SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə31/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   27   28   29   30   31   32   33   34   ...   98

______________Milli Kitabxana_______________ 

131 


 

 

TALISTAN 

 

İxtiyar dağların döşündə meşə,  



Qayalar yüksəkdən baxır keçmişə.  

Ağaclar baş-başa çatılmış burda,  

Günəş salam verir bu doğma yurda.  

Sürürəm atımı üzü yuxarı;  

Bu qarlı dağların ağ buludları  

Könlümü ardınca çəkib aparır,  

Yüksəyə qalxdıqca sinəm qabarır...  

Burda ağ suların xoş nəşidəsi,  

Hər budaq üstündə bir quşun səsi...  

Top, tüfəng səsləri batandan bəri  

Gəzir qayalarda dağ keçiləri.  

İşıqdan, insandanxeyli aralı  

Hər axşam mələyir dağlar maralı.  

Göydə fanar kimi İşıq salır ay,  

Buludlar açılır, örtülür lay-lay...  

"Ay ellər!" - deyirəm ürəyimdən mən,  

Ömür cavanlaşır ellər deməkdən. 

Ormanlar içində durur Talıstan,  

Ona bir baxışda vurulur insan.  

Günəş bu yerlərdə qalxır atına,  

Yüksəlir göylərin yeddi qatına.  

Bu yurdun havası, suyu sərindir,  

Keçdiyim dərələr göydən dərindir.  

Baxdıqca İnsanın gözü qaralır,  

Şair olmayan da xəyala dalır...  

Burda süd kimidir dağların qafı,  

Sallanır qayadan buz salxımları.  

Qayalar, qayalar, quş qonmazsınız!  

Məhəbbət anlamaz, söz qanmazsınız!..  

Burda əsrlərdən yadigar qalan, 

Üstünü çiskinlər, dumanlar alan  

Böyük bir qala var: dörd yanı hasar,  

Daşında paslanmış əski yazılar. 

  



______________Milli Kitabxana_______________ 

132 


 

 

Kimdir o sənətin böyük ustadı?  



Ölməz sənətkarın, sənətin adı.  

Göz qoyun bu yerə, bir yadigardır;  

Hər batan axşamın bir adı vardır... 

Mən ellər oğluyam! Ellər canımdır,  

Xəyalım, sənətim, həyəcanımdır.  

Çayların ahəngi axır qanımda,  

Çiçəklər öpüşür hər dastanımda;  

Hər bulaq, hər gülüş, hər yaşıl yarpaq,  

Bu sünbül, bu əkin, bu daş, bu torpaq,  

Bu çovğun, bu külək, bu söhbət, bu saz,  

Ətirlər içində "gəl!" deyən bu yaz,  

Bağrından su sızan dəlikli daşlar,  

Göydə qanad çalan havalı quşlar,  

Çayların üstündə süzən sonalar,  

Qəlbi dağlar kimi böyük analar  

Mənim qismətimə düşmüş əzəldən;  

Tarixlər zövq alır yaradan əldən... 

Burda boy atmışdır Talıstan dağı;  

Donur dumanlarda quşun ayağı.  

Qızıl gül kimidir isti yanaqlar,  

Heyrət içindədir gələn qonaqlar.  

Burda insanların xoş baxışından,  

Yazından, yayından, qarlı qışından.  

Könül xumarlanır, İlham canlanır,  

İnsanın başında dağ dumanlanır;  

Xəyal qanadlanır, uçur uzağa...  

İnsan birnəfəsə dırmanır dağa;  

Döyüntü bilməyir burda ürəklər.  

Səyirdir atını qopan küləklər.  

Genişdir oylağı, gendir meydanı  

Enəndə çaylağa dağın dumanı,  

Dumanlar içində dağ da sürünür,  

Hər qaya örpəkli bir qız görünür;  

Burda bilinməyir dünyanın yaşı, 

 



______________Milli Kitabxana_______________ 

133 


 

 

Fırlanır əski bir dəyirman daşı.  



Axır qıjıltıyla Talıstan çayı,  

Göydə ulduzların neçədir sayı?.. 

 

Bənövşə toplayır çöldə uşaqlar;  



Hər ağac altında göz-göz bulaqlar  

Axır almaz kimi, göz yaşı kimi,  

Yığışıb çay olur dərənin dibi.  

Əriyir yaz günü quzeydəki qar,  

Gəzir dağ döşünü gəlinlər, qızlar;  

Hər bulaq başında bir söhbət olur,  

Galı gözaydınlığı, gah qiybət olur.  

Hər axşam kökləyir aşıq sazını,  

Daşıyır könlündə elin nazını.  

Dinir Füzulinin şirin qəzəli...  

Əli çənəsində ellər gözəli  

Dinləyə-dinləyə "oxay"lar deyir.  

Canına yağ kimi yayılır şeir.  

O bir şəlalədir axır ürəkdən...  

Burda bir haşiyə çıxmalıyam mən: 

 

Sənin bu gənc yaşında  



Dayanmışam qarşında,  

Torpağında, daşında  

Məhəbbətin dadı var,  

Ulduzların adı var. 

 

Bənzəyirsən gülə sən,  



Ömrün boyu güləsən.  

Qoca vətən, gənc vətən!  

Bu qüvvətin var olsun!  

Sənə salamlar olsun! 

 

Nə bəy qaldı, nə də xan,  



Ölüm keçdi yaxandan...  

Qəlbim kimi alış, yan  

Qızıl bayraqlı vətən!  

Çox borcluyam sənə mən. 




______________Milli Kitabxana_______________ 

134 


 

  

Yerinin alt qatında  



Dəmir də var, altun da.  

Hər daşının altında  

Bir şairin qəbri var,  

Min ananın səbri var. 

Ləkəsizdir vicdanın,  

Əzəldən safdır qanın!  

Hər müqəddəs ananın  

Laylasında həyat var,  

Ölsün inanmayanlar! 

Zəncirin yox, qalan yox,  

Yurdsuz anan, balan yox,  

Dilində bir yalan yox

Ləkəsiz ruhunla sən  

Bakirə qız kimisən! 

Gəlsin yoldaş mühəndis  

Bu yeri də gəzək biz,  

Qızıl, gümüş, dəmir, mis  

Torpaqda pas atmasın,  

Tənbəl-tənbəl yatmasın! 

Bizə bu dağ, bu dərə  

Təslim olsun bir kərə - 

Əl dəyməmiş yerlərə  

İşləsin qüvvətimiz,  

Sözümüz, söhbətimiz. 

Şair, bu yerləri yaxından tanı!  

Təbiət quranda Azərbaycanı  

Onu sığallamış qüdrətin əli  

Bir böyük ürəkli qüvvətin əli.  

Yazıq! Bu gözəllik, bu bahar, bu qış  

Əsrlərcə yatıb yuxuya qalmış...  

Qədrini bilməyən kəndli qardaşım, 

  

 




Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə