SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə3/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   2   3   4   5   6   7   8   9   ...   98

______________Milli Kitabxana_______________ 

13 


 

  

Hər yerdə sahilə söykənir ardı.  



Dalğalar qudurub daşdığı zaman  

Sahilə ən yaxın evləri haman  

Kökündən qoparıb alır qoynuna,  

Odur ki, ən köhnə zamandan ona  

Deyirlər: "Qadalı-qanlı Kür çayı",  

Keçidlər qarışır hər aprel ayı.  

Bir axşam günəşin batdığı zaman  

Sizin bildiyiniz o topal Gəray  

Qalın bir ormanm arasında tək,  

Ağacdan-ağaca göz gəzdirərək,  

Kürün sahilində gəlib dayandı,  

Gözləri hirsindən alışıb yandı.  

Onun xatirindən keçdi doyunca  

Haman bu ormanda, sahil boyunca  

Bir zaman kükrəyib at oynatdığı,  

Turaca, kəkliyə tüfəng atdığı... 

 

İLK TƏSLİM 

 

Azacıq keçmədən sular qaraldı,  



Sahildə bir dərin səssizlik vardı.  

O taydan bu taya işıqlar gəlir.  

Tüstülər burulub göyə yüksəlir  

Gəray bəy gözünü zilləyib ona,  

Varlığı daş kimi qalmışdır dona...  

Üçüncü gündür ki, qolunda yara  

Karıxıb, vurnuxur dord bir diyara.  

Gurultu qopduqca ac mədəsindən,  

Diksinir, suların oynaq səsindən.  

Nələr keçdiyini o duya-duya,  

Özünü tullamaq istərkən suya,  

Qalıb pəncəsində namusla arın,  

At kimi sıçrayan ağ dalğaların  

Qoynuna gözləri dikilib qalır,  

Qəlbində həsrəti, kini çoxalır...  

Sonra gozlərinə görünür birdən 




______________Milli Kitabxana_______________ 

14 


 

 

Sahilə göz çəkən gəmiçi Bəhmən. 



- Sənmisən, ay Bəhmən? 

-  


Kimdir soruşan? 

- Mənəm, bir bari gəl, söyləyir Gəray. 

- Bu 

ki, 


tanış səsdir, - deyərkən Bəhmən 

Fırlanıb geriyə, yönəlir həmən: 

- Vay, 

səni xoş gördük, haradan belə? 



Bu namərd vətənə... Bu namərd elə 

Yenəmi üz qoyub, salam verirsən? 

- Haqlısan, ay Bəhmən, sözlərində sən 

Fəqət nə etmək ki, belədir insan, 

Əziz dostlarına küsər bir zaman,  

Sonradan qövr eylər əski yaralar... 

- Yoxsa, 

bu 


gəlməkdə bir fikrinmi var? 

Onsuz olurmu heç... Vardır, şübhəsiz... 



Bu el, bu güzəran, bu mən, bu da siz, 

Gəlin köməkləşək görək nə olur? 

Axtaran dünyada hər haqqı bulur - 

Demişlər babalar, 

- Bu doğru, lakin  

Bir az hövsələniz olmasa sakin  

Yenə də günahsız qanlar axacaq,  

Burax bur tərsliyi, gəl Allaha bax! – 

Gözaltı süzərək qoca Bəhməni: 

- Sonra 


danışarıq... Hələlik məni, 

Duz-çörok eşqinə keçir sahilə! - 

Deyib, gəmiçini tutaraq dilə... 

- Keçərsən!.. - deyərək qışqırdı birdən 

Dünəndən Gorayın izilə gələn. 

Komsomol Bəxtiyar, yanında Cəlal, 

- Olsun 

inqilaba 

qanımız halal - 

Deyib vermişdilər yenə baş-başa... 

Gəray öz yerində dönmüşdü daşa. 

İstədi əlini atsın naqana, 

Gördü ki, naqanı batmışdır qana.  

Hirsindən bozarıb gözləri doldu,  

Ömründə ilk dəfə o təslim oldu. 

  



______________Milli Kitabxana_______________ 

15 


 

HUMAY 

 

Humay düşündürür, Humay ağladır...  



O nə Tatyanadır, nə Ofelyadır.  

Həyata gəldiyi o gündən bəri  

O küskün baxışlı qara gözləri  

Nələr düşündürür... 

Onun həyatı, 

Sevgisi, taleyi, müqəddəratı  

Hər zaman andırır vərəmli bir qış,  

Bütün diləkləri gözündə qalmış.  

İcazə versəniz danışaram mən  

O, qız xəyalının incəliyindən:  

Daldığı musiqi - sazların səsi,  

Ya da ki, quşların vəhşi nəğməsi...  

Dağların döşündə gəzinən çoban  

Dərdlənib neyini çaldığı zaman,  

Yaşarır Humayın qara gözləri,  

Həyata gəldiyi o gündən bəri.  

Bilirəm dərdini, bilirəm nədir,  

Humay, tək ayaqlı bir qərinədir...  

Əlinə ömründə kitab almamış,  

Böyük şəhərlərdə qonaq qalmamış,  

Nə bir dəmir yolu, nə də bir qatar  

Görməmiş... Gecələr o qatar-qatar  

Uzanan durnalar nələr andırar?  

Humayın qəlbini niyə yandırar? 

Bəzən qonşuluqda ağlaşma səsi,  

Kəndli qadınların ediləşməsi

1

,  


Dil deyib ağlayan yaslı gəlinlər,  

Qanadlı nalələr, ahlar, əninlər,  

Qızın xəyalını qaldırıb yenə  

Uçurur göylərin dərinliyinə...  

Bəzən də göylərdə qızartı varsa, 

  

                                                            



1

Dil deyib ağlaması

 



______________Milli Kitabxana_______________ 

16 


 

 

 



Üfuqdə bir qızıl şimşək çaxarsa,  

Qorxub təbiətin hikmətlərindən  

Humay ahu kimi ürkərək həmən  

Soxulur çadırın küncünə sarı,  

Gözaltı seyr edir ta uzaqları. 

Dünyanın sirrini nə bilir Humay;  

Bəzən də göyləri gəzən sülğun ay  

Yarıb buludları hücuma çıxar,  

Onun səngəridir sıx-sıx buludlar.  

Humay bu lövhədən maraqlanır pək

1

,  


Ayın arxasınca fikirləşərək,  

Nəhayət yorulur, kütləşir başı,  

Donub kölgələnir məyus baxışı.  

Bilirəm dərdini, bilirəm nədir,  

Humay təkayaqlı bir qərinədir... 

O hər gün oyanır quşlardan qabaq,  

Yaxın bir təpənin üstdən aşaraq,  

Tərpənir sahilə - bulaq başına,  

Qoyub səhəngini sahil daşına,  

Seyr edir səslənən ormanlıqları,  

Pozur saçlarını səhər ruzgarı... 

Bir az da Humayın axşamlarından:  

Qaranlıq döşünü gərdiyi zaman  

Onun da ruhuna qaranlıq çökür.  

Çırmayıb qolunu, itə yal tökür;  

Qapının ağzında paltar-palazdan,  

Nə varsa içəri götürür asta,  

Cehiz sandığına bir qıfil vurur;  

Humayın gündəlik işləri budur.  

Əl-ayaq yığışır, hamı əyləşir,  

Ağlına gələni danışır bir-bir.  

Kişilər dəm vurur pəhləvanlıqdan. 

  

 

                                                            



1

 

Çox



 


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə