SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə29/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   25   26   27   28   29   30   31   32   ...   98

______________Milli Kitabxana_______________ 

121 


 

 

Özünü irəli verərək Aslan 



Deyir: - Qoy açarı mən aparım, xan! 

Xansa qəzəblənib bağırır. 

- Apar! 

Əl çalib oynasın gələn ordular.  

Knyazın başında bir qara dəstə  

Gəlir yavaş-yavaş sarayın üstə.  

Durur salamına saraydakılar. 

 (Öyünmə! Gecənin gündüzü də var...)  

Aslan qarşılayır onları, naçar  

Knyaza "baş əyir" əlində açar.  

Qırılır qəlbində sədəfli bir saz;  

Başını dik tutan o məğrur knyaz: 

"Sadiq qullarına şöhrətli çarın  

Knyaz Sisyanovdan salam aparın!" – 

Deyərək, açara qürurla baxır...  

Aslanın başından tüstülər qalxır,  

Qan onun beyninə sıçrayır birdən.  

Açarı knyaza təslim edirkən  

Çalır xəncərini onun köksünə.  

Alqış tarixdəki o şanlı günə!  

Al! - deyir - payını, soruşma nədir – 

Çara "qullarından" ilk hədiyyədir!.. 

Döşü medallı knyaz,  

Cəngli-cidalı knyaz  

Boyanmışdır al qana.  

Salam Azərbaycana!  

Gələn o qara bulud,  

Ölüm rəngli o tabut  

Artiq çəkildi yoxa  

Bizim Ağ at, ağ çuxa.  

Halal olsun Aslana!  

Onu böyüdən ana  

Dağların maralıdir.  

Sorsanız haralıdır: 

  



______________Milli Kitabxana_______________ 

122 


 

 

Salam Azərbaycana!  



Boyanmışdır al qana  

Döyüş medallı knyaz,  

Cəngli-cidalı knyaz,  

Tez yayılır bu xəbər,  

Qaçır dünən gələnlər  

Aylıq yolu bir gündə.  

Axır Huyun üzündə  

Kakartlı göy şapkalar...  

Gecənin gündüzü var...  

Qaçir çar orduları,  

Gilavarın ruzgarı  

Toz qaldırır göylərə,  

Seçilməyir dağ, dərə  

Amansızdır küləklər.  

Qalır toplar, tüfənglər,  

Qurşunlar, dinamitlər;  

Sarı paqon zabitlər  

Qucaqlayıb suları,  

Qaçır şimala sarı. 

O gündən, oxucum, keçdi sənələr,  

Keçdi bu dünyanın başından nələr!  

Çarın orduları ikinci dəfə  

Hücuma başladı Bakı tərəfə: 

Gecə sakit, gecə lal, 

Gecə qərib bir xəyal... 

Qaralmış pəncərələr, 

Kiçik dağlar, dərələr 

Qara sükuta dalmış. 

Elə bil ki, qocalmış 

Bu yerlərdə təbiət. 

Xəzər dinməyir, əvət, 

O da sakit, o da lal. 

Gecə qərib bir xəyal... 

Xan sarayı pərişan. 

Nə işıqdan bir nişan. 

  

 




______________Milli Kitabxana_______________ 

123 


 

 

Nə günəşdən soraq var.  



Yatır saraydakılar...  

Arabir ixtiyar xan  

Ayılır yuxusundan,  

Dilində bir soyuq ah,  

Yada"Ey böyük Allah!"  

Yenə yuxuya gedir,  

Bu aləmi tərk edir. 

Yatır gəlin Mahniyar,  

Nə gözəl görkəmi var  

Gözəllərin yuxuda!  

Bir ölümdür yuxu da.  

Şəhərdə yoxdur Aslan,  

Verəcəkdir yurdu xan.  

Gecənin qəlbi qara,  

Cecəni yara-yara  

Gəlir səssiz ordular.  

Gecənin vicdanı dar...  

Nə ulduz var, nə də Ay,  

Yuxuya getmiş saray.  

Ordu dolur şəhərə, 

 Az qalmışdır səhərə. 

Başlanılır vurhavur;  

"Al payını, qaçma, dur!"  

Şarak-şarak-şara-rak – 

Güllələr şığıyaraq  

Dolur pəncərələrdən.  

Cavab gəlirsə hərdən,  

Sarayda qüvvə yoxdur;  

Qaçanlar daha çoxdur. 

Tez oyanır Mahniyar  

Gözündə fırtınalar.  

Görür saray od almış, 

 



______________Milli Kitabxana_______________ 

124 


 

Nə bir köməkçi qalmış,  

Nə Aslandan bir xəbər... 

Bunu qopan küləklər  

Xəbər verir Aslana,  

O sınanmış aslana.  

Ağ at uçur quş kimi,  

Dardan qurtulmuş kimi. 

Qızı görür yağılar...  

Şahin kimi Mahniyar  

Atılır pəncərədən,  

Alovlar uda-uda.  

Onu tutur havada  

Mehriban, güclü bir əl,  

Deyir ki, Aslanam, gəl! 

Aman, Ağ at! Can, Ağ at!  

Gah sıçra, gah yerə yat!  

Bizi vermə düşmana,  

Apar çıxar bir yana!  

Ağ at gedir çaparaq,  

Nalından od qoparaq.  

Arxasınca ordular,  

Hər tərəfdə ölüm var...  

Havadan qurşun yağır,  

Hava qurşundan ağır.  

Bu düzlərdə Ağ at tək,  

Keçdiyi yol daş-kəsək.  

Heyrət o qanlı günə! 

Bir qayanın üstünə  

Gəlib çıxdı bizim at.  

Üstündo iki həyat – 

İki duyğu, iki qan...  

Dənizin dalğasından  

Sahillər zağ-zağ əsir

  



______________Milli Kitabxana_______________ 

125 


 

 

Qaya əsir, dağ əsir.  



Qabaq - dibsiz qara su,  

Arxa - düşmən ordusu.  

Laçın kimi Mahniyar  

Gözündə fırtınalar  

Deyir: - Aslan, əzizim!  

Son günümüzdür bizim.  

Düşmənlər gördü bizi.  

Tutub hər ikimizi  

Zindanlara salacaq,  

Kim ölüb, kim qalacaq!  

Dözməkdənsə bu dərdə,  

Namusumuz əllərdə  

Didilməsin, aman, ah!  

Dəniz bizə son pənah!..  

Sür Ağ atı dənizə,  

Dəniz anadır bizə;  

Udsun bizi dalğalar! – 

Deyə, gəlin Mahniyar  

Göz gəzdirir son dəfə  

Günəş doğan tərəfə... 

"Aman, Ağ at, can, Ağ at!  

Dənizin qoynuna yat!  

Bizi vermə düşmənə!"  

Bir ruh gəldi Aslana.  

Öpərək Mahniyarı,  

Vurdu dənizə sarı  

Atını dik qayadan,  

Ağ at sıçradı əlan  

Köpüklü dalğalara,  

Suları yara-yara  

Azacıq qol atdılar,  

Gözdan itib batdılar,  

Onlar çəkildi yoxa,  

Bir də Ağ at, ağ çuxa... 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə