanın saf zümzüməsi  

Gəzir könülləri söz yaza-yaza...  

Çuğul xəbər verir bunu knyaza.  

Knyazın əlləri çox batmış qana,  

Saldatı tutdurur gülləbarana.  

Buna şahid olur hər dağ, hər dərə,  

Bir cənub axşamı, mavi göylərə  

Dikildi saldatın ala gözləri...  

Sizə danışdığım o gündən bəri  

İstisi sönməmiş o qardaş qanı  

Oldu könüllərin şeir dastanı.  

Başına and içir Sisyanovun çar;  

Yorğun piyadalar, atlı ordular  

Daşınır gecələr Qafqaza sarı.  

Darğın bir ölkənin qara qaşları  

Çatılmış yay kimi kinlərlə dolu,  

Gözləyir yağının gəldiyi yolu.  

Sisyanov - o döşü medallı knyaz!  

O alçaq, o çəngli-cidalı knyaz...  

Çarın sədaqətli, yaxın nökəri,  

At üstündə qılınc vurandan bəri 

 



______________Milli Kitabxana_______________ 

120 


 

 

Yayılmış şöhrəti bütün Qafqaza.  



Çar xeyli güvənir məğrur knyaza.  

Almış sifarişi Hüseynqulu xan,  

İldırım tökülür qaş-qabağından,  

Qolları qüvvətsiz, Ömrü ixtiyar,  

Oynayır gözündə qara buludlar.  

Düşünür gecəni sabaha qədər,  

Ağarır dan yeri, açılır səhər  

Fəqət sahilləri döyür dalğalar,  

Saray qarşısında bir izdiham var.  

 

"Ah, zalım xan! Zalım xan!  



Sən qorxub öz canından  

Yurdu versən hər yada,  

Kor olasan dünyada!  

Bir xan da artsa əgər  

Çoxalacaq vergilər.  

Yorulduq işləməkdən,  

"Allah, Allah" deməkdən  

Tez çağırın Aslanı.  

Yığsın eli, obanı,  

Sel olsa da qanımız,  

Qurban olsun canımız  

Bu sünbüllü çöllərə - 

Bu mehriban ellərə!  

Ah, zalım xan! Zalım xan!  

Sən qorxub öz canından  

Yurdu versən hər yada,  

Kor olasan dünyada!" 

Knyazın ordusn yetişib həmən  

Bürümüş şəhəri dörd bir tərəfdən.  

Xansa fikirlərə qərq olub, naçar  

Sorur nökərlərdən: -  

Hardadır açar? Aparın!  

Aparın, verin knyaza;  

Güvənsin Rusiya böyük Qafqaza.  

Selin qarşısını almaq olarmı?  

Tüfəngli çıxmağın mənası varmı? - 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə