SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə30/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   26   27   28   29   30   31   32   33   ...   98

______________Milli Kitabxana_______________ 

126 


 

O gündən titrədi yurdun üstündə  

Cütbaşlı qartalın qanlı bayrağı.  

Tarixin doğduğu o qara gündə  

Böyük bir ölkənin söndü çırağı. 

 

O gündən göründü sarı paqonlar,  



Boşaldı kəndçinin dolu xırmanı.  

Elləri qurd kimi taladı onlar  

Dedilər, padşahın sağ olsun canı. 

 

O gündən ağladı aşığın sazı,  



Dilində can yaxan dərdli haraylar.  

Uçan durnaların küskün avazı  

Ötdükcə dişnədi yıldızlar, aylar. 

 

Buludlar çaxnaşdı, hava daraldı,  



Cumalar

1

 dolaşdı bizim elləri.  



Bizim ipəkləri Peterburq aldı  

Bəzəndi knyazın madmazelləri. 

 

O gündən saraldı yaşıl təbiət,  



Axdı həzin-həzin Kür çayı, Araz.  

Baş əydi qanuna kitab, şəriət,  

Ürəklərdə zədə, baxışlarda yas. 

 

Tər içdi, qan uddu məlal papaqlar,  



Son dana, son çuval getdi vergiyə...  

Vağlandı qapılar, söndü ocaqlar,  

Qarılar, qocalar yalvardı göyə... 

 

Çəkdi qamçısını azğın mülkədar  



Ver dedi! Ver dedi! Çıxar belindən!  

Göydə bir Allahdır, yerdə də bir çar

Qabarlar tökülsün sənin əlindən. 

                                                            

1

 

Hamballar 



 


______________Milli Kitabxana_______________ 

127 


 

 

Satdı mənliyini "əsilzadələr",  



Çarın xidmətinə baş əydi Quran.  

Bütün gördüyümü danışsam əgər,  

Kağızım qurtarar, yorular insan. 

 

Yüz il biz ayrıldıq ana dilindən,  



Məktəbin adına dedik "uşkola".  

Oxucum! Bir daha nəzər yetir sən  

Keçdiyin o qanlı, o qorxunc yola. 

 

Yüz il Füzuliyə həsrət qalaraq  



Doğma anamıza söylədik "mama".  

Yüz illik yuxuya birdən dalaraq  

Yatdıq gözümüzdən yaş dama-dama. 

 

Yüz il nəfəsnü çəkə bilmədi  



Şairlor oylağı böyük bir ölkə.  

Yüz il öz qolunu çəkə bilmədi...  

Tarix! Səninkidir bu qara ləkə! 

 

Axdı Rusiyaya neft kəmərləri,  



Daşıdı onları ilk dəmir yolu...  

Tarixə hökm edən o gündən bəri,  

Çalışdı yadlara Azərin oğlu. 

 

O gündən qaraldı göydə buludlar,  



Bir günəş doğmadı Azərbaycana.  

O gündən saraldı çiçəklər, otlar,  

Gəmimiz çıxmadı varıb bir yana... 

 

EPİLOQ 

 

Sevgilim! Sahilin dəmi var yenə,  



Gəl çıxaq dənizin axşam seyrinə.  

Dəniz gülümsəyir bir saf üz kimi,  

Təbiət şadlanır ömrümüz kimi. 

  

 




______________Milli Kitabxana_______________ 

128 


 

 

Küləklər dağıdır buludu lay-lay,  



Dənizdə parlayır gümüş rəngli ay.  

O da göz qoyaraq bizim gəncliyə,  

Göyləri seyr edir "azadlıq" - deyə.  

Odur bax! Yazdığım "Aslan qayası",  

Silinmiş alnındın ellərin yası... 

Onun sinəsində oxuyur bir quş,  

Quş deyil, bir qızdır adı "qurtuluş".  

Dilində Vaqifin gözəlləməsi,  

Yayılmış ətrafa onun zil səsi,  

Bu gənc də baş qoymuş onun çiyninə;  

Burda sevgililər zövq alır yenə  

Vətən torpağının azadlığından.  

İnsan - azadlıqdır, azadlıq - insan! 

1935 


  


______________Milli Kitabxana_______________ 

129 


 

BULAQ ƏFSANƏSİ 

 

Deyirlər, bəşərin çocuqluq yaşı  



Daima titrəmiş ölümə qarşı...  

Ölüm! O matəmin pərişan səsi,  

İnsanın ilk dərdi, ilk fəlsəfəsi,  

Açarsız, qapısız dəniz kimi lal,  

Üstündə çırpınıb, döyünmüş xəyal...  

Onun dəhşətini duyduğu zaman  

Şaşırmış cəbhədə bəzən qəhrəman...  

Bəzən də yaşamaq həvəsilə tək,  

Bir insan ətrafa qılınc çəkərək  

Bütün bir ordunu heyrətə salmış,  

Xeymələr dağıdıb, çadırlar almış.  

Ölüm! o matəmin pərişan səsi,  

Bəşərin ilk dərdi, ilk fəlsəfəsi  

Düşündürür bizi bu gün və yarın.  

Böyük dahilərin, filosofların  

Duyub düşündüyü bu qorxunc cahan,  

Sirlər yuvası olmuş hər zaman. 

Onun qüvvətilə düşür xəzəllər,  

Şairin ilhamı - dilbər gözəllər  

Onun pəncəsilə torpağa dönür,  

Parlayan bir həyat onunla sönür.  

Sanma ki, qorxuncdur ölüm daima,  

Onda da gizlənir bir canlı məna.  

Onsuz bu dünyanın olmazdı sonu,  

Səadət və həyat yaratmış onu.  

Onsuz açılmazdı şüur və xəyal,  

Donardı bir yerdə arzu, ideal.  

Onsuz açılmazdı yeni çiçəklər,  

Uçmazdı düzlərdə ağ kəpənəklər.  

Onsuz dəyişməzdi ulduzlar, aylar,  

Göylərin alnında məğrur saraylar  

Verərdi hökmünü gündə bir qana – 

Qılınca, süngüyə, topa, qalxana.  

Düşməzdi şahların tacı başından,  

Küsərdi hər şeyə könül və insan; 

 



______________Milli Kitabxana_______________ 

130 


 

Hər əski ənənə, hər əski adət,  

Məhəbbət, iztirab, gülüş, qiyafət,  

Məncə, bıqdırardı bəşəri hər an,  

Eyni dodaqlarla gülən bir cahan...  

Ölümlə çarpışır, axır kainat;  

Ölüm də başqa bir sevdalı hoyat!  

Onda qərinələr, onda nələr var!  

O məchul aləmi çox aramışlar,  

Fəqət, sorağını alan olmamış.  

Yenə öz yerində hər bahar, hər qış...  

Bəşər xəyallara qapılıb hərdən  

Təsəlli bulmuşdur əfsanələrdən... 

Deyirlər, Şirvanda bir bulaq varmış,  

Suyu almaz kimi par-par axarmış.  

Gözəlmiş bulağın yar-yaraşığı,  

Oynamış üstündə günün işığı,  

Düşərmiş qoynuna zərif kölgələr  

Deyirlər, bu sudan Xıdır peyğəmbər  

Gəlib, təsadüfən içmiş doyunca,  

O gündən ölməmiş tarix boyunca.  

İnsan donundakı o qanadlı quş  

Əsrlərdən bəri uçub, yox olmuş.  

Fəqət, deyirlər ki, 6 yenə sağdır;  

İslamın dar günü qayıdacaqdır.  

Bu əski əfsanə gülünc olsa da,  

Qalmış əsrlərcə qoca dünyada.  

Bulağın şöhrəti düşmüş dillərə,  

Yayılmış bu xəbər uzaq ellərə...  

Aramış elçilər yerini bir-bir,  

Almış sorağını İskəndər Kəbir,  

Sürüb karvanını gəlmiş Şirvana,  

Adamlar salaraq dörd bir yana,  

Arayıb, axtarıb heç yorulmamış,  

Bulaqdan bir əsər, bir iz bulmamış.  

Həsrətli gözlərlə bizi tərk etmiş,  

Fəqət, karvanını yükləyib getmiş... 

1935 


  


Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə