SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə34/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   30   31   32   33   34   35   36   37   ...   98

______________Milli Kitabxana_______________ 

144 


 

Yaradan əllərin hüququ birdir.  

Canlanır yenidən sönən hər həyat,  

Nə gözəl yaraşır sizə ağ xalat!  

Uşaq bağçasından keçirdim dünən,  

Göz qoydum oynaşan körpələrə mən.  

Onlar eşitməmiş nə din, nə millət.  

Dodaqlar deyirdi yalnız: məhəbbət!  

Bir qələm qaşlı qız yığıb onları  

Bir-bir göstərirdi xoş oyunları,  

Bu gənc mürəbbiyə gülərək hərdən,  

Baxıb zövq alırdı bu körpələrdən,  

Baxıb göz olurdu öz balası tək  

Silinsin tarixdən doğma və ögey!  

Bəsti! Səninkidir tərlan səhərlər!  

Deyir tərifini kəndlər, şəhərlər – 

Deyir bizrın Bakı, bizim Moskva,  

Sənin şöhrətini dalğalı hava  

Aparmış, bilirəm, bu gün hər yana:  

Hində, Fələstinə, Ərəbistana.  

Yuvası, oylağı ölüm qoxuyan.  

Bu gün də kor kimi Quran oxuyan  

Şərqin gözəlləri eşidir səni,  

Baxıb arzulayır bizim Vətəni...  

Azadlıq uğrunda çarpışır insan,  

Şərqin səhərləri qalxmış yuxudan.  

Qoy ölsün Adəmdən qalan bir adət,  

Azadlıq yaşasın, bir də səadət!  

Bəsti! Günəş kimi təmizdır üzün,  

Sən ilk yavrususan bizim gündüzün!  

Sənindir obalar, sənindir ellər,  

Ətəyi yellənən pambıqlı çöllər,  

Sənindir havası sərin yaylaqlar,  

Ceyranlar su içən soyuq bulaqlar,  

Sənindir səhərin ülkər ulduzu,  

Sən ey yurdumuzun qəhrəman qızı!  

Sənindir insanlıq, sənindir vicdan!  

Asılmış gül kimi günəş yaxandan. 

 

 



______________Milli Kitabxana_______________ 

145 


 

Sənindir şairin şeri, ilhamı,  

Mənim kimliyimə şahiddir hamı.  

Ey, ana yurdumun gözəl gəlini!  

Mən ki məhəbbətlə sıxdım əlini;  

Bu dostluq, qardaşlıq, söylə, var olsun!  

Unutsaq bu eşqi, bizə ar olsun!  

Qoy yazsın başqası - karset geyinən,  

Ərinin üstünə gündə deyinən,  

Gündə min rəng alan, min cildə girən,  

Yanında fors üçün tula gəzdirən,  

Çəkdiyi pudranı üzündə satan,  

Marınclad dodaqlı, ruhu şarlatan  

Meşşan qadınların "gözəlliyindən".  

Səninsə şairin yaranmışam mən!  

Mən səni yazmadım "dili məzəli",  

Yazmadım "kef quşu, məclis gözəli";  

Mən səni yazmadım nə "cin", nə "mələk",  

Biz ki, özümüzük, bunlar nə gərək?  

Yazmadım "dolanım, dönüm başına".  

Sən rəva görməzdin öz qardaşına.  

Bu yağlı sözlərin sonunda hər an  

Atılmış qadına min qara böhtan;  

Satılmış xanlara bir balıq kimi,  

Sonra da kirlənmiş bir yaylıq kimi  

Atılmış o bizim yazıq analar.  

Tarixin alnında nə damğalar var!..  

Bəsti! Yorulma gəl, hələ qulaq as!  

Yenə şairliyim qızışır az-az;  

Könlüm Qırat kimi dönmüş ağ yelə,  

Qızışır getdikcə uzaq mənzilə.  

Düşmən danışmasın başından yekə...  

Anamdır sevdiyim bu qızıl ölkə.  

Vicdanım ləkəsiz, üzüm də ağdır,  

Boş keçən bir günüm olmayacaqdır.  

Bu ellər bağında doğma bir quşam,  

Azad nəğmələrçün yaradılmışam...  

Olmuş ilk ilhamım bu qızıl bayraq, 

 

 



______________Milli Kitabxana_______________ 

146 


 

Gün kimi parlayan baxtıma bir bax!  

Cavabsız qalmamış hələ sualım,  

Hay vurur, qıy vurur tərlan xəyalım... 

 

Ah səhər-səhər  



Doğanda ülkər,  

Bəsti, qoluna  

Güvənir ellər. 

 

Sən düzləri tək  



Ətəkləyərək,  

Vurur sinəndə  

Böyük bir ürək. 

 

Gulür çiçəklik,  



Hər qaya, hər dik.  

Sənə söz qoşur  

Xınalı kəklik. 

 

 Alnında titrər  



Puçur-puçur tər,  

Nə yazsa azdır  

Min sinədəftər. 

 

Sən yığın-yığın  



O ağ pambığın  

Yaradanısan,  

Zəhmətə sığın! 

 

Keçdi qara qış,  



Bahara alqış!  

Sən ey qəhrəman,  

Günəşlə yarış! 

 

Buludu lay-lay  



Doğrayanda ay,  

Sən yükləyirsən  

Pambığı tay-tay. 



______________Milli Kitabxana_______________ 

147 


 

Həyatdır əmək,  

Daha nə demək,  

El sənin anan,  

Sən ona kömək... 

 

Ey azad qadın,  



Gözləri aydın!  

Mən nə yazardım  

Sən olmasaydın? 

 

Borcluyam sana,  



Ey böyük ana!  

Hələ bu dərdim  

Qalsın bir yana. 

 

Açıldı yazım,  



Söhbətim, sazım;  

Sən hünər göstər,  

Mən şeir yazım. 

 

Məsləkimiz bir,  



Aləmə bildir!  

Şair həyatsız  

Şair deyildir. 

 

Artıq yuvan var,  



Elin, oban var.  

Tanrı danışır – 

Min bir havan var. 

 

Azaddır dilin,  



Azaddır elin.  

Bir də, sevgilim,  

Bükülməz belin! 

 

Səhər-səhər gül,  



A saçı sünbül!  

Desin şərqini  

Şair və bülbül. 

 Bəsti! Bizim bu dağların,  




______________Milli Kitabxana_______________ 

148 


 

Şır-şır axan bulaqların  

Üzərinə gün doğalı,  

Nəşəsi var yaylaqların. 

 

Ölsün, dedik, hər möhnətə,  



Qanad verdik məhəbbətə.  

Hər qapıda bir bağ salaq,  

Hörmət olsun təbiətə! 

 

Qoy açılsın min bir çiçək,  



Qızıl güldən ətir çəkək;  

Təbiəti bolşeviklər  

Gəlin kimi bəzəyəcək. 

 

Bizimkidir uca dağlar,  



Dünya qədər zövqümüz var.  

Qoy yollara kölgə salsın  

Cərgə-cərgə boylu çinar. 

 

Başa salın kommunxozu;  



Daş yolların olmaz tozu;  

Dörd tərəfdən gül bürüsün  

Hər kolxozu, hər sovxozu! 

 

Aşıb-daşır elinvarı,  



Kolxozumun ilxıları.  

Tutaq boğaq içimizdən  

Köpək oğlu ziyankarı. 

 

Düşmən girir "şirin dilə",  



Üzümüzə gülə-gülə  

O daraşır ac qurd kimi  

Bağçamızda qızılgülə. 

 

Faşist bizi "yada salır",  



Qanlı gözü çox qaralır.  

Xırdaca bir sirrimizi  

Min qızıla satın alır. 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə