SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə33/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   29   30   31   32   33   34   35   36   ...   98

______________Milli Kitabxana_______________ 

139 


 

BƏSTİ 

 

 



Yurdumuz silkinib çıxalı yasdan,  

Aldım sorağını Kürdən, Arazdan;  

Adına bağlayım bir yeni dastan;  

Gözümdə canlanır xəyalın sənin! 

 

Sənmisən ömründə hiylə bilməyən?  



Artıq danışmayan, artıq gülməyən?  

Qəlbi düşündürür duyduqca bəzən,  

Bu ağır duruşun, kamalın sənin! 

 

Səndə qüdrəti var böyük bir elin,  



Təmizdir vicdanın, doğrudur dilin.  

Qəlbində qalmamış nə Tanrı, nə din,  

Həyata başqadır sualın sənin! 

 

Laləli çöllərdə doğruldan da sən  



Tərlan səhərlərin ilk müjdəsisən;  

Baxıb hünərinə, saz tutanda mən  

Açılır gül kimi camalın sənin! 

 

Gözündə parlayır qaynar bulaqlar,  



Könül duyduğunu xatirə saxlar;  

Əlilə göstərir səni uşaqlar,  

Şairə bənzəyir bu halın sənin! 

 

Sən bir günoş kimi yandıqca yerdə,  



Xəyalım ev tikir mavi göylərdə;  

Bir qələm çəkmisən Ömürlük dərdə,  

Bir də gəlməyəcək zavalın sənin! 

 

Anan səni doğanda adına "Bəsti" dedi,  



"Əllərimi bir fələk oğuldan kəsdi", - dedi.  

Beləydi qayda bizdə... Qız doğanda analar  

Baxıb qara geyərdi su üstündə sonalar;  

Yazıq qadın utanıb, qızarardı ərindən, 

  



______________Milli Kitabxana_______________ 

140 


 

 

Min bir varaq qopardı könlünün dəftərindan;  



Deyərdilər; "Qız nədir? Qazancı yox, varı yox,  

Vəfası yox, qəlbi yox, aşiqə ilqarı yox,  

Özgə şamı yandırır... Bu gün-sabah gedəcək,  

Köçəri quş kimidir, oylağı tərk edəcək".  

Bizim cahil babalar xor baxardı qadına,  

Deyərdilər toy günü gəlninin sağlığına. 

 

"Anam, bacım qız gəlin,  



Əl-ayağı düz gəlin!  

Yeddi oğul istərəm,  

Bircə dənə qız, gəlin!" 

 

Yenə tarix açıldı xəyalımda uzaqdan,  



Dünya mənə göründü bir qaranlıq otaqdan,  

Ah! müqəddəs analıq! Nələr gəlmiş başına,  

Axar sular qarışmış günahsız göz yaşına...  

Sən boy atıb qalxanda zindanlara atıldın,  

Qoçulara, bəylərə bir qul kimi satıldın.  

Hər yediyin xörəkdə ımin acılıq duyardın,  

Qonağının, ərinin ayağını yuyardın.  

"Nəzakət" sayılardı bu çirkin əyləncələr...  

Saçlarının rənginə bənzəyirdi gecələr. 

 

Sən ey sular sonası!  



İnsanlığın anası!  

Mehribandır qucağın,  

Saf vicdanın böyükdür!  

İşığı çox sönükdür  

Sənsiz yanan ocağın. 

 

Gün aşiqdir üzünə,  



Ay həsrətdir gözünə,  

Bəşər səndən doymamış;  

Kim başını qoymamış  

O mehriban dizinə? 

  

 



______________Milli Kitabxana_______________ 

141 


 

 

Çal qəlbimin sazını,  



Aç ömrümün yazını.  

Kim çəkir gənc yaşında,  

Gecə beşık başında  

Körpələrin nazını! 

 

Bil ki, təmizdir südün,  



Bir məktəbdir öyüdün.  

Sənə layiq bir əsər  

Yazmamışdır şairlər  

Ah, nə dünən, nə bu gün. 

 

Biri dedi: "Mələksən",  



O biri də: "Çiçəksən".  

Sən ey könül dildarı!  

Bir-bir desəm onları  

Dinləyib, güləcəksən. 

 

Ağ üzünə "ay" dedi,  



Qaşlarına "yay" dedi,  

Yazmadı zəhmətindən,  

Qəmindən, möhnətindən,  

"Günlərini say" dedi... 

 

Sən xırmanlar başında,  



Torpağında, daşında,  

Əlində sarı başaq, 

Dalında körpə uşaq  

Saraldın gənc yaşında. 

 

Dinmədin toyda, yasda;  



İnək sağdın ayazda.  

Möhnət oldu sirdaşın,  

Asta-asta göz yaşın  

Axdı Kürdə, Arazda... 

 

Bilmədi qurtuluş var  



Bizim yazıq analar. 


______________Milli Kitabxana_______________ 

142 


 

  

Nə bir səmir, nə bir səs...  



Onlara oldu qəfəs  

Soyuq hərəmxanalar. 

 

Keçdikcə ömrün yaşı,  



Dərddən ağardı başı.  

Baxıb o solğun gülə,  

Əliylə atdı çölə  

Onu vicdan oynaşı... 

 

Sən ey müqəddəs ana!  



Nə yazsam azdır sana.  

Ruhuna güidü gündüz,  

Şeriıni gül kimi düz  

Səhər-səhər yaxana! 

 

Ac qaldığın yaman gün,  



Ürək sinəndə sürgün...  

Qızdırmalar canında,  

Yetimlərin yanında  

Çöllərdən qırp döşürdün. 

Sən qəlbini, ey qadın,  

 

Yumaq kimi bağladın!  



Baxtın saçından qara...  

Baxıb-baxıb sulara,  

Layla deyib, ağladın: 

 

"Eləmi harayından,  



Oyanın harayından,  

Gündə bir kərpic qopur  

Ömrümün sarayından". 

 

Bəsti! Qələm çəkdik o günlərə biz!  



Günəşdən pay aldı azad nəslimiz.  

Dəyişdi suların əvvəlki səsi,  

Dəyişdi dünyanın ilk xəritəsi. 

 



______________Milli Kitabxana_______________ 

143 


 

Azad yurdumuzda nə şam qaralır,  

Nə dağ]ar başını duman, qar alır.  

Öldü tanrıların səfil röyası,  

Doğdu ömrümüzün qızıl dünyası.  

Sənin də gözünə düşdü aydınlıq,  

Ömürlük zindandan çıxdi qadınlıq.  

Dahilər yaradan ey böyük ana,  

Şerimin hər sözü alqışdır sana!  

Alqış, o boyasız, rəngsiz üzunə!  

Alqış, o hiyləsiz, təmiz sözünə!  

Alqış, əmdiyimiz halal südünə!  

Bu gün də borcluyam hər öyüdünə...  

Səndə təbiətin saflığı vardır,  

Səni duyan könlüm nə bəxtiyardır!  

Həyatın şeridir gül yanaqların,  

Günəşdən rəng alır al dodaqların.  

Sözün doğrusunu deyim ürəkdən:  

Vurğunam mənalı gözəlliyə mən,  

Silkinib çıxmasa qadın mətbəxdən  

Nə azad ana var, nə azad Vətən!  

Bu söz parladıqca bir şimşək kimi,  

Açıldı rəngimiz bir çiçək kimi.  

Şərqin göylərində günəş parladı,  

Sevindi analıq, qadınlıq adı.  

Atıldı ellərin başından qara,  

Qaranlıq gecələr çəkildi dara...  

Artıq saçlamayır səni qoçular.  

Hər yerdə, hər dildə danışığın var,  

Baxıb yurdumuza ilham alırsan,  

Göydə quşlar kimi qanad çalırsan.  

Çiçəklər rəng çalır o gül bənizdə,  

Qüvvətin görunür yerdə, dənizdə.  

Qızıl bir əsgər tək sən də hazırsan!  

Xalça toxuyursan, şeir yazırsan.  

Bu yeni qəlbinlə, şüurunla sən  

Bizim kəndimizdə müəlliməsən.  

İnək də sağırsan - bu ar deyildir, 

 

 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə